Məhkəmə qərarları › İş №2(037)-17/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-17/2023

26.04.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-17/2023 26.04.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Şamaxı Regional X1 Cavabdeh qarşı özbaşına tutulmuş meşə fondu torpağının istifadəsinə qadağa qoyulması və zəbt olunmuş ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq təhvil verilməsi tələbinə dair mülki işə 26 aprel 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq,məhkəmə müəyyənetdi: İddiaçı Şamaxı Regional X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İsmayıllı şəhər sakini Cavabdeh tərəfindən Talıstan meşəbəyliyinin 2 saylı meşə dolayının 37-ci kvartalında özbaşına tutulmuş 0.086 hektar meşə fondu torpağının boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq Şamaxı Regional X2nə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə X4 Təsəttüfatı Mərkəzinin əməkdaşları tərəfindən Talıstan Meşəbəyliyinin 2 saylı meşə dolayının 37-ci kvartalına baxış keçirilmiş,baxış zamanı İsmayıllı şəhər sakini Cavabdeh tərəfindən sözügedən ərazidə uzunluğu 48 metr, eni 22/14 metr olan 0.086 hektar torpaq sahəsinin dəmir məftil və dəmir dirəklərlə tor çəkilərək çəpərləndiyi aşkar edilmişdir.Cavabdeh tərəfindən meşə qanunvericiliyinin tələbləri pozulduğu üçün adıçəkilən sahənin könüllü boşaldılması barədə onun ünvanına xx.xx.2021-ci il tarixli 695 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, dövlət meşə fonduna aid torpaq sahəsi hazırkı vaxta kimi boşaldılmamışdır. İddiaçı cavabdehin Talıstan meşəbəyliyinin 2 saylı meşə dolayının 37-ci kvartalında özbaşına tutduğu 0.086 hektar meşə fondu torpağının boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq Şamaxı Regional X2nə təhvil verilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçının nümayəndəsi X3 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq sonuncu məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Cavabdeh iştirak etdiyi məhkəmə iclasında izahat verərək göstərdi ki, İsmayıllı şəhəri, V.Osmanov küçəsi ev 3, mənzil 27 ünvanında yaşayır. İkinci Qarabağ müharibəsində iştirak edərək xəsarət almışdır. Talıstan meşəbəyliyinin 2 saylı meşə dolayının 37-ci kvartalında yerləşən 0.086 hektar torpaq sahəsinin ətrafını istirahət rekrasiya məqsədi ilə metal torla hasara almışdır. İstifadəsində olan ərazidə tikinti və yenidən qurma işləri aparmamış, əvəzində isə həmin ərazini abadlaşdıraraq istirahət üçün yararlı vəziyyətə gətirmişdir. İstifadəsində olan torpaq sahəsinə dair icarə müqaviləsi bağlamaq üçün dəfələrlə Şamaxı Regional X2nə müraciət etsə də, həmin torpaq sahəsinə dair onunla icarə müqaviləsi bağlanmamışdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, cavabdehin iddia tələbinə münasibətini, iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 20 dekabr 2021-ci il tarixli 693 nömrəli xəbərdarlıq məktubundan görünür ki, Şamaxı Regional X2 tərəfindən 20 dekabr 2021-ci il tarixdə İsmayıllı şəhər sakini Cavabdeh xəbərdarlıq məktubu göndərilərək 10 gün müddətində meşə fonduna aid zəbt edilmiş torpaq sahəsini boşaldaraq əvvəlki vəziyyətinə qaytarılması barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş 16 fevral 2022-ci il tarixli aktdan görünür ki, Şamaxı Regional X1 əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə Talıstan Meşəbəyliyinin 2 saylı meşə dolayının 37-ci kvartalına baxış keçirilmiş, baxış zamanı İsmayıllı şəhər sakini Cavabdeh tərəfindən uzunluğu 48 metr, eni 22/14 metr olan meşə fonduna aid olan torpaq sahəsi dəmir dirəklər üzərində dəmir torla çəpərlənərək qanunsuz olaraq müxtəlif cinslərdən ibarət ağaclar əkildiyi müəyyən edilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şamaxı Regional X1 əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə Talıstan Meşəbəyliyinin 2 saylı meşə dolayının 37-ci kvartalına baxış keçirilmiş, baxış zamanı İsmayıllı şəhər sakini Cavabdeh tərəfindən uzunluğu 48 metr, eni 22/14 metr olan meşə fonduna aid olan torpaq sahəsi dəmir dirəklər üzərində dəmir torla çəpərlənərək qanunsuz olaraq müxtəlif cinslərdən ibarət ağaclar əkildiyi müəyyən edilmişdir.Bununla bağlı X4 Təsəttüfatı Mərkəzinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixli 67 nömrəli akt tərtib olunmuşdur. Cavabdeh X2 ilə Meşə Fonduna aid torpaqların istifadəsi barədə heç bir icarə müqaviləsi bağlamadan müəssisənin Talıstan meşəbəyliyinin 2 saylı meşə dolayının 37-ci kvartalında yerləşən uzunluğu 48 metr, eni 22/14 metr olan 0.086 hektar torpaq sahəsini dəmir məftil və dirəklərlə tor çəkərək çəpərləmişdir. xx.xx.2022-ci il tarixdə X4 Təsəttüfatı Mərkəzi tərəfindən Cavabdeh icarə müqaviləsi olmadan Meşə Fondu torpağından istifadənin qanunsuz olması, təcili olaraq icarə müqaviləsinin bağlanması və ya ərazinin boşaldılaraq əvvəlki vəziyyətinə gətirilməsi barədə xəbərdarlıq edilmişdir.Cavabdeh tərəfindən meşə qanunvericiliyinin tələbləri pozulduğu üçün adıçəkilən sahənin könüllü boşaldılması barədə ünvanına xx.xx.2021-ci il tarixli 695 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, dövlət meşə fonduna aid torpaq sahəsi hazırkı vaxta kimi boşaldılmamışdır. İddiaçı cavabdehin Talıstan meşəbəyliyinin 2 saylı meşə dolayının 37-ci kvartalında özbaşına tutduğu 0.086 hektar meşə fondu torpağının boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq Şamaxı Regional X2nə təhvil verilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.Cavabdeh iştirak etdiyi məhkəmə iclasında mübahisəli ərazidə abadlıq işləri apararaq oranı istirahət-rekrasiya məqsədi ilə istifadə etdiyini,istifadəsindəki ərazidə tikinti yenidən qurma işləri aparmadığını,həmin əraziyə dair icarə müqaviləsi bağlanması üçün dəfələrlə Şamaxı Regional X2nə müraciət etdiyini və qeyd edilən əraziyə dair onunla icarə müqaviləsi bağlanmadığını bildirərək iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işin müəyyən olunmuş yuxarıdakı hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, sözügedən torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilərək ətrafı çəpərlənmişdir. Boşaldılaraq əvvəlki vəziyyətinə gətirilməsi tələb olunan həmin ərazinin meşə fondu torpağına aid olması məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, həmin torpaq sahəsi qeyri-qanuni və özbaşına zəbt edildiyindən həmin ərazi boşaldılmalı,əvvəlki vəziyyətə gətirilərək Şamaxı Regional X2nə təhvil verilməlidir. Azərbaycan Respublikası MM-nin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə məhkəmə tərəfindən sökülə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 16-cı maddəsinə əsasən meşə fondu sahələrindən istifadə hüququ meşə fondu sahəsinin (torpaqlarının) icarə müqaviləsinin, meşəqırma biletinin, orderin, meşə biletinin əsasında yaranır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə meşə istifadəçisinə (icarəçi) icarəyə müqavilə əsasında müvafiq icra hakimiyyəti orqanı (icarəyə verən) tərəfindən bir ildən qırx doqquz ilədək verilə bilər. Həmin Məcəllənin 36-cı maddəsinə əsasən meşələrin vəziyyətinə və bərpasına təsir edən, habelə bu Məcəllənin 37-ci maddəsində nəzərdə tutulan obyektlərin tikinti layihələrinin “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanır və həmin sənəd dövlət ekoloji ekspertizasından keçirilməklə müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılır. Həmin Məcəllənin 37-ci maddəsinə əsasən meşə fondunda meşə təsərrüfatının aparılması və meşədən istifadə ilə əlaqədar olmayan tikinti və mədən işlərinin aparılmasına, kommunikasiyaların çəkilməsinə və digər işlərin yerinə yetirilməsinə icazə (meşə fondu torpaqlarının qeyri-meşə torpaqlarına keçirilməsi və (və ya) meşə fondu torpaqlarının geri alınması tələb olunmadıqda) müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin 27 mart 2020-ci il tarixli 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin inkişafı Xidməti haqqında əsasnaməyə əsasən Xidmətin meşə istifadəçiləri meşə qanunvericiliyinin tələblərini pozduqda, istifadə hüququnun dayandırılması və ya məhdudlaşdırılması,habelə istifadə hüququnun məhdudlaşdırılması və ya dayandırılmasına səbəb olmuş vəziyyət və şərtlər aradan qaldırıldıqda, bu hüququn tam həcmdə bərpa edilməsinə dair qərar qəbul etmək,müvafiq sahə üzrə pozuntuların aradan qaldırılmasına dair fiziki şəxslərə, eləcədə vəzifəli və hüquqi şəxslərə qarşı tələblər irəli sürmək vəzifələri vardır. Araşdırma zamanı müəyyən edildi ki, Cavabdeh X2 ilə Meşə Fonduna aid torpaqların istifadəsi barədə heç bir icarə müqaviləsi bağlamadan müəssisənin Talıstan Meşəbəyliyinin 2 saylı meşə dolayının 37-ci kvartalında yerləşən uzunluğu 48 metr, eni 22/14 metr olan 0.086 hektar torpaq sahəsini dəmir məftil və dəmir dirəklərlə tor çəkərək çəpərləmişdir. Cavabdeh tərəfindən meşə qanunvericiliyinin tələbləri pozulduğu üçün adıçəkilən sahənin könüllü boşaldılması barədə Şamaxı Regional X2 tərəfindən onun ünvanına xx.xx.2021-ci il tarixli 695 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq,dövlət meşə fonduna aid torpaq sahəsi hazırkı vaxta kimi boşaldılmamışdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən Talıstan meşəbəyliyinin 2 saylı meşə dolayının 37-ci kvartalında özbaşına tutulmuş 0.086 hektar meşə fondu torpağı boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq Şamaxı Regional X2nə təhvil verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən Talıstan meşəbəyliyinin 2 saylı meşə dolayının 37-ci kvartalında özbaşına tutulmuş 0.086 hektar meşə fondu torpağı boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq Şamaxı Regional X2nə təhvil verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar