Məhkəmə qərarları › İş №2(037)-192/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-192/2024

28.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-192/2024 28.03.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə Ərizəçi İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi mirasın qəbul edilməsi faktının müəyyən olunması tələbinə dair mülki işə 28 mart 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə müraciət edərək 27 aprel 1996-cı ildə vəfat etmiş X2 miras qalmış İsmayıllı şəhəri, M.F.Axundov küçəsi, ev 55 ünvanında yerləşən 0,15 hektar həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, o, 27 aprel 1996-cı il tarixdə vəfat etmiş atası X2 miras qalmış İsmayıllı şəhəri, M.F.Axundov küçəsi, ev 55 ünvanında 0,15 hektar torpaq sahəsi və fərdi yaşayış evinin üzərində vərəsəlik hüququnun tanınması və bu barədə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün İsmayıllı rayon Notariat Ofisinə müraciət etmişdir. Lakin İsmayıllı rayon Notariat ofisi müraciətinə 27 aprel 2022-ci il tarixli 302 saylı cavab məktubu ilə bildirmişdir ki, qanunvericiliklə nəzərdə tutulmuş mirasın qəbulu üçün müəyyən edilmiş müddət ötürüldüyünü və mirasın faktiki qəbul olunması barədə sübutlar təqdim olunmadığını əsas gətirərək ona vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmiş və bu məsələ ilə bağlı İsmayıllı rayon Məhkəməsinə müraciət etməsi tövsiyə edilmişdir. İsmayıllı şəhəri, M.F.Axundov küçəsi, ev 55 ünvanında 0,15 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən yaşayış evi mərhum X6 məxsus olmaqla ondan miras qalmışdır. Atası 27 aprel 1996-ci il tarixdə, anası isə 11 dekabr 1999-cu il tarixdə vəfat etmişdir. Valideynlərinin birgə nikahlarından beş övladı vardır. X1 27 dekabr 2010-cu il tarixdə vəfat etmişdir. Qalan varisləri o, X11, X15 və Əsədova (Mikayılova) Rəhilə Seyfəl qızıdır. Ötən dövr ərzində valideyinlərindən qalmış mirası faktiki idarə etməklə, sahiblik etmişdir. Hazırda da ailəsi ilə birlikdə həmin evdə yaşayır. Ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Maraqlı şəxs İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinə mahiyyəti üzrə münasibətini bildirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə işə maraqlı şəxs İsmayıllı rayon Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. 01 may 2014-cü il tarixli, AZ-İ №676947 nömrəli şəhadətnamənin surətindən görünür ki, X7 27 aprel 1996-cı il tarixdə vəfat etmişdir. 01 may 2014-cü il tarixli, AZ-İ №676946 nömrəli şəhadətnamənin surətindən görünür ki, X12 11 dekabr 1999-cu il tarixdə vəfat etmişdir. 29 dekabr 2010-cu il tarixli, AZ-İ №432218 nömrəli şəhadətnamənin surətindən görünür ki, X8 27 dekabr 2010-cu il tarixdə vəfat etmişdir. İsmayıllı rayon Dövlət Arxivinin 25 aprel 2022-ci il tarixli, 98 nömrəli məktubundan görünür ki, İsmayıllı şəhər İƏD üzrə RİHB-nin nümayəndəliyinin (XDS-nin) 17 nöpmrəli arxiv fondunda saxlanılan 1963-1965-ci illərin tərəsrrüfatbaşına kitabında mərhum X5 ailə başçısı olmaqla istifadəsində 1963-cü ildə 0,15 hektar torpaq sahəsi, 1964-1965-ci illərdə 0,27 hektar torpaq sahəsi və 1962-ci ildə tikilmiş ev vardır. İsmayıllı rayon Notariat Ofisinin Ərizəçi ünvanlandığı 27 aprel 2022-ci il tarixli, 302 nömrəli məktubunda qeyd edilmişdir ki, qanunvericilikdə nəzərdə tutulmuş mirasın qəbulu üçün müəyyən edilmiş müddət ötürülmüşdür və mirasın faktiki qəbul olunması barədə sübutlar təqdim olunmamışdır. Bu səbədən vərəsəlik hüququ haqqında şəhadətnamə vermək mümkün deyil və bu məsələ ilə bağlı İsmayıllı Rayon Məhkəməsinə müraciət edilməsi tövsiyə edilmişdir. İsmayıllı rayon İHB-nın İsmayıllı şəhər üzrə nümayəndəliyinin 11 dekabr 2023-cü il tarixli, 2985 nömrəli arayışından görünür ki, X7 27 aprel 1996-cı il tarixdə vəfat etmiş və vəfat etdikdən sonra X12 (xx.xx.1999-cü il tarixdə vəfat edib.), Beybduova (Əsədova) Rəsimə Seyfəl qızı (xx.xx.2010-cu il tarixdə vəfat edib.) X11, X15, Mikayılova (Əsədova) Rəhilə Seyfəl qızı və Ərizəçi ailə üzvləri qalmışdır. 28 mart 2024-cü il tarixli, **********756 nömrəli və **********757 nömrəli notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, X15 (X3 nümayəndəsi) və X11 xx.xx.1996-cı ildə ölmüş atası X4 ölümündən sonra miras qalmış əmlakı nədən ibarət olmasından asılı olmayaraq nə rəsmi qaydada, nə də faktiki olaraq qəbul etməmiş, etmir, və gələcəkdə bununla bağlı iddia və tələbləri olmayacaq. Digər vərəsələrin mirası qəbul edib öz aralarında bölüşdürülməsinə heç bir etirazları yoxdur. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə araşdırılması ilə müəyyən edildi ki, X7 27 aprel 1996-cı il tarixdə, X12 11 dekabr 1999-cu il tarixdə və X8 27 dekabr 2010-cu il tarixdə vəfat etmişlər. İsmayıllı rayon Dövlət Arxivinin 25 aprel 2022-ci il tarixli, 98 nömrəli məktubuna əsasən İsmayıllı şəhər İƏD üzrə RİHB-nin nümayəndəliyinin (XDS-nin) 17 nöpmrəli arxiv fondunda saxlanılan 1963-1965-ci illərin tərəsrrüfatbaşına kitabında mərhum X5 ailə başçısı olmaqla istifadəsində 1963-cü ildə 0,15 hektar torpaq sahəsi, 1964-1965-ci illərdə 0,27 hektar torpaq sahəsi və 1962-ci ildə tikilmiş ev vardır. İsmayıllı rayon Notariat Ofisinin Ərizəçi ünvanlandığı 27 aprel 2022-ci il tarixli, 302 nömrəli məktubunda qeyd edilmişdir ki, qanunvericilikdə nəzərdə tutulmuş mirasın qəbulu üçün müəyyən edilmiş müddət ötürülmüşdür və mirasın faktiki qəbul olunması barədə sübutlar təqdim olunmamışdır. Bu səbədən vərəsəlik hüququ haqqında şəhadətnamə vermək mümkün deyil və bu məsələ ilə bağlı İsmayıllı Rayon Məhkəməsinə müraciət edilməsi tövsiyə edilmişdir. İsmayıllı rayon İHB-nın İsmayıllı şəhər üzrə nümayəndəliyinin 11 dekabr 2023-cü il tarixli, 2985 nömrəli arayışına əsasən X7 27 aprel 1996-cı il tarixdə vəfat etmiş və vəfat etdikdən sonra X12 (xx.xx.1999-cü il tarixdə vəfat edib.), Beybduova (Əsədova) Rəsimə Seyfəl qızı (xx.xx.2010-cu il tarixdə vəfat edib.) X11, X15, Mikayılova (Əsədova) Rəhilə Seyfəl qızı və Ərizəçi ailə üzvləri qalmışdır. 28 mart 2024-cü il tarixli, **********756 nömrəli və **********757 nömrəli notarial qaydada təsdiq edilmiş ərizələrə əsasən X15 (X3 nümayəndəsi) və X11 xx.xx.1996-cı ildə ölmüş atası X4 ölümündən sonra miras qalmış əmlakı nədən ibarət olmasından asılı olmayaraq nə rəsmi qaydada, nə də faktiki olaraq qəbul etməmiş, etmir, və gələcəkdə bununla bağlı iddia və tələbləri olmayacaq. Digər vərəsələrin mirası qəbul edib öz aralarında bölüşdürülməsinə heç bir etirazları yoxdur. Ərizəçi 27 aprel 1996-cı ildə vəfat etmiş X2 miras qalmış İsmayıllı şəhəri, M.F.Axundov küçəsi, ev 55 ünvanında yerləşən 0,15 hektar həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Maraqlı şəxs İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinə mahiyyəti üzrə münasibətini bildirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1159.2-ci maddəsinə əsasən ikinci növbədə ölənin bacıları və qardaşları qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamda malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 10-cu bəndinə əsasən məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu bəndinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Qanun normalarının məzmunundan göründüyü kimi mülki qanunvericilikdə mirasın qəbul edilməsinin iki üsulu müəyyənləşdirilir: formal üsul və qeyri-formal üsul. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsidir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Vərəsə ərizəni yazılı formada verməlidir. Mirası qəbul etmək barədə ərizə nümayəndə vasitəsilə də verilə bilər. Bu halda nümayəndənin vərəsəlik işinin aparılması barədə notariat qaydada təsdiqlənmiş etibarnamə olmalıdır. Mirasın qəbul edilməsinin qeyri-formal üsuluna əsasən, vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Faktiki sahiblik etmə üsuluna əsasən, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, üzərində fiziki ağalıq edir. Bu hərəkətlərlə vərəsənin mirası qəbul etmək niyyəti açıq aşkar görünür və bəlli olur. Bu üsula həmçinin, başqa mənzildə yaşayan vərəsənin miras əmlak barədə qayğı göstərməsi, əmlakın verilməsi və ya qorunması barədə xahişlə müraciət olunması kimi hərəkətlər də daxildir. Azərbaycan Respublikası Mülki Posessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.9–cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edir. İşin məhkəmə tərəfindən müəyyən edilən faktiki hallarından görünür ki, X7 27 aprel 1996-cı il tarixdə, X12 11 dekabr 1999-cu il tarixdə və X8 27 dekabr 2010-cu il tarixdə vəfat etmişlər. İsmayıllı şəhəri, M.F.Axundov küçəsi, ev 55 ünvanında yerləşən 0,15 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi mərhum X2 miras qalmışdır. X15 (X3 nümayəndəsi) və X11 xx.xx.1996-cı ildə ölmüş ataları X4 ölümündən sonra miras qalmış əmlakı nədən ibarət olmasından asılı olmayaraq nə rəsmi qaydada, nə də faktiki olaraq qəbul etməmiş, etmir, və gələcəkdə bununla bağlı iddia və tələblərinin olmayacağını və digər vərəsələrin mirası qəbul edib öz aralarında bölüşdürülməsinə heç bir etirazlarının olmadığını notarial qaydada təsdiq edilmiş ərizələrlə bildirmişlər. Ona görə də məhkəmə hesab edir ki, 27 aprel 1996-cı ildə vəfat etmiş X2 miras qalmış İsmayıllı şəhəri, M.F.Axundov küçəsi, ev 55 ünvanında yerləşən 0,15 hektar həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 27 aprel 1996-cı ildə vəfat etmiş X2 miras qalmış İsmayıllı şəhəri, M.F.Axundov küçəsi, ev 55 ünvanında yerləşən 0,15 hektar həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu məbləği Ərizəçi özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar