Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-123/2023 23.01.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi doğumun qeyd edilməsi faktının müəyyən olunmasına dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 23 yanvar 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək 10 may 1964-cü il tarixdə İsmayıllı rayonun Uştalqışlaq kəndində doğumunun qeyd edilməsi faktının müəyyən olunması, doğum haqqında akt qeydində soyad, ad və ata adının Ərizəçi, doğum yerinin İsmayıllı rayonun Uştalqışlaq kəndi, atasının X18, anasının Əliyeva (Novruzova) Pəri Səməd qızı qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, o, 10 may 1964cü il tarixdə İsmayıllı rayonun Uştalqışlaq kəndində anadan olmuşdur. Valideynlərinin rəsmi nikahları olmamışdır. Anasından eşitdiyinə görə atası Əsgər Əliyev adlı şəxs olmuş və o, doğulmamışdan bir müddət əvvəl vəfat etmişdir. Atası barəsində başqa heç bir məlumatı yoxdur. Valideynləri ona doğum haqqında şəhadətnamə almamışlar. O, qardaşı Eldar Əliyevin ailəsi ilə birlikdə Uştalqışlaq kəndində yaşamışdır. X3 18 fevral 1971-ci il tarixdə X7 ilə rəsmi nikahla ailə qurmuş və ərinin soyadına uyğun Novruzova soyadını götürmüşdür. Birgə nikahlarından 26 sentyabr 1975-ci il tarixdə Ramiz adlı bir qardaşı doğulmuşdur. Bundan sonra o anası Pərinin və qardaşı Ramizin yanına köçmüşdür. 1984cü ildə İsmayıllı rayon 1 nömrəli qiyabi orta məktəbi bitirərək orta təhsil haqqında attestat almışdır. Qardaşının ailəsi ilə birlikdə birgə mülkiyyətlərinə İsmayıllı rayonun Uştalqışlaq kəndi ərazisində 7,48 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Qardaşı Eldar 19 noyabr 2013-cü il tarixdə vəfat etmişdir. 2015-ci ildə o, Komu Ağayev adlı şəxslə faktiki nikahla ailə qurmuşdur. Şəxsiyyətini təsdiq edən sənəd olmadığından nikahlarını rəsmiləşdirə bilməmişlər. Şəxsiyyət vəsiqəsi almaq üçün isə ondan doğum haqqında şəhadətnamə tələb olunur. Ona doğum haqqında şəhadətnamə verilməsi üçün onun doğum faktı müəyyən edilməlidir. Doğulduğu ayı və günü təsdiq edən heç bir rəsmi sənəd əldə edə bilmir. Valideyinləri həmişə ona Ulu Öndərlə eyni gündə yəni, 10 may tarixində doğulduğunu deyirlərmiş və onun ad gününü də 10 may tarixində keçirirlərmiş. Bundan başqa onun 10 may 1964-cü il tarixdə İsmayıllı rayonun Uştalqışlaq kəndində doğulmasını yaxın qohumları və həmkəndliləri də təsdiq edə bilərlər. Bu faktın müəyyən edilməsi isə yalnız məhkəmə qaydasında mümkündür. Ona görə də ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi X13 iş üzrə hər hansı qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi və izahat verərək göstərdi ki, ərizəçi doğum haqqında şəhadətnamə almaq üçün şöbəyə müraciət etmişdir. Lakin şəxsiyyətini təsdiq edən sənəd təqdim etmədiyindən ərizəçinin müraciəti təmin olunmamışdır. Məhkəmənin müvafiq sorğusuna əsasən İsmayıllı rayon arxivində və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparılmış və ərizəçinin doğum haqqında akt qeydi aşkar edilməmişdir. Ona görə də ərizəçiyə doğumunun qeydə alınması ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. X1 ifadə verərək göstərdi ki, o, 15 fevral 1956-ci il tarixdə İsmayıllı rayonun Soltankənd kəndində anadan olmuşdur və hal- hazırda ərizəçi ilə bir kənddə, Uştalqışlaq kəndində yaşayır. Ərizəçi onun əmisi qızıdır. Əmisi qızı 10 may 1964-cü il tarixdə İsmayıllı rayon Uştalqışlaq kəndində anadan olmuşdur. Ərizəçi kiçik yaşlarında olarkən atası vəfat etmiş, anası ikinici dəfə ailə həyatı qurmuşdur. Bu səbəbdən ona doğum haqqında şəhadətnamə alınmamışdır. Kiçik yaşlarından əmisin ailəsinə tez-tez gedib gəlmişdir. Ailəni yaxından taniyir. Ərizəçinin valideyinləri deyirdilər ki, ərizəçi X44 Əliyevlə eyni gündə, yəni 10 may tarixində doğulmuşdur. Ərizəçinin valideyinləri ərizəçinin ad gününü hər il may ayının 10-da qeyd edirdilər. Ərizəçinin valideyinləri vəfat etdikdən sonra ərizəçi qardaşı Ramizin yanında yaşayır. Doğum haqqında şəhadətnaməsi və şəxsiyyət vəsiqəsi olmadığından ərizəçi heç bir hüququndan istifadə edə bilmir. O, ərizəçinin 10 may 1964-cü il tarixdə İsmayıllı rayonun Uştalqışlaq kəndində anadan olduğunu, atasının Əsgər Əliyev, anasının isə Pəri Əliyeva olduğunu təsdiq edir. AИ 969562 nömrəli 29 iyun 1984-cü il tarixli orta təhsil haqqında attestatın surətindən görünür ki, 1964-cü ildə İsmayıllı rayonun Uştalqışlaq kəndində doğulmuş Ərizəçi Əskər qızı 1984-cü ildə İsmayıllı rayon 1 nömrəli qiyabi orta məktəbin tam kursunu bitirmişdirş. İsmayıllı rayon İHB-nın Qalagah İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 sentyabr 2020-ci il tarixli 241 nömrəli arayışından görünür ki, 10 may 1964-cü il təvəllüdlü Əliyeva X12 rayon Qalagah kənd İƏD üzrə nümayəndəliyin 04 nömrəli təsərrüfatbaşına kitabında 12-ci səhifədə 271 nömrəli şəxsi hesabda Uştalqışlaq kəndində qohumu X2 təsərrüfatında qeydiyyatdadır. İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 13 noyabr 2005-ci il tarixdə verilmiş AZE 04784658 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1937-ci il tarixdə İsmayıllı rayon Uştal kəndində anadan olmuş şəxs X5r. 18 fevral 1971-ci il tarixli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X19 arasında 18 fevral 1971-ci il tarixdə rəsmi nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Novruzov, arvada Novruzova soyadı verilmişdir. İİİ-ЖГ 251882 nömrəli doğum haqqında şəhadətnamənin və Səyyar ASAN10 tərəfindən 02 may 2016-cı il tarixdə verilmiş AZE 16064497 nömrəli şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, X8 26 sentyabr 1975-ci il tarixdə İsmayıllı rayon Uştalqışlaq kəndində anadan olmuş, İsmayıllı rayonun Uştalqışlaq kəndində yaşayır. Maraqlı şəxs tərəfindən verilmiş 03 may 2021-ci il tarixli arayışdan görünür ki, X20 19 noyabr 2013-cü il tarixdə vəfat etmişdir. Maraqlı şəxs tərəfindən verilmiş 16 noyabr 2022-ci il tarixli arayışdan görünür ki, X14 30 iyul 2018-ci il tarixdə vəfat etmişdir. Maraqlı şəxs tərəfindən verilmiş 23 aprel 2021-ci il tarixli 05/Q-209 nömrəli məktubdan görünür ki, Ərizəçi təkrar doğum haqqında şəhadətnamə verilməsi ilə bağlı müraciət etmiş, şəxsiyyətini təsdiq edən sənədi təqdim etmədiyindən ona təkrar doğum haqqında şəhadətnamənin verilməsi mümkün olmamış, aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. JN-0041 Kod 40710048 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, İsmayıllı rayonun Uştalqışlaq kəndində yerləşən 7,48 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X21, Ərizəçi, X22, X9, X23, X15 və X6 birgə mülkiyyətinə verilmişdir. Maraqlı şəxs tərəfindən verilmiş 24 noyabr 2022-ci il tarixli 604 nömrəli məktubdan görünür ki, Ərizəçi təkrar doğum haqqında şəhadətnamə verilməsi ilə bağlı müraciət etmiş, şəxsiyyətini təsdiq edən sənədi təqdim etmədiyindən özünün və X4 doğum akt qeydinin olub-olmaması barədə müraciətinə cavab verilməsi mümkün olmamış, aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İsmayıllı rayon Dövlət Arxivi tərəfindən verilmiş 06 dekabr 2022-ci il tarixli 159 nömrəli məktubdan görünür ki, İsmayıllı rayon Qələyə kənd İƏD üzrə RİHB-nın nümayəndəliyinin 31 nömrəli arxiv fondunda saxlanan 1963-1965-ci illərin Uştal kəndinə aid Təsərrüfatbaşına kitabında X10 1934-cü il, X11 1937-ci il təvəllüdlü olması qeyd olunmuşdur. Həmin kitabın qaib olma qrafasında X10 1964-cü ildə ölməsi göstərilmişdir. X34 Əliyevanın nigah haqda akt qeydinin, Əsgər Əliyevin ölüm aktının və Ərizəçi doğum haqqında çıxarışları Maraqlı şəxs həmin illərə dair sənədləri arxiv fonduna təhvil verilmədiyi üçün məlumat verilməsi mümkün olmamışdır. Maraqlı şəxs tərəfindən verilmiş 27 dekabr 2022-ci il tarixli 05/Q-665/13 nömrəli məktubdan görünür ki, X10 ölümü haqqında “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akkt qeydi aşkar edilməmişdir. Maraqlı şəxs tərəfindən verilmiş 27 dekabr 2022-ci il tarixli 05/Q-666/13 nömrəli məktubdan görünür ki, X24 və X11 nikahları haqqında “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və akt qeydləri aşkar edilməmişdir. Maraqlı şəxs tərəfindən verilmiş 27 dekabr 2022-ci il tarixli 05/Q-667/13 nömrəli məktubdan görünür ki, 10 may 1964-cü ildə İsmayıllı rayon Uştalqışlaq kəndində anadan olmuş Ərizəçi doğumu haqqında İsmayıllı rayon arxivində və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar edilməmişdir. Məhkəmə ərizəçinin və maraqlı tərəfin izahatlarını, şahidin ifadəsini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, ərizəçi 10 may 1964-cü il tarixdə İsmayıllı rayonun Uştalqışlaq kəndində anadan olmuşdur. X4 və X3dır. Ərizəçinin X3 18 fevral 1971-ci il tarixdə X7 ilə rəsmi nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Novruzov, arvada Novruzova soyadı verilmişdir. Ərizəçinin atası 1964-cü ildə, anası isə 2018-ci ildə vəfat etmişdir. Ərizəçiyə doğum haqqında şəhadətnamə alınmamışdır. Ərizəçi doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, şəxsiyyət vəsiqəsi olmadığından müraciəti təmin edilməmiş, məhkəməyə müraciət etməsi hüququ izah olunmuşdur. Məhkəmənin verdiyi sorğudan sonra Qeydiyyat Şöbəsi tərəfindən araşdırılma aparılmış və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində ərzəçinin doğumu, valideyinlərinin nigahı və atası Əsgər Əliyevin ölümü haqqında hər hansı məlumatın olmadığı göstərilmişdir. Dövlət arxivindən alınmış cavabda isə ərizəçinin atasının 1964- cü ildə ölməsi göstərilmişdir. Ərizəçinin doğumunun qeyd edilməsi faktını təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsi, yaxud həmin sənədin bərpası mümkün deyildir. Ərizəçi ərizəsində və məhkəmə iclasında verdiyi izahatında 10 may 1964-cü il tarixdə İsmayıllı rayonun Uştalqışlaq kəndində anadan olduğunu göstərmiş, məhkəmə iclasında ifadə vermiş şahid də ərizəçinin 10 may 1964-cü ildə İsmayıllı rayonun Uştalqışlaq kəndində anadan olduğunu təsdiq etdi. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 166.2-ci maddəsinə əsasən doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəsisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müvafiq icra hakimiyyəti orqanına müraciət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları (o cümlədən doğumun qeyd edilmə faktını - maddə 307.2.3) müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarını rəhbər tutaraq hesab edir ki, ərizəçinin doğum faktının müəyyən edilməsi, ərizəçinin 10 may 1964-cü il tarixdə İsmayıllı rayonun Uştalqışlaq kəndində doğulması, atasının X18, anasının Əliyeva (Novruzova) Pəri Səməd qızı olması ərizəçinin izahatı, şahidin ifadəsi və iş materialları ilə təsdiq olunduğundan, habelə ərizəçinin doğum faktını təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməsi, yaxud həmin sənədin bərpası mümkün olmadığından ərizə təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi doğum faktı müəyyən olunsun. Doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə soyad, ad və ata adı Ərizəçi, doğulduğu yer İsmayıllı rayonun Uştalqışlaq kəndi, doğulduğu tarix 10 may 1964-cü il, milliyyəti azərbaycanlı, daimi yaşadığı yer İsmayıllı rayonu Uştalqışlaq kəndi, X4, anası Əliyeva (Novruzova) Pəri Səməd qızı qeyd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-123/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-123/2023
23.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver