Məhkəmə qərarları › İş №2(037)-149/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-149/2023

19.05.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-149/2023 19.05.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi tələbinə dair mülki işə 19 may 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumi birgə mülkiyyətlərində olan İsmayıllı rayonu,Ərəgit kəndində 0.05 hektar torpaq sahəsində yerləşən 477.40 kv.metr sahəsi olan fərdi yaşayış evinin Cavabdeh qeyri-qanuni sahibliyindən götürülərək onların birgə sahibliyinə və istifadələrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı1 iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı rayon Ərəgit kəndində 0,05 hektar torpaq sahəsində yerləşən 477,40 kv.metr sahəsi olan fərdi yaşayış evi onun və oğlu İddiaçı2 ümumi birgə mülkiyyətlərindədir. Həmin fərdi yaşayış evinə dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən ona və oğlu İddiaçı2 **********15-10301 reyestr və ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Qeyd olunan fərdi yaşayış evi məhkəmə qətnamələrinə əsasən Ağaməşədi Haqverdiyevin mülkiyyəti kimi qeydə alınmış və ona Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Qəbələ Ərazi idarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi-**********15-10301, seriya nömrəsi MA №Q0249674 olan Çıxarış verilmişdir. Ağaməşədi Haqverdiyev həmin fərdi yaşayış evini xx.xx.2011-ci il tarixli bağışlama müqaviləsinə əsasən qızı Cavabdeh bağışlamış,bağışlama müqaviləsi İsmayıllı rayon Dövlət Notariat kontoru tərəfindən təsdiq edilmişdir. Bağışlama müqaviləsinə əsasən qeyd olunan fərdi yaşayış evi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Qəbələ Ərazi idarəsində Cavabdeh mülkiyyəti kimi qeydə alınmış və ona Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Qəbələ Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə qeydiyyat nömrəsi **********,reyestr nömrəsi **********15- 10301,seriya MA №Q-0287832 Çıxarış verilmişdir.Həmin fərdi yaşayış evinin Ağaməşədi Haqverdiyevə verilməsinə əsas olmuş məhkəmə qətnamələri ləğv edildikdən sonra,onun və oğlu İddiaçı2 İsmayıllı rayon Məhkəməsində qaldırdıqları iddiaya məhkəmədə baxılmış, İsmayıllı rayon Məhkəməsinin 2(037)-81/2020 nömrəli, 07 iyul 2020-ci il tarixli qətnaməsi ilə İsmayıllı rayonu Lahıc qəsəbəsinin Ərəgit kəndində yerləşən «Hacı Dadaş mülkü» adlanan 3 mərtəbəli fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0,05 hektar torpaq sahəsinə dair Ağaməşədi Haqverdiyevin adına DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 16 avqust 2011-ci il tarixli, MA seriyalı, 0249674-nömrəli Çıxarış ləğv edilmiş, İsmayıllı rayonu Lahıc qəsəbəsinin Ərəgit kəndində yerləşən «Hacı Dadaş mülkü» adlanan 3 mərtəbəli fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0,05 hektar torpaq sahəsinə dair mülkün Cavabdeh bağışlanması barədə İsmayıllı rayon Notariat kontorunda reyestrdə 43-3/382 nömrə ilə qeydə alınmış xx.xx.2011-ci il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilmiş vəİsmayıllı rayon Lahıc qəsəbəsinin Ərəgit kəndində yerləşən «Hacı Dadaş mülkü» adlanan 3 mərtəbəli fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0,05 hektar torpaq sahəsinə dair Cavabdeh adına DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 06 dekabr 2011-ci il tarixli,MA seriyalı,0287832-nömrəli Çıxarış ləğv edilmişdir. Qeyd etmək istəyir ki,İsmayıllı rayon Məhkəməsinin 2(037)-81/2020-nömrəİi, 07 iyul 2020-ci il tarixli qətnaməsi Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)1855/2020-nömrəli, 25 noyabr 2020-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanmışdır. Eyni zamanda Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-3303/2020 nömrəli 24 may 2021-ci il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1855/2020-nömrəİi, 25 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Bundan sonra İsmayıllı rayonu Ərəgit kəndində 0,05 hektar torpaq sahəsində yerləşən 477,40 kv.metr sahəsi olan fərdi yaşayış evi onun və oğlu İddiaçı2 ümumi birgə mülkiyyətlərindədir. Həmin fərdi yaşayış evinə dairDaşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən ona və oğlu İddiaçı2 daşınmaz əmlakın reyestr nömrəsi **********15-10301,qeydiyyat nömrəsi **********,qeydiyyat tarixi xx.xx.2022 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir.Cavabdeh heç bir əsas gətirmədən fərdi yaşayış evini onun və oğlu İddiaçı2 sahibliyinə verməyərək qeyri-qanuni olaraq sahibliyində saxlayır və ondan istifadə edir. Hesab edir ki, onun və oğlu İddiaçı2 ümumi birgə mülkiyyətləri olan İsmayıllı rayonu Ərəgit kəndində 0,05 hektar torpaq sahəsində yerləşən 477,40 kv.metr sahəsi olan fərdi yaşayış evi Cavabdeh qeyri-qanuni sahibliyindən götürülərək onun və oğlu İddiaçı2 birgə sahibliyinə və istifadələrinə verilməlidir. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş edir. İddiaçı2 iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh və nümayəndəsi/Vəkil məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq,məhkəmə iclasında iştirak etməmişlər, cavabdehin nümayəndəsi/ Vəkil məhkəməyə elektron ərizə göndərərək üzürlü səbəbdən sağlamlığı ilə əlaqədar 19 may 2023-cü il tarixə saat 11:30-a təyin edilmiş məhkəmə iclasında iştirak edə bilmədiyini və mülki işlə əlaqədar iddia tələbinə qarşı sübutlar təqdim edəcəyini bildirərək mülki iş üzrə təyin edilmiş məhkəmə iclasını təxirə salaraq başqa vaxta təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Göründüyü kimi cavabdeh məhkəmə hazırlıq və baxış iclaslarında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Eyni zamanda cavabdehin nümayəndəsi/Vəkil məhkəməyə elektron ərizə göndərərək üzürlü səbəbdən sağlamlığı ilə əlaqədar 19 may 2023-cü il tarixə saat 11:30-a təyin edilmiş məhkəmə iclasında iştirak edə bilmədiyini və mülki işlə əlaqədar iddia tələbinə qarşı sübutlar təqdim edəcəyini bildirərək mülki iş üzrə təyin edilmiş məhkəmə iclasını təxirə salaraq başqa vaxta təyin edilməsini xahiş etsə də,sağlamlığı ilə əlaqədar məhkəməyə hər hansı sənəd təqdim etməmişdir. Eyni zamanda mülki iş üzrə təyin olunmuş xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərə təyin olunmuş məhkəmə hazırlıq iclaslarında cavabdehin nümayəndəsi/Vəkil iddia tələbinə qarşı sübutlar təqdim etməyə şərait yaradılsa da, qeyd edilən sübutlar məhkəməyə təqdim edilməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin və nümayəndəsi/Vəkil iştirakları olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçıların izahatlarını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan: Şəki İnzibati Məhkəməsinin e-2-1(116)-2243/2022 nömrəli qərardadından görünür ki, Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “İsmayıllı rayonu Lahıc qəsəbəsinin Ərəgit kəndində 0.05 hektar həyətyanı torpaq sahəsində yerləşən mülkə dair İddiaçı1 və İddiaçı2 adına dövlət reyestrində aparılmış qeydiyyatın və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, 1906-cı il tarixdə vəfat etmiş X1 miras qalmış,İsmayıllı rayonu Lahıc qəsəbəsinin Ərəgit kəndində 0.05 hektar həyətyanı torpaq sahəsində yerləşən mülkə dair mərhum X2 adına arayış (çıxarış) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********15-10301 reyestr nömrəli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, İsmayıllı rayonu, Ərəgit kəndində yerləşən 0.05 hektar həyətyanı torpaq sahəsi ümumi sahəsi 477.40 kv.metr olan fərdi yaşayış evi ilə birlikdə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyətlərinə verilmişdir. İsmayıllı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(037)-149/2023 nömrəli qərardadından görünür ki,Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi/Vəkil iddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi və üçüncü şəxslər İddiaçı1 və İddiaçı2 qarşı “İsmayıllı rayonu, Lahıc qəsəbəsinin Ərəgit kəndində 0.05 hektar həyətyanı torpaq sahəsində yerləşən mülkə dair İddiaçı1 və İddiaçı2 adına dövlət reyestrində aparılmış qeydiyyatın və Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışın ləğv edilməsi vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə qoyulması tələbinə dair” iddia ərizəsinə mahiyyəti üzrə baxılıb məhkəmənin qərarı qanuni qüvvəyə minənə qədər İsmayıllı rayon Məhkəməsinin icraatında olan “iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi” tələbinə dair 2(037)-149/2023 saylı mülki iş üzrə icraatın dayandırılmasına dair ərizəsi təmin edilməmişdir. İsmayıllı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(037)-149/2023 nömrəli qərardadından görünür ki, məhkəmənin 15 fevral 2023-cü il tarixli 2(037)-149/2023 nömrəli qərardadından Cavabdeh nümayəndəsi/Vəkil tərəfindən verilmiş şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(107)- 506/2023 saylı qərardadından görünür ki, Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikаyət təmin edilməyərək iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2(037)-149/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə iddiaçıların izahatları və iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən etdi ki, İsmayıllı rayon Ərəgit kəndində 0,05 hektar torpaq sahəsində yerləşən 477,40 kv.metr sahəsi olan fərdi yaşayış evi iddiaçıların ümumi birgə mülkiyyətlərindədir. Həmin fərdi yaşayış evinə dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən iddiaçılara **********15-10301 reyestr və ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Qeyd olunan fərdi yaşayış evi məhkəmə qətnamələrinə əsasən Ağaməşədi Haqverdiyevin mülkiyyəti kimi qeydə alınmış və ona DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixli, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi-**********15- 10301,seriya nömrəsi MA №Q0249674 olan Çıxarış verilmişdir. Ağaməşədi Haqverdiyev həmin fərdi yaşayış evini xx.xx.2011-ci il tarixli bağışlama müqaviləsinə əsasən qızı Cavabdeh bağışlamış,bağışlama müqaviləsi İsmayıllı rayon Dövlət Notariat kontoru tərəfindən təsdiq edilmişdir. Bağışlama müqaviləsində Ağaməşədi Haqverdiyevin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Qəbələ Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli,2336-saylı arayışa və xx.xx.2011-ci il tarixdə qeydiyyat nömrəsi **********, reyestr nömrəsi-**********15-10301,seriya MA №Q-0249674 olan Çıxarışa əsasən, İsmayıllı rayonu Ərəgit kəndində mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yerləşən,1932-53-cü ildə tikilmiş,3 mərtəbəli, 16 otaqlı, yaşayış sahəsi 299,8 kv.metr, yardımçı sahəsi 177,6 kv.metr, ümumi sahəsi 477.4 kv.metr olan fərdi yaşayış evini qızı Cavabdeh bağışladığı qeyd olunmuşdur. Qeyd olunan bağışlama müqaviləsi əsasında fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh mülkiyyəti kimi qeydə alınmış və ona Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Qəbələ Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********15- 10301, seriya MA №Q-0287832 olan Çıxarış verilmişdir. Həmin fərdi yaşayış evinin Ağaməşədi Haqverdiyevə verilməsinə əsas olmuş məhkəmə qətnamələri ləğv edildikdən sonra, iddiaçıların İsmayıllı rayon Məhkəməsində qaldırdıqları iddiaya məhkəmədə baxılmış, məhkəmənin qanuni qüvvəyə minmiş 2(037)-81/2020 nömrəli, 07 iyul 2020-ci il tarixli qətnaməsi ilə İsmayıllı rayonu Lahıc qəsəbəsinin Ərəgit kəndində yerləşən «Hacı Dadaş mülkü» adlanan 3 mərtəbəli fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0,05 hektar torpaq sahəsinə dair Ağaməşədi Haqverdiyevin adına DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 16 avqust 2011-ci il tarixli, MA seriyalı, 0249674-nömrəli Çıxarış ləğv edilmiş,İsmayıllı rayonu Lahıc qəsəbəsinin Ərəgit kəndində yerləşən «Hacı Dadaş mülkü» adlanan 3 mərtəbəli fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0,05 hektar torpaq sahəsinə dair mülkün Cavabdeh bağışlanması barədə İsmayıllı rayon Notariat kontorunda reyestrdə 43-3/382 nömrə ilə qeydə alınmış xx.xx.2011-ci il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilmiş və İsmayıllı rayon Lahıc qəsəbəsinin Ərəgit kəndində yerləşən «Hacı Dadaş mülkü» adlanan 3 mərtəbəli fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0,05 hektar torpaq sahəsinə dair Cavabdeh adına DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 06 dekabr 2011-ci il tarixli,MA seriyalı,0287832-nömrəli Çıxarış ləğv edilmişdir. Hazırda həmin fərdi yaşayış evi iddiaçıların ümumi birgə mülkiyyətlərində olsa da, cavabdeh həmin əmlakı iddiaçıların sahibliyinə verməyərək qeyri-qanuni olaraq sahibliyində saxlayır və ondan istifadə edir. Hazırkı mübahisəli fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi iddiaçıların mülkiyyətlərindədir. Hazırkı iddianın predmetinə aid olan İsmayıllı rayonu, Ərəgit kəndində 0.05 hektar həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 477.40 kv.metr olan fərdi yaşayış evi qanuni əsaslarla iddiaçıların ümumi birgə mülkiyyətlərində olmasına baxmayaraq, cavabdehin həmin əmlakdan istifadə etməkdə davam etməsi iddiaçıların mülkiyyət hüquqlarının pozulması və onların həmin əmlak üzərində mülkiyyət hüquqlarından tam və sərbəst istifadə edə bilməməsi ilə nəticələnmişdir. Məhkəmə hesab edir ki, iddiaçıların hazırda mübahisəli fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış, onların adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Lakin cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçıların qanunla qorunan və tanınan mülkiyyət hüquqlarını pozmuşdur. Ona görə də məhkəmə, mübahisənin düzgün həll edilməsi üçün işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə əşya hüquq münasibətləri əsas olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə əşya hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları müvafiq olaraq tətbiq edilməlidir. Belə ki, iddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçıların tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçılar mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır.Yəni,cavadehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilən şərtlərin cavabdehə münasibətdə məcmu halında mövcud olub-olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı iş üzrə tətbiq olunan normada göstərilən şərtlər cavabdehə münasibətdə məcmu halında mövcuddur. Belə ki, iddiaçıların mübahisəli fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqları dövlət tərəfindən tanınmışdır. Buna baxmayaraq, həmin fərdi yaşayış evi cavabdehin istifadəsində və sahibliyindədir.Cavabdehin həmin mübahisəli fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi üzərində heç bir əşya hüququ qeydiyyata alınmamışdır. Ona görə də cavabdehin sahibliyi qanunsuzdur. İddiaçıların cavabdehə qarşı tələb hüquqları yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə,o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsində qeyd edilmişdir ki, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İV hissəsinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli,**********15- 10301 reyestr nömrəli xx.xx.2022-ci il tarixli Çıxarışa əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyətlərində olan İsmayıllı rayonu, Ərəgit kəndində 0.05 hektar həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 477.40 kv.metr olan fərdi yaşayış evi Cavabdeh qeyri-qanuni sahibliyindən götürülərək iddiaçılar İddiaçı1 və İddiaçı2 birgə sahibliyinə və istifadələrinə verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, iddiaçılar tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu məbləği İddiaçı2 özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli,**********15-10301 reyestr nömrəli xx.xx.2022-ci il tarixli Çıxarışa əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyətlərində olan İsmayıllı rayonu, Ərəgit kəndində 0.05 hektar həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 477.40 kv.metr olan fərdi yaşayış evi Cavabdeh qeyri-qanuni sahibliyindən götürülərək iddiaçılar İddiaçı1 və İddiaçı2 birgə sahibliyinə və istifadələrinə verilsin. Ödənilmiş dövlət rüsumu məbləği İddiaçı2 özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar