Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-1435/2023 13.12.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Hüseynov İlqar Vidayət oğlu, İddiaçı cavabdehlər Cavabdeh2 ASC və Cavabdeh1nə qarşı zaminlik müqaviləsinə xitam verilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək müəyyən etdim: İddiaçı cavabdehlər Cavabdeh2 ASC və Cavabdeh1nə qarşı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh2 ASC ilə xx.xx.2015-ci il tarixli 0184/15 saylı zaminlik müqaviləsinin xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, iddiaçı hazırkı iş üzrə qanunla müəyyən olunmuş məbləğdə dövlət rüsumu ödəməmişdir. Belə ki, “X1” Azərbaycan Respublikasının Qanununun 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməlidir. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.1, 152.1.2 və 152.1.5-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda və müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan əlavə, iddiaçı iddia ərizəsində Cavabdeh2 ASC-nin İsmayıllı filialını cavabdeh qismində qoysa da Cavabdeh2 ASC ləğv olunduğundan bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondudur. Ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hüquqi ünvanı AZ1014, Bakı şəhəri, Bül-bül prospekti 40, faktiki ünvanı isə AZ1025 Bakı şəhəri, Babək prospekti 16-dır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır. 53.3-cü maddəsinə əsasən nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Göründüyü kimi mülki prosessual qanunvericilik filialları hüquqi şəxs kateqoriyasına aid etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir; Belə ki, Cavabdeh2 ASC-nin İsmayıllı filialı hüquqi şəxs olmadığından, sözügedən iddia tələbi funksiyalarının həyata keçirildiyi və hüquqi şəxs olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı irəli sürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir; Mülki Prosessual Məcəlləsinin 36.2-ci maddəsinin mənasından göründüyü kimi, hazırki tələb üzrə tərəf olan (cavabdeh) yalnız Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondudur, Cavabdeh1 isə tələbı cavabdeh verən şəxs, yəni cavabdeh deyil, üçüncü şəxsdir. Belə ki, iddiaçı iddia ərizəsində Cavabdeh1 cavabdeh qismində deyil, üçüncü şəxs qismində qoymalı idi. Göründüyü kimi iddiaçı iddia ərizəsini qanunvericiliyin tələbinə uyğun olmayaraq tərtib etmişdir. İddiaçı iddia ərizəsinə qanunla müəyyən olunmuş miqdarda dövlət rüsumunun ödənilməsinə dair qəbzi əlavə etmədiyindən, iddia ərizəsini qanunvericilikdə müəyyən olunmuş forma və məzmuna riayət etmədən tərtib etdiyindən və aidiyyət qaydalarına riayət etmədən məhkəməyə müraciət etdiyindən iddia ərizəsi və olunmuş sənədlər geri qaytarılmalıdır. İddiaçıya izah edilir ki, iddia ərizəsinin qaytarılması qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməsinə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq qərara aldım: İddiaçı cavabdehlər Cavabdeh2 ASC və Cavabdeh1nə qarşı zaminlik müqaviləsinə xitam verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan elektron kabinet vasitəsilə İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-1435/2023
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-1435/2023
13.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver