Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-14/2024 05.02.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı torpaq sahəsinin naturada ayrılması, mülkiyyət hüququn qeydə alınması və torpaq sahəsindən istifadəsinə olan manelərin aradan qaldırılması tələbinə dair mülki işə 05 fevral 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayonu İsmayıllı kəndi ərazisində yerləşən, İsmayıllı rayon AİK-nın qərarı ilə mülkiyyətlərinə verilmiş JN-1135 KOD 40719028 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”nda göstərilən 1,56 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin paylarına uyğun naturada bölünməsi, 6/2 hissəsi üzərində mülkiyyət hüququnun qeydə alınması, torpaq sahəsindən istifadəyə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən olan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, o, İsmayıllı rayonu İsmayıllı kəndində anadan olmaqla həmin kənddə ailəsi ilə birlikdə yaşamışdır. Torpaq islahatı zamanı X2 ailə başçısı olmaqla, o, anası X8, bacısı Cavabdeh2, qardaşları X6 və Cavabdeh1 İsmayıllı rayon AİK-nin 1999-cu il 06 fevral tarixli 66 saylı qərarı ilə 1,56 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün pay torpaq sahəsi verilmişdir. Torpaq sahəsinin JN-1135 KOD 40719028 mülkiyyət sənədi olan torpağa mülkiyyət hüququna dair dövlət aktı hazırlanaraq verilmişdir. Atası və anası sağlıqlarında torpaq sahəsini əkib-becərmişlər. X2 11 yanvar 2002-ci il tarixdə, anası X8 30 aprel 2006cı il tarixdə vəfat etmiş, qardaşı X6 isə Qarabağ döyüşlərində şəhid olmuşdur. Paylı mülkiyyətlərində olan torpaq sahəsini yalnız qardaşı Cavabdeh1 tək istifadə edir. Cavabdeh1 miras əmlakından paylarının müəyyən olunmasına və hətta mülkiyyətlərində olan torpaq sahəsindən istifadə etməyinə imkan vermir. Cavabdeh1 bütün torpaq sahəsini öz mülkiyyəti kimi istifadə edir və öz ailəsinin maraqlarına uyğun olaraq əkib-becərir və məhsulunuda özü götürür. O, nə qədər bu problemi həll eləməyə çalışsa da Cavabdeh1 yola gəlməmişdir. O, məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. İsmayıllı Rayon Məhkəməsinin 15 yanvar 2008-ci il tarixli qətnaməsi ilə birgə mülkiyyətlərində olmuş həyətyanı torpaq sahəsi üzrə miras payın müəyyən olunaraq mülkiyyət hüququnun qeydə alınması müvafiq idarəyə tapşırılmış və həyətyanı torpaq sahəsi naturada bölünərək ona verilmişdir. Lakin Cavabdeh1 paylı mülkiyyətlərində olan torpaq sahəsinin və miras paylarının müəyyən olunmasına, naturada bölünməsinə və nəticədə istifadə etməyinə heç bir imkan vermir. İsmayıllı rayonu İsmayıllı kəndi ərazisində yerləşən, İsmayıllı rayon AİKnın qərarı ilə mülkiyyətlərinə verilmiş JN-1135 KOD 40719028 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”nda göstərilən 1,56 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin paylarına uyğun naturada bölünməsi, 6/2 hissəsi üzərində mülkiyyət hüququnun qeydə alınması, torpaq sahəsindən istifadəyə cavabdehlər tərəfindən olan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh1 iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, iddiaçı onun bacısıdır. JN-1135 KOD 40719028 mülkiyyət sənədi olan torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən X2 ailə başçısı olmaqla, o, anası X8, qardaşı X6, bacıları İddiaçı və Cavabdeh2 İsmayıllı rayon AİK-nin 1999-cu il 06 fevral tarixli 66 saylı qərarı ilə 1,56 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün pay torpaq sahəsi verilmişdir. X2 11 yanvar 2002-ci il tarixdə, anası X8 30 aprel 2006-cı il tarixdə vəfat etmiş, qardaşı X6 isə Qarabağ döyüşlərində şəhid olmuşdur. İddiaçı qeyd olunan torpaq sahəsini bölərək satmaq istəyir. O, bununla razılaşmır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişdir. Məhkəmə işə Cavabdeh2 iştirakı olmadan baxılmasını qərara almışdır. JN-1135 KOD 40719028 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, X13, X8, X14, X9, X6 və Cavabdeh1 birgə mülkiyyətinə İsmayıllı rayonu İsmayıllı kəndi ərazisindən 1,56 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 15 yanvar 2008-ci il tarixli, 2-09/2008 nömrəli qətnaməsinin surətindən görünür ki, Azərbaycan Respublikası DTXK İsmayıllı rayon şöbəsi tərəfindən xx.xx.2006-cı ildə X10, X14, Cavabdeh1, X11 və X5 adına verilmiş JN 124F seriyalı KOD 40719028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydə düzəliş edilərək mülkiyyətçilər sırasından “X14” qeydi çıxarılaraq “X12” qeydinin yazılması, İsmayıllı rayon İsmayıllı kəndində yerləşən, Azərbaycan Respublikası DTXK İsmayıllı rayon şöbəsi tərəfindən xx.xx.2006-cı ildə verilmiş JN - 1247F seriyalı 40719028 nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə uyğun olaraq mərhum X3 miras qalmış 0,05 hektar həyətyanı torpaq sahəsi üzərində qanun üzrə vərəsəlik hüququ əsasında və 0,05 hektar həyətyanı torpaq sahəsi üzərində isə şəxsi mülkiyyət hüququ əsasında olmaqla, cəmi 0,10 (sıfır tam yüzdə on) hektar həyətyanı torpaq sahəsi üzərində X4 mülkiyyət hüququnun müəyyən edilməsi, 0,10 hektar həyətyanı torpaq sahəsində müvafiq qaydada mərzçəkmə işlərinin aparılması, texniki sənədlərinin tərtib olunması Azərbaycan Respublikası DTXK İsmayıllı rayon şöbəsinə, Azərbaycan Respublikası DTXK İsmayıllı rayon şöbəsi tərəfindən xx.xx.2006-cı ildə verilmiş overline İN - 1247F seriyalı 40719028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyddə düzəliş edilməsi və həmin 0,10 hektar həyətyanı torpaq sahəsinin X4 adına dövlət qeydiyyatına alınmasının isə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Qəbələ Rayon Ərazi İdarəsinə tapşırılması qət edilmişdir. İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyinin 14 avqust 2017-ci il tarixli, 2920 nömrəli arayışının surətindən görünür ki, torpağa mülkiyyət hüququna dair JN-1135 KOD 40719028 olan dövlət aktında İddiaçı adı texniki səhv olaraq X9 yazılmışdır. İsmayıllı rayon Qeydiyyat şöbəsinin 15 avqust 2017-ci il tarixli, AZ-İ №895292 nömrəli şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X13 11 yanvar 2002-ci il tarixdə vəfat etmişdir. İsmayıllı rayon Qeydiyyat şöbəsinin 15 avqust 2017-ci il tarixli, AZ-İ №895293 nömrəli şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X15 30 aprel 2006-cı il tarixdə vəfat etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, JN-1135 KOD 40719028 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı üzrə X13, X8, X14, X9, X6 və Cavabdeh1 birgə mülkiyyətinə İsmayıllı rayonu İsmayıllı kəndi ərazisindən 1,56 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. X13 11 yanvar 2002-ci il tarixdə, X15 isə 30 aprel 2006cı il tarixdə vəfat etmişdir. X1 döyüşlərində şəhid olmuşdur. İsmayıllı Rayon Məhkəməsinin 15 yanvar 2008-ci il tarixli, 2-09/2008 nömrəli qətnaməsinə əsasən Azərbaycan Respublikası DTXK İsmayıllı rayon şöbəsi tərəfindən xx.xx.2006-cı ildə X10, X14, Cavabdeh1, X11 və X5 adına verilmiş JN 124F seriyalı KOD 40719028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydə düzəliş edilərək mülkiyyətçilər sırasından “X14” qeydi çıxarılaraq “X12” qeydinin yazılması, İsmayıllı rayon İsmayıllı kəndində yerləşən, Azərbaycan Respublikası DTXK İsmayıllı rayon şöbəsi tərəfindən xx.xx.2006-cı ildə verilmiş JN - 1247F seriyalı 40719028 nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə uyğun olaraq mərhum X3 miras qalmış 0,05 hektar həyətyanı torpaq sahəsi üzərində qanun üzrə vərəsəlik hüququ əsasında və 0,05 hektar həyətyanı torpaq sahəsi üzərində isə şəxsi mülkiyyət hüququ əsasında olmaqla, cəmi 0,10 (sıfır tam yüzdə on) hektar həyətyanı torpaq sahəsi üzərində X4 mülkiyyət hüququnun müəyyən edilməsi, 0,10 hektar həyətyanı torpaq sahəsində müvafiq qaydada mərzçəkmə işlərinin aparılması, texniki sənədlərinin tərtib olunması Azərbaycan Respublikası DTXK İsmayıllı rayon şöbəsinə, Azərbaycan Respublikası DTXK İsmayıllı rayon şöbəsi tərəfindən xx.xx.2006-cı ildə verilmiş overline İN - 1247F seriyalı 40719028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyddə düzəliş edilməsi və həmin 0,10 hektar həyətyanı torpaq sahəsinin X4 adına dövlət qeydiyyatına alınmasının isə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Qəbələ Rayon Ərazi İdarəsinə tapşırılması qət edilmişdir. İddiaçı İsmayıllı rayonu İsmayıllı kəndi ərazisində yerləşən, İsmayıllı rayon AİK-nın qərarı ilə mülkiyyətlərinə verilmiş JN- 1135 KOD 40719028 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”nda göstərilən 1,56 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin paylarına uyğun naturada bölünməsi, 6/2 hissəsi üzərində mülkiyyət hüququnun qeydə alınması, torpaq sahəsindən istifadəyə cavabdehlər tərəfindən olan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh1 iddia tələbini qəbul etmir, iddiaçının qeyd olunan torpaq sahəsini bölərək satmaq istədiyini, bununla razılaşmadığını bildirərək iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Məhkəmə iddia tələbinin paylı mülkiyyətdə olan torpaq sahələrinin naturada ayrılması hissəsinə münasibətdə qeyd edir ki, İsmayıllı Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli qərardadına əsasən JN-1135 KOD 40719028 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”na əsasən X13, X8, X14, X9, X6 və Cavabdeh1 birgə mülkiyyətində olan İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən 1,56 hektar torpaq sahəsinin 2/6 (0,52 hektar) hissəsinin naturada real bölgü əsasında bölünməsinin mümkünlüyü barədə mütəxəssis rəyi verilməsi üçün Azərbaycan Respublikası “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə sorğu edilmişdir. Lakin sorğunun nəticəsi barədə müvafiq rəy məhkəməyə təqdim edilməmişdir. Qeyd edilən torpaq sahəsinə dair sənəddə həmin torpaq sahəsinin bütün koordinatları öz əksini tapmışdır. Qeyd edilən mübahisəli torpaq sahəsinə dair müvafiq rəy olmadan da həmin sənədlər əsasında iddiaçının payı naturada bərabər bölünməklə ayrılmasının mümkün olub-olmaması barədə rəy verilə bilər. Ona görə də məhkəmə, hər bir paylı mülkiyyətçinin öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmə hüququnun olması barədə qanunun tələblərini rəhbər tutaraq qərara gəlir ki, iddia tələbinə mahiyyəti üzrə baxılmalı, tələb paylı mülkiyyətdə olan torpaq sahələrinin naturada bölünməsi hissəsində qismən təmin edilməli, JN-1135F KOD 40719028 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı üzrə İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən X13, X8, X14, X9, X6 və Cavabdeh1 birgə mülkiyyətində olan 1,56 hektar torpaq sahəsi 0,26 hektar hissədə (1/6 hissə) naturada real bölünərək İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə,qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Məhkəmə iddia tələbinin torpaq sahəsindən istifadəsinə olan manelərin aradan qaldırılması hissəsinə münasibətdə qeyd edir ki, cavabdehlər iddiaçının paylı mülkiyyətçisi olduğu torpaq sahəsindən sahiblik və istifadə hüququnun həyata keçirilməsinə mane olmaları onun əmlak üzərində istifadə hüquqlarından tam və sərbəst şəkildə istifadə edə bilməməsi ilə nəticələnir. Ona görə də məhkəmə qərara gəlir ki, iddia tələbi torpaq sahəsindən istifadəsinə olan manelərin aradan qaldırılması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia tələbinin mülkiyyət hüququnun qeydə alınmasına dair hissəsinə münasibət bildirərək qeyd edir ki, mülkiyyət hüququnun qeydə alınması məhkəmə səlahiyyətinə aid deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı iddia üzrə iddiaçının dövlət rüsumu barədə tələbi olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumları iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. JN-1135F KOD 40719028 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı üzrə İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən X13, X8, X14, X9, X6 və Cavabdeh1 birgə mülkiyyətində olan 1,56 hektar torpaq sahəsi 0,26 hektar hissədə (1/6 hissə) naturada real bölünərək İddiaçı verilsin. 1,56 hektar torpaq sahəsindən İddiaçı payına verilmiş 0,26 hektar hissədən (1/6 hissə) onun istifadəsinə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən edilən maneçiliklərə qadağa qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-14/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-14/2024
05.02.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver