Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1359/2025 26.11.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Əbilli Xəyyam Gündüz oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi Nümayəndə2, İddiaçı3 nümayəndəsi Nümayəndə1, Cavabdeh1 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətə maneənin aradan qaldırılması tələbinə dair mülki işə 26 noyabr 2025-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə müraciət edərək, İsmayıllı rayonu Talıstan kəndində yerləşən qeydiyyat vəsiqəsi əsasında paylarına ayrılaraq mülkiyyətlərinə verilmiş torpaq sahəsinin naturada bölgüsünün aparılmasına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qəbələ Ərazi İdarəsinin əməkdaşlarının işinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən edilən maneələrin və müdaxilələrin aradan qaldırılması və onların bu hərəkətlərinə son qoyulması, iddia tələbi ilə müraciət etmək üçün ödədikləri 100 manat dövlət rüsumunun və hüquqi yardım üçün ödədikləri xərcin cavabdehlərdən müştərək qaydada aınaraq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar iddia ərizəsində göstərmişlər ki, İsmayıllı Rayon Məhkəməsinin 31 iyul 2024-cü il tarixli 2(037)-580/2024 nömrəli qətnaməsinə əsasən 07 mart 2024-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən İsmayıllı rayonu Talıstan kəndində yerləşən 0,7668 hektar torpaq sahəsinin X8 payına düşən 1/3 hissənin 1/4 hissəsi miras qoyanın vərəsələri - X7 1/8 hissə, İddiaçı2 1/8 hissə, İddiaçı3 1/8 hissə, İddiaçı1 1/8 hissə, X3 1/8 hissə və Cavabdeh1 3/8 hissə, 07 mart 2024-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən İsmayıllı rayonu Talıstan kəndində yerləşən 0,7668 hektar torpaq sahəsinin miras qoyan X8 payına düşən 1/3 hissənin 1/4 hissəsi payından vərəsəsi X6 1/8 hissə və 07 mart 2024-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən İsmayıllı rayonu Talıstan kəndində yerləşən 0,7668 hektar torpaq sahəsinin X6 payına düşən 1/3 hissə payı onun vərəsələri - İddiaçı2 1/7 hissə, İddiaçı3 1/7 hissə, İddiaçı1 1/7 hissə, X4 1/7 hissə və Cavabdeh1 3/7 hissə, 11 mart 2024-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən İsmayıllı rayonu Talıstan kəndində yerləşən 0,339736 hektar torpaq sahəsinin X8 payına düşən 1/3 hissənin 1/4 hissəsi miras qoyanın vərəsələri - X7 1/8 hissə, İddiaçı2 1/8 hissə, İddiaçı3 1/8 hissə, İddiaçı1 1/8 hissə, X4 1/8 hissə və Cavabdeh1 3/8 hissə və 11 mart 2024-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən İsmayıllı rayonu Talıstan kəndində yerləşən 0,339736 hektar torpaq sahəsinin miras qoyan X8 payına düşən 1/3 hissənin 1/4 hissəsi payından vərəsəsi X6 1/8 hissə və 11 mart 2024-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən İsmayıllı rayonu Talıstan kəndində yerləşən 0,339736 hektar torpaq sahəsinin X6 payına düşən 1/3 hissə payı onun vərəsələri - İddiaçı2 1/7 hissə, İddiaçı3 1/7 hissə, İddiaçı1 1/7 hissə, X4 1/7 hissə və Cavabdeh1 3/7 hissə, 11 mart 2024-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən İsmayıllı rayonu Talıstan kəndində yerləşən, ümumi sahəsi 135,50 kv.metr olan fərdi yaşayış evinin 1/4 hissəsi miras qoyan X8 vərəsələri - X7 1/8 hissə, İddiaçı2 1/8 hissə, İddiaçı3 1/8 hissə, İddiaçı1 1/8 hissə, X4 1/8 hissə və Cavabdeh1 3/8 hissə və 11 mart 2024-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən İsmayıllı rayonu Talıstan kəndində yerləşən, ümumi sahəsi 135,50 kv.metr olan fərdi yaşayış evinin 1/4 hissəsinə vərəsəsi X6 1/8 hissə payı onun vərəsələri - İddiaçı2 1/7 hissə, İddiaçı3 1/7 hissə, İddiaçı1 1/7 hissə, X4 1/7 hissə və Cavabdeh1 3/7 hissə müəyyən edilməsi qət olunmuşdur. 23 iyun 2025-ci il tarixdə məhkəmə qətnaməsinə əsasən bölgü aparılaraq altı nəfərin adına çıxarış verilmişdir. Çıxarış əsasında yerində bölgü aparılması məqsədi ilə DƏDRX 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişlər. İdarənin əməkdaşları əraziyə gələrək müvafiq sənədlər əsasında bölgü aparılmasını istəsələr də Cavabdeh1 və onun oğlu Cavabdeh2 ölçmə işlərinin aparılmasına maneçilik törətmişlər İdarə tərəfindən tərəflər arasında bölgü aparılması ilə bağlı razılıq olmaması əsası ilə ərizələrinin təmin olunmaması barədə onlara məlumat verilmişdir. Onlar cavabdehlərlə dəfələrlə razılığa gəlmələrini təklif etsələr də cavabdehlər naturada bölgünün yalnız onların dediyi formada aparılacağına razı olduğunu bildirmişlər. Məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşlar. Bunun üçün 100 manat dövlət rüsumu və hüquqi yardıma görə müəyyən məbləğdə vəsait xərcləmişlər. İddiaçılar məhkəmə iclasına gəlməmiş, İddiaçı1 nümayəndəsi Nümayəndə2 və İddiaçı3 isə nümayəndəsi Nümayəndə1 təmsil etmişdir. Bundan başqa İddiaçı2 teleqram göndərərək üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı1 nümayəndəsi Nümayəndə2 və İddiaçı3 nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Cavabdeh1 izahat verərək göstərdi ki, o, bölgünün aparılması ilə bağlı heçkimi görməmişdir. Bölgünün aparılması ilə bağlı problem yoxdur. İş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İsmayıllı Rayon Məhkəməsinin 31 iyul 2024-cü il tarixli 2(037)- 580/2024 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinin surətindən görünür ki, 07 mart 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İsmayıllı rayonu Talıstan kəndində yerləşən 0,7668 hektar torpaq sahəsinin X8 payına düşən 1/3 hissənin 1/4 hissəsi miras qoyanın vərəsələri – X7 1/8 hissə, İddiaçı2 1/8 hissə, İddiaçı3 1/8 hissə, İddiaçı1 1/8 hissə, X4 1/8 hissə və Cavabdeh1 3/8 hissə müəyyən edilməsi, 07 mart 2024cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İsmayıllı rayonu Talıstan kəndində yerləşən 0,7668 hektar torpaq sahəsinin miras qoyan X8 payına düşən 1/3 hissənin 1/4 hissəsi payından vərəsəsi X6 1/8 hissə və 07 mart 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İsmayıllı rayonu Talıstan kəndində yerləşən 0,7668 hektar torpaq sahəsinin X6 payına düşən 1/3 hissə payı onun vərəsələri - İddiaçı2 1/7 hissə, İddiaçı3 1/7 hissə, İddiaçı1 1/7 hissə, X4 1/7 hissə və Cavabdeh1 3/7 hissə müəyyən edilməsi, 11 mart 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İsmayıllı rayonu Talıstan kəndində yerləşən 0,339736 hektar torpaq sahəsinin X8 payına düşən 1/3 hissənin 1/4 hissəsi miras qoyanın vərəsələri – X7 1/8 hissə, İddiaçı2 1/8 hissə, İddiaçı3 1/8 hissə, İddiaçı1 1/8 hissə, X4 1/8 hissə və Cavabdeh1 3/8 hissə müəyyən edilməsi, 11 mart 2024cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İsmayıllı rayonu Talıstan kəndində yerləşən 0,339736 hektar torpaq sahəsinin miras qoyan X8 payına düşən 1/3 hissənin 1/4 hissəsi payından vərəsəsi X6 1/8 hissə və 11 mart 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İsmayıllı rayonu Talıstan kəndində yerləşən 0,339736 hektar torpaq sahəsinin X6 payına düşən 1/3 hissə payı onun vərəsələri - İddiaçı2 1/7 hissə, İddiaçı3 1/7 hissə, İddiaçı1 1/7 hissə, X4 1/7 hissə və Cavabdeh1 3/7 hissə müəyyən edilməsi, 11 mart 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İsmayıllı rayonu Talıstan kəndində yerləşən, ümumi sahəsi 135,50 kv.metr olan fərdi yaşayış evinin 1/4 hissəsi miras qoyan X8 vərəsələri - X7 1/8 hissə, İddiaçı2 1/8 hissə, İddiaçı3 1/8 hissə, İddiaçı1 1/8 hissə, X4 1/8 hissə və Cavabdeh1 3/8 hissə müəyyən edilməsi, 11 mart 2024cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İsmayıllı rayonu Talıstan kəndində yerləşən, ümumi sahəsi 135,50 kv.metr olan fərdi yaşayış evinin 1/4 hissəsinə vərəsəsi X6 1/8 hissə payı onun vərəsələri - İddiaçı2 1/7 hissə, İddiaçı3 1/7 hissə, İddiaçı1 1/7 hissə, X4 1/7 hissə və Cavabdeh1 3/7 hissə müəyyən edilməsi qət edilmişdir. 23 iyun 2025-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, İsmayıllı rayonu Talıstan kəndində yerləşən 0,339736 hektar torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 135,50 kv.metr olan fərdi yaşayış evi İddiaçı2 fərdi ev 1/14, torpaq 136/336 hissədə, İddiaçı3 fərdi ev 1/14, torpaq 24/336 hissədə, İddiaçı1 fərdi ev 1/14, torpaq 24/336 hissədə, X1 fərdi ev 1/14, torpaq 24/336 hissədə, Cavabdeh1 fərdi ev 3/14, torpaq 72/336 hissədə və Cavabdeh2 fərdi ev 7/14, torpaq 56/336 hissədə mülkiyyətindədir. 23 iyun 2025-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, İsmayıllı rayonu Talıstan kəndində yerləşən 0,7668 hektar torpaq sahəsi İddiaçı2 136/336 hissədə, İddiaçı3 24/336 hissədə, İddiaçı1 24/336 hissədə, X1 24/336 hissədə, Cavabdeh1 72/336 hissədə və Cavabdeh2 56/336 hissədə mülkiyyətindədir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin İddiaçı3 ünvanladığı 23 iyul 2025-ci il tarixli 3-21-3-42/2- 3242/2025 nömrəli məktubunun surətindən görünür ki, tərəflər arasında bölgü aparılması ilə bağlı razılıq olmamışdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. 22 sentyabr 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı1 məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, İsmayıllı Rayon Məhkəməsinin 31 iyul 2024-cü il tarixli 2(037)-580/2024 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən 07 mart 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İsmayıllı rayonu Talıstan kəndində yerləşən 0,7668 hektar torpaq sahəsinin X8 payına düşən 1/3 hissənin 1/4 hissəsi miras qoyanın vərəsələri – X7 1/8 hissə, İddiaçı2 1/8 hissə, İddiaçı3 1/8 hissə, İddiaçı1 1/8 hissə, X4 1/8 hissə və Cavabdeh1 3/8 hissə müəyyən edilməsi, 07 mart 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İsmayıllı rayonu Talıstan kəndində yerləşən 0,7668 hektar torpaq sahəsinin miras qoyan X8 payına düşən 1/3 hissənin 1/4 hissəsi payından vərəsəsi X6 1/8 hissə və 07 mart 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İsmayıllı rayonu Talıstan kəndində yerləşən 0,7668 hektar torpaq sahəsinin X6 payına düşən 1/3 hissə payı onun vərəsələri - İddiaçı2 1/7 hissə, İddiaçı3 1/7 hissə, İddiaçı1 1/7 hissə, X4 1/7 hissə və Cavabdeh1 3/7 hissə müəyyən edilməsi, 11 mart 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İsmayıllı rayonu Talıstan kəndində yerləşən 0,339736 hektar torpaq sahəsinin X8 payına düşən 1/3 hissənin 1/4 hissəsi miras qoyanın vərəsələri – X7 1/8 hissə, İddiaçı2 1/8 hissə, İddiaçı3 1/8 hissə, İddiaçı1 1/8 hissə, X4 1/8 hissə və Cavabdeh1 3/8 hissə müəyyən edilməsi, 11 mart 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İsmayıllı rayonu Talıstan kəndində yerləşən 0,339736 hektar torpaq sahəsinin miras qoyan X8 payına düşən 1/3 hissənin 1/4 hissəsi payından vərəsəsi X6 1/8 hissə və 11 mart 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İsmayıllı rayonu Talıstan kəndində yerləşən 0,339736 hektar torpaq sahəsinin X6 payına düşən 1/3 hissə payı onun vərəsələri - İddiaçı2 1/7 hissə, İddiaçı3 1/7 hissə, İddiaçı1 1/7 hissə, X4 1/7 hissə və Cavabdeh1 3/7 hissə müəyyən edilməsi, 11 mart 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İsmayıllı rayonu Talıstan kəndində yerləşən, ümumi sahəsi 135,50 kv.metr olan fərdi yaşayış evinin 1/4 hissəsi miras qoyan X8 vərəsələri - X7 1/8 hissə, İddiaçı2 1/8 hissə, İddiaçı3 1/8 hissə, İddiaçı1 1/8 hissə, X4 1/8 hissə və Cavabdeh1 3/8 hissə müəyyən edilməsi, 11 mart 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İsmayıllı rayonu Talıstan kəndində yerləşən, ümumi sahəsi 135,50 kv.metr olan fərdi yaşayış evinin 1/4 hissəsinə vərəsəsi X6 1/8 hissə payı onun vərəsələri - İddiaçı2 1/7 hissə, İddiaçı3 1/7 hissə, İddiaçı1 1/7 hissə, X4 1/7 hissə və Cavabdeh1 3/7 hissə müəyyən edilməsi qət edilmişdir. 23 iyun 2025-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış üzrə İsmayıllı rayonu Talıstan kəndində yerləşən 0,339736 hektar torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 135,50 kv.metr olan fərdi yaşayış evi İddiaçı2 fərdi ev 1/14, torpaq 136/336 hissədə, İddiaçı3 fərdi ev 1/14, torpaq 24/336 hissədə, İddiaçı1 fərdi ev 1/14, torpaq 24/336 hissədə, X1 fərdi ev 1/14, torpaq 24/336 hissədə, Cavabdeh1 fərdi ev 3/14, torpaq 72/336 hissədə və Cavabdeh2 fərdi ev 7/14, torpaq 56/336 hissədə mülkiyyətindədir. 23 iyun 2025-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış üzrə isə İsmayıllı rayonu Talıstan kəndində yerləşən 0,7668 hektar torpaq sahəsi İddiaçı2 136/336 hissədə, İddiaçı3 24/336 hissədə, İddiaçı1 24/336 hissədə, X1 24/336 hissədə, Cavabdeh1 72/336 hissədə və Cavabdeh2 56/336 hissədə mülkiyyətindədir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi İddiaçı3 ünvanladığı 23 iyul 2025-ci il tarixli 3-21-3-42/2-3242/2025 nömrəli məktubda qeyd edir ki, tərəflər arasında bölgü aparılması ilə bağlı razılıq olmamışdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddianın dəlilləri əsaslıdır. Cavabdehlər iddiaçıların mülkiyyət hüquqlarını pozur, onların mülkiyyət hüquqlarını həyata keçirməyə mane olurlar. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13–cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası MM–nin 152.1–ci maddəsinə əsasən mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Yuxarıda qeyd olunanlar onu göstərir ki, iddiaçıların qeyd olunan torpaq üzərində mülkiyyət hüququ var. Ona görə də məhkəmə hesab edir ki, iddia əsaslıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçıların mübahisəli torpaq üzərində mülkiyyət hüquqlarını həyata keçirmək imkanları qanunla onların hüquqları kimi nəzərdə tutulmuşdur. İnsan Hüquqları və X5 X2 1 saylı Protokolunun 1–ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikası MM–nin 157.4–cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 158.1 və 158.1.2–ci maddələrinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. 158.4–cü maddəsinə görə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub– olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4–cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçıların tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçılar mülkiyyətçi olmalı, mülkiyyətə qəsd və başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilməli və cavabdehlərin həmin əşya üzərində heç bir hüququ olmamalıdır. Yəni cavadehlərin hərəkətləri qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4–cü maddəsində göstərilən şərtlərin cavabdehə münasibətdə məcmu halında mövcud olub– olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı iş üzrə tətbiq olunan normada göstərilən şərtlər cavabdehlərə münasibətdə məcmu halında mövcuddur. Belə ki, cavabdehlər iddiaçıların mülkiyyətində olan torpaq sahəsini (fərdi yaşayış evini) naturada bölgüsünün aparılmasına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qəbələ Ərazi İdarəsinin əməkdaşlarının işinə mane olmuşlar. Nəticədə, iddiaçıların mülkiyyətlərindən sərbəst istifadə etmələrinə manelər yaranmışdır. Belə olan halda cavabdehlərin iddiaçıların mülkiyyətində olan torpaq sahəsi üzərində heç bir mənafe üstünlüyü yoxdur və onların hərəkətləri qanunsuzdur. Bununla da cavabdehlər tərəfindən iddiaçıların subyektiv hüquqları pozulmuşdur. Ona görə də iddiaçıların cavabdehlərə qarşı tələb hüquqları yaranmışdır. Azərbaycan Respublikaı Mülki Məcəlləsinin 157.1–ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 213.6–cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. 152.2–ci maddəsinə əsasən sahiblik hüququ–əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3–cü maddəsinə əsasən istifadə hüququ–əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5–ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui–istifadə olmasın. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84–cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111–ci maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, İsmayıllı rayonu Talıstan kəndində yerləşən qeydiyyat vəsiqəsi əsasında paylarına ayrılaraq iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətlərinə verilmiş torpaq sahəsinin naturada bölgüsünün aparılmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qəbələ Ərazi İdarəsinin əməkdaşlarının işinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən edilən maneələr və müdaxilələr aradan qaldırılmalı və onların bu hərəkətlərinə son qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar İddiaçı1 tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq İddiaçı1 verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbini hüquqi yardıma görə ödənilən xərcin cavabdehlərdən alınması hissəsinə gəlincə hesab edir ki, tələb bu hissədə əsaslı deyildir. Belə ki, hazırkı mübahisə üzrə hər hansı bir Vəkil Bürosu və ya vəkillə iddiaçılar arasında hüquqi yardıma dair müqavilə və bunun əsasında tərəflər arasında müəyyənləşdirilmiş hüquqi xidmət haqqını təsdiq edən qəbz məhkəməyə təqdim edilməmişdir. Ona görə də məhkəmə tələbi bu hissədə əsassız hesab edərək, təmin edilməməsi qənaətinə gəlir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İsmayıllı rayonu Talıstan kəndində yerləşən qeydiyyat vəsiqəsi əsasında paylarına ayrılaraq iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətlərinə verilmiş torpaq sahəsinin naturada bölgüsünün aparılmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qəbələ Ərazi İdarəsinin əməkdaşlarının işinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən edilən maneələr və müdaxilələr aradan qaldırılsın və onların bu hərəkətlərinə son qoyulsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 100 (bir yüz) manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı1 verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-1359/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1359/2025
26.11.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver