Məhkəmə qərarları › İş №2(037)-189/2021

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-189/2021

26.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-189/2021 26.05.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə İddiaçılar Bəşı̇ rov Sədyar Fı̇ krət oğlu və Bəşı̇ rov Aqı̇ l Fı̇ krət oğlunun cavabdeh "xxxx" ASC və X1rşı fərdi yaşayış evinə elektrik enerjisinin verilməsinin bərpa edilməsi tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 26 may 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 ərizə ilə müraciət edərək İsmayıllı şəhər S.Vurğun küçəsi dalan 4, ev 6 ünvanında yerləşən ailə üzvləri və azyaşlı uşaqları ilə birlikdə yaşadıqları fərdi yaşayış evinə elektrik enerjisinin verilməsinin bərpa edilməsini xahiş etmişdirlər. Mülki iş üzrə məhkəmə baxışı iclası 26 may 2021-ci il tarixə saat 12:00-a təyin edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi məlumat verilmişdir. Tərəflər qeyd olunan vaxtda məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəblərini bildirməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlmədiklərinə və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiklərinə görə iddia ərizəsinin baxılmamış saxlanılması haqqında qərardad çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar Bəşı̇ rov Sədyar Fı̇ krət oğlu və Bəşı̇ rov Aqı̇ l Fı̇ krət oğlunun cavabdeh "xxxx" ASC və X1rşı fərdi yaşayış evinə elektrik enerjisinin verilməsinin bərpa edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar