Məhkəmə qərarları › İş №2(037)-199/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-199/2024

22.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-199/2024 22.02.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçinin Maraqlı şəxs qismində cəlb etdiyi şəxsin doğum faktının müəyyən edilməsi tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 22 fevral 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək 17 oktyabr 2016-cı il tarixdə Suriya Respublikasında bir qız uşağı doğması faktının müəyyən olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 12 iyun 2006-cı il tarixdə X5 ilə rəsmi nikah qeydindən keçməklə ailə qurmuşdur. Ailə qurduqdan bir müddət sonra əri ilə birlikdə Suriya Respublikasına getmişlər. Suriya Respublikasında yaşadığı vaxt 17 oktyabr 2016-cı il tarixdə Əsma adlı bir qız övladını dünyaya gətirmişdir. Məlum səbəblərə görə uşağa doğum haqqında şəhadətnamə ala bilməmişdir. 06 noyabr 2023-cü il tarixdə uşaqla birlikdə Azərbaycan Respublikasına qayıtdıqdan sonra uşağa Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsi verilmişdir. Hazırda qızının sağlamlığı və təlim-tərbiyəsi ilə özü məşğul olur. Uşaq hal-hazırda tam sağlamdır və heç bir fiziki qüsuru yoxdur. Artıq məktəbli yaşına çatmışdır. Doğum haqqında şəhadətnaməsi olmadığından uşaq təhsildən kənar qalmışdır. Uşağına doğum haqqında şəhadətnamə almaq məqsədilə Maraqlı şəxsnə və İsmayıllı rayon xəstəxanasına müraciət etsə də ilkin tibbi sənədləri, doğum faktını, vaxtını və yerini təsdiq edən sənəd təqdim edə bilmədiyindən doğum haqqında şəhadətnamə verilməsi mümkün olmamış, bu barədə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Bundan başqa o uşağın hamiləlik və doğum vaxtında Suriya Respublikasında yaşadığından müayinələrə gedə bilməmişdir. Buna dair əlində heç bir sübut yoxdur. Ona görə də bu faktın müəyyən olunması üçün məhkəməyə müraciət etməli olmuşdur. Qeyd etdiklərini nəzərə alaraq 17 oktyabr 2016-cı il tarixdə Suriya Respublikasında bir qız uşağı doğması faktının müəyyən olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi məhkəmə hazırlıq iclasında ərizənin məzmununa uyğun izahat vermiş, ərizə verərək məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini və qohumlarının şahid kimi dindirilərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə ərizəçinin iştirakı olmadan baxilmasını qərara almışdır. Maraqlı tərəf Maraqlı şəxs rəisi X8 iş üzrə hər hansı qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi və izahat verərək göstərdi ki, ərizəçi uşağına doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, şöbənin arxivində və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar edilməmişdir. Doğum haqqında tibbi şəhadətnamə olmadığı üçün doğum haqqında akt qeydinin tərtib olunması mümkün olmamış və ərizəçiyə doğum faktının müəyyən olunması ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. X1 ifadə verərək göstərdi ki, ərizəçi onun bacısı qızıdır. Vüsalə 12 iyun 2006-cı il tarixdə X5 ilə rəsmi nikahla ailə qurmuşdur. Ailə qurduqdan sonra əri ilə birlikdə Suriya Respublikasına getmişlər. Suriya Respublikasında yaşadıqları vaxt 17 oktyabr 2016-cı il tarixdə onların Əsma adlı bir qız uşaqları olmuşdur. Uşaq anadan olanda Vüsalə ona telefon vasitəsi ilə məlumat vermişdir. Vüsalə 06 noyabr 2023-cü il tarixdə qızı birlikdə Azərbaycan Respublikasına qayıtmışdır və hal-hazırda tam sağlamdır. Vüsalə lazım olan sənədləri təqdim edə bilmədiyi üçün qızına doğum haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. Ərizəçinin 17 oktyabr 2016-cı il tarixdə Suriya Respublikasında bir qız uşağı doğmasını təsdiq edir. X2 və X7 X1 ilə eyni məzmunlu ifadələr verərək ərizəçinin 17 oktyabr 2016-cı il tarixdə Suriya Respublikasında bir qız uşağı doğmasını təsdiq etdilər. İşdə olan Xİ-ЖГ 353587 nömrəli doğum haqqında şəhadətnamənin və AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxx 1985-cı il tarixdə doğulmuş şəxs Ərizəçidır. İşdə olan 09 dekabr 2023-cü il tarixli çıxarışdan görünür ki, X5 ilə Ərizəçi arasında 12 iyun 2006-cı il tarixdə Sumqayıt şəhər qeydiyyat şöbəsində rəsmi nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə və arvada Abbaszadə soyadı verilmişdir. İşdə olan AA ******* nömrəli, 06 noyabr 2023-cü il tarixli Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsinin surətindən görünür ki, bu Şəhadətnaməni təqdim edən Azərbaycan Respublikası vətəndaşı 17 oktyabr 2016-cı il tarixdə Suriya Respublikasında doğulmuş şəxs X4r. İşdə olan 21 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən Suriya Ərəb Respublikasına repatirasiya olunmuş şəxslərin 22 noyabr 2023-cü il tarixli siyahısında xx xxxxxx 1985-ci il təvəllüdlü Ərizəçinin və 17 oktyabr 2016-cı il tarixdə doğulmuş X3 adları vardır və onların ikisidə praktiki sağlamdır. İşdə olan “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” X17 tərəfindən verilmiş 19 dekabr 2023-cü il tarixli arayışından görünür ki Ərizəçi 2016-ci il tarixdən hal-hazırki tarixədək doğuş ilə bağlı İsmayıllı rayon Mərkəzi Xəstəxanası X17ə müraciət etməmişdir. İşdə olan “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” X17 Ailə Sağlamlıq Mərkəzi tərəfindən verilmiş 20 dekabr 2023-cü il tarixli 490 nömrəli arayışından görünür ki, Ərizəçi 17 oktyabr 2016-cı il tarixdə doğulmuş bir qız cinsindən olan uşaq xx.xx.2023-cü il tarixdə müayindən keçmiş və o praktiki sağlamdır. Maraqlı şəxs 3-16-5/8-15-A-36/2024 nömrəli 30 yanvar 2024-cü il tarixli müraciətə cavab məktubundan görünür ki, ərizəçi uşağına doğum haqqında şəhadətnamə əldə etmək üçün Maraqlı şəxsnə müraciət etmiş, Maraqlı şəxs arxivində və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, uşağın doğum haqqında akt qeydi aşkar edilməmiş, Qeydiyyat Şöbəsində uşağın doğumunun qeydə alınması mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Məhkəmə ərizəçinin məhkəmə hazırlıq iclasında verdiyi izahatını, maraqlı tərəfin nümayəndəsinin izahatını, şahidlərin ifadələrini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ərizəçi xx xxxxxx 1985-cı il tarixdə doğulmuşdur. Ərizəçi 12 iyun 2006-cı il tarixdə X5 ilə rəsmi nikah qeydindən keçməklə ailə qurmuşdur. Ailə qurduqdan sonra əri ilə birlikdə Suriya Respublikasına getmişlər. Suriya Respublikasında yaşadığı vaxt 17 oktyabr 2016-cı il tarixdə Əsma adlı bir qız uşağı doğmuşdur. Uşağa doğum haqqında şəhadətnamə alınmamışdır. Ərzəçi 06 noyabr 2023-cü il tarixdə uşaqla birlikdə Azərbaycan Respublikasına qayıtdıqdan sonra uşağa Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsi verilmişdir. Uşaq hal-hazırda tam sağlamdır. Artıq məktəbli yaşına çatmışdır. Uşağına doğum haqqında şəhadətnamə almaq məqsədilə ərizəçi Maraqlı şəxsnə və İsmayıllı rayon xəstəxanasına müraciət etsə də ilkin tibbi sənədləri, o cümlədən doğum faktını, vaxtını və yerini təsdiq edən sənəd təqdim edə bilmədiyindən doğum haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. Ərizəçi hamiləlik və doğum vaxtında Suriya Respublikasında yaşadığından müayinələrə və uşağın doğulmasına dair sübut təqdim edə bilməmişdir. Ərizəçinin uşağının doğum faktını təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsi, yaxud həmin sənədlərin bərpası mümkün deyildir. Ona görə də bu faktın müəyyən olunması üçün məhkəməyə müraciət edərək 17 oktyabr 2016-cı il tarixdə Suriya Respublikasında bir qız uşağı doğması faktının müəyyən olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 166.2-ci maddəsinə əsasən doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müraciət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 4.3-cü bəndində göstərilmişdir ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarını rəhbər tutaraq hesab edir ki, ərzəçinin doğduğu uşağın doğumu haqqında akt qeydi və doğum haqqında şəhadətnaməsi olmasa da, ərzəçinin 17 oktyabr 2016-cı il tarixdə Suriya Respublikasında bir qız uşağı doğması faktı şahidlərin ifadələri və iş materialları ilə təsdiq olunduğundan, habelə ərizəçinin uşağına doğum faktını təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsi, yaxud həmin sənədlərin bərpası mümkün olmadığından ərizə təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : Ərizə təmin edilsin. Ərizəçinin 17 oktyabr 2016-cı il tarixdə Suriya Respublikasında bir qız uşağı doğması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar