Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-16/2023 10.05.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Şamaxı Regional X5 cavabdeh Mamedov Ələddı̇ n Nəzər oğluna qarşı torpaq sahəsinin boşaldılması və əvvəlki vəziyyətə gətirilməsi tələbinə dair mülki işə 10 may 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Şamaxı Regional X7 cavabdeh Mamedov Ələddı̇ n Nəzər oğluna qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehin qanunsuz istifadə etdiyi meşə fondu torpağının boşaldılması və əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Əhməd Hacıyev iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, cavabdeh iddiaçı ilə meşə fonduna aid torpağın istifadəsi barədə heç bir icarə müqaviləsi bağlmadan müəsissənin Girdiman meşəbəyliyinin 10 saylı meşə dolayının 1-ci kvartalında yerləşən 0,20 hektar torpaq sahəsindən istirahət rekrasiya məqsədi ilə istifadə edir. İddiaçı tərəfindən icarə müqaviləsi olmadan meşə fondu torpağından istifadənin qanunsuz olması, təcili olaraq icarə müqaviləsinin bağlanması və yaxud ərazini boşaldaraq əvvəlki vəziyyətə gətirilməsi barədə cavabdehə dəfələrlə şifahi və 27 may 2022-ci il tarixli 256 saylı xəbərdarlıq məktubu ilə xəbərdarlıq edilmişdir. Lakin cavabdeh indiyə qədər həmin ərazini qanunsuz olaraq istifadə etməkdə davam edir. X9 X2 meşəbəyliyinin 10 saylı meşə dolayının 1-ci kvartalında yerləşən 0,20 hektar torpaq sahəsinin boşaldılmasını və əvvəlki vəziyyətə gətirilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, o, İsmayıllı rayonu Bizlan kəndində yaşayır. 2005-ci ildə Bizlan bələdiyyəsinə ərizə ilə müraciət edilərək bələdiyyənin mülkiyyətində olan torpaq sahəsindən tikinti tikmək üçün 0,20 hektar torpaq sahəsini satılmasını xahiş edilmişdir. 02 may 2005-ci il tarixli Bizlan bələdiyyəsinin 12 saylı iclas protokoluna əsasən 0,20 hektar torpaq sahəsinin satılmasına razılıq verilmişdir. Həmin qərara əsasən torpaq sahəsi tikinti məqsədi ilə mülkiyyətinə verilmiş, mülkiyyət hüququ qanunvericiliyin tələblərinə uyğun qeydiyyat alınaraq, müvafiq dövlət qurumu tərəfindən JN-297 KOD 40726028 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı hazırlanaraq verilmişdir. Həmin mülkiyyət sənədinə əsasən 0,20 hektar torpaq sahəsi yerində naturada ölçülərək konturları müəyyən olunmuşdur. İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının 12 oktyabr 2006-cı il tarixli 79 saylı və 26 aprel 2010-cu il tarixli 52 saylı sərəncamları ilə Bizlan kəndində yerləşən torpağa mülkiyyət hüququna dair JN- 297 KOD 40726028 nömrəli dövlət aktına uyğun torpaq sahəsində ümumi sahəsi 165,52 km olan iaşə obyektinin tikintisinə icazə verilmişdir. İaşə obyektinin eskiz layihəsi hazırlanmış, İsmayıllı Rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsi tərəfindən təsdiqlənmişdir. O, 25 ildir ki, mübahisəli torpaq sahəsindən istifadə edir. İddia tələbini əsassız hesab edir və təmin edilməməsini xahiş edir. Cavabdehin nümayəndəsi Vəkil cavabdehin izahatının məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. JN-0297 KOD 40726028 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, İsmayıllı rayonu Bizlan bələdiyyəsinin 02 may 2005-ci il tarixli 12 saylı qərarı ilə İsmayıllı rayonu Bizlan kəndi ərazisindən 0,20 hektar torpaq sahəsi tikinti məqsədi ilə X1. İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının 26 aprel 2010-cu il tarixli 52 saylı sərəncamının surətindən görünür ki, İsmayıllı rayonu Bizlan kəndində yerləşən torpağa mülkiyyət hüququna dair JN seriyalı, 40726028 nömrə ilə kodlaşdırılmış dövlət aktına uyğun torpaq sahəsində ümumi sahəsi 165,52 km olan iaşə obyektinin tikintisinə icazə verilmişdir. İsmayıllı rayon Notariat Ofisinin 07 avqust 2020-ci il tarixli 941 nömrəli məktubunun surətindən görünür ki, X6 16 iyun 2020-ci il tarixdə vəfat etmiş və vərəsələrinin dairəsi müəyyən edilmişdir. Mövcud qanunvericiliyin tələblərinə əsasən mərhumunun vərəsəsi Cavabdehdur. 20 may 2022-ci il tarixli aktdan görünür ki, İsmayıllı rayonu Bizlan kənd sakini Cavabdeh “Nurəddin” ailəvi istirahət mərkəzinə baxış keçirilmişdir. Baxış zamanı istirahət mərkəzinin ərazisində tikililərin olduğu müəyyən edilmişdir. Şamaxı Regional X5 04 oktyabr 2022-ci il tarixli 27/10/47 nömrəli məktubundan görünür ki, İsmayıllı rayonu Bizlan kənd sakini Cavabdeh zəbt edərək iaşə obyekti kimi istifadə etdiyi 0,20 hektar torpaq sahəsi İsmayıllı rayonu Bakı-İsmayıllı magistral yolunun qırağında yerləşən Şamaxı RMTM-nin İsmayıllı rayon Girdiman meşəbəyliyinin 10 saylı meşə dolayının 1-ci kvartalında yerləşir və meşə fonu torpağına aiddir. Araşdırma zamanı əldə edilmiş sübutların aşkar edilməsində Şamaxı RMTM-nin aidiyyəti əməkdaşları tərəfindən GPS aləti vasitəsi ilə əldə olunmuş koordinatlar 2021-ci ildə Şamaxı RMTM-də aparılmış yerqurluşu materiallarına istinad edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 28 mart 2023-cü il tarixli 10/7877 nömrəli məktubundan görünür ki, ekspert qarşısında qoyulmuş sualların həlli məqsədi ilə xx.xx.2022-ci il tarixdə tədqiqat obyektinə dair əlavə materialların (ƏMDX-nin müvafiq mütəxəssis rəyi) təqdim olunması barədə vəsatət verilmişdir. Lakin vəsatətin verilməsindən uzun müddət keçməsinə baxmayaraq tədqiqat obyektinə dair əlavə materiallar Mərkəzə təqdim olunmamışdır. Bu səbəbdən ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır. Məhkəmə tərəfindən mübahisə predmeti olan İsmayıllı rayonu Bizlan kəndi ərazisində yerləşən, JN-297 KOD 40726028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən X3 mülkiyyətində olan 0,20 hektar torpaq sahəsində olan tikintinin həmin aktda göstərilən koordinatlar daxilində və ya digər torpaq sahəsi üzərində tikilməsi və JN-297 KOD 40726028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən X3 mülkiyyətində olan 0,20 hektar torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi barədə mütəxəssis rəyi verilməsi üçün “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə sorğu göndərilmişdir. Sorğunun nəticəsi olaraq verilmiş 18 oktyabr 2022-ci il tarixli **********67 nömrəli məktubda göstərilir ki, mütəxəssis rəyinin verilməsi üçün qanunla müəyyən edilən 95 manat xidmət haqqı məbləği Ərazi İdarəsinin hesablaşma hesabına ödənildikdən sonra müvafiq rəy məhkəməyə təqdim ediləcəkdir. Məhkəmə tərəfindən tərəflərə mütəxəssis rəyinin verilməsi üçün qanunla müəyyən edilən 95 manat xidmət haqqı məbləği Ərazi İdarəsinin hesablaşma hesabına ödənilməsi təklif edilsə də ödənişi həyata keçirən olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. 47.3-cü maddəsinə əsasən ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin - küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, JN-0297 KOD 40726028 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən İsmayıllı rayonu Bizlan bələdiyyəsinin 02 may 2005-ci il tarixli 12 saylı qərarı ilə İsmayıllı rayonu Bizlan kəndi ərazisindən 0,20 hektar torpaq sahəsi tikinti məqsədi ilə X1. İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının 26 aprel 2010-cu il tarixli 52 saylı sərəncamı ilə İsmayıllı rayonu Bizlan kəndində yerləşən torpağa mülkiyyət hüququna dair JN seriyalı, 40726028 nömrə ilə kodlaşdırılmış dövlət aktına uyğun torpaq sahəsində ümumi sahəsi 165,52 km olan iaşə obyektinin tikintisinə icazə verilmişdir. İsmayıllı rayon Notariat Ofisinin 07 avqust 2020-ci il tarixli 941 nömrəli məktubuna əsasən X6 16 iyun 2020-ci il tarixdə vəfat etmiş və vərəsələrinin dairəsi müəyyən edilmişdir. Mövcud qanunvericiliyin tələblərinə əsasən mərhumunun vərəsəsi Cavabdehdur. 20 may 2022-ci il tarixli akta əsasən cavabehin “Nurəddin” ailəvi istirahət mərkəzinə baxış keçirilmişdir. Baxış zamanı istirahət mərkəzinin ərazisində tikililərin olduğu müəyyən edilmişdir. Şamaxı Regional X7 04 oktyabr 2022-ci il tarixli 27/10/47 nömrəli məktubunda İsmayıllı rayonu Bizlan kənd sakini Cavabdeh zəbt edərək iaşə obyekti kimi istifadə etdiyi 0,20 hektar torpaq sahəsi İsmayıllı rayonu Bakı- İsmayıllı magistral yolunun qırağında yerləşən Şamaxı RMTM-nin İsmayıllı rayon Girdiman meşəbəyliyinin 10 saylı meşə dolayının 1-ci kvartalında yerlədiyini və meşə fonu torpağına aid oldğunu, araşdırma zamanı əldə edilmiş sübutların aşkar edilməsində Şamaxı RMTMnin aidiyyəti əməkdaşları tərəfindən GPS aləti vasitəsi ilə əldə olunmuş koordinatlar 2021ci ildə Şamaxı RMTM-də aparılmış yerqurluşu materiallarına istinad edildiyini qeyd etmişdir. Məhkəmə tərəfindən mübahisə predmeti olan İsmayıllı rayonu Bizlan kəndi ərazisində yerləşən, JN-297 KOD 40726028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən X3 mülkiyyətində olan 0,20 hektar torpaq sahəsində olan tikintinin həmin aktda göstərilən koordinatlar daxilində və ya digər torpaq sahəsi üzərində tikilməsi və JN-297 KOD 40726028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən X3 mülkiyyətində olan 0,20 hektar torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi barədə mütəxəssis rəyi verilməsi üçün “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə sorğu göndərilmişdir. Sorğunun nəticəsi olaraq verilmiş 18 oktyabr 2022-ci il tarixli **********67 nömrəli məktubda göstərilir ki, mütəxəssis rəyinin verilməsi üçün qanunla müəyyən edilən 95 manat xidmət haqqı məbləği Ərazi İdarəsinin hesablaşma hesabına ödənildikdən sonra müvafiq rəy məhkəməyə təqdim ediləcəkdir. Məhkəmə tərəfindən tərəflərə mütəxəssis rəyinin verilməsi üçün qanunla müəyyən edilən 95 manat xidmət haqqı məbləği Ərazi İdarəsinin hesablaşma hesabına ödənilməsi təklif edilsə də ödənişi həyata keçirən olmamışdır. Məhkəmə Ekspertizası Mərkəzinin 28 mart 2023-cü il tarixli 10/7877 nömrəli məktubuna əsasən ekspert qarşısında qoyulmuş sualların həlli məqsədi ilə xx.xx.2022-ci il tarixdə tədqiqat obyektinə dair əlavə materialların (ƏMDX-nin müvafiq mütəxəssis rəyi) təqdim olunması barədə vəsatət verildiyini, lakin vəsatətin verilməsindən uzun müddət keçməsinə baxmayaraq tədqiqat obyektinə dair əlavə materiallar Mərkəzə təqdim olunmadığı, bu səbəbdən ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarıldığı qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki prosessual qanunvericiliyin qeyd edilən maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv halı üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Hazırkı iş üzrə iddiaçı tərəfindən iddia tələbinin əsasını təşkil edən əsaslı sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçının nümayəndəsi də iddia tələbinin əsasını təşkil edən halları məhkəmə iclasında mötəbər sübutlarla izah edə bilmədi. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Şamaxı Regional X5 cavabdeh Mamedov Ələddı̇ n Nəzər oğluna qarşı meşə fondu torpaq sahəsinin boşaldılması və əvvəlki vəziyyətə gətirilməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-16/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-16/2023
10.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver