Məhkəmə qərarları › İş №2(037)-13/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-13/2023

02.06.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-13/2023 02.06.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinin naturada bölgüsünün aparılması tələbinə dair mülki işə 02 iyun 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək İsmayıllı şəhəri, M.F.Axundov küçəsi, ev 44B ünvanında yerləşən fərdi yaşayış evinin İsmayıllı Rayon Məhkəməsinin 09 mart 1993-cü il tarixli qətnaməsində göstərilmiş qaydada bölünmüş qaydada naturada bölgüsünün aparılması, belə bölgü mümkün olmadığı halda onun payına düşən dəyərə uyğun məbləğin nağd şəkildə cavabdeh tərəfindən ödənilməsi, bu mümkün olmadığı halda həmin daşınmaz əmlakın açıq hərracda satılması və satışdan əldə olunmuş məbləğin müvafiq olaraq cavabdehə 4/6, ona 2/6 hissə olaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil1 məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək İsmayıllı şəhəri, M.F.Axundov küçəsi, ev 44B ünvanında yerləşən fərdi yaşayış evinin naturada bölgüsünün aparılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, o, cavabdehlə 18 iyun 1974-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və nikahları 14 may 1990-cı il tarixdə pozulmuşdur. Cavabdehin iddia tələbinə əsasən İsmayıllı Rayon Məhkəməsinin 09 mart 1993-cü il tarixli qətnaməsi ilə cavabdehlə birgə nikah dövründə İsmayıllı şəhəri, M.F.Axundov küçəsi, ev 44B ünvanında tikdirdikləri iki mərtəbəli, altı otaqlı ev aralarında bölünərək evin birinci mərtəbəsindəki günbatan tərəfdən bir, ikinci mərtəbədə isə üç otaq cavabdehə, evin birinci mərtəbəsindəki qərb tərəfdəki iki əlaqəli otaq isə ona verilməsi yolu ilə bölünmüşdür. Lakin cavabdeh tərəfindən məhkəmə qətnaməsi ilə müəyyən olunmuş mülkiyyətindən istifadə edilməsinə şərait yaradılmamışdır. Cavabdeh ona qarşı evin açıq hərracda satılması, ödənilməmiş qalan aliment borcunun tutulmasına dair iddia tələbi ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət etmişdir. Eyni zamanda o, qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İsmayıllı şəhəri, M.F.Axundov küçəsi, ev 44B ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 25 noyabr 2005-ci il tarixli qətnaməsi ilə cavabdehin ona qarşı iddia tələbi təmin edilmiş, onun qarşılıqlı iddia tələbi isə təmin edilməmişdir. Həmin qətnamədən apelyasiya şikayət vermiş və apelyasiya şikayəti Şəki Apelyasiya Məhkəməsinin 22 aprel 2008-ci il tarixli 2/1(107)-166/2008 saylı qətnaməsi ilə təmin edilərək cavabdehin ona qarşı iddia tələbi təmin edilməmiş, onun qarşılıqlı iddia tələbi isə təmin edilərək ailəsi ilə birlikdə İsmayıllı şəhəri, M.F.Axundov küçəsi, ev 44B ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi qərara alınmışdır. Lakin cavabdeh Şəki Apelyasiya Məhkəməsinin 22 aprel 2008-ci il tarixli 2/1(107)- 166/2008 saylı qətnaməsinə əsasən ailəsilə birlikdə İsmayıllı şəhəri, M.F.Axundov küçəsi, ev 44B ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsinə maneçilik törətmişdir. Bu səbəbdən həmin mənzilə köçürülməsi mümkünsüz olmuşdur. İsmayıllı Rayon Məhkəməsinin 09 mart 1993-cü il tarixli qətnaməsi əsasında Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş 56 nömrəli qeydiyyat vəsiqəsinə əsasən İsmayıllı şəhəri, M.F.Axundov küçəsi, ev 44B ünvanında yerləşən ümumi sahəsi 56,2 kv.m-dən ibarət 2 otaqlı yaşayış evi onun mülkiyyətinə verilmişdir. Cavabdehlə razılıq əldə olunmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İsmayıllı şəhəri, M.F.Axundov küçəsi, ev 44B ünvanında yerləşən fərdi yaşayış evinin naturada bölgüsünün aparılmasını tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçının nümayəndəsi Vəkil1 iddiaçının izahatının məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, o, iddiaçı ilə 18 iyun 1974-cü il tarixdə rəsmi nikahla ailə qurmuş və 14 may 1990-cı il tarixdə nikahları pozulmuşdur. Birgə nikahlarından altı övladları olmuş və övladlarına o baxmışdır. İddia tələbinə əsasən İsmayıllı Rayon Məhkəməsinin 09 mart 1993-cü il tarixli qətnaməsi ilə birgə nikah dövründə İsmayıllı şəhəri, M.F.Axundov küçəsi, 44B saylı ünvanda tikdirdikləri iki mərtəbəli, altı otaqlı ev aralarında, evin birinci mərtəbəsindəki günbatan tərəfdən bir, ikinci mərtəbədən isə üç otaq özünə, evin birinci mərtəbəsindəki qərb tərəfdəki iki əlaqəli otaq isə iddiaçıya verilməsi yolu ilə bölünmüşdür. Lakin bu günə kimi cavabdeh bir dəfə də olsa nəinki ev, heç həyətə belə gəlməmiş, evin təmiri və vergi xərcləri ilə maraqlanmamışdır. Evin bütün kommunal xərclərini özü ödəmişdir. Evin bölgüsü onların bir-birilərinə mane olmadan evdən istifadə üçün münasib deyil. Verilmiş ekpertiza rəyi ilə razı deyil. İddiaçının iddia tələbini əsassız hesab edir və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin 30 may 2005-ci il tarixli 56 nömrəli qeydiyyat vəsiqəsi və 2005-ci il tarixli texniki pasportun təsdiq edilmiş surətlərindən görünür ki, İsmayıllı şəhəri, M.F.Axundov küçəsi 44B ünvanında yerləşən, ümumi sahəsi 56.2 kv.metrdən ibarət 2 otaqlı fərdi yaşayış evi İsmayıllı Rayon Məhkəməsinin 09 mart 1993-cü il tarixli 2-35 saylı qətnaməsi əsasında İddiaçı adına qeydə alınmışdır. Şəki Apelyasiya Məhkəməsinin 22 aprel 2008-ci il tarixli 2/1(107)-166/2008 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh X3 qarşı evin açıq hərracda satılması, ödənilməmiş qalan aliment borcunun tutulmasına dair iddiası rədd edilmiş, X2 Cavabdeh qarşı ailəsi ilə birlikdə İsmayıllı şəhəri, M.F.Axundov küçəsi 44B saylı ünvanda yerləşən evin ona məxsus otaqlarına köçürlüməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 07 mart 2023-cü il tarixli, 10/7876 nömrəli ekspert rəyindən müəyyən edilir ki, mübahisə predmeti olan fərdi yaşayış evinin ümumi sahəsi 56 kv.metr olan iki yaşayış otağının həmin evin digər hissələrindən təcrid olunaraq ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən olunur. Bunun üçün iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X1 Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastr İdarəsi tərəfindən mübahisə predmeti olan fərdi yaşayış evi üçün tərtib edilmiş (inventar №1348A) texniki pasport sənədində 6 və 7 nömrəsi ilə işarələnmiş otaqlar arasında qapı boşluğu açılmalı, 6 və 5 nömrəli otaqlar, həmçinin 7 və 5 nömrəli otaqlar arasındakı qapı boşluğu bağlanılmalı, 6 nömrəli otaqdan isə çöl hissəyə giriş-çıxış qapısı açılmalıdır. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir. Məhkəmə ekspert rəyini işdə olan digər sənədlərlə yanaşı tədqiq edərək yoxladıqdan sonra, belə hesab edir ki, ekspert rəyi tam və əsaslandırılmış olduğundan mötəbər sübut kimi qəbulediləndir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, işdə olan sənədləri, digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, iddiaçı ümumi paylı mülkiyyətdə olan torpaq sahəsindən payının naturada ayrılmasını, yaxud həyətyanı torpaq sahəsinin açıq hərracdan satılmasını, satışdan əldə edilmiş pulun bölünüb payının ödənilməsini məhkəmə qaydasında tələb etmək üçün subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası MPM–nin 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin 30 may 2005-ci il tarixli 56 nömrəli qeydiyyat vəsiqəsi və 2005-ci il tarixli texniki pasporta əsasən İsmayıllı şəhəri, M.F.Axundov küçəsi 44B ünvanında yerləşən, ümumi sahəsi 56.2 kv.metrdən ibarət 2 otaqlı fərdi yaşayış evi İsmayıllı Rayon Məhkəməsinin 09 mart 1993-cü il tarixli 2-35 saylı qətnaməsi əsasında iddiaçının adına qeydə alınmışdır. Şəki Apelyasiya Məhkəməsinin 22 aprel 2008-ci il tarixli 2/1(107)- 166/2008 nömrəli qətnaməsinə əsasən Cavabdeh X3 qarşı evin açıq hərracda satılması, ödənilməmiş qalan aliment borcunun tutulmasına dair iddiası rədd edilmiş, X2 Cavabdeh qarşı ailəsi ilə birlikdə İsmayıllı şəhəri, M.F.Axundov küçəsi 44B saylı ünvanda yerləşən evin ona məxsus otaqlarına köçürlüməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 07 mart 2023-cü il tarixli, 10/7876 nömrəli ekspert rəyinə əsasən mübahisə predmeti olan fərdi yaşayış evinin ümumi sahəsi 56 kv.metr olan iki yaşayış otağının həmin evin digər hissələrindən təcrid olunaraq ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən olunur. Bunun üçün iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X1 Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastr İdarəsi tərəfindən mübahisə predmeti olan fərdi yaşayış evi üçün tərtib edilmiş (inventar №1348A) texniki pasport sənədində 6 və 7 nömrəsi ilə işarələnmiş otaqlar arasında qapı boşluğu açılmalı, 6 və 5 nömrəli otaqlar, həmçinin 7 və 5 nömrəli otaqlar arasındakı qapı boşluğu bağlanılmalı, 6 nömrəli otaqdan isə çöl hissəyə giriş-çıxış qapısı açılmalıdır. İddiaçı İsmayıllı şəhəri, M.F.Axundov küçəsi, ev 44B ünvanında yerləşən fərdi yaşayış evinin naturada bölgüsünün aparılmasını tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddiaçının iddia tələbini əsassız hesab edir və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, məhkəmə tərəfindən İsmayıllı Rayon Məhkəməsinin 09 mart 1993-cü il tarixli qətnaməsi əsasında Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən 56 nömrəli qeydiyyat vəsiqəsi və 2005-ci il tarixli texniki pasporta əsasən iddiaçının adına verilmiş İsmayıllı şəhəri, M.F.Axundov küçəsi 44B ünvanında yerləşən, ümumi sahəsi 56.2 kv.metrdən ibarət 2 otaqlı fərdi yaşayış evinin iddiaçıda saxlanılması şərti ilə həmin evin onun digər hissəsindən texniki cəhətdən naturada real bölgüsünün mümkün olub-olmamasının müəyyən edilməsi üçün məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspert rəyi ilə müəyyən edilmişdir ki, mübahisə predmeti olan fərdi yaşayış evinin ümumi sahəsi 56 kv.metr olan iki yaşayış otağının həmin evin digər hissələrindən təcrid olunaraq ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən olunur. Bunun üçün iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X1 Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastr İdarəsi tərəfindən mübahisə predmeti olan fərdi yaşayış evi üçün tərtib edilmiş (inventar №1348A) texniki pasport sənədində 6 və 7 nömrəsi ilə işarələnmiş otaqlar arasında qapı boşluğu açılmalı, 6 və 5 nömrəli otaqlar, həmçinin 7 və 5 nömrəli otaqlar arasındakı qapı boşluğu bağlanılmalı, 6 nömrəli otaqdan isə çöl hissəyə giriş-çıxış qapısı açılmalıdır. Məhkəmə ekspert rəyinə əsaslanaraq və hər bir paylı mülkiyyətçinin öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmə hüququnun olması barədə qanunun tələblərini rəhbər tutaraq qərara gəlir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı iddia üzrə iddiaçının dövlət rüsumu barədə tələbi olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumları iddiaçının özünə aid edilməlidir. İddiaçı 25 (iyirmi beş) manat və Cavabdeh 25 (iyirmi beş) manat olmaqla, ümumilikdə 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İsmayıllı şəhəri, M.F.Axundov küçəsi 44B ünvanında yerləşən, ümumi sahəsi 56.2 kv.metrdən ibarət 2 otaqlı fərdi yaşayış evinin Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X1 Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastr İdarəsinin 1348A inventar nömrəli texniki pasport sənədində göstərilən 6 və 7 nömrəsi ilə işarələnmiş otaqlar arasında qapı boşluğu açılsın, 6 və 5 nömrəli otaqlar, 7 və 5 nömrəli otaqlar arasındakı qapı boşluğu bağlanılsın, 6 nömrəli otaqdan çöl hissəyə giriş-çıxış qapısı açılsın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İddiaçı 25 (iyirmi beş) manat və Cavabdeh 25 (iyirmi beş) manat olmaqla, ümumilikdə 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (keçiriləcək hesab – büdcə təsnifatının kodu - 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod - 210005, VÖEN-**********, müxbir hesab- AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar