Məhkəmə qərarları › İş №2(037)-15/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-15/2024

03.06.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-15/2024 03.06.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “zəbt edilmiş sahədən cavabdehlərin çıxarılması, zəbt edilmiş sahənin boşaldılması və zəbt edilmiş hissəyə dair mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulması” tələbinə dair mülki işə 03 iyun 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə müraciət edərək DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 21 sentyabr 2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən onun mülkiyyətində olan 0,1288 hektar həyətyanı torpaq sahəsinin üzərində evimin pəncərəsi qarşısının cavabdehlər Cavabdeh1 Müsəllı̇ f oğlu və Məmmədov Zahı̇ d Müsəllı̇ f oğlu tərəfindən zəbt edilmiş hissəsindən cavabdehlərin çıxarılması, həmin zəbt edilmiş hissənin boşaldılması və həmin zəbt edilmiş hissəyə dair mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İsmayıllı rayonu Əhən kəndində yaşayır. Mülkiyyətində olan 0,1288 hektar həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsi üzərindəki yaşayış və qeyri yaşayış obyektləri cavabdehlərə məxsus fərdi yaşayış evi ilə qonşuluqda yerləşir. Mülkiyyətində olan 0,1288 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 31.5 kv.m olan fərdi yaşayış evinə dair DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən adına 21 sentyabr 2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış ve həmin tarixli 407-4018/68 invertar nömrəli texniki pasport verilmişdir. 21 sentyabr 2017-ci il tarixli 407 4018/68 invertar nömrəli texniki pasportda 0,1288 hektar həyətyanı torpaq sahəsi üzərində cavabdehlərə məxsus tikili mövcuddur. Mübahisəli tikilini söküb yerində başqa təyinatlı tikinti tikmək istəsə də cavabdehlər həmin ərazinin ata-baba yurdları olmasını göstərərək ona həmin ərazini sökməyə və istədiyi kimi tikinti işləri aparmağa maneçiliklər törədirlər. Cavabdehlərin qanunsuz əməlləri nəticəsində bir ildən artıqdır ki, torpaq sahəsindən təyinatı üzrə istifadə edə bilmir. Həmin tikili onun mülkiyyət hüququnu məhdudlaşdırır. Mübahisəli tikilini söküb yerində başqa təyinatlı tikinti tikmək barədə cavabdehlərə çoxsaylı xahişlər edilməsinə baxmayaraq, sonuncular həmin təmir-tikinti işlərinin aparılmasına maneəçilik törədirlər. Bu səbəbdən hesab edir ki, məhkəmə qətnaməsi əsasında DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 21 sentyabr 2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən onun mülkiyyətində olan 0,1288 hektar həyətyanı torpaq sahəsinin üzərində evimin pəncərəsi qarşısının cavabdehlər tərəfindən zəbt edilmiş hissəsindən cavabdehlər çıxarılmalı, həmin zəbt edilmiş hissə boşaldılmalı və həmin zəbt edilmiş hissəyə dair mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulmalıdır. DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 21 sentyabr 2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən onun mülkiyyətində olan 0,1288 hektar həyətyanı torpaq sahəsinin üzərində evimin pəncərəsi qarşısının cavabdehlər tərəfindən zəbt edilmiş hissəsindən cavabdehlərin çıxarılması, həmin zəbt edilmiş hissənin boşaldılması və həmin zəbt edilmiş hissəyə dair mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulması barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı məhkəmə iclasına gəlməmiş, onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə təmsil etmişdir. Cavabdeh (Cavabdeh1 Müsəllı̇ f oğlunun nümayəndəsi) Cavabdeh2 Cavabdeh2 iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, o, İsmayıllı rayonu Əhən kəndində yaşayır. İddiaçı ilə qonşudur. İddiaçının ona qarşı irəli sürdüyü iddia tələbi əsassızdır. Belə ki, DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən iddiaçıya verilmiş 21 sentyabr 2017-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışda 31.5 kv.metr fərdi yaşayış evi və evin yerləşdiyi 0,1288 hektar həyətyanı torpaq sahəsi iddiaçının qardaşı X5 məxsusdur. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-764/2016 saylı qərarı ilə DƏDRX– nin 9 saylı Ərazi İdarəsinin üzərinə “X2 və X7 adlarına verilmiş JN-0971F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin 0,045 hektar hissəsinin ləğv edilməsi və ləğv edilməsi tələb olunan 0,045 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinin vahid daşınmaz əmlak kimi adına qeydə alınması yaşayış evini cavabdehin üzərinə qoyulması” tələbi ilə iddia qaldırmış, iddianın qismən təmin olunması barədə 19 oktyabr 2016-cı il tarixdə 2-1(84)-764/2016 saylı qərar qəbul olunmuşdur. Həmin qərarla cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin üzərinə X2 və X6 adlarına verilmiş JN-0971F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin 437,8 kvadratmetr hissəsinin ləğv edilməsi və ləğv olunması tələb olunan 437,8 kvadratmetr torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin vahid daşınmaz əmlak kimi iddiaçı X3 adına qeydə alınması öhdəliyi qoyulmuşdur. Halbuki, mərhum X1 09 dekabr 2011-ci il tarixli vəsiyyətnamə ilə 2 otaqlı fərdi yaşayış evini, tövləsini, həyətyanı torpaq sahəsini Cavabdeh1 vəsiyyət etmişdir. X4 19 fevral 2003-cü ildə ildə, onunla bir ailədə yaşayan, ailə qurmamış qızı Rzayeva (əslində Xankişiyeva) Gülarə Əlimirzə qızı isə 19 dekabr 2013-cü ildə vəfat etmişdir. Cavabdeh1 vəsiyyət üzrə vərəsə kimi mirası faktiki qəbul etmiş, idarə etmiş və həmin evdə yaşayır. Beləliklə də, qərar qanuni qüvvəyə minmiş və icra olunmuşdur. Həmin qərar əsasında Azərbaycan Respublikas ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsi X3 31,5 kv.metr sahəsi olan fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0.0438 hektar torpaq sahəsinə dair vahid mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində **********36-10301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə 07 fevral 2017-ci il tarixdə qeydə alınaraq RX seriyalı ******* saylı çıxarış verilmişdir. Eyni zamanda həyətyanı torpaq sahəmin tərkib hissəsi olan 0,085 hektar torpaq sahəsinə dair də X3 mülkiyyət hüququ 09 avqust 2017-ci il tarixdə **********51 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınaraq RX seriyalı ******* saylı çıxarış verilmişdir. Həmin torpaq sahəsinin X3 mülkiyyətinə hansı hüquq əsasında keçirildiyi məlum deyildir. Bundan sonra X9 mülkiyyətində olan həmin daşınmaz əmlakları, yəni RX seriyalı ******* saylı çıxarış üzrə 31,5 kv.metr sahəsi olan 2 otaqlı fərdi yaşayış evini və həmin evin yerləşdiyi 0,0438 hektar torpaq sahəsini İsmayıllı rayon dövlət notariat kontorunda 18 fevral 2017-ci il tarixdə təsdiq olunmuş və reyestrdə 40-120 sayla qeydə alınmış daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında və RX seriyalı ******* saylı çıxarış üzrə 0,085 hektar torpaq sahəsini İsmayıllı rayon dövlət notariat kontorunda 14 sentyabr 2017-ci il tarixdə təsdiq olunmuş və reyestrdə 48-507 sayla qeydə alınmış daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında bacısı İddiaçı bağışlamışdır. İddiaçı həmin İsmayıllı rayon Əhən kəndində yerləşən 31,5 kv.metr sahəsi olan 2 otaqlı fərdi yaşayış evinə və evin yerləşdiyi ümumi 0,1288 hektar torpaq sahəsinə dair mülkiyyət hüququ Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən 21 sentyabr 2017-ci il tarixdə **********30-10301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi qeydə alınaraq ona RX seriyalı ******* saylı çıxarış verilmişdir. Bununla da mülkiyyətdə olan həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi qeyri-qanuni olaraq İddiaçı mülkiyyətinə keçmişdir. Cavabdeh1 qeyd edilənlər barədə məlumat aldıqdan sonra Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-764/2016 saylı 17 oktyabr 2019-cu il tarixli qərardadı ilə 2-1(84)-764/2016 saylı mülki iş üzrə Cavabdeh1 üçüncü şəxs qismində işə cəlb edilmiş və Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-764/2016 saylı qərarı ləğv edilərək işə mahiyyəti üzrə baxılması təzələnmişdir. Həmin mülki işə Şəki İnzibati-İqtisadi Məhkəməsində yenidən baxılaraq iddiaçı X9 iddiasını geri götürdüyündən iş üzrə icraata xitam verilməsi barədə 04 dekabr 2019-cu il tarixli 2-1(84)-1637/2019 saylı qərardad qəbul edilmişdir. Beləliklə də ləğv edilməsi tələb olunan hüquqmüəyyənedici sənədlərin alınmasına səbəb olan 2-1(84)-764/2016 saylı qətnamə hüquqi qüvvəsini itirdiyindən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən X3 adına 31,5 kv.metr sahəsi olan fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0,0438 hektar torpaq sahəsinə dair üzrə daşınmaz əmlakın dövlət reyestrində **********36-10301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə 07 fevral 2017-ci il tarixdə qeydə alınaraq verilmiş RX seriyalı ******* saylı çıxarış, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən X3 adına həyətyanı torpaq sahəmin tərkib hissəsi olan 0,085 hektar torpaq sahəsinə dair X3 mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində **********51 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə 09 avqust 2017-ci il tarixdə dövlət qeydiyyatına alınaraq verilmiş RX seriyalı ******* saylı çıxarışlar ləğv edilməli, X9 ilə İddiaçı arasında bağlanmış, RX seriyalı ******* saylı çıxarış üzrə İsmayıllı rayon Əhən kəndində yerləşən 31,5 kv.metr sahəsi olan 2 otaqlı fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,0438 hektar torpaq sahəsinin bağışlanmasına dair İsmayıllı rayon dövlət notariat kontorunda 18 fevral 2017-ci il tarixdə təsdiq olunmuş və reyestrdə 40-120 sayla qeydə alınmış daşınmaz əmlakın bağışlanması müqaviləsi və RX seriyalı ******* saylı çıxarış üzrə İsmayıllı rayon Əhən kəndində yerləşən 0,085 hektar torpaq sahəsinin bağışlanmasına dair İsmayıl rayon dövlət notariat kontorunda 14 sentyabr 2017-ci il tarixdə təsdiq olunmuş və 4Ə-507 sayla qeydə alınmış daşınmaz əmlakın bağışlanması müqaviləsi hüquqi qüvvəsini itirmişdir. Ona görə də iddia tələbini əsassız hesab edir və təmin edilməməsini xahiş edir. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə nəlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Cavabdeh2 təmsil etmişdir. Məhkəmə işə Cavabdeh1 iştirakı olmadan baxılmasını məqsədəmüvafiq hesab etmişdir. 21 sentyabr 2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışın və həmin tarixli 407-4018/68 inventar nömrəli texniki pasportun surətlərindən görünür ki, İsmayıllı rayonu Əhən kəndi ünvanında 0,1288 hektar torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 31,5 kv.metr olan fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. İsmayıllı Rayon Məhkəməsinin 27 iyun 2019-cu il tarixli 2(037)-435/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı mülkiyyətində olan İsmayıllı rayonu Əhən kəndi ərazisində yerləşən 0,1288 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində olan yaşayış və qeyri-yaşayış obyektlərinə sahiblik və istifadə hüquqlarının məhdudlaşdıran hərəkətlər etməsi cavabdehlər Cavabdeh2 Müsənnif oğlu, Cavabdeh1 Müsənnif oğlu və X8 qadağan edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 29 dekabr 2023-cü il tarixli, 3-16-16/2-10/6437 nömrəli ekspert rəyindən görünür ki, İsmayıllı rayonu Əhən kəndi ərazisində yerləşən, iş üzrə İddiaçı məxsus fərdi yaşayış evinin dövlət qeydiyyatına alındığını (Seriya ******* nömrəli çıxarışa əsasən) nəzərə alaraq həmin fərdi yaşayış evinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin müvafiq bəndlərinin tələblərinə uyğun olduğu müəyyən olunur. Lakin 06 avqust 2023-cü il tarixli, 10/6437 nömrəli ekspert vəsatətində qeyd olunan eskiz-layihə sənədləri Mərkəzə təqdim edilmədiyindən cavabdehə məxsus tikilinin (fərdi yaşayış evinin) Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olub-olmamasının müəyyən edilməsi mümkün olmamışdır. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin 21 may 2024-cü il tarixli, 3-21-3-42/2-2741/2024 nömrəli məktubundan görünür ki, hüquqların dövlət reyestrində **********30-10301 saylı çıxarışla qeydiyyata alınmış, İddiaçı mülkiyyətində olan 0,0091 hektar (91 kv.metr) hissədə faktiki naturada Cavabdeh1 oğllunun istifadəsindədir. 17 may 2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə icazə verilmir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 21 sentyabr 2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa və həmin tarixli 407-4018/68 inventar nömrəli texniki pasporta əsasən İsmayıllı rayonu Əhən kəndi ünvanında 0,1288 hektar torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 31,5 kv.metr olan fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. Məhkəmə Ekspertizası Mərkəzinin 29 dekabr 2023-cü il tarixli, 3-16- 16/2-10/6437 nömrəli ekspert rəyi ilə İsmayıllı rayonu Əhən kəndi ərazisində yerləşən, iş üzrə iddiaçıya məxsus fərdi yaşayış evinin dövlət qeydiyyatına alındığını (Seriya ******* nömrəli çıxarışa əsasən) nəzərə alaraq həmin fərdi yaşayış evinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin müvafiq bəndlərinin tələblərinə uyğun olduğu müəyyən olunur. Lakin 06 avqust 2023-cü il tarixli, 10/6437 nömrəli ekspert vəsatətində qeyd olunan eskiz-layihə sənədləri Mərkəzə təqdim edilmədiyindən cavabdehə məxsus tikilinin (fərdi yaşayış evinin) Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olub-olmamasının müəyyən edilməsi mümkün olmamışdır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin 21 may 2024-cü il tarixli, 3-21-3-42/2-2741/2024 nömrəli məktubuna əsasən hüquqların dövlət reyestrində **********30-10301 saylı çıxarışla qeydiyyata alınmış, iddiaçının mülkiyyətində olan 0,0091 hektar (91 kv.metr) hissədə faktiki naturada Cavabdeh1 oğllunun istifadəsindədir. Məhkəmə hesab edir ki, mübahisə predmeti olan torpaq sahəsinin iddiaçının razılığı olmadan cavabdehlərin istifadə etməsi iddiaçının həmin torpaq sahəsi üzərində hüquqlarının məhdudlaşması ilə nəticələnir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməli, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0.1288 hektar həyətyanı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin pəncərəsi qarşısında zəbt edilmiş 0.0091 hektar hissədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmalı, zəbt edilmiş hissə boşaldılmalı və zəbt edilmiş hissəyə dair iddiaçının mülkiyyət hüququna cavabdehlər tərəfindən edilən maneçiliklərə qadağa qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı iddia üzrə iddiaçının dövlət rüsumu barədə tələbi olmadığından mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu məbləği iddiaçının özünə aid edilməlidir. Cavabdehlərdən müştərək qaydada 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (keçiriləcək hesab – büdcə təsnifatının kodu - 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod - 210005, VÖEN-**********, müxbir hesab- AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0.1288 hektar həyətyanı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin pəncərəsi qarşısında zəbt edilmiş 0.0091 hektar hissədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılsınlar, zəbt edilmiş hissə boşaldılsın və zəbt edilmiş hissəyə dair iddiaçının mülkiyyət hüququna cavabdehlər tərəfindən edilən maneçiliklərə qadağa qoyulsun. Ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (keçiriləcək hesab – büdcə təsnifatının kodu - 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod - 210005, VÖEN-**********, müxbir hesab- AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar