Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-1456/2022 27.10.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Mən hakim Hüseynov İlqar Vidayət oğlu, İddiaçı cavabdeh X2 qarşı pul və zaminlikdən çıxarılma tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 914,33 manat məbləğində pul vəsaitinin X1 tutulması və onun zaminlikdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, iş materiallarını araşdıraraq belə nəticəyə gəlirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmuna riayət edilmədən tərtib olunduğundan Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 149.2.3-cü maddəsində nəzərdə tutulmuş iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar iddia ərizəsinin xahiş etdi hissəsində düzgün göstərilməmişdir. İddiaçı ərizəsində tələbini aydın şəkildə qeyd etməmiş, zamilikdən çıxarılmasını tələb etsə də, o, "xxxx" ASC ilə X3 arasında bağlanmış 02 oktyabr 2019-cu il tarixli güzəştli kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə bank qarşısında əsas borclu ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüş, zaminlik müqaviləsinin müddəti isə zaminliklə təmin edilmiş öhdəliyin kredit alan tərəfindən bank qarşısında tam həcmdə icra edilənədək qüvvədə olması ilə əlaqələndirilmişdir. Pul məbləğinin borcludan tutulması üçün borclunun olduğu yer üzrə notarius icra qeydi aparmış və icraya yönəldilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2-ci maddəsinə əsasən ərizədə aşağıdakılar göstərilməlidir: - ərizənin verildiyi məhkəmənin adı; - iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); - iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; - müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; - “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; - ərizəyə əlavə edilən sənədlərin siyahısı. Həmin Məcəllənin 151.1-ci maddəsində göstərilir ki, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Belə hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, o, qeyd olunan çatışmazlıqları aradan qaldırdıqdan sonra məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149.2.5, 150.0.5, 152.1, 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh X2 qarşı pul və zaminlikdən çıxarılma tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət edə bilər. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-1456/2022
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-1456/2022
27.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver