Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-184/2025 17.03.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi, Ərizəçi, Maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi X16 iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi şəxsin ölmüş elan olunması ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək X11 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, bacısı X17 21 mart 2012-ci il tarixdə X22 ilə rəsmi nikahla ailə qurmuş, birgə nikahlarından 23 iyun 2013-cü il tarixdə Sevda adlı bir qız övladı doğulmuşdur. Vüsal Yedigarov 2013-cü ilin sonlarında Türkiyə Respublikasına, oradan da İraq Respublikasına getmişdir. Qısa müddət sonra bacısı Ramilə Yedigarova da qızı Sevda ilə birlikdə Türkiyə Respublikasına, oradan da İraq Respublikasına keçmişdir. İraq Respublikasında olarkən 23 mart 2016-cı il tarixdə Xədicə adlı bir qızları da doğulmuşdur. Bacısı Ramilə hazırda İraqda həbsxanada cəza çəkir. Bacısının həyat yoldaşı Vüsal Yedigarov isə 15 avqust 2017-ci il tarixdə İraq Respublikasında döyüşlərdə həlak olmuşdur. Bacısının 2013-cü il təvəllüdlü qızı Sevda və 2016-cı il təvəllüdlü qızı Xədicə Səfirliyin vasitəsilə Azərbaycan Respublikasına gətirilmişdir. Bundan sonra o İsmayıllı rayon İcra Hakimiyyətinin sərəncamı ilə bacısının uşaqları üzərində qəyyum təyin edilmişdir. Uşaqlara ailə başçısını itirməyə görə müavinət almaq istəyir. Vüsal Yedigarovun ölmünə dair sənədi başqa qaydada əldə edə bilmir. Bu faktın təsdiq olunması isə yalnız məhkəmə qaydasında mümkündür. Ona görə də ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq göstərdi ki, bacısının İraq Respublikasında doğulmuş 2016-cı il təvəllüdlü uşağına İsmayıllı Rayon Məhkəməsinin 08 iyul 2020-ci il tarixli qətnaməsi əsasında doğum haqqında şəhadətnamə alınmışdır. 2017-ci ildən hal-hazıra kimi X23 barəsində heç bir məlumatı yoxdur. Ərizənin təmin olunmasını xahiş edir. Maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi X29 iş üzrə hər hansı qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi və izahat verərək göstərdi ki, Maraqlı şəxs arxivində saxlanılan ölüm haqqında akt qeydiyyatı kitabında Vüsal Yedigarovun ölümü haqqında akt qeydiyyatı aşkar edilməmişdir. Ərizəçi Vüsal Yedigarovun ölümünə dair tibbi şəhadətnaməni təqdim edə bilmədiyinə görə ölümün qeydə alınması mümkün olmamış və həmin məsələ ilə əlaqədar məhkəməyə müraciət etməsi ərizəçiyə tövsiyyə edilmişdir. X4 ifadə verərək göstərdi ki, ərizəçi onun qohumu, Vüsal isə qardaşının oğludur. Vüsal 2013-cü ilin sonlarında Türkiyə Respublikasına getmiş, oradan Suriya Respublikasına, sonra da İraq Respublikasının ərazisinə keçərək döyüşlərdə iştirak etmişdir. On ilə yaxındır Vüsaldan heç bir xəbərləri yoxdur. Vüsalın İraq Respublikasında gedən döyüşlərdə həlak olduğunu güman edir. X7 X4 ilə eyniməzmunlu ifadə verərək X12 İraq Respublikasında döyüşlərdə həlak olduğunu güman edir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Xİİİ-ЖГ seriyalı 278218 nömrəli doğum haqqında şəhadətnamənin və AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxx 1988-ci il tarixdə doğulmuş, valideynləri X5 və X6r. -Maraqlı şəxs tərəfindən verilmiş 17 dekabr 2024-cü il tarixli arayışdan görünür ki, X14 28 avqust 1992-ci il tarixdə doğulmuş, valideynləri X5 və X6r. - Maraqlı şəxs tərəfindən verilmiş 06 dekabr 2022-ci il tarixli çıxarışdan görünür ki, X23 ilə X19 arasında 21 mart 2013-cü il tarixdə rəsmi nikah bağlanılmış, nikah bağlandıqdan sonra ərə Yedigarov, arvada Yedigarova soyadı verilmişdir. - AZ-T seriyalı 136407 nömrəli doğum haqqında şəhadətnamənin və AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X25 23 iyun 2013-cü il tarixdə doğulmuş, valideynləri X23 və X13r. - AZ-İV seriyalı 466898 nömrəli doğum haqqında şəhadətnamənin və AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X20 23 mart 2016-cı il tarixdə doğulmuş, valideynləri X23 və X13r. - İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının 13 mart 2020-ci il tarixli 29 nömrəli sərəncamının surətindən görünür ki, İsmayıllı rayonu Zərnava kənd sakini Ərizəçi İraqdan gətirilmiş bacısı övladları - 24 iyun 2013-cü il təvəllüdlü X26 və 23 mart 2016-cı il təvəllüdlü X8 üzərində qəyyum təyin edilmişdir. -İsmayıllı Rayon Məhkəməsinin 08 iyul 2020-ci il tarixli 2(037)-436 nömrəli qətnaməsinin surətindən görünür ki, X9 23 mart 2016-cı il tarixdə İraq Respublikasında doğulması faktı müəyyən edilmiş, doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə X9 atası X23, anası X17 doğulduğu yer İraq Respublikası, doğulduğu tarix 23 mart 2016-cü il, milliyyəti azərbaycanlı, daimi yaşadığı yer İsmayıllı rayonun Zərnava kəndi kimi qeyd edilmişdir. -İsmayıllı Rayon İHB-nın Zərnava kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 dekabr 2024-cü il tarixli 208 nömrəli arayışdan görünür ki, İsmayıllı rayon Zərnava kənd sakini olmuş X1 İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində qeydiyyatda olmasına baxmayaraq 10 (on) ildən çox bir müddətdir ki, nümayəndəlik ərazisində görünməmiş və hazırda harada yaşaması haqqında heç bir məlumat yoxdur. - Maraqlı şəxs 17 dekabr 2024-cü il tarixli 3-16-5/8-15-535/2024 nömrəli məktubundan görünür ki, X11 ölüm haqqında akt qeydi Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və Maraqlı şəxs arxivində aşkar olunmamış və ölüm haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar məhkəməyə müraciət etməsi ərizəçiyə tövsiyyə olunmuşdur. - İsmayıllı rayon Polis Şöbəsinin 30 yanvar 2025-ci il tarixli 84/2-2165/25 nömrəli məktubundan görünür ki, İsmayıllı rayonun Zərnava kənd sakini olmuş X23 barəsində İsmayıllı RPŞ-də cinayət işinin başlanılması, təqsirləndirici materialın olması və ya axtarış işinin açılması qeydə alınmamışdır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, X2 rayonun Zərnava kəndində anadan olmuşdur. Ərizəçi izahatında, şahidlər ifadələrində Vüsalın 2013-cü ilin sonlarında Türkiyə Respublikasına, oradan da İraq Respublikasının ərazisinə keçərək dini ekstremist quruplara qoşulmasını göstərirlər. İsmayıllı rayon İHB-nın Zərnava kənd İƏD üzrə nümayəndəliyi İsmayıllı rayon Zərnava kənd sakini olmuş X1 İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində qeydiyyatda olmasına baxmayaraq 10 (on) ildən çox müddətdir ki, nümayəndəlik ərazisində görünmədiyini və hazırda harada yaşaması haqqında heç bir məlumat olmadığını göstərir. İsmayıllı rayon X42 rayonun Zərnava kənd sakini olmuş X23 barəsində İsmayıllı RPŞ-də cinayət işinin başlanılması, təqsirləndirici materialın olması və ya axtarış işinin açılmasının qeydə alınmadığını göstərir. Ərizəçi Vüsal Yedigarova ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, Vüsal Yedigarovun ölüm haqqında akt qeydi Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və Maraqlı şəxs arxivində aşkar olunmamış və ölüm haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar məhkəməyə müraciət etməsi ərizəçiyə tövsiyyə olunmuşdur. X23 barəsində hər hansı məlumat əldə etmək mümkün olmamışdır. Ötən 10 ildən çox müddət ərzində Vüsal Yedigarovdan heç bir məlumat olmadığından onun İraq Respublikasında döyüşlərdə həlak olduğu güman edilir. Bu barədə rəsmi sənəd olmadığına görə ərizəçi Vüsal Yedigarovun ölmünə dair şəhadətnamə ala bilmədiyindən uşaqlara ailə başçısını itirməyə görə müavinət ala bilmir. Ərizəçi X11 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəfin nümayəndəsi iş üzrə qanunamüvafiq qərar qəbul olunmasını xahiş edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məccəllənin 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Həmin Məcəllənin 41.4-cü maddəsinə əsasən Bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək və qeyd olunan qanunvericilik normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, Vüsal Yedigarovun ölüm təhlükəsi törədən döyüş şəraitində həlak olduğunu güman etməyə kifayət qədər əsaslar vardır. Ona görə də ərizə təmin edilməli, X11 ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı ərizə üzrə dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 41, 214-220, 315.2-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. 03 may 1989-cu il tarixdə doğulmuş, İsmayıllı rayon Zərnava kəndində qeydiyyatda olan X23 ölmüş elan edilsin. X11 ölüm günü məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-184/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-184/2025
17.03.2025 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver