Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-1275/2024 04.12.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh8, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X1 və İsmayıllı rayon Notariat Ofisinə qarşı miras əmlakın qanun üzrə vərəsələr arasında bölünməsi tələbinə dair mülki işə 04 dekabr 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh8, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X1 və İsmayıllı rayon Notariat Ofisinə qarşı iddia ərizəsi ilə müraciət edərək İsmayıllı rayonu Lahıc qəsəbəsinin Ərəgit kəndində yerləşən, Qəbələ 9 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü ildə verilmiş **********81-10301 reyestr nömrəli və ********** qeydiyyat nömrəli çıxarış üzrə 59,1 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinin yerləşdiyi, valideynlərinin də daxil olduğu, dörd nəfərin ümumi birgə mülkiyyətində olan 0,06 hektar həyətyanı torpaq sahəsinin miras qalan 2/4 hissəsi, İsmayıllı rayonu Lahıc qəsəbəsinin Ərəgit kəndində yerləşən Qəbələ 9 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2024cü ildə verilmiş **********81-10301 reyestr nömrəli və ********** qeydiyyat nömrəli çıxarış üzrə isə valideynlərinin də daxil olduğu, dörd nəfərin ümumi birgə mülkiyyətində olan 0,06 hektar həyətyanı torpaq sahəsinin miras qalmış 2/4 hissəsinin, habelə Qəbələ 9 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü ildə verilmiş **********81-10301 reyestr nömrəli və ********** qeydiyyat nömrəli çıxarış üzrə 0,06 hektar həyətyanı torpq sahəsində yerləşən, mərhum atalarının mülkiyyətində olan 59,1 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinin miras əmlak kimi qanun üzrə birinci növbə vərəsələr o, Həşimova (Bayramova) Sayad Məhəmməd qızı, Cavabdeh3, Cavabdeh8, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və X1 arasında bərabər paylar əsasında bölünməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Mülki iş üzrə məhkəmə hazırlıq iclasında iddiaçı ərizə təqdim edərək iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının vəsatətini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmalıdır. Azərbaycan Respublikası Mülku Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etdiyinə görə iddiaçının vəsatəti ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İddiaçı (Məmməd) oğlu tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu (Qəbzin nömrəsi:**********) tam şəkildə ona qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh8, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X1 və İsmayıllı rayon Notariat Ofisinə qarşı miras əmlakın qanun üzrə vərəsələr arasında bölünməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılsın. İddiaçı (Məmməd) oğlu tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu (Qəbzin nömrəsi:**********) tam şəkildə ona qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-1275/2024
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-1275/2024
04.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver