Məhkəmə qərarları › İş №2(037)-1386/2024

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-1386/2024

02.10.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-1386/2024 02.10.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlu, iddiaçı İsmayıllı rayonu,İsmayıllı Bələdiyyəsinin Cavabdeh qarşı yolun qarşısına qoyulmuş darvazanın sökülməsi və gediş-gəlişi təmin edən yolun açılması tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı İsmayıllı rayonu, İsmayıllı Bələdiyyəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İsmayıllı Bələdiyyəsinin mülkiyyətində olan, ümumi istifadə edilən ictimai yol üzərində quraşdırılmış darvaza Cavabdeh hesabına sökülməsi,həmin yoldan digər şəxslərin istifadəsinə Cavabdeh tərəfindən edilən maneçiliyin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-in 153.2.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə ki, iddia ərizəsinin mümkünlüyünü yoxlayan zaman məlum olmuşdur ki, İsmayıllı rayonu İsmayıllı bələdiyyəsinin Cavabdeh qarşı özbaşına tutulmuş bələdiyyə torpağının geri qaytarılması tələbinə dair İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi mövcuddur,hazırda həmin qətnamədən apellyasiya şikayəti verilmiş, həmin işə Şəki Apellyasiya Məhkəməsində baxılır. Göründüyü kimi hər iki tələb eyni tərəflər arasında eyni predmet olmaqla, əsaslar da eynidir. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149.2.5, 150.0.5, 152.1, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı İsmayıllı rayonu, İsmayıllı Bələdiyyəsinin Cavabdeh qarşı yolun qarşısına qoyulmuş darvazanın sökülməsi və gediş-gəlişi təmin edən yolun açılması tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar