Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-151/2022 28.01.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı İsmayıllı rayonu Hacıhətəmli bələdı̇ yyəsinin Cavabdeh qarşı maddi zərərə görə pul tələbinə dair mülki işə 28 yanvar 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı İsmayıllı rayonu Hacıhətəmli bələdı̇ yyəsi Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh İsmayıllı rayonu Hacıhətəmli bələdı̇ yyəsinin sədri işlədiyi dövrdə onun hərəkəti və hərəkətsizliyi nəticəsində İsmayıllı rayonu Hacıhətəmli bələdı̇ yyəsinin ərazisində 0,50 hektar torpaq sahəsinin münbit qatının qazılıb satılması ilə bələdiyyəyə vurulmuş maddi zərərə görə 155000 manat pul cavabdehdən alınaraq iddiaçının hesabına keçirilməsi, həmin torpaq sahəsi əvvəlki vəziyyətə qaytarılması, İsmayıllı rayonu Hacıhətəmli bələdı̇ yyəsinə 4300 manat məbləğində ayrılmış və təyinatı üzrə xərclənməmiş datasiyanın cavabdehdən alınaraq iddiaçının hesabına keçirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə məhkəmə hazırlıq prosesinin gedişində iddiaçı ərizə göndərərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən məhkəmənin hazırlıq iclasına gəlməmişdir. Məhkəmə iddiaçının vəsatətini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmalıdır. Azərbaycan Respublikası Mülku Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etdiyinə görə iddiaçının vəsatəti ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı İsmayıllı rayonu Hacıhətəmli bələdı̇ yyəsinin Cavabdeh qarşı maddi zərərə görə pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-151/2022
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-151/2022
28.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver