Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-121/2025 21.08.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X12 Elmar oğlunun sədrliyi, X8 məhkəmə iclas katibliyi ilə, Ərizəçi maraqlı şəxs X5 Baş İdarəsinə qarşı heç bir ölkənin vətəndaşı olmama faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: Tələb: 1.Ərizəçi iddia ərizəsi ilə məhkəməyə ilə müraciət edərək, heç bir ölkənin vətəndaşı olmamağı və Azərbaycan Republikasında daimi yaşamağı faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar:
2. Ərizəçi iddia ərizəsində iddia tələbinin əsası kimi 1995-ci il tarixdən X6 ilə ailə həyatı quraraq Şərur rayonu Yengicə kəndində yaşadığını, üç övladlarının xx.xx.1995-ci il təvəllüdlü X9, xx.xx.2001-ci il təvəllüdlü X10 və xx.xx.2004-cü il təvəllüdlü X2 doğulduğunu, X3 xx.xx.2014-cü il tarixdə serebral iflicdən vəfat etdiyini, Şərur rayon Aqrar İslahat Komissiyası tərəfindən 1998-ci il tarixdən Şərur rayon Yengicə kəndində verilmiş 0.13 ha torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evi və torpaq sahəsinin mülkiyyətlərinə verildiyini, 1995-ci il tarixdən Şərur rayonu Yengicə kəndində yaşadığını, Şərur rayonu Yengicə kəndində yaşamağının yaşayış yeri barədə arayışda da öz təsdiqini tapdığını, həmin arayışda onun Şərur rayonu Yengicə kəndində yaşadığının 1995-ci il tarixdən olaraq qeyd edildiyini, bunu sübut etmək üçün qonşuları Şərur rayon Yengicə kənd sakinləri X1 və X7 məhkəməyə şahid qismində çağırılmalarını və şahid ifadələrinin alınmasını xahiş etdiyini, Azərbaycan Respublikası vətəndaşı olmaq üçün, şəxsiyyət vəsiqəsi almaq üçün müvafiq orqanlara müraciət etdiyini, lakin heç bir müsbət nəticə əldə olunmadığını bildirmişdir. İşdə iştirak edən şəxslər:
3.Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar keçirilən məhkəmə iclaslarında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
4. İddiaçı Ərizəçi xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq ərizəsində Şərur Rayon Məhkəməsində “heç bir ölkənin vətəndaşı olmama faktının müəyyən edilməsi” tələbinə dair iddia qaldırdığını, hal-hazırda iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması zərurətinin yarandığını, buna görə də iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması və mülki işin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
5. 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır.
6. 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır.
7. 260.4-cü maddəsinə əsasən İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır.
8. 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər.
9. 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa dövlət rüsumu geri qaytarılır.
10. 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir.
11. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır.
Məhkəmənin mövqeyi:
12. Belə olan halda, məhkəmə hesab edir ki, ərizəçinin ərizəsi nəzərə alınaraq, sözügedən ərizə baxılmamış saxlanılmalı, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır.
13. Həmçinin ərizə baxılmamış saxlanıldığından və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarıldığından məhkəmə hesab edir ki, ərizəçi tərəfindən xx.xx.2024-cü il tarixdə 10270 nömrəli qəbzə əsasən Naxçıvan MR Maliyyə Nazirliyinin hesabına ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu da ərizəçiyə geri qaytarılmalıdır.
Nəticə:
14. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanıldığından ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalıdır.
15. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
Ərizə təmin edilsin. Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılsın. Ərizənin verilməsinə görə ərizəçi tərəfindən ödənmiş 100 (bir yüz) manat dövlət rüsumu özünə geri qaytarılsın. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Abil Orucəliyev