Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-18/2023 23.10.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Şamaxı Regional X1 Cavabdeh qarşı meşə fondu torpağından icarə müqaviləsi olmadan istifadənin dayandırılması və istifadə edilən sahənin əvvəlki vəziyyətinə gətirilməsi tələbinə dair mülki işə 23 oktyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Şamaxı X4 Mərkəzi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,İsmayıllı rayon Bizlan kənd sakini Cavabdeh qanunsuz istifadə etdiyi Meşə fondu torpağının boşaldılması və əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasında Meşə fondu torpaqları ayrı-ayrı vətəndaşlara Meşə Məcəlləsində nəzərdə tutulduğu kimi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 oktyabr 1998-ci il tarixli 219 saylı qanunu ilə təsdiq edilmiş “Meşə fondu sahələrində elmi tədqiqat,mədəni sağlamlaşdırma, turizm və idman məqsədləri,ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə qaydaları”na uyğun olaraq icarəyə verilir.Hər bir icarə müqaviləsinin müddəti başa çatdıqdan sonra ya ərazi boşaldılaraq əvvəlki vəziyyətinə gətirilməli,burada hər cür istirahət-rekrasiya və ya digər fəaliyyətə son qoyulmalı, ya da qanunamüvafiq qaydada icarə müqaviləsinin müddəti artırılmalıdır.İsmayıllı rayon Bizlan kənd sakini Cavabdeh Şamaxı X4 Mərkəzi ilə Meşə fonduna aid torpağın istifadəsi barədə heç bir icarə müqaviləsi bağlamadan müəssisənin Ağsu Meşəbəyliyinin 03 saylı meşə dolayının 20 a kvartalında yerləşən 0.30 hektar sahədən istirahət rekrasiya məqsədi ilə istifadə edir.Müəssisənin əməkdaşları tərəfindən icarə müqaviləsi olmadan Meşə fondu torpağından istifadənin qanunsuz olması, təcili olaraq icarə müqaviləsinin bağlanması və yaxud ərazini boşaldaraq əvvəlki vəziyyətə gətirilməsi barədə Cavabdeh dəfələrlə şifahi və xx.xx.2022-ci il tarixli 302 saylı xəbərdarlıq məktubu ilə rəsmi olaraq xəbərdarlıqlar edilmişdir.Lakin Cavabdeh indiyə qədər həmin ərazini qanunsuz olaraq istifadə etməkdə davam edir.Azərbaycan Respublikası Prezidentinin 27 mart 2020-ci il tarixli 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti haqqında Əsasnaməyə əsasən xidmətin meşə istifadəçiləri meşə qanunvericiliyinin tələblərini pozduqda,istifadə hüququnun dayandırılması və ya məhdudlaşdırılması,habelə istifadə hüququnun məhdudlaşdırılmasına və ya dayandırılmasına səbəb olmuş vəziyyət və şərtlər aradan qaldırıldıqda, bu hüququn tam həcmdə bərpa edilməsinə dair qərar qəbul etmək,müvafiq sahə üzrə pozuntuların aradan qaldırılmasına dair fiziki şəxslərə,eləcə də vəzifəli və hüquqi şəxslərə qarşı tələblər irəli sürmək vəzifələri vardır.Ona görə də iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon Bizlan kənd sakini Cavabdeh qanunsuz istifadə etdiyi Meşə fondu torpağının boşaldılması və əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X6 iddia ərizəsi ilə eyni məzmunlu ifadə verdi və əlavə olaraq göstərdi ki, İsmayıllı rayonu ərazisində olan Şamaxı Regional X1 Ağsu Meşəbəyliyinin 03 saylı meşə dolayının 20 a kvartalında yerləşən,İsmayıllı rayon Bizlan kənd sakini Cavabdeh faktiki istifadəsində olan 0.30 hektar torpaq sahəsi meşə fonduna aiddir.Cavabdeh özü mübahisəli torpaq sahəsinin meşə fonduna aid olduğunu bilir. Eyni zamanda ekspert rəyində mübahisəli ərazinin Ağsu rayon inzibati ərazisinə düşdüyü qeyd edilmişdir. Ağsu rayon inzibati ərazisində yerləşən meşə fonduna aid torpaqlar da Şamaxı X4 Mərkəzinə aiddir.Ona görə də iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki,İsmayıllı rayonu,Bizlan kəndində yaşayır.Onun faktiki istifadəsində olan mübahisəli 0.30 hektar torpaq sahəsi meşə fonduna aid deyildir.Belə ki,mübahisəli torpaq sahəsinin meşə fonduna aid olub-olmaması ilə bağlı maraqlanmış, Ağsu bələdiyyəsi tərəfindən ona istifadəsində olan 0.30 hektar torpaq sahəsinin meşə fonduna deyil, bələdiyyə mülkiyyətində olması barədə məlumat verilmişdir.Hazırda faktiki istifadəsində olan mübahisəli 0.30 hektar torpaq sahəsinin bələdiyyəyə və ya meşə fonduna aid olubolmaması dəqiq məlum deyildir. Eyni zamanda ekspert rəyində də mübahisə predmeti olan torpaq sahəsinin İsmayıllı rayon inzibati ərazisinin sərhədlərindən kənarda, Ağsu rayonu ərazisində yerləşdiyindən həmin torpaq sahəsinin Meşə fondu torpağına aid olubolmamasını müəyyən etmək mümkün olmadığı qeyd edilmişdir. Ona görə də iddia tələbini əsassız hesab edir və rədd edilməsini xahiş edir. Məhkəmə mülki işin materiallarını və ekspert rəyini tədqiq edib, tərəflərin izahatlarını və çıxışlarını dinləyib,onların təqdim etdikləri sübutları araşdırıb, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 25 yanvar 2023-cü il tarixli, 3-21-3-42/2-357/2023 nömrəli sorğuya cavab məktubundan görünür ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisi tərəfindən Şamaxı Regional X1 Ağsu Meşəbəyliyinin 03 saylı meşə dolayının 20 a kvartalında yerləşən İsmayıllı rayon Bizlan kənd sakini Cavabdeh faktiki istifadəsində olan 0.30 hektar torpaq sahəsinin meşə fondu torpağına aid olub-olmamasının müəyyən edilməsi məqsədi ilə həmin əraziyə baxış keçirilmiş və məlum olmuşdur ki, sözügedən torpaq sahəsi Ağsu rayonunun inzibati ərazisinin sərhədləri daxilində yerləşir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 06 sentyabr 2023-cü il tarixli №10/3623 nömrəli ekspert rəyindən görünür ki,Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2023-cü il tarixdə təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-42/2- 3422/2023 nömrəli məktubuna əsasən mübahisə predmeti olan torpaq sahəsi İsmayıllı rayon inzibati ərazisinin sərhədlərindən kənarda,Ağsu rayonu ərazisində yerləşdiyindən həmin torpaq sahəsinin Meşə Fondu torpağına aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan Şamaxı Regional X1 əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, xx.xx.2022-ci il tarixdə Şamaxı Regional X1 Meşə uçotu və kadastrı üzrə baş mühəndis Bəxtiyar Xəlilov,Baş mütəxəssis-hüquqşünas Əhməd Hacıyev,Yanğından mühafizə üzrə mütəxəssis Mahir İsmayılov, Ağsu meşəbəyliyinin meşəbəyisi Əhliman Quliyev və həmin meşəbəyliyin 3 saylı dolayının meşə gözətçisi Rövşən Əsədovun iştirakı ilə Meşələrin İnkişafı Xidməti tərəfindən daxil olmuş xx.xx.2022ci il tarixli 015 nömrəli telefonoqrama və Şamaxı RMTM-nin direktorunun xx.xx.2022-ci il tarixli 103/K nömrəli əmrinə əsasən Meşə Fondu torpaqlarının qanunsuz zəbt edilməsi ilə əlaqədar Ağsu meşəbəyliyinin 3 saylı meşə dolayına baxış keçirilmiş, baxış zamanı dolayın 20 a kvartalının 6-cı bölməsində İsmayıllı rayon Bizlan kənd sakini Cavabdeh heç bir sənəd olmadan 0.30 hektar ərazini qanunsuz zəbt etdiyi,həmin ərazidə iaşə fəaliyyəti göstərmək üçün tikinti quraşdırma işləri apardığı, beton döşəməli dəmir dirəklər üzərində 4 ədəd 4 x 3 x 2 metr ölçüdə talvar,12 x 4 x 2 metr ölçüdə beton özüllü dirəklər üzərində 1 ədəd talvar, 4 x 7 x 2.56 metr ölçüdə taxtadan evcik,1 ədəd yelləncək,1 ədəd 1.5 x 2 metr ölçüdə manqalxana, 1 ədəd 5 x 4 kv.metr sahədə əsaslı tikinti su hovuzunun mövcud olmasının müəyyən edilməsinə dair akt tərtib olunmuş və doğruluğu aktı tərtib etmiş şəxslər tərəfindən imzaları ilə təsdiq edilmişdir. Araşdırma zamanı GPS aləti vasitəsi ilə əldə olunmuş koordinatlar 2021-ci ildə Şamaxı RMTM-də aparılmış meşəquruluşu materiallarına istinad edilərək uzlaşdırılmış,istifadə olunan ərazinin sahəsi hesablanmış və ərazidən çəkilmiş foto şəkillər akta əlavə olunmuşdur. İş materiallarında olan 23 iyun 2022-ci il tarixli 302 nömrəli xəbərdarlıq məktubundan görünür ki, Şamaxı X4 Mərkəzi tərəfindən 23 iyun 2022-ci il tarixdə İsmayıllı rayon Bizlan kənd sakini Cavabdeh xəbərdarlıq məktubu göndərilərək 15 gün ərzində meşə fonduna aid zəbt edilmiş torpaq sahəsini (əvvəlki vəziyyəti bərpa edilməklə) boşaldaraq əvvəlki vəziyyətinə qaytarılması barədə xəbərdarlıq edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Məhkəmə Ekspertiza Mərkəzinin eksperti və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisi tərəfindən tərəflərin iştirakı ilə mübahisəli əraziyə yerində baxış keçirilmişdir.Məhkəmə Ekspertiza Mərkəzinin 06 sentyabr 2023-cü il tarixli №10/3623 nömrəli ekspert rəyinə əsasən mübahisə predmeti olan torpaq sahəsinin İsmayıllı rayon inzibati ərazisinin sərhədlərindən kənarda,Ağsu rayonu ərazisində yerləşdiyindən həmin torpaq sahəsinin Meşə Fondu torpağına aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 25 yanvar 2023-cü il tarixli, 3-21-3-42/2-357/2023 nömrəli sorğuya cavab məktubuna əsasən mübahisə predmeti olan İsmayıllı rayon Bizlan kənd sakini Cavabdeh faktiki istifadəsində olan 0.30 hektar torpaq sahəsi Ağsu rayonunun inzibati ərazisinin sərhədləri daxilində yerləşir. İddiaçı İsmayıllı rayon Bizlan kənd sakini Cavabdeh qanunsuz istifadə etdiyi Meşə fondu torpağının boşaldılmasını və əvvəlki vəziyyətə gətirilməsini tələb edir.Cavabdeh faktiki istifadəsində olan mübahisəli 0.30 hektar torpaq sahəsinin meşə fonduna aid olmadığını, həmin ərazinin Ağsu bələdiyyəsinin mülkiyyətində olduğunu bildirir və iddia tələbini əsassız hesab edərək rədd edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Şamaxı Regional X1 “meşə fondu torpağından icarə müqaviləsi olmadan istifadənin dayandırılması və istifadə edilən sahənin əvvəlki vəziyyətinə gətirilməsi” tələbi ilə bağlı müvafiq subyektiv hüquqa malik olub-olmaması araşdırılmalıdır. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ;müdafiə hüququ.Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır.Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi hazırkı iddia tələbi ayrı-ayrı hüquq subyektlərinin əşya hüquqlarının müdafiəsi ilə əlaqədar qaldırılmamış, sözügedən meşə fondu torpağından icarə müqaviləsi olmadan istifadənin dayandırılması və istifadə edilən sahənin əvvəlki vəziyyətinə gətirilməsi tələbi barədə iddianın ümumi ictimai maraqların müdafiəsi naminə publik səlahiyyətlərin həyata keçirilməsi qaydasında dövlətin adından,hazırkı mübahisə üzrə Şamaxı X4 Mərkəzi çıxış etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, sözügedən meşə fondu torpağından icarə müqaviləsi olmadan istifadənin dayandırılması və istifadə edilən sahənin əvvəlki vəziyyətinə gətirilməsi ilə əlaqədar həmin ərazinin Meşə Fonduna aid olub-olmaması müəyyən edilmədiyindən və qeyd edilən ərazi Ağsu rayonun inzibati ərazisinə aid olduğundan hazırkı tələb üzrə iddiaçı olan Şamaxı Regional X1 Cavabdeh qarşı sözügedən tələblə məhkəməyə müraciət etməkdə subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası MPM-nin: 39.1-ci madəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da,mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia ərizəsi aidiyyat qaydalarına riayət edilməklə qanunamüvafiq qaydada icraata qəbul edilərək baxılmış, həmin mülki iş üzrə təyin olunmuş ekspertiza nəticəsində müəyyən edilmişdir ki, mübahisəli ərazi İsmayıllı rayon inzibati ərazisinin sərhədlərindən kənarda, Ağsu rayonu ərazisində yerləşir və həmin ərazinin Meşə Fondu torpağına aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Mübahisə predmeti olan torpaq sahəsi İsmayıllı rayon inzibati ərazisinin sərhədlərindən kənarda, Ağsu rayonu ərazisində yerləşdiyindən və həmin torpaq sahəsinin Meşə Fondu torpağına aid olub-olmamasını müəyyən etmək mümkün olmadığından Şamaxı Regional X1 belə bir tələb ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququ olmamışdır. Məhkəmə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Şamaxı Regional X1 Cavabdeh qarşı “meşə fondu torpağından icarə müqaviləsi olmadan istifadənin dayandırılması və istifadə edilən sahənin əvvəlki vəziyyətinə gətirilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə,qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi,məhkəmə xərclərinin bölüşdürülməsi,qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Şamaxı Regional X1 Cavabdeh qarşı meşə fondu torpağından icarə müqaviləsi olmadan istifadənin dayandırılması və istifadə edilən sahənin əvvəlki vəziyyətinə gətirilməsinə dair iddia tələbi təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-18/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-18/2023
23.10.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver