Məhkəmə qərarları › İş №2(037)-150/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-150/2021

19.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-150/2021 19.02.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə Babayev Famı̇ l Nadı̇ r oğlunun Məmmədova Cəmı̇ lə Faı̇ q qızına qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbi barədə iddiası, Məmmədova Cəmı̇ lə Faı̇ q qızının Babayev Famı̇ l Nadı̇ r oğluna qarşı mənzilə köçürülmə tələbi barədə qarşılıqlı iddiasına dair mülki işə xx xxxxxx 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Babayev Famı̇ l Nadı̇ r oğlu iddia ərizəsi ilə müraciət edərək Məmmədova Cəmı̇ lə Faı̇ q qızının İsmayıllı şəhəri, Natəvan küçəsi, ev 4, mənzil 6 ünvanında olan mənzilə istifadə hüququna xitam verilməsi və qeydiyyatdan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məmmədova Cəmı̇ lə Faı̇ q qızı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək Babayev Famı̇ l Nadı̇ r oğluna məxsus İsmayıllı şəhəri, Natavan küçəsi, ev 4 ünvanında olan mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini, Cavabdeh qarşılıqlı iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, o, xx xxxxxx 2007-ci il tarixdə Cavabdeh ilə rəsmi nikahla ailə qurmuşdur. Birgə nikahlarından xx xxx 2007-ci il tarixdə Nadir, xx xxxxxxxx 2008-ci il tarixdə Aysu və xx xxxxxxx 2013-cü il tarixdə Ömər adlı övladları doğulmuşdur. 2017-ci il sentyabr ayında Cavabdeh bütün əmlaklarını götürərək evdən çıxmış, daimi olaraq Göyçay rayonunda yerləşən atası evinə getmişdir. İsmayıllı rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. İsmayıllı şəhəri, Natəvan küçəsi, ev 4, mənzil 6 ünvanında olan mənzil atasının mülkiyyətində olmuşdur. Atası xx xxxx 2019-cu il tarixdə vəfat etmişdir. Atasının vəfatından sonra o, qanun üzrə varisi kimi mirası faktiki qəbul edərək həmin mənzilə sahiblik edir. Cavabdeh İsmayıllı şəhəri, Natəvan küçəsi, ev 4, mənzil 6 ünvanında olan mənzilə gəlin köçərək qeydiyyata düşmüşdür. Onunla Cavabdeh arasındakı nikah münasibətlərinə xitam verildiyindən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən onun həmin mənzildən istifadə hüququ saxlanmalı deyil. Ona görə də o, Cavabdeh İsmayıllı şəhəri, Natəvan küçəsi, ev 4, mənzil 6 ünvanında olan mənzilə istifadə hüququna xitam verilməsini və qeydiyyatdan çıxarılmasını tələb edir. Qeyd etdikləri nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi, Cavabdeh qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı nümayəndəsi Nümayəndə İddiaçı izahatına uyğun izahat verərək iddia tələbinin təmin edilməsini, Cavabdeh qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etdi. Cavabdeh qarşılıqlı iddia tələbini müdafiə etdiyini, İddiaçı iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, o, xx xxxxxx 2007-ci il tarixdə İddiaçılə rəsmi nikahla ailə qurmuşdur. Birgə nikahlarından üç övladları doğulmuşdur. O, İddiaçılə ailə həyatı qurduqdan sonra İsmayıllı şəhəri, Natəvan küçəsi, ev 4, mənzil 6 ünvanında yerləşən mənzilə gəlin köçmüş və həmin mənzilə qeydiyyata düşmüşdür. O, cehiz əşyalarını həmin mənzilə aparmışdır. İsmayıllı rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Övladlarından ikisi onun yanında, biri isə İddiaçı yanında qalmışdır. Nikahları pozulduqdan 1 il sonra o, istifadə zərurəti yarandığından cehiz əşyalarını İsmayıllı şəhəri, Natavan küçəsi, ev 4 ünvanında yerləşən mənzildən götürərək atası evinə aparmışdır. O və övladlarının hazırda qalacaq yerləri olmadığından Göyçay rayonunda yerləşən atası evində yaşayırlar. Atası evi iki otaqlı olmaqla yaşamaq üçün yetərli deyil. Onlar birgə nikah dövrlərində Abşeron rayonunun Mehdiabad qəsəbəsində 0,02 hektar torpaq sahəsində 6 otaqdan ibarət iki mərtəbəli fərdi yaşayış evi inşa etsələr və bir müddət həmin evdə yaşasalar da hazırda orada İddiaçı yaşayır. Onun İddiaçı qarşı həmin fərdi yaşayış evinə iki azyaşlı uşaqları ilə birlikdə evə köçürülməsi və həmin evdən istifadə qaydasının müəyyən edilməsi tələbi barədə iddiası Abşeron Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Onun İsmayıllı şəhəri, Natəvan küçəsi, ev 4 ünvanında olan mənzildən istifadə hüququ var və həmin mənzilə köçürülməlidir. Ona görə də həmin mənzilə köçürülməsini tələb edir. İddiaçı ona qarşı iddia tələbini əsassız hesab edir. Qeyd etdikləri nəzərə alınmaqla qarşılıqlı iddia tələbinin təmin edilməsi, İddiaçı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddia tələbinin Məmmədova Cəmı̇ lə Faı̇ q qızının İsmayıllı şəhəri, Natavan küçəsi, ev 4, mənzil 6 ünvanında olan mənzildən qeydiyyatdan çıxarılmasına dair hissəsi üzrə icraata məhkəmənin qərardadı ilə xitam verilmişdir. xx xxxxxx 2017-ci il tarixli AZE******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Babayev X4 şəhəri, Natəvan küçəsi, ev 4, mənzil 16 ünvanında qeydiyyatdadır. xx xxxxxx 2020-ci il tarixli AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Məmmədova Cəmı̇ lə Faı̇ q qızı İsmayıllı şəhəri, Natəvan küçəsi, ev 4, mənzil 16 ünvanında qeydiyyatdadır. İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(037)–83/2018 nömrəli qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, X6 ilə İddiaçı arasında xx xxxxxx 2007ci il tarixdə Göyçay rayon VVADQ şöbəsində 55 nömrə ilə qeydə alınmış nikah pozulmuş, birgə nikahlarından xx xxxxxxxx 2008-ci il tarixdə doğulmuş X7 və xx xxxxxxx 2013-cü il tarixdə doğulmuş Babayev Ömər Famil oğlu boşanmadan sonra iddiaçı X3, xx xxx 2007-ci il tarixdə doğulmuş X1 Famil Nadir oğlunun yanında qalmışdır. Abşeron Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(037)–1741/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh İddiaçı qarşı Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsində inşa edilmiş 6 otaqdan ibarət iki mərtəbəli fərdi yaşayış evinə iki azyaşlı uşaqları ilə birlikdə evə köçürülməsi və həmin evdən istifadə qaydasının müəyyən edilməsi tələbi barədə iddiası təmin edilməmişdir. Dövlət Texniki İnventarlaşdırma Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin xx xxxxxx 2005-ci il tarixli 511 nömrəli qeydiyyat vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İsmayıllı şəhəri, Natəvan küçəsində ümumi sahəsi 68.3 kv.m olan fərdi yaşayış evi şəxsi mülkiyyət hüququ üzrə X2 adına qeydə alınmışdır. İsmayıllı rayon Qeydiyyat şöbəsinin xx xxxxx 2019-cu il tarixli, AZ-İİ №002981 nömrəli şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 xx xxxx 2019-cu il tarixdə vəfat etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki ilkin iddia tələbi rədd, qarşılıqlı iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Cavabdeh Nadir Babayevin mülkiyyətində olan İsmayıllı şəhəri, Natəvan küçəsi, ev 4, mənzil 16 ünvanında yerləşən mənzilə gəlin köçərək 2007-ci ildən həmin mənzilə qeydiyyata düşmüş və hazırda da orada qeydiyyatdadır. İddiaçılə Cavabdeh birgə nikah dövrlərində həm həmin mənzildə, həm də Abşeron rayonunun Mehdiabad qəsəbəsində inşa etdikləri fərdi yaşayış evində yaşamışlar. Tərəflər arasında nikah münasibətinə xx xxxx 2018-ci il tarixdə xitam verilmişdir. İddiaçı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə istinad edərək Cavabdeh İsmayıllı şəhəri, Natəvan küçəsi, ev 4, mənzil 6 ünvanında olan mənzilə istifadə hüququna xitam verilməsini və qeydiyyatdan çıxarılmasını tələb edir və özünün iddia tələbinin təmin edilməsi, Cavabdeh qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh İsmayıllı şəhəri, Natavan küçəsi, ev 4 ünvanında olan mənzilə gəlin köçərək 2007-ci ildən həmin mənzilə qeydiyyata düşdüyünü, hazırda da həmin mənzildə qeydiyyatda olduğunu, onun və iki azyaşlı övladlarının hazırda yaşamağa yerlərinin olmadığını, onlar birgə nikah dövrlərində Abşeron rayonunun Mehdiabad qəsəbəsində fərdi yaşayış evi inşa etsələr və bir müddət həmin evdə yaşasalar da hazırda orada İddiaçı yaşadığını, onun həmin evə köçürülməsi və istifadə qaydasının müəyyən edilməsi tələbi barədə iddiası Abşeron Rayon Məhkəməsinin qətnaməsi ilə təmin edilməməsini, İddiaçı iddia tələbini əsassız hesab etdiyini bildirərək İsmayıllı şəhəri, Natavan küçəsi, ev 4 ünvanında olan mənzilə köçürülməsini tələb edir və özünün qarşılıqlı iddia tələbinin təmin edilməsi, İddiaçı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. 2009-cu il oktyabrın 1-dək, yəni tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin tələbinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə iddia tələbinə və qarşılıqlı iddia tələbinə münasibət bildirərək qeyd edir ki, Cavabdeh 2007-ci ildən İsmayıllı şəhəri, Natəvan küçəsi, ev 4, mənzil 16 ünvanında yerləşən mübahisəli mənzilə gəlin köçərək orada yaşaması və qeydiyyata düşməsi mənzilin mülkiyyətçisi X10 Məmmədovanın mübahisəli mənzilə köçməsinə razılığını ehtiva edir. Cavabdeh mübahisəli mənzilə Nadir Babayevin razılığı ilə köçməklə və həmin vaxtdan orada qeydiyyatda olmaqla istifadə hüququ yaranmışdır və hazırda da istifadə hüququ var. Cavabdeh mübahisəli mənzildən hər hansı səbəbdən yaşamaması və ya əmlaklarını həmin mənzildən götürməsi onun istifadə hüququnun xitamı üçün əsas ola bilməz. Bundan əlavə İddiaçı istinad etdiyi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsi hazırki münasibətlərə şamil edilə bilməz. Belə ki, həmin Məcəllənin 30.4.cü maddəsi 2009-cü ildən sonra yaranan münasibətləri tənzimləyir. Tərəflər arasında münasibətlər isə 2007-ci ildən yaranmışdır. Eyni zamanda İddiaçı izahatında qeyd etdiyi xüsusatlar da Cavabdeh yaşayış hüququnun məhdudlaşdırılması üçün əsas hesab edilə bilməz. Cavabdeh İsmayıllı şəhəri Natəvan küçəsi ev 4 mənzil 16 ünvanında yerləşən, uzun müddət İddiaçılə birgə yaşadığı və hazırda da qeydiyyatda olduğu fərdi yaşayış evində yaşamaq hüququ var. Ona görə də məhkəmə qərara gəlir ki ilkin iddia tələbi rədd edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Babayev Famı̇ l Nadı̇ r oğlunun Məmmədova Cəmı̇ lə Faı̇ q qızına qarşı İsmayıllı şəhəri, Natəvan küçəsi, ev 4, mənzil 16 ünvanında olan mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası rədd edilsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. Məmmədova Cəmı̇ lə Faı̇ q qızı İsmayıllı şəhəri, Natəvan küçəsi, ev 4 ünvanında olan mənzilə köçürülsün. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar