Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1556/2025 05.03.2026 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarova Nərmin Rabit qızının sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı həyətyanı torpaq sahəsində ölçü işlərinin aparılmasına törədilən maneələrə qadağa qoyulması tələbinə dair mülki işə 05 mart 2026-cı il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddia tələbi İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **********35 reyestr nömrəli və ********** qeydiyyat nömrəli çıxarış üzrə İsmayıllı şəhəri, keçmiş İsmayıllı kəndi ünvanda yerləşən 0,25 hektar həyətyanı torpaq sahəsində ölçmə işlərinin aparılmasına Cavabdeh tərəfindən maneçilik törədilməsinə qadağa qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İsmayıllı şəhərində yaşayır. Cavabdeh qardaşıdır. Respublikada aparılan məlum torpaq islahatları zamanı İsmayıllı şəhəri, keçmiş İsmayıllı kəndi ünvanda yerləşən, birgə qanuni istifadədə olan həyətyanı torpaq sahəsi birgə mülkiyyətlərinə verilmişdir. Həmin birgə mülkiyyətdə olan 0,25 hektar həyətyanı torpaq sahəsi İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(037)- 197/2024 nömrəli qətnaməsi ilə birgə mülkiyyətçi olmuş X5 ilə aralarında bölünmüşdür. X5 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Həyətyanı torpaq sahəsinə dair mərhum anası ilə onun birgə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü ildə qeydə alınaraq müvafiq çıxarış verilmişdir. Lakin bölgü planı mövcud olmadığına görə birgə mülkiyyətdə olan həyətyanı torpaq sahəsi aralarında bölünməmişdir və plan ölçü sənədi verilməmişdir. O, real bölgü üçün 9 saylı Qəbələ Ərazi İdarəsinə rəsmi müraciət etmişdir. Lakin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin əməkdaşına ölçü işlərini aparmağa cavabdeh olan qardaşı Cavabdeh mane olaraq mütəxəssisi həyətə buraxmamışdır. Bu səbəbdən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi 28 oktyabr 2025-ci il tarixli 3-21-3-42/2-5373/2025 saylı məktubla tələbini təmin etməkdən imtina etmişdir. Cavabdeh torpaq sahəsində ölçmə işlərinin aparılmasına imkan vermədiyindən məcbur qalaraq hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı şəhəri, keçmiş İsmayıllı kəndi ərazisində yaşayır. İddiaçı bacısıdır. O, ata mülkündə yaşayır. Məhkəmə qərarı əsasında İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Aqil Məmmədov və daşınmaz əmlakın mütəxəssisləri bir neçə dəfə ərazidə olaraq ölçmə işləri aparmışlar. İddiaçının məhkəmə qərarı əsasında naturada bölünüb verilməsi nəzərdə tutulan 0.125 hektar torpaq sahəsi yerində ölçülsə də, həmin miqdarda torpaq sahəsinin ərazidə mövcud olmaması və bir hissəsinin bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsinə düşməsi səbəbindən ölçmə işləri yarımçıq qalmışdır. Mübahisəli həyətdə ondan başqa digər qardaşı və bacısı da yaşayırlar və həyətdə həmin şəxslərin özlərinə məxsus evləri vardır. O, ərazidə mütəxəssislərin ölçmə işləri aparmalarına hər hansı bir maneçilik törətməmişdir. İddiaçı mübahisəli həyətdə ondan başqa yaşayan qardaş və bacısından qorxduğundan onları da deyil, təkcə onu məhkəməyə vermişdir. Əgər məhkəmə tərəfindən İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə sorğu verilərsə, ərazidə ölçmə işlərinin yarımçıq qalmasının səbəbi məlum olar. Belə ki, İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Aqil Məmmədov ərazidə olarkən ölçü işlərinin aparılmasının yarımçıq qalmasının səbəbi kimi ərazinin bir hissəsinin bələdiyyə mülkiyyətinə aid olan əraziyə düşməsini qeyd edərək iddiaçıya izah vermişdir. Ərazidə ölçmə işlərinin aparılmasına onun tərəfindən maneçilik törədilməsini təsdiq edəcək hər hansı bir sübut yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar: İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 13 aprel 2023-cü il tarixli, AZ-İİ № 334034 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2021ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2021-ci ilin 02 ayının 15 günündə 90 nömrə ilə qeyd edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli,**********35 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli Çıxarışın surətindən görünür ki, İsmayıllı rayonu,İsmayıllı kəndi ərazisində yerləşən 0.25 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsi İddiaçı və X3 ümumi birgə mülkiyyətlərinə verilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, 2(037)-197/2024 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinin surətindən görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli,**********35 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli Çıxarışa əsasən İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisində yerləşən İddiaçı və X3 ümumi birgə mülkiyyətlərində olan 0.25 hektar həyətyanı torpaq sahəsi naturada real bölgü əsasında mülkiyyətçilər arasında bərabər bölünərək İddiaçı payına düşən 0.125 hektar həyətyanı torpaq sahəsinin ayrılması qət edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 28 oktyabr 2025-ci il tarixli 3-21-3-42/2-5373/2025 saylı daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınmasından imtina edilməsi barədə bildirişdən görünür ki, tərəflərindən torpaq sahəsində çöl-ölçmə işləri aparılması üçün mühəndisləri ərazidə olmuş, lakin daşınmaz əmlak üzərində tərəflər arasında mübahisə olduğundan fərdi yaşayış evində və yerləşdiyi torpaq sahəsində ölçü işlərinin aparılması mümkün olmadığından, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. 14 dekabr 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsinə dair birgə mülkiyyətçi X4 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, **********35 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli Çıxarışa əsasən İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisində yerləşən 0.25 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsi İddiaçı və X3 ümumi birgə mülkiyyətlərinə verilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, 2(037)-197/2024 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, **********35 reyestr nömrəli, xx.xx.2023cü il tarixli Çıxarışa əsasən İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisində yerləşən İddiaçı və X3 ümumi birgə mülkiyyətlərində olan 0.25 hektar həyətyanı torpaq sahəsi naturada real bölgü əsasında mülkiyyətçilər arasında bərabər bölünərək İddiaçı payına düşən 0.125 hektar həyətyanı torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınmasından imtina edilməsi barədə 28 oktyabr 2025-ci il tarixli 3-21-3-42/2-5373/2025 saylı bildirişdə tərəflərindən torpaq sahəsində çölölçmə işləri aparılması üçün mühəndislərinin ərazidə olduğunu, lakin daşınmaz əmlak üzərində tərəflər arasında mübahisə olduğundan fərdi yaşayış evində və yerləşdiyi torpaq sahəsində ölçü işlərinin aparılması mümkün olmadığından, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edildiyi qeyd edilmişdir. İddiaçı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisinə ərazidə ölçmə işlərinin aparılmasına cavabdeh olan qardaşı Cavabdeh tərəfindən maneçilik törədildiyindən sözügedən idarə tərəfindən 28 oktyabr 2025-ci il tarixli 3-21-3-42/2-5373/2025 saylı məktubla tələbinin təmin edilməsindən imtina edildiyini bildirir və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh ata mülkündə yaşadığını, məhkəmə qərarı əsasında İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Aqil Məmmədov və daşınmaz əmlakın mütəxəssisləri bir neçə dəfə ərazidə olaraq ölçmə işləri apardıqlarını, iddiaçının məhkəmə qərarı əsasında naturada bölünüb verilməsi nəzərdə tutulan 0.125 hektar torpaq sahəsi yerində ölçülsə də, həmin miqdarda torpaq sahəsinin ərazidə mövcud olmaması və bir hissəsinin bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsinə düşməsi səbəbindən ölçmə işlərinin yarımçıq qaldığını, mübahisəli həyətdə ondan başqa digər qardaşı və bacısının da yaşadıqlarını və həyətdə həmin şəxslərin özlərinə məxsus evlərinin olduğunu, mübahisəli ərazidə mütəxəssislərin ölçmə işləri aparmalarına hər hansı bir maneçilik törətmədiyini bildirir və qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddianın dəlilləri əsaslıdır. Cavabdeh iddiaçının mülkiyyət hüquqlarını pozur, onun mülkiyyət hüquqlarını həyata keçirməyə mane olur. Tətbiq edilən qanunvericilik aktları və normaları: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Yuxarıda qeyd olunanlar onu göstərir ki, iddiaçının mübahisəli 0.25 hektar həyətyanı torpaq sahəsinin 0.125 hektar hissəsi üzərində mülkiyyət hüququ var. Ona görə də məhkəmə hesab edir ki, iddia əsaslıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının mübahisəli 0.25 hektar həyətyanı torpaq sahəsinin 0.125 hektar hissəsi üzərində mülkiyyət hüququnu həyata keçirmək imkanı qanunla onun hüququ kimi nəzərdə tutulmuşdur. İnsan Hüquqları və X2 X1 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikası MM-nin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 158.1 və 158.1.2-ci maddələrinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. 158.4-cü maddəsinə görə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, mülkiyyətə qəsd və başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilməli və cavabdehin həmin əşya üzərində heç bir hüququ olmamalıdır. Yəni cavabdehin hərəkətləri qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsində göstərilən şərtlərin cavabdehə münasibətdə məcmu halında mövcud olub-olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı iş üzrə tətbiq olunan normada göstərilən şərtlər cavabdehə münasibətdə məcmu halında mövcuddur. Belə ki, cavabdeh iddiaçının və mərhum X5nın ümumi birgə mülkiyyətlərində olan 0.25 hektar həyətyanı torpaq sahəsinin öz payına düşən 0.125 hektarının naturada bölgüsünün aparılmasına Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 9 Saylı Qəbələ Ərazi İdarəsinin əməkdaşlarının işinə mane olmuşdur. Nəticədə, iddiaçının mülkiyyətindən sərbəst istifadə etməsinə manelər yaranmışdır. Belə olan halda cavabdehin iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində heç bir mənafe üstünlüyü yoxdur və onun hərəkətləri qanunsuzdur. Bununla da cavabdeh tərəfindən iddiaçının subyektiv hüquqları pozulmuşdur. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikaı Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui–istifadə olmasın. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111-ci maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 8. Məhkəməyə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi İstinad edilən hüquq normalarının təhlilinə əsasən məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş reyestr nömrəsi **********35, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan çıxarışa əsasən İddiaçı və X3 ümumi birgə mülkiyyətlərinə verilmiş İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisində yerləşən 0.25 hektar həyətyanı torpaq sahəsinin naturada bölgüsünün aparılmasına dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 9 Saylı Qəbələ Ərazi İdarəsinin əməkdaşlarının işinə Cavabdeh tərəfindən edilən maneələr və müdaxilələr aradan qaldırılmalı və onun bu hərəkətlərinə son qoyulmalıdır. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu məbləği iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş reyestr nömrəsi **********35, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan çıxarışa əsasən İddiaçı və X3 ümumi birgə mülkiyyətlərinə verilmiş İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisində yerləşən 0.25 hektar həyətyanı torpaq sahəsində ölçü işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılmış maneələr aradan qaldırılsın. Ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nərmin Qoşqarova
Məhkəmə qərarları › İş №2(037)-1556/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1556/2025
05.03.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver