Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-176/2024 22.02.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi şəxsin doğum faktının müəyyən edilməsi tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 22 fevral 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək 29 iyul 2015-ci il, 11 yanvar 2019-cu il və 09 aprel 2023-cü il tarixlərdə Suriya Respublikasında üç oğlan uşağı doğması faktının müəyyən olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 22 may 2014-cü il tarixdə X16 ilə rəsmi nikah qeydindən keçməklə ailə qurmuşdur. Ailə qurduqdan sonra həmin ildə əri ilə birlikdə Suriya Respublikasına getmişlər. Suriya Respublikasında yaşadığı vaxt 29 iyul 2015-ci il tarixdə Faris, 11 yanvar 2019-cu il tarixdə Abdulhəyy və 09 aprel 2023-cü il tarixdə Omar adlı üç oğlan övladını dünyaya gəltirmişdir. Məlum səbəblərə görə uşaqlara doğum haqqında şəhadətnamə ala bilməmişdir. 06 noyabr 2023-cü il tarixdə uşaqlarla birlikdə Azərbaycan Respublikasına qayıtdıqdan sonra uşaqların hər birinə ayrı-ayrılıqda Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsi verilmişdir. Hər üç uşağın sağlamlığı və təlim-tərbiyəsi ilə özü məşğul olur. Uşaqlar hal-hazırda tam sağlamdır və heç bir fiziki qüsurları yoxdur. Böyük oğlu Faris artıq məktəbli yaşına çatmışdır. Doğum haqqında şəhadətnaməsi olmadığından uşaq təhsildən kənar qalmışdır. Digər uşaqlar isə sənədləri olmadığından qanunla onlara verilmiş hüquqlarından istifadə edə bilmirlər. Uşaqlarına doğum haqqında şəhadətnamə almaq məqsədilə Maraqlı şəxsnə və İsmayıllı rayon xəstəxanasına müraciət etsə də ilkin tibbi sənədləri, doğum faktını, vaxtını və yerini təsdiq edən sənəd təqdim edə bilmədiyindən doğum haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. Ona bildirilib ki, bu barədə məhkəməyə müraciət etsin. Bundan başqa o uşaqların hamiləlik və doğum vaxtında Suriya Respublikasında yaşadığından müayinələrə gedə bilməmişdir. Buna dair əlində heç bir sübut yoxdur. Ona görə də bu faktın müəyyən olunması üçün məhkəməyə müraciət etməli olmuşdur. Qeyd etdiklərini nəzərə alaraq 29 iyul 2015-ci il, 11 yanvar 2019-cu il və 09 aprel 2023-cü il tarixlərində Suriya Respublikasında üç oğlan uşağı doğması faktının müəyyən olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi məhkəmə hazırlıq iclasında ərizənin məzmununa uyğun izahat vermiş, ərizə verərək məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini və qohumlarının şahid kimi dindirilərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə ərizəçinin iştirakı olmadan baxilmasını qərara almışdır. Maraqlı tərəf Maraqlı şəxs rəisi X14 iş üzrə hər hansı qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi və izahat verərək göstərdi ki, ərizəçi uşaqlarına doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, şöbənin arxivində və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar edilməmişdir. Doğum haqqında tibbi şəhadətnamə olmadığı üçün doğum haqqında akt qeydinin tərtib olunması mümkün olmamış və ərizəçiyə doğum faktının müəyyən olunması ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. X3 ifadə verərək göstərdi ki, ərizəçi onun qızıdır. Qızı 22 may 2014-cü il tarixdə X16 ilə rəsmi nikah qeydindən keçməklə ailə qurmuşdur. 2014-ci ildə qızı əri ilə birlikdə Suriya Respublikasına getmişdir. Suriya Respublikasında 29 iyul 2015-ci il tarixdə Faris, 11 yanvar 2019-cu il tarixdə Abdulhəyy və 09 aprel 2023-cü il tarixdə Omar adlı üç oğlan övladı dünyaya gətirmişdir. Hər uşaq anadan olanda qızı bu barədə ona telefon vasitəsi ilə məlumat vermişdir. Uşaqların doğum haqqında şəhadətnamələri yoxdur. Qızı 06 noyabr 2023-cü il tarixdə uşaqlarla birlikdə Azərbaycan Respublikasına qayıtmışdır. Hər üç uşağın sağlamlığı və təlim-tərbiyəsi ilə qızı məşğul olur və uşaqlar hal-hazırda tam sağlamdırlar. Uşaqlara doğum haqqında şəhadətnamə almaq məqsədilə Maraqlı şəxsnə və İsmayıllı rayon xəstəxanasına müraciət etsələr də sənəd təqdim edə bilmədiklərindən nəvələrinə doğum haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. Ərizəçinin 29 iyul 2015-ci, 11 yanvar 2019-cu il və 09 aprel 2023-cü il tarixlərdə Suriya Respublikasında üç oğlan uşağı doğmasını təsdiq edir. X1 və X12 X3 ilə eyni məzmunlu ifadələr verərək ərizəçinin 29 iyul 2015-ci, 11 yanvar 2019-cu il və 09 aprel 2023-cü il tarixlərdə Suriya Respublikasında üç oğlan uşağı doğmasını təsdiq etdilər. İşdə olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxx 1996cı il tarixdə doğulmuş şəxs Ərizəçidır. İşdə olan 08 dekabr 2023-cü il tarixli çıxarışdan görünür ki, X16 ilə X10 arasında 22 may 2014-cü il tarixdə Sumqayıt şəhər qeydiyyat şöbəsində rəsmi nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Abasov, arvada Abasova soyadı verilmişdir. İşdə olan AA ******* nömrəli, 06 noyabr 2023-cü il tarixli Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsindən görünür ki, bu Şəhadətnaməni təqdim edən Azərbaycan Respublikası vətəndaşı 29 iyul 2015-ci il tarixdə Suriya Respublikasında doğulmuş şəxs X7r. İşdə olan AA ******* nömrəli, 06 noyabr 2023-cü il tarixli Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsindən görünür ki, bu Şəhadətnaməni təqdim edən Azərbaycan Respublikası vətəndaşı 11 yanvar 2019-cu il tarixdə Suriya Respublikasında doğulmuş şəxs X4r. İşdə olan AA ******* nömrəli, 06 noyabr 2023-cü il tarixli Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsindən görünür ki, bu Şəhadətnaməni təqdim edən Azərbaycan Respublikası vətəndaşı 09 aprel 2023-cü il tarixdə Suriya Respublikasında doğulmuş şəxs X8r. İşdə olan 21 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən Suriya Ərəb Respublikasına repatirasiya olunmuş şəxslərin 22 noyabr 2023-cü il tarixli siyahısında xx xxxxxx 1996-cı il təvəllüdlü Ərizəçi, 29 iyul 2015-ci il tarixdə doğulmuş X5, 11 yanvar 2019-cu il tarixdə doğulmuş X2, 09 aprel 2023-cü il tarixdə doğulmuş X6 adları vardır və onların hamısı praktiki sağlamdır. İşdə olan “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” X25 tərəfindən verilmiş 19 dekabr 2023-cü il tarixli arayışından görünür ki, Ərizəçi 2015-ci il tarixdən hal-hazırki tarixədək doğuşla bağlı İsmayıllı rayon Mərkəzi Xəstəxanası X25ə müraciət etməmişdir. İşdə olan “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” X25 Ailə Sağlamlıq Mərkəzi tərəfindən verilmiş 20 dekabr 2023-cü il tarixli 489,491,492 nömrəli arayışından görünür ki, Ərizəçi 29 iyul 2015-ci il, 11 yanvar 2019-cu il, 09 aprel 2023-cü il tarixdə doğulmuş üç oğlan cinsindən olan uşaqlar xx.xx.2023-cü il tarixdə müayindən keçmiş və onlar praktiki sağlamdırlar. Maraqlı şəxs 3-16-5/8-15-551/23 nömrəli 19 dekabr 2023-cü il tarixli müraciətə cavab məktubundan görünür ki, ərizəçi uşaqlarına doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, Maraqlı şəxs arxivində və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, uşaqların doğum haqqında akt qeydi aşkar edilməmiş, Qeydiyyat Şöbəsində uşaqların doğumunun qeydə alınması mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Məhkəmə ərizəçinin məhkəmə hazırlıq iclasında verdiyi izahatını, maraqlı tərəfin nümayəndəsinin izahatını, şahidlərin ifadələrini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ərizəçi xx xxxxxx 1996-cı il tarixdə doğulmuşdur. Ərizəçi 22 may 2014-cü il tarixdə X16 ilə rəsmi nikah qeydindən keçməklə ailə qurmuşdur. Ailə qurduqdan sonra Suriya Respublikasına getmişlər. Suriya Respublikasında yaşadığı vaxt 29 iyul 2015-ci il tarixdə Faris, 11 yanvar 2019-cu il tarixdə Abdulhəyy və 09 aprel 2023-cü il tarixdə Omar adlı üç oğlan uşağı doğmuşdur. Uşaqların doğum haqqında şəhadətnamələri yoxdur. Ərizəçi 06 noyabr 2023-cü il tarixdə uşaqlarla birlikdə Azərbaycan Respublikasına qayıtdıqdan sonra uşaqların hər birinə ayrı-ayrılıqda Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsi verilmişdir. Hər üç uşaq ananın yanında yaşayır və onların sağlamlığları və təlim-tərbiyəsi ilə ərizəçi məşğul olur. Faris adlı uşaq artıq məktəbli yaşına çatmışdır. Doğum haqqında şəhadətnaməsi olmadığından uşaq təhsildən kənar qalmışdır. Digər uşaqlar isə sənədləri olmadığından qanunla onlara verilmiş hüquqlarından istifadə edə bilmirlər. Uşaqlarına doğum haqqında şəhadətnamə almaq məqsəd ilə ərizəçi Maraqlı şəxsnə və İsmayıllı rayon xəstəxanasına müraciət etsə də ilkin tibbi sənədləri, o cümlədən doğum faktını, vaxtını və yerini təsdiq edən sənəd təqdim edə bilmədiyindən doğum haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. Ərizəçi hamiləlik və doğum vaxtında Suriya Respublikasında yaşadığından müayinələrə və uşaqların doğulmasına dair sübut təqdim edə bilməmişdir. Ərizəçinin uşaqların doğum faktını təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsi, yaxud həmin sənədlərin bərpası mümkün deyildir. Ona görə də bu faktın müəyyən olunması üçün məhkəməyə müraciət etmiş, 29 iyul 2015-ci il, 11 yanvar 2019-cu il və 09 aprel 2023-cü il tarixlərində Suriya Respublikasında üç oğlan uşağı doğması faktının müəyyən olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 166.2-ci maddəsinə əsasən doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müraciət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 4.3-cü bəndində göstərilmişdir ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarını rəhbər tutaraq hesab edir ki, ərzəçinin doğduğu uşaqların doğumu haqqında akt qeydi və doğum haqqında şəhadətnamələri olmasa da, ərzəçinin 29 iyul 2015-ci il, 11 yanvar 2019-cu il və 09 aprel 2023-cü il tarixlərində Suriya Respublikasında üç oğlan uşağı doğması faktı şahidlərin ifadələri və iş materialları ilə təsdiq olunduğundan, habelə ərizəçinin uşaqların doğum faktını təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsi, yaxud həmin sənədlərin bərpası mümkün olmadığından ərizə təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : Ərizə təmin edilsin. Ərizəçinin 29 iyul 2015-ci il, 11 yanvar 2019-cu il və 09 aprel 2023-cü il tarixlərində Suriya Respublikasında üç oğlan uşağı doğması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-176/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-176/2024
22.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver