Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-20/2023 26.04.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Şamaxı Regional X1 cavabdeh X3 qarşı meşə fondu torpağından icarə müqaviləsi olmadan istifadənin dayandırılması və istifadə edilən sahənin əvvəlki vəziyyətinə gətirilməsi tələbinə dair mülki işə 26 aprel 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq,məhkəmə müəyyənetdi: İddiaçı Şamaxı Regional X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İsmayıllı rayon Gəndov kənd sakini X2 qanunsuz istifadə etdiyi meşə fondu torpağının boşaldılaraq əvvəlki vəziyyətinə gətirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə X7 Təsəttüfatı Mərkəzinin əməkdaşları tərəfindən Talıstan Meşəbəyliyinin 5 saylı meşə dolayına baxış keçirilmiş, baxış zamanı dolayın 75-ci kvartalının 3-cü bölməsində İsmayıllı rayon Gəndov kənd sakini Gülbaba Abasovun heç bir sənəd olmadan 0.06 hektar ərazini qanunsuz zəbt etdiyi, həmin ərazidə iaşə fəaliyyəti göstərmək üçün tikinti quraşdırma işləri apardığı,eyni zamanda həmin ərazidə dəmir dirəklər üzərində 2 ədəd 3x4x2.8 metr ölçüdə söhbətgahlar (besedka), 1x5x2.8 metr ölçüdə dəmir dirəklərin üzərində 1 ədəd söhbətgah (besedka) və 3x6x2.8 metr ölçüdə dəmir dayaqlar üzərində taxtadan yeməkxana binası inşa etdiyi müəyyən edilmişdir.Meşə fondu torpaqları ayrı-ayrı vətəndaşlara Meşə Məcəlləsində nəzərdə tutulduğu kimi Nazirlər Kabinetinin 30 oktyabr 1998-ci il tarixli 219 saylı qərarı ilə təsdiq edilmiş "Meşə Fondu sahələrində elmi tədqiqat,mədəni sağlamlaşdırma,turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə qaydaları" na uyğun olaraq icarəyə verilir.Hər bir icarə müqaviləsinin müddəti başa çatdıqdan sonra ərazi boşaldılaraq əvvəlki vəziyyətinə gətirilməli və orada hər cür istirahət-rekrasiya və ya digər fəaliyyətə son qoyulmalı ya da qanuna müvafiq qaydada icarə müqaviləsinin müddəti artırılmalıdır.Gülbaba Abasov X4 ilə Meşə Fonduna aid torpaqların istifadəsi barədə heç bir icarə müqaviləsi bağlamadan müəssisənin Talıstan meşəbəyliyinin 05 saylı meşə dolayının 75-ci kvartalının 3-cü bölməsində yerləşən 0,06 hektar sahədən istirahət rekrasiya məqsədi ilə istifadə edir. Müəssisənin əməkdaşları tərəfindən icarə müqaviləsi olmadan Meşə Fondu torpağından istifadənin qanunsuz olması,təcili olaraq icarə müqaviləsinin bağlanması və ya ərazini boşaldaraq əvvəlki vəziyyətə gətirilməsi barədə Gülbaba Abasova dəfələrlə şifahi xəbərdarlıqlar edilmişdir.Bundan əlavə xx.xx.2022-ci il tarixdə Gülbaba Abasova xəbərdarlıq məktubu göndərilərək meşə fonduna aid zəbt edilmiş torpaq sahəsini boşaldaraq əvvəlki vəziyyətinə qaytarılması barədə xəbərdarlıq edilmişdir. X8 edilən xəbərdarlıqlara baxmayaraq zəbt etdiyi ərazini qanunsuz olaraq istifadə etməkdə davam edir. İddiaçı cavabdehin qanunsuz istifadə etdiyi meşə fondu torpağını boşaltmasını və əvvəlki vəziyyətinə gətirilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçının nümayəndəsi X6 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh X5 lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq sonuncu məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Cavabdeh iştirak etdiyi məhkəmə iclasında izahat verərək göstərdi ki, İsmayıllı rayonu, Gəndov kəndində yaşayır. Talıstan meşəbəyliyinin 05 saylı meşə dolayının 75-ci kvartalının 3-cü bölməsində yerləşən 0,06 hektar torpaq sahəsindən istirahət rekrasiya məqsədi ilə istifadə edir. O, ankoloji xəstədir və istifadəsində olan ərazidən istirahət mərkəzi kimi istifadə edərək ailəsini dolandırır.İstifadəsində olan ərazidə tikinti və yenidən qurma işləri aparmamış, əvəzində isə həmin ərazini abadlaşdıraraq istirahət üçün yararlı vəziyyətə gətirmişdir. İstifadəsində olan torpaq sahəsinə dair icarə müqaviləsi bağlamaq üçün dəfələrlə Şamaxı Regional X4nə müraciət etsə də, həmin torpaq sahəsinə dair onunla icarə müqaviləsi bağlanmamışdır.Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, cavabdehin iddia tələbinə münasibətini, iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 23 iyun 2022-ci il tarixli 308 nömrəli xəbərdarlıq məktubundan görünür ki, Şamaxı Regional X4 tərəfindən 23 iyun 2022-ci il tarixdə İsmayıllı rayon Gəndov kənd sakini Gülbaba Abasova xəbərdarlıq məktubu göndərilərək meşə fonduna aid zəbt edilmiş torpaq sahəsini boşaldaraq əvvəlki vəziyyətinə qaytarılması barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş 08 avqust 2022-ci il tarixli aktdan görünür ki, Şamaxı Regional X1 əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə Talıstan Meşəbəyliyinin 5 saylı meşə dolayına baxış keçirilmiş, baxış zamanı dolayın 75-ci kvartalının 3-cü bölməsində İsmayıllı rayon Gəndov kənd sakini Gülbaba Abasovun heç bir sənəd olmadan 0.06 hektar ərazini qanunsuz zəbt etdiyi, həmin ərazidə iaşə fəaliyyəti göstərmək üçün tikinti quraşdırma işləri apardığı, həmin ərazidə dəmir dirəklər üzərində 2 ədəd 3x4x2.8 metr ölçüdə söhbətgahlar (besedka), 1x5x2.8 metr ölçüdə dəmir dirəklərin üzərində 1 ədəd söhbətgah (besedka) və 3x6x2.8 metr ölçüdə dəmir dayaqlar üzərində taxtadan yeməkxana binası inşa etdiyi müəyyən edilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, X7 Təsəttüfatı Mərkəzinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə Talıstan Meşəbəyliyinin 5 saylı meşə dolayına baxış keçirilmiş, baxış zamanı dolayın 75-ci kvartalının 3-cü bölməsində İsmayıllı rayon Gəndov kənd sakini Gülbaba Abasovun heç bir sənəd olmadan 0.06 hektar ərazini qanunsuz zəbt etdiyi,həmin ərazidə iaşə fəaliyyəti göstərmək üçün tikinti quraşdırma işləri apardığı, ərazidə dəmir dirəklər üzərində 2 ədəd 3x4x2.8 metr ölçüdə söhbətgahlar (besedka), 1x5x2.8 metr ölçüdə dəmir dirəklərin üzərində 1 ədəd söhbətgah (besedka) və 3x6x2.8 metr ölçüdə dəmir dayaqlar üzərində taxtadan yeməkxana binası inşa etdiyi müəyyən edilmişdir.Bununla bağlı X7 Təsəttüfatı Mərkəzinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixli 197 nömrəli akt tərtib olunmuşdur. Gülbaba Abasov X4 ilə Meşə Fonduna aid torpaqların istifadəsi barədə heç bir icarə müqaviləsi bağlamadan müəssisənin Talıstan meşəbəyliyinin 05 saylı meşə dolayının 75-ci kvartalının 3-cü bölməsində yerləşən 0,06 hektar sahədən istirahət rekrasiya məqsədi ilə istifadə edir.xx.xx.2022-ci il tarixdə X7 Təsəttüfatı Mərkəzi tərəfindən Gülbaba Abasova icarə müqaviləsi olmadan Meşə Fondu torpağından istifadənin qanunsuz olması, təcili olaraq icarə müqaviləsinin bağlanması və ya ərazinin boşaldılaraq əvvəlki vəziyyətinə gətirilməsi barədə xəbərdarlıq edilmişdir. Gülbaba Abasov edilən xəbərdarlıqlara baxmayaraq hazırda həmin ərazini istifadə etməkdə davam edir. İddiaçı cavabdehin qanunsuz istifadə etdiyi meşə fondu torpağını boşaltmasını və əvvəlki vəziyyətinə gətirilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iştirak etdiyi məhkəmə iclasında mübahisəli ərazidə abadlıq işləri apararaq oranı istirahət-rekrasiya məqsədi ilə istifadə etdiyini, istifadəsindəki ərazidə tikinti yenidən qurma işləri aparmadığını, həmin əraziyə dair icarə müqaviləsi bağlanması üçün dəfələrlə X7 Təsəttüfatı Mərkəzinə müraciət etdiyini və qeyd edilən əraziyə dair onunla icarə müqaviləsi bağlanmadığını bildirərək iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işin müəyyən olunmuş yuxarıdakı hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, sözügedən torpaq sahəsi X5 tərəfindən zəbt edilmiş, orada qanunsuz tikililər inşa olunmuşdur. Sökülməsi tələb olunan həmin tikililərin inşaat norma və qaydalarına uyğun olmadığı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, həmin tikili qeyri-qanuni və özbaşına tikili olduğundan sökülməli, ərazi əvvəlki vəziyyətə gətirilməlidir. Azərbaycan Respublikası MM-nin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə məhkəmə tərəfindən sökülə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 16-cı maddəsinə əsasən meşə fondu sahələrindən istifadə hüququ meşə fondu sahəsinin (torpaqlarının) icarə müqaviləsinin, meşəqırma biletinin, orderin, meşə biletinin əsasında yaranır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə meşə istifadəçisinə (icarəçi) icarəyə müqavilə əsasında müvafiq icra hakimiyyəti orqanı (icarəyə verən) tərəfindən bir ildən qırx doqquz ilədək verilə bilər. Həmin Məcəllənin 36-cı maddəsinə əsasən meşələrin vəziyyətinə və bərpasına təsir edən, habelə bu Məcəllənin 37-ci maddəsində nəzərdə tutulan obyektlərin tikinti layihələrinin “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanır və həmin sənəd dövlət ekoloji ekspertizasından keçirilməklə müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılır. Həmin Məcəllənin 37-ci maddəsinə əsasən meşə fondunda meşə təsərrüfatının aparılması və meşədən istifadə ilə əlaqədar olmayan tikinti və mədən işlərinin aparılmasına, kommunikasiyaların çəkilməsinə və digər işlərin yerinə yetirilməsinə icazə (meşə fondu torpaqlarının qeyri-meşə torpaqlarına keçirilməsi və (və ya) meşə fondu torpaqlarının geri alınması tələb olunmadıqda) müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin 27 mart 2020-ci il tarixli 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin inkişafı Xidməti haqqında əsasnaməyə əsasən Xidmətin meşə istifadəçiləri meşə qanunvericiliyinin tələblərini pozduqda, istifadə hüququnun dayandırılması və ya məhdudlaşdırılması,habelə istifadə hüququnun məhdudlaşdırılması və ya dayandırılmasına səbəb olmuş vəziyyət və şərtlər aradan qaldırıldıqda, bu hüququn tam həcmdə bərpa edilməsinə dair qərar qəbul etmək,müvafiq sahə üzrə pozuntuların aradan qaldırılmasına dair fiziki şəxslərə, eləcədə vəzifəli və hüquqi şəxslərə qarşı tələblər irəli sürmək vəzifələri vardır. Araşdırma zamanı müəyyən edildi ki, Gülbaba Abasov X4 ilə Meşə Fonduna aid torpaqların istifadəsi barədə heç bir icarə müqaviləsi bağlamadan müəssisənin Talıstan meşəbəyliyinin 05 saylı meşə dolayının 75-ci kvartalının 3-cü bölməsində yerləşən 0,06 hektar sahədən istirahət rekrasiya məqsədi ilə istifadə edir. X7 Təsəttüfatı Mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixdə Gülbaba Abasova icarə müqaviləsi olmadan Meşə Fondu torpağından istifadənin qanunsuz olması, təcili olaraq icarə müqaviləsinin bağlanması və ya ərazinin boşaldılaraq əvvəlki vəziyyətinə gətirilməsi barədə xəbərdarlıq edilsə də, sonuncu edilən xəbərdarlıqlara baxmayaraq icarə müqaviləsi bağlamadan həmin ərazini zəbt edərək orada müxtəlif ölçülərdə tikililər inşa etmişdir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməli, cavabdeh X5 tərəfindən qanunsuz istifadə edilən meşə fondu torpağı boşaldılaraq əvvəlki vəziyyətinə gətirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh X5 tərəfindən qanunsuz istifadə edilən meşə fondu torpağı boşaldılaraq əvvəlki vəziyyətinə gətirilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-20/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-20/2023
26.04.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver