Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-184/2024 14.03.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi qohumluq münasibətlərinin müəyyən olunması barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə məhkəməyə müraciət edərək X7 onun bibisi olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahat verərək göstərdi ki, o xx xxxx 1979-cu il tarixdə İsmayıllı rayon Qalacıq kəndində anadan olmuşdur. X3 və anası X4r. Atasının bacısı, yəni X2 vəfat edən günə kimi onlarla birlikdə yaşamışdır. Ailə həyatı qurmamışdır. X28 11 mart 2008-ci il tarixdə, bibisi Ayna Seyidova isə 27 iyun 2016-cı il tarixdə vəfat etmişlər. Bibisindən miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün müraciət etmiş, bibisinin doğum haqqında şəhadətnaməsi olmadığından atası ilə bibisi arasında qohumluq münasibətlərini və X7 onun doğma bibisi (atasının bacısı) olmasını təsdiq edən sənədləri təqdim edə bilmədiyindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. Bu faktın müəyyən olunması isə məhkəmədən kənar mümkün deyildir. Ona görə də X7 onun bibisi olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndə gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. Məhkəmə iclasında şahid X15 ifadə verərək göstərdi ki, Ərizəçi onun əmisi oğludur. X2 ailə qurmamış, X29 və onun ailəsi ilə birlikdə yaşamışdır. X29 11 mart 2008-ci il tarixdə, bibisi Ayna Seyidova isə 27 iyun 2016-cı il tarixdə vəfat etmişlər. Bibisinin doğum haqqında şəhadətnaməsi olmamışdır. Ona görə də X29la bibisi Ayna Seyidova arasında qohumluq münasibətlərini müəyyən etmək olmur. O, X7 ərizəçinin bibisi olmasını təsdiq edir. X1 və X8 eyni məzmunlu ifadə verərək X9 ilə X7 doğma bacı-qardaş olmalarını, Ayna Seyidovanın ailə qurmadığını, ölən günə kimi Dadaş Seyidov və onun ailəsi ilə birlikdə yaşadığını, Ayna Seyidovanın 27 iyun 2016-cı il tarixdə vəfat etdiyini göstərərək X7 ərizəçinin bibisi olmasını təsdiq etdilər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş -Vİ-ЖГ seriyalı 282062 nömrəli 01 sentyabr 1979-cu il tarixli doğum haqqında şəhadətnamənin və AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Ərizəçi xx xxxx 1979-cu il tarixdə İsmayıllı rayonun Qalacıq kəndində anadan olmuş, İsmayıllı rayonun Qalacıq kəndində yaşayır, valideynləri X9 və X4r. - ИЕ seriyalı 673696 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 1933-cü il tarixdə doğulmuş, valideynləri X11 və X13r. - AZ-İ seriyalı 280228 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 11 mart 2008-ci il tarixdə vəfat etmişdir. - AZ-İ seriyalı 803246 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 27 iyun 2016-cı il tarixdə vəfat etmişdir. - İsmayıllı RİHB-nın Qalacıq İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 21 dekabr 2023-cü il tarixli 5 nömrəli arayışdan görünür ki,X10 27 iyun 2016-cı il tarixdə vəfat etmişdir və vəfat etdiyi günədək aşağıda adları çəkilən şəxslərlə birlikdə yaşamışdır: qardaşı qızı-X17, qardaşı oğlu-Ərizəçi, qardaşı oğlu-X19, qardaşı oğlu-X16. - Notariat hərəkətinin aparılmasında imtina haqqında 21 dekabr 2023-cü il tarixli qərardan görünür ki, ərizəçi X6 miras qalan əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün müraciət etmiş, lakin X23 Seyidovun bibisi (atasının bacısı) olmasını təsdiq edən sənədləri təqdim edə bilmədiyinə görə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə notariat hərəkətinin aparılmasından imtina edilmişdir. - İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 20 fevral 2024-cü il tarixli 3-16- 5/8-xx-xx/2024 nömrəli sorğuya cavab məktubundan görünür ki, 1933-cü ildə İsmayıllı rayon Qalacıq kəndində anadan olmuş X7 doğumu haqqında 1947-1950-ci illər üzrə bərpa akt qeydləri və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdıırlmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, doğum haqqında akt qeydi aşkar edilməmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, ərizəçi İsmayıllı rayonun Qalacıq kəndində doğulub və hazırda da həmin kənddə yaşayır. Ərizəçinin valideynləri X9 və X4r. Dadaş Seyidovun bacısı X10 ailə qurmamış, vəfat etdiyi günədək qardaşı Dadaş Seyidovun ailəsi ilə birlikdə yaşamışdır. X9 11 mart 2008-ci il tarixdə, X10 isə 27 iyun 2016-cı il tarixdə vəfat etmişdir. Ərizəçi X6 miras qalan əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün müraciət etmiş, lakin Ayna Seyidovanın doğum haqqında şəhadətnaməsi olmadığından onun ərizəçinin bibisi (atasının bacısı) olmasını təsdiq etmək mümkün olmadığından ərizəçiyə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. Məhkəmə tərəfindən X7 doğum akt qeydinin olub-olmaması barədə məlumatın əldə olunması üçün İsmayıllı rayon Qeydiyyat Şöbəsinə müraciət olunmuş, müraciətə cavab olaraq bildirilmişdir ki, 1933-cü ildə İsmayıllı rayon Qalacıq kəndində anadan olmuş X7 doğumu haqqında 1947-1950-ciillər üzrə bərpa akt eydləri və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, doğum haqqında akt qeydi aşkar edilməmişdir. Ərizəçi Ayna Seyidovanın onun bibisi olmasını təsdiq edən sübutu əldə edə bilmir. Ona görə də müraciət edərək X7 onun bibisi olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Göstərilən faktı məhkəmə iclasında dindirilmiş şahidlər öz ifadələri ilə təsdiq edirlər. Ərizəçinin X10 ilə qohumluq münasibətlərinin olması faktının başqa qaydada təsdiq edilməsi və ərizəçinin bununla bağlı zəruri sənədləri başqa qaydada ala bilməsi, yaxud həmin sənədin bərpası mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları (o cümlədən şəxslərin qohumluq münasibətlərinin olması faktını - maddə 307.2.1) müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizəçinin qohumluq faktını təsdiq edən sənədləri başqa qaydada ala bilməsi, yaxud həmin sənədlərin bərpası mümkün olmadığından X7 Ərizəçi bibisi olması faktı ərizəçinin izahatı, şahidlərin ifadələri və iş materialları ilə təsdiq olunduğundan ərizənin təmin olunması barədə qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : Ərizə təmin edilsin. X7 Ərizəçi bibisi olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-184/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-184/2024
14.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver