Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-204/2024 01.04.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı torpaq sahəsi barəsində alğı-satqı əqdinin etibarlı sayılması tələbinə dair mülki işə 01 aprel 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh və üçüncü şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək 24 dekabr 2004-cü il tarixdə sadə yazılı müqavilə əsasında satın alındığı JN-225A KOD 40709018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən cavabdehin xüsusi mülkiyyətində olmaqla, İsmayıllı rayonu İvanovka kəndində yerləşən 0,15 hektar həyətyanı təyinatlı torpaq sahəsinin satılması ilə bağlı onunla cavabdeh arasında bağlanmış alğı-satqı əqdi etibarlı sayılsın sayılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasına gəlməmiş, ərizə təqdim edərək məhkəmə iclaslarının iştirakı olmadan keçirilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılması qərara almışdır İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2004-cü ilin axırlarında İsmayıllı rayonunun İvanovka kəndi Xrebtovaya 13 ünvanında yerləşən həyətyanı torpaq sahəsinin və orada yerləşən yaşayış evinin satıldığını eşitmişdir. Bununla əlaqədar o və mərhum anası X2 rayonu İvanovka kəndinə gələrək həqiqətən də torpaq sahəsinin və evin satıldığını, evin sahibinin Cavabdeh Nikolayeviç olduğunu öyrənmiş və sonuncu ilə görüşərək qiymətləşmişlər. 23 dekabr 2004-cü il tarixdə o, anası, evin sahibi Cavabdeh Nikolayeviç və tanışları olan Adil adlı İvanovka kənd sakini İsmayıllı rayon Notariat Kontoruna gəlmişlər. Həmin zaman onun şəxsiyyət vəsiqəsi üzərində olmadığından alğısatqı müqaviləsi anası ilə bağlanmışdır. Belə ki, anası 23 dekabr 2004- cü il tarixdə notarial qaydada təsdiq edilmiş 236384 nömrəli müqavilə əsasında cavabdehin mülkiyyətində olan, İsmayıllı rayonunun İvanovka kəndi Xrebtovaya 13 ünvanında 0,2106 hektar həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 236,3 kv.metr, yaşayış sahəsi 58,6 kv.metr olmaqla, 1988-ci ildə tikilmiş 4 otaqdan ibarət evi satın almışdır. Bu zaman onlara məlum olmuşdur ki, aldığı ev cavabdehin Cavabdeh Nikolayeviçin adına olsa da evin yerləşdiyi torpaq sahəsi onun qohumu olan Cavabdeh mülkiyyətindədir. Həmin vaxt torpaq sahəsinin mülkiyyət sənədləri hazır olmadığından alğı-satqı müqaviləsində yalnız fərdi yaşayış evinin alğı-satqısı qeyd edilmişdir. Faktiki olaraq isə evlə birlikdə həmin evin yerləşdiyi 0,2106 hektar həyətyanı torpaq sahəsi də satın alınmışdır. Bu rəsmiləşmədən bir gün sonra, yəni 24 dekabr 2004-cü il tarixdə sadə yazılı müqavilə əsasında İsmayıllı rayonu İvanovka kənd sakini olan Cavabdeh məxsus olmaqla aldığı fərdi yaşayış evinin yerləşdiyi 0,21 hektar həyətyanı torpaq sahəsini də aralarındakı razılaşmaya əsasən dəyərini tam ödəmək şərti ilə ondan satın almışdır. Həmin vaxt torpaq sahəsinin alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün lazım olan sənədlər tam hazır olmadığından sənədlər tam şəkildə hazır olduqdan sonra alğı-satqını rəsmiləşdiriləcəyi barədə razılığa gəlmişlər. Bundan sonra cavabdeh torpaq sahəsini cavabdeh tərəfindən ona təhvil vermişdir. 0,21 hektar torpaq sahəsi qeyd olunan vaxtdan indiyədək onun faktiki istifadəsindədir. Sonradan həmin alğı-satqı müqaviləsi əsasında anasının adına İsmayllı rayonunun İvanovka kəndi Xrebtovaya 13 ünvanında 0,2106 hektar həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 236,3 kv.metr, yaşayış sahəsi 58,6 kv.metr olmaqla 1988-ci ildə tikilmiş 4 otaqdan ibarət evin mülkiyyət hüququna dair Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 2004-cü il tarixli 230 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Anası 08 oktyabr 2014-cü il tarixdə Bakı şəhəri 2 saylı "Asan Xidmət” mərkəzinin notariusu tərəfindən təsdiq edilmiş vəsiyyətnamə əsasında öldüyü günədək özünə məxsus bütün daşınar və daşınmaz əmlakını ona vəsiyyət etmişdir. Anası 08 iyun 2018-ci il tarixdə vəfat etmişdir. Anasının vəfatından sonra o, vəsiyyətnamə üzrə vərəsəlik hüququ əsasında anasının mülkiyyətində olmaqla, İsmaylılı rayonunun İvanovka kəndi Xrebtovaya 13 ünvanında 0,2106 hektar həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 236,3 kv.metr, yaşayış sahəsi 58,6 kv.metr olmaqla 1988-ci ildə tikilmiş 4 otaqdan ibarət evi öz adına keçirtmiş və həmin evə mülkiyyət hüququna dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyesrti Xidməti tərəfindən Hüququların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 22 iyul 2019-cu il tarixli qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********97-10301 olan çıxarış və texniki pasport verilmişdir. Ona verilmiş çıxarışda fərdi yaşayış evinin yerləşdiyi tikintialtı 0,032328 hektar torpaq sahəsi evlə birlikdə onun mülkiyyətinə keçmişdir. Texniki pasportda fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin faktiki 0,2106 hektar olduğu qeyd edilmişdir. O, 07 noyabr 2019-cu il tarixdə rəsmi ərizə ilə texniki pasportda qeyd olunmuş, faktiki olaraq hal-hazırda istifadəsində olan 0,178272 hektar həyətyanı torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair müvafiq çıxarışın verilməsi barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişdir. Ona həmin dövlət qurumu tərəfindən 16 dekabr 2019-cu il tarixli **********68 nömrəli məktubla cavab verilərək torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən ərizəsinə baxılmayacağı bildirilmişdir. Sonradan isə torpaq sahəsinin mülkiyyətinə keçirilərək evə və həmin torpaq sahəsinə vahid mülkiyyət sənədinin verilməsinə dair müraciətinə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesrti” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən 12 iyun 2023-cü il tarixli, 3- 21-3-42/2-Ə-00xx-xx/2023 nömrəli məktubla cavab verilərək həmin torpaq sahəsinə dair cavabdehin adına JN-225 A nömrəli (KOD ********) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanaraq verilməsi barədə məlumat verilmişdir. Bu dəfə isə cavabdehin olmaması səbəbindən həyətyanı torpaq sahəsinin alğı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və torpaq sahəsinin onun adına rəsmiləşdirilməsi mümkün olmamışdır. Çünki, evi və torpaq sahəsini aldığı Cavabdeh Nikolayeviç və onun ailə üzvü olan Cavabdeh alğı-satqıdan bir iki il sonra Rusiya Federasiyasına köçmüş və daimi olaraq orada yaşamağa başlamışdır. Bununla bağlı o, Rusiya Federasiyasına getmiş və Cavabdeh axtarmışdır. Lakin cavabdehin harada olması və hansı ünvanda yaşadığı barədə heç bir məlumat əldə edə bilməmişdir. Qeyd edilən torpaq sahəsinin satın alınması ilə bağlı o, alıcı kimi öz üzərinə düşən öhdəlikləri tam şəkildə icra etmişdir. Hazırki vəziyyətdə onunla cavabdeh arasında bağlanmış alğı-satqı əqdinin etibarlı sayılması ancaq məhkəmə qərarı əsasında mümkündür. Qeyd olunanlara əsasən hesab edir ki, 24 dekabr 2004-cü il tarixdə sadə yazılı müqavilə əsasında satın aldığı JN-225 A nömrəli (KOD ********) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında cavabdehə məxsus olmaqla həmin kənddə yerləşən 0,15 hektar həyətyanı torpaq sahəsi barəsində onunla cavabdeh arasında bağlanmış alqı-satqı əqdi etibarlı sayılmalıdır. İddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehə göndərilmiş məhkəmə sənədi poçt şöbəsi tərəfindən cavabdehin qeydiyyatda olduğu ünvanda yaşamaması əsası ilə geri qaytarılmışdır. Məhkəmə sənədi cavabdehə təqdim olunması üçün İsmayıllı RİHB-nın İvanovka kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə göndərilmiş və məhkəmə sənədi cavabdehə çatdırılması üçün icra nümayəndəliyində saxlanılmışdır. İddia tələbinə dair cavabdeh tərəfindən hər hansı etiraz, etiraza dair dəlillər və onları təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. Məhkəmə cavabdehin məhkəməyə gəlməməsinin səbəbini üzrsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. Üçüncü şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinə mahiyyəti üzrə fikrini bildirməmişdir. Məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. 23 dekabr 2004-cü il tarixli, 236384 nömrəli müqavilənin surətindən görünür ki, Cavabdeh Nikolayeviç İsmayıllı rayonu İvanovka kəndində yerləşən, ümumi sahəsi 236,3 kv.metr, yaşayış sahəsi 58,6 kv.metr olmaqla, 1988-ci ildə tikilmiş 4 otaqdan ibarət evi X1. İddiaçı ilə cavabdeh arasında sadə yazılı formada tərtib edilmiş 24 dekabr 2004-cü il tarixli “Kontrakt” adlandırılan yazılı razılaşma ilə cavabdehin özünə məxsus olan, fərdi yaşayış evinin yerləşdiyi 0,21 hektar həyətyanı torpaq sahəsini də aralarındakı razılaşmaya əsasən dəyərini tam ödəmək şərti ilə iddiaçı cavabdehdən satın almışdır. 2004-cü il tarixli, 230 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayonu İvanovka kəndi ərazisində yerləşən ümumi sahəsi 236,3 kv.metr olan dörd otaqlı fərdi 13 nömrəli yaşayış evi İsmayıllı rayon Dövlət Notariat Kontorunun 23 dekabr 2004-cü il tarixli, 4Ə-1-223 reyestr saylı yaşayış evinin alğı-satqısına dair müqavilə əsasında X6 məxsusdur. 08 oktyabr 2014-cü il tarixli, 7E-41151 reyestr nömrəli notarial qaydada təsdiq edilmiş vəsiyyətnamənin surətindən görünür ki, X8 ölən günədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını xx.xx.1966-cı il təvəllüdlü İddiaçı vəsiyyət etmişdir. 05 iyul 2018-ci il tarixli ölüm haqqında şəhadətnamənin tərcümə edilmiş surətindən görünür ki, X8 08 iyun 2018-ci il tarixdə vəfat etmişdir. 22 iyul 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və həmin tarixli 407-9018/933 inventar nömrəli texniki pasportun surətlərindən görünür ki, İsmayıllı rayonu İvanovka kəndi, Xrebtovaya küçəsi, ev 13 ünvanında 0,0323 hektar torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 104.2 kvadratmetr olan fərdi yaşayış evi X4 mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin 16 dekabr 2019-cu il tarixli, **********68 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı müraciətinə cavab olaraq bildirilmişdir ki, qeyd olunan hər hansı bir hüquq müəyyənedici sənəd təqdim edilmədiyindən fərdi yaşayış evinin qeydiyyatı zamanı torpaq sahəsi mülkiyyətinə verilməmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin 12 iyun 2023-cü il tarixli, 3-21-3-42/2-Ə-00xx-xx/2023 nömrəli məktubundan görünür ki, İddiaçı müraciətinə cavab olaraq bildirilmişdir ki, adına qeydiyyata alınmış fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə digər şəxsin adına JN- 225A KOD 40709018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin 13 fevral 2024-cü il tarixli, 3-21-3-42/2-944/2024 nömrəli sorğuya cavab məktubundan görünür ki, Ərazi İdarəsində olan məlumatlara əsasən sorğuda qeyd olunan JN-225A KOD 40709018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə Cavabdeh adlı şəxsin adına tərtib edilmişdir. Qeyd olunan JN-225A KOD 40709018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış tərtib edilməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, 23 dekabr 2004-cü il tarixli, 236384 nömrəli müqaviləyə əsasən Cavabdeh Nikolayeviç İsmayıllı rayonu İvanovka kəndində yerləşən, ümumi sahəsi 236,3 kv.metr, yaşayış sahəsi 58,6 kv.metr olmaqla, 1988-ci ildə tikilmiş 4 otaqdan ibarət evi X1. İddiaçı ilə cavabdeh arasında sadə yazılı formada tərtib edilmiş 24 dekabr 2004-cü il tarixli “Kontrakt” adlandırılan yazılı razılaşma ilə cavabdehin özünə məxsus olan, fərdi yaşayış evinin yerləşdiyi 0,21 hektar həyətyanı torpaq sahəsini də aralarındakı razılaşmaya əsasən dəyərini tam ödəmək şərti ilə iddiaçı cavabdehdən satın almışdır. 2004-cü il tarixli, 230 nömrəli qeydiyyat vəsiqəsi üzrə İsmayıllı rayonu İvanovka kəndi ərazisində yerləşən ümumi sahəsi 236,3 kv.metr olan dörd otaqlı fərdi 13 nömrəli yaşayış evi İsmayıllı rayon Dövlət Notariat Kontorunun 23 dekabr 2004-cü il tarixli, 4Ə-1-223 reyestr saylı yaşayış evinin alğı-satqısına dair müqavilə əsasında X6 məxsusdur. 08 oktyabr 2014-cü il tarixli, 7E-41151 reyestr nömrəli notarial qaydada təsdiq edilmiş vəsiyyətnaməyə əsasən X8 ölən günədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını xx.xx.1966-cı il təvəllüdlü İddiaçı vəsiyyət etmişdir. X8 08 iyun 2018-ci il tarixdə vəfat etmişdir. 22 iyul 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və həmin tarixli 407-9018/933 inventar nömrəli texniki pasporta əsasən İsmayıllı rayonu İvanovka kəndi, Xrebtovaya küçəsi, ev 13 ünvanında 0,0323 hektar torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 104.2 kvadratmetr olan fərdi yaşayış evi X4 mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin 16 dekabr 2019-cu il tarixli, **********68 nömrəli məktubu ilə İddiaçı müraciətinə cavab olaraq bildirilmişdir ki, qeyd olunan hər hansı bir hüquq müəyyənedici sənəd təqdim edilmədiyindən fərdi yaşayış evinin qeydiyyatı zamanı torpaq sahəsi mülkiyyətinə verilməmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin 12 iyun 2023-cü il tarixli, 3-21-3-42/2-Ə-00xx-xx/2023 nömrəli məktubu ilə İddiaçı müraciətinə cavab olaraq bildirilmişdir ki, adına qeydiyyata alınmış fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə digər şəxsin adına JN-225A KOD 40709018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin 13 fevral 2024-cü il tarixli, 3-21-3-42/2-944/2024 nömrəli sorğuya cavab məktubuna əsasən Ərazi İdarəsində olan məlumatlara əsasən sorğuda qeyd olunan JN- 225A KOD 40709018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə Cavabdeh adlı şəxsin adına tərtib edilmişdir. Qeyd olunan JN-225A KOD 40709018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış tərtib edilməmişdir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri müqavilə mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin öhdəlik hüquq münasibətlərini tənzimləyən və həmin vaxt (28 iyul 2005-ci il) qüvvədə olan 335.2-ci maddəsi əsasında həll olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının tələbinin əsaslı olub-olmamasına düzgün hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin vaxt qüvvədə olan 335.2-ci maddəsində nəzərdə tutulmuş şərtlərin həm ayrı-ayrılıqda, həm də məcmu halında mövcud olub-olmaması əsas götürülməlidir. Belə ki, Mülki Məcəllənin 335.2-ci maddəsinin tələbinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə,digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Eləcə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar 22 mart 2006-cı il tarixli qərarı əsasında formalaşmış hüquqi mövqeyində göstərmişdir ki, göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; -məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd olunan hüquqi mövqeyini bir sıra Qərarlarında (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli Qərar, C.Abdullayevanın şikayəti üzrə 13 aprel 2007-ci il tarixli və Ə.Ə.Nəsibovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 15 aprel 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 03 may 2012-ci il tarixli Qərarlarında) bir daha təsdiq etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 647.1-ci maddəsinin tələbinə əsasən daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Göründüyü kimi, yuxarıda adı çəkilən norma daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilənin etibarlı sayılmasını mütləq iki şərtin mövcudluğu ilə əlaqələndirir: -yazılı formada bağlanması; -notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alğı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. Beləliklə, daşınmaz əşyaların alğı-satqısı haqqında müqaviləyə münasibətdə qanun birmənalı olaraq müəyyənləşdirir ki, belə əqdlərin bağlanmasının yazılı formasına riayət edilməməsi birbaşa onların etibarsızlığına səbəb olur. Qeyd edildiyi kimi, Mülki Məcəllənin 335.2-ci maddəsinin mənasına görə, məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün mövcudluğu tələb olunan zəruri hallardan biri də müqavilənin yazılı formada tərtib edilməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Əmlakı vicdanlı əldə edənin hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir neçə qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınması, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbə-üz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin birbirinə olan inamının da azalmasına gətirib çıxarar. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli Qərarında qeyd edilmişdir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konustitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir.Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5.-ci maddəsinə müvafiq olaraq mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o, cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona sərəncam verə bilər. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.4-cü maddəsinə əsasən əgər əldə edən qanuni qüvvəyə minmiş məhkəmə qərarına və ya ona bərabər olan sənədə, o cümlədən notariat qaydasında təsdiqləməyə istinad edirsə, notariat qaydasında təsdiqləmə tələb olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.K.Rəcəbovun şikayəti üzrə” 22 mart 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə əqdin etibarlı hesab edilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur; əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti üzrə” 31 may 2006-cı il tarixli Qərarında əqdin notariat formasına riayət edilməməsinin nəticələri ilə əlaqədar Konstitusiya Məhkəməsi plenumu hüquqi mövqeyini bir daha təsdiq etməklə qeyd etmişdir ki, göstərilən müddəanın mahiyyətinə görə əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Bu məqam qanunvericiliklə yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı hazırki iddianın predmetinə aid olan torpaq sahəsinin dəyərini cavabdehə tam şəkildə ödəmiş və qeyd edilən torpaq sahəsinin satın alınması ilə bağlı alıcı kimi öz üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Bununla da iddiaçı notariat qaydada təsdiqlənməsi tələb olunan əqdi tamamilə icra etmişdir. Hazırki iş üzrə tərəflər arasında alğı-satqı müqaviləsinin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi cavabdehin təqsiri ucbatından baş vermiş, cavabdeh əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmışdır. Tərəflər arasında sadə yazılı formada bağlanmış əqd qanuna zidd olmamış və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmişdir. Hazırki vəziyyətdə cavabdeh Notariat Kontoruna getməkdən yayındığına görə məhkəmə qərarı olmadan hazırki iddianın predmetinə aid olan torpaq sahəsi barədə iddiaçı ilə cavabdeh arasında bağlanmış alğı-satqı əqdinin etibarlı sayılması, həmin əqddən əmələ gələn hüquqların başqa qaydada qeydə alınması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işin faktiki hallarına və mülki işin məhkəmə iclasında tədqiq edilmiş materiallarına məcmu halında qiymət verərək qərara gəlir ki, iddia tələbi təmin edilməli, 24 dekabr 2004-cü il tarixdə sadə yazılı müqavilə əsasında satın alınmış JN-225A KOD 40709018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Cavabdeh xüsusi mülkiyyətində olmaqla, İsmayıllı rayonu İvanovka kəndində yerləşən 0,15 hektar həyətyanı təyinatlı torpaq sahəsinin satılması ilə bağlı İddiaçı ilə Cavabdeh arasında bağlanmış alğı-satqı əqdi etibarlı sayılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. 24 dekabr 2004-cü il tarixdə sadə yazılı müqavilə əsasında satın alınmış JN-225A KOD 40709018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Cavabdeh xüsusi mülkiyyətində olmaqla, İsmayıllı rayonu İvanovka kəndində yerləşən 0,15 hektar həyətyanı təyinatlı torpaq sahəsinin satılması ilə bağlı İddiaçı ilə Cavabdeh arasında bağlanmış alğı-satqı əqdi etibarlı sayılsın. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-204/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-204/2024
01.04.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver