Məhkəmə qərarları › İş №2(037)-185/2023

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-185/2023

16.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-185/2023 16.03.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Sabı̇ r oğlunun cavabdehlər "Bank of Baku" Açıq Səhmdar Cəmı̇ yyətı̇ və Cavabdeh2 qarşı zaminlik müqaviləsinə xitam verilməsi tələbinə dair mülki işə 16 mart 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Sabı̇ r oğlu cavabdehlər "Bank of Baku" Açıq Səhmdar Cəmı̇ yyətı̇ və Cavabdeh2 qarşı iddia ərizəsi ilə müraciət edərək psixoloji xəstə, müharibə əlilli olmasını, özündə olmamasını nəzərə almadan Cavabdeh2 götürdüyü kreditə görə bağlanmış zaminlik müqaviləsinə xitam verilməsini "Bank of Baku" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin üzərinə öhdəçilik qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı ərizə təqdim edərək iddia iddia tələbinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər "Bank of Baku" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin nümayəndəsi X1 və Cavabdeh2 işə mahiyyəti üzrə baxılmasını tələb etmədiklərini bildirmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunan hüquq normasının tələblərinə əsasən məhkəmə iddiaçının ərizəsini və iş materiallarını nəzərdən keçirərək qərara gəlir ki, iddiaçı iddia ərizəsinin qaytarılması barədə ərizə verdiyindən və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası “Dövlət rüsumu haqqında” Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azaddırlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Sabı̇ r oğlunun cavabdehlər "Bank of Baku" Açıq Səhmdar Cəmı̇ yyətı̇ və Cavabdeh2 qarşı zaminlik müqaviləsinə xitam verilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı Sabı̇ r oğluna qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar