Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-23/2022 17.01.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçi X28 İdarəsini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən olunması ərizəsinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 17 yanvar 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək onun heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1990-cı ildən hal-hazıradək fasiləsiz və daimi olaraq İsmayıllı rayonunun Qalagah kəndində yaşaması faktlarının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahat verərək göstərdi ki, o, xx xxxx 1981-ci il tarixdə Gürcüstan Respublikası Dmanisi rayonun Kamışlo kəndində anadan olmuşdur. X1 və X14r. 1990-cı ildə Gürcüstan Respublikasında baş verən milli və etnik qarşıdurmalar səbəbindən həmin vaxtdan ailəsi ilə birlikdə Azərbaycan Respublikasına köçmüş və İsmayıllı rayonun Qalagah kəndinə gələrək orada məskunlaşmışlar. Həmin vaxtdan da Qalagah kəndində yaşayır və Azərbaycan Respublikasını tərk etməmişdir. Azərbaycana gələrkən onların keçmiş SSRİ pasportu olmuşdur. Bütün ailə üzvləri həmin pasportlar əsasında qeydiyyata alınmış və sonradan müvafiq qaydada Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmişlər. Lakin ona məlum olmayan səbəbdən o, SSRİ pasportunu itirmişdir. Ötən müddət ərzində şəxsiyyətini təsdiq edən sənədi olmadığından Azərbaycan Respublikasının vətəndaşlığını əldə edə bilməmişdir. O, 25 avqust 2002-ci il tarixdə Qalagah kənd sakini X11 ilə ailə qurmuşdur. Lakin şəxsiyyətini təsdiq edən sənəd olmadığından nikahlarını rəsmiləşdirə bilməmişlər. Birgə nikahlarından 18 iyun 2003-cü il tarixdə Nurcan, 13 fevral 2006-cı il tarixdə Elcan, 08 aprel 2008-ci il tarixdə Elgün və 06 iyul 2009-cu il tarixdə Aygün adlı dörd övladları doğulmuşdur. Onun valideynləri, həyat yoldaşı və övladları Azərbaycan Respublikasının vətəndaşıdırlar. Aparılan torpaq islahatları zamanı İsmayıllı rayonun Qalagah kəndində onun, valideynlərinin və digər ailə üzvlərinin birgə mülkiyyətlərinə 7,01 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Torpaq sahəsinə dair dövlət aktı tərtib olunmuşdur. O, şəxsiyyət vəsiqəsi almaq məqsədi ilə Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, lakin ona Azərbaycan Respublikasının vətəndaşı olmadığı bildirilmiş, ondan Gürcüstan Respublikasının vətəndaşı olub-olmaması barədə arayış tələb olunmuşdur. Həmin arayışın ona verilməsi üçün bir neçə dəfə Gürcüstan Səfirliyinə müraciət etmiş, lakin həmin arayışı ala bilməmişdir. Onun Gürcüstan Respublikası ilə heç bir siyasi və hüquqi bağlılığı yoxdur və həmin respublikanın vətəndaşı deyil. Ona görə də onun heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1990-cı ildən indiyədək fasiləsiz və daimi olaraq Azərbaycan Respublikasının İsmayıllı rayonun Qalagah kəndində yaşaması faktlarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Nümayəndə izahat verərək göstərdi ki, ərizəçi Azərbaycan Respublikası vətəndaşlığı almaq üçün müraciət etmişdir. Lakin Gürcüstan Respublikasının vətəndaşlığına mənsub olmamasına dair sənədi və digər müvafiq sənədləri təqdim etmədiyindən müraciəti təmin olunmamışdır. Hazırda ərizəçi barəsində Gürcüstan Respublikasının vətəndaşı olmaması barədə sənəd təqdim edilmişdir. Ərizənin təmin olunmasına etiraz etmir. X9 ifadə verərək göstərdi ki, ərizəçi onun qızıdır. Gürcüstan Respublikasında baş vermiş məlum hadisələrlə bağlı ailə üzvləri ilə birlikdə Azərbaycan Respublikasına köçərək İsmayıllı rayonun Qalagah kəndində məskunlaşmışlar. O və digər ailə üzvləri köhnə SSRİ pasportu əsasında şəxsiyyət vəsiqəsi almışlar və Azərbaycan Respublikasının vətəndaşıdırlar. Lakin ərizəçinin köhnə SSRİ pasportu itdiyindən ona şəxsiyyət vəsiqəsi verilməsi mümkün olmamışdır. Ərizəçi 2002-ci ildə Qalagah kənd sakini Allahverən Qasımovla ailə qurmuşdur. Birgə nikahlarından dörd övladları doğulmuşdur. Ərizəçi ötən müddət ərzində yaşadığı ərazini tərk etməmiş və heç bir dövlətin vətəndaşlığına mənsub deyildir. O, ərizəçinin 1990-cı ildən indiyədək fasiləsiz və daimi olaraq İsmayıllı rayonunun Qalagah kəndində yaşamasını və heç bir dövlətin vətəndaşlığına mənsub olmamasını təsdiq edir. X2 X9 ilə eyni məzmunlu ifadə verərək ərizəçinin heç bir dövlətin vətəndaşlığına mənsub olmamasını və 1990-cı ildən indiyədək fasiləsiz və daimi olaraq İsmayıllı rayonunun Qalagah kəndində yaşamasını təsdiq etdi. İİİ-TИ 387030 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Gürcüstan Respublikası Dmanisi rayon X4 Qeydiyyatı Şöbəsi tərəfindən 22 aprel 1981-ci il tarixdə ərizəçiyə doğum haqqında şəhadətnamə verilmiş, şəhadətnamədə onun xx xxxx 1981-ci il tarixdə Gürcüstan Respublikasının Dmanisi rayonu Kamışlo kəndində anadan olması, atası X23, anası X10 qeyd edilmişdir. AZE 08626692 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 28 avqust 1957ci il tarixdə Gürcüstan, Dmanisi rayonunda doğulmuş, İsmayıllı rayonun Qalagah kəndində yaşayan şəxs X17r. AZE 08403162 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 01 oktyabr 1958ci il tarixdə Gürcüstan, Dmanisi rayonunda doğulmuş, İsmayıllı rayonun Qalagah kəndində yaşayan şəxs X15r. İ-TИ 407390 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X21 ilə X16 arasında 14 fevral 1979-cu il tarixdə rəsmi nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Aliyev, arvada Aliyeva soyadı verilmişdir. AZE 17090553 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 05 fevral 1981-ci il tarixdə Gürcüstan, Dmanisi rayonunda doğulmuş, İsmayıllı rayonun Qalagah kəndində yaşayan şəxs X5r. AZ-İİİ 227566 nömrəli doğum haqqında şəhadətnamənin və AA1389303 nömrəli şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, 18 iyun 2003-cü il tarixdə İsmayıllı rayonun Qalagah kəndində doğulmuş X3 valideynləri X11 və Ərizəçidır. AZ-İİİ 227567 nömrəli doğum haqqında şəhadətnamənin və AZE 11481196 nömrəli şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, 13 fevral 2006-cı il tarixdə İsmayıllı rayonun Qalagah kəndində doğulmuş X6 valideynləri X11 və Ərizəçidır. AZ-İİİ 227568 nömrəli doğum haqqında şəhadətnamənin və AZE 11481192 nömrəli şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, 08 aprel 2008-ci il tarixdə İsmayıllı rayonun Qalagah kəndində doğulmuş X7 valideynləri X11 və Ərizəçidır. AZ-İİİ 227569 nömrəli doğum haqqında şəhadətnamənin və AZE 11481195 nömrəli şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, 06 iyul 2009-cu il tarixdə İsmayıllı rayonun Qalagah kəndində doğulmuş X8 valideynləri X11 və Ərizəçidır. X28 İdarəsi tərəfindən verilmiş 02 aprel 2018-ci il tarixli 24/Ə-122 nömrəli məktubdan görünür ki, ərizəçi 16 mart 2018-ci il tarixdə Gürcüstan Respublikasının vətəndaşı olubolmaması ilə bağlı müraciətinə cavab olaraq Gürcüstan Respublikasının müvafiq dövlət orqanları və ya Azərbaycan Respublikasındakı diplomatik nümayəndəlik tərəfindən verilmiş arayışı əldə etdikdən sonra yenidən Dövlət Miqrasiya Xidmətinə müraciət etməyi tövsiyyə olunmuşdur. JN-114 Kod 40710018 olan «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktının surətindən müəyyən edilir ki, ərizəçi – Ərizəçi və ailə üzvləri – X23, X22, X27, X29 və X13 birgə mülkiyyətinə İsmayıllı rayonu Qalagah kəndi ərazisində 7,01 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İsmayıllı rayon İHB-nın Qalagah kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 22 sentyabr 2021-ci il tarixli arayışdan görünür ki, xx xxxx 1981-ci il təvəllüdlü Ərizəçi 1990-cı ildən İsmayıllı rayonun Qalagah kəndində müvəqqəti qeydiyyatdadır və yaşayır. İsmayıllı rayon Qalagah kənd sakinləri tərəfindən tərtib olunmuş 21 sentyabr 2021-ci il tarixli aktdan müəyyən olunur ki, bir qrup kənd sakinləri ərizəçinin 1990-cı ildən halhazıradək ailə üzvləri ilə birlikdə İsmayıllı rayonun Qalagah kəndində fasiləsiz və daimi olaraq yaşamasını, bu müddət ərzində ölkə ərazisini tərk etməməsini təsdiq edirlər. A 312059 nömrəli 28 iyun 1999-cu il tarixli orta təhsil haqqında attestatın surətindən görünür ki, 1981-ci ildə doğulmuş Ərizəçi 1999-cu ildə İsmayıllı rayon Əmirov adına Qalagah kənd orta məktəbini bitirmişdir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 19 oktyabr 2021-ci il tarixli 33 / 3633 nömrəli arayışından görünür ki, ərizəçinin dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Gürcüstan Respublikasının Azərbaycandakı Səfirliyinin 23 dekabr 2021-ci il tarixli 47423-12 nömrəli məktubundan görünür ki, ərizəçi (xx.xx.1981-ci il təvəllüdlü) Gürcüstan vətəndaşı hesab edilmir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, ərizəçi xx xxxx 1981ci il tarixdə Gürcüstan SSR Dmanisi rayonun Kamışlı kəndində anadan olmuşdur. Ərizəçinin valideynləri Nizam Əliyev və Raya Əliyevadır. Ərizəçi 1990-cı ildə ailə üzvləri ilə birlikdə Azərbaycan Respublikasına köçmüş və İsmayıllı rayonun Qalagah kəndində məskunlaşmışlar. Azərbaycana gələrkən onların keçmiş SSRİ pasportu olmuş, ailə üzvləri qeydiyyata alınaraq Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqələrini əldə etmişlər. Lakin ərizəçi SSRİ pasportunu təqdim edə bilmədiyindən ona şəxsiyyət vəsiqəsi verilməsi mümkün olmamışdır. O, 1999-cu ildə İsmayıllı rayon Əmirov adına Qalagah kənd orta məktəbini bitirmişdir. Ərizəçi 25 avqust 2002-ci il tarixdə faktiki nikahla Qalagah kənd sakini X11 ilə ailə qurduğunu göstərmişdir. Onların birgə nikahlarından 18 iyun 2003-cü il tarixdə Nurcan, 13 fevral 2006-cı il tarixdə Elcan, 08 aprel 2008-ci il tarixdə Elgün və 06 iyul 2009-cu il tarixdə Aygün adlı dörd övladları doğulmuşdur. Ərizəçinin valideynləri, həyat yoldaşı və uşaqları Azərbaycan Respublikasının vətəndaşıdırlar. Aparılan torpaq islahatları zamanı ərizəçinin və digər ailə üzvlərinin birgə mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Bu barədə müvafiq dövlət aktı da tərtib olunmuşdur. Ərizəçi şəxsiyyət vəsiqəsi almaq üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, lakin ona Gürcüstan Respublikasının vətəndaşı olub-olmaması barədə müvafiq arayışı aldıqdan sonra yenidən xidmətə müraciət etməsi tövsiyyə olunmuşdur. Ərizəçi həmin arayışı əldə edə bilməmişdir. Ərizəçi məhkəməyə müraciət etdikdən sonra məhkəmə sorğusu əsasında onun Gürcüstan Respublikasının vətəndaşı olmaması barədə müvafiq arayış alınmışdır. X32 Xidməti Sərhəd Nəzarəti tərəfindən ərizəçinin dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmadığı bildirilmişdir. Ərizəçi 1990-cı ildən Azərbaycan Respublikasına gələrək hal-hazıra kimi İsmayıllı rayonun Qalagah kənd İƏD üzrə nümayəndəliyin müvəqqəti yaşayanlar kitabında qeydiyyatda olmaqla orada yaşayır. Hazırki vəziyyətdə ərizəçinin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikası ərazisində daimi yaşaması faktlarını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün deyildir. Azərbaycan Respublikasının Vətəndaşlığı Haqqında Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti o halda fasiləsiz hesab edilir ki, şəxs il ərzində Azərbaycan Respublikasının ərazisini üç aydan çox olmayan müddətə tərk etmiş olsun. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respubliksında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddət könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanunu”nun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri , sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 12-ci maddəsində göstərilir ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 4-cü hissəsində göstərilir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda, keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, ərizəçinin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, 1990-cı ildən hal-hazıradək fasiləsiz və daimi olaraq İsmayıllı rayonunun Qalagah kəndində yaşaması iş materialları ilə və işin yuxarıda qeyd edilən faktiki halları ilə təsdiq olunduğundan, lakin ərizəçinin lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün olmadığından ərizə təmin olunmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-309-cu maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : Ərizə təmin edilsin. Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1990-cı ildən halhazıradək fasiləsiz və daimi olaraq İsmayıllı rayonunun Qalagah kəndində yaşaması faktları müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-23/2022
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-23/2022
17.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver