Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-23/2024 24.06.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı cavabdeh Babayev Əlı̇ xan Gülalı oğluna qarşı torpaq sahəsinə maneçiliklərin aradan qaldırılması və torpaq sahəsindən çıxarılması tələbinə dair mülki işə 24 iyun 2024cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Babayev Əlı̇ xan Gülalı oğluna oğluna qarşı iddia ərizəsi ilə müraciət edərək torpağa mülkiyyət hüququna dair JN-149 kod 40720018 nömrəli akt əsasında atası X12 və digər ailə üzvlərinə məxsus torpaq sahəsinə cavabdeh tərəfindən edilən maneçiliklərin aradan qaldırılması və cavabdehin həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, mərhum atası X8 və ailənin digər üzvlərinə İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli 63 nömrəli qərarı ilə 6,10 hektar kənd təsərrüfat məhsulları istehsalı ilə əlaqədar torpaq sahəsi ayrılmışdır. Həmin topaq sahəsindən uzun müddət istifadə etməmiş, torpaq sahəsini kol-kosdan təmizləmiş və torpaq sahəsində münbitləşmə işləri aparmışlar. Həmin tarixdən torpaq sahəsi onların istifadəsindədir. Qeyd olunan torpaq sahəsi 26 iyun 2004-cü il tarixli müqavilə əsasında “Azercell Telekom MMC" Birgə Müəssisəsi ilə atası X12 arasında icarə müqaviləsi rəsmiləşdirilərək torpaq sahəsinin bir hissəsi icarəyə verilmişdir. 21 iyul 2008-ci il tarixdə həmin torpaq sahəsi ilə əlaqədar icarə müqaviləsi təzələnərək yenidən bağlanmış, hal-hazırda da qeyd olunan müəssisənin istifadəsindədir. Torpaq sahəsinin onlara ayrılması barədə torpağa mülkiyyət hüququna dair JN- 149, kod 40720018 saylı akt verilmişdir. Sonradan onlara məlum olmuşdur ki, İsmayıllı rayon Müdürsə kəndində yaşayan Cavabdeh adlı şəxs həmin torpaq sahəsini onun adına verilməsi ilə əlaqədar “Azercell Telekom MMC" Birgə Müəssisəsinə müraciət edərək öz adına icarə müqaviləsi bağlamağa çalışmışdır. Aralarında həmin şəxslə aparılan razılıqdan sonra cavabdeh qeyd olunan müəssisəyə 08 sentyabr 2021-ci il tarixli ərizə ilə müraciət edərək bildirmişdir ki, “Azercell Telekom MMC" Birgə Müəssisəsinə məxsus olan qüllə onun ərazisinə deyil, atası X5 adına rəsmiləşdirilmiş torpaq sahəsinə düşür. Həmin ərizəni yazmasına baxmayaraq hal-hazırda da onlara məxsus torpaq sahəsinə müdaxilələr davam etməkdədir. O, rəsmi qaydada İsmayıllı rayon Notariat ofisinə müraciət edərək qeyd edilən torpaq sahəsi və həmçinin atasından miras qalmış bütün əmlaklar barədə şəhadətnamə verilməsini xahiş etmişdir. Notariat ofisi rəsmi məktubla “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək bildirmişdir ki, X5 əmlakına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair İsmayıllı rayon Notariat ofisinə müraciət daxil olmuşdur. X12 19 iyul 2022-ci il tarixində vəfat etmiş və vərəsələrinin dairəsi müəyyən edilmişdir. İsmayıllı şəhər İƏD-nin verdiyi arayışa əsasən mərhumun vərəsəsi onun olması barədə məlumat verilir. Daşınmaz əmlak həyətyanı torpaq sahəsi ilə əlaqədar torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni onlara təqdim etsə də mübahisəli torpaq sahəsi ilə əlaqədar arayış təqdim etməmiş və əsas onu göstərmişdir ki, həmin torpaq sahəsi mübahisəlidir. Müraciəti əsasında torpaq sahəsinin naturada sərhədlərinin tanıdılması barədə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən mütəxəsiss göndərilmiş və mütəxəssislər yerində ölçmə işləri apararq müəyyən etmişlər ki, qeyd olunan torpaq sahəsində müasir ölçmə alətləri vasitəsi ilə çöl ölçmə işləri aparılmış, torpaq sahəsinin koordinatları və ölçüləri müəyyənləşdirilərǝrk torpaq sahəsinin naturada sərhədləri vətəndaşın iştirakı ilə müəyyən edilmiş və vətəndaşa tanıdılmış, müraciətində göstərilmiş torpaq sahəsinin ona məxsus olduğu bildirilmişdir. Bütün bunlara baxmayaraq cavabdeh həmin torpaq sahəsinin ona aid olduğunu bildirərək, qeyd olunan torpaq sahəsindən onların istifadəsinə maneçiliklər törətməkdə davam edir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Torpağa mülkiyyət hüququna dair JN-149 kod 40720018 nömrəli akt əsasında atası X12 və digər ailə üzvlərinə məxsus torpaq sahəsinə cavabdeh tərəfindən edilən maneçiliklərin aradan qaldırılması və cavabdehin həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçının nümayəndəsi Vəkil iddiaçının izahatının məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, o, 15 dekabr 2019-cu il tarixdə İsmayıllı rayon İcra Hakimiyyətinə müraciət edərək İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli 63 saylı qərarı ilə ona və ailə üzvlərinə verilmiş 0,80 hektar torpaq sahəsinin yerində ona göstərilməsini xahiş etmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisinin iştirakı ilə 25 fevral 2022-ci il tarixdə akt tərtib olunaraq onun mülkiyyətinə verilmiş pay torpağının koordinatları yerində müəyyən edilmiş və buna dair akt tartib edilmişdir. Eyni zamanda, elektron texniki vasitənin köməyi ilə fotoçıxarış ona verilmişdir. İsmayıllı rayon Yuxarı Cülyan-Müdrü bələdiyyəsinin sədri tərəfindən verilmiş 22 noyabr 2021-ci il tarixli 19 saylı arayış verilərək X16 İnkişaf Mərkəzinin mütəxəssisi X4 ilə yeri müəyyənləşdirən zaman “Azercell Telekom MMC" Birgə Müəssisəsinə məxsus avadanlığın ona məxsus pay torpaq sahəsində yerləşdiyi müəyyən edilməsi qeyd olunmuşdur. Mütəxəssis rəyinin alınması üçün İsmayıllı Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli qərardadı ilə suallar qoyulmuşdur. Mütəxəssis qarşısında qoyulmuş üç suala cavab verilmiş, X5 və digərlərinin mülkiyyətinə verilmiş (JN- 149 və JN-149 A cizgisi) 6,10 hektar torpaq sahəsi ilə JN-226 kod 40720018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" dövlət aktı ilə onun mülkiyyətinə verilmiş 0,80 torpaq sahəsi üst-üstə düşmür. Eyni zamanda, 09 aprel 2024-cü il tarixli 3-xx-xx/9127 saylı ekspert rəyi ilə də müəyyən edilmişdir ki, “X3 X10”nə əsasən JN-149 kod 40720018 nömrəli "Torpağın mülkiyyət hüququna dair" dövlət aktı ilə X5 və digərlərinin mülkiyyətinə verilmiş (JN-149 va JN-149 A cizgisi) 6,10 hektar torpaq sahəsi ilə JN-226 kod 40720018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" dövlət aktı ilə onun mülkiyyətinə verilmiş 0,80 torpaq sahəsi üst-üstə düşmür. Göründüyü kimi, o, qanuni əsaslarla yerində ölçülərək təhvil verilmiş mülkiyyətində olan torpaq sahəsindən istifadə edir. “Azercell Telekom MMC" Birgə Müəssisəsinə məxsus avadanlığın onun mülkiyyətində olan pay torpaq sahəsində yerləşdiyi üçün “Azercell Telekom MMC" Birgə Müəssisəsi ilə rəsmi icarə müqaviləsi bağlayaraq həmin torpaq sahəsini istifadəyə vermişdir. İddia tələbini əsassız hesab edir və təmin edilməməsini xahiş edir. JN-149 kod 40720018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, İsmayıllı rayonu Müdrü kəndi ünvanında 6,10 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X12, X9, X13, X11, X15 və X6 mülkiyyətindədir. 15 noyabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən və həmin tarixli A№653415 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, İsmayıllı rayonu Müdrü kəndi ünvanında yerləşən 0,8049 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. 481/2004 nömrəli birgə fəaliyyət müqaviləsindən görünür ki, “Azercell Telekom MMM" Birgə Müəssisəsi GSM rabitəsi qəbuledici-ötürücü avadanlıqların qurulması üçün X5 mülkiyyətində olan İsmayıllı rayonu Vaşa kəndində yerləşən torpaq sahəsini icarəyə götürmüşdür. 21 iyul 2008-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, X1 rayonu Vaşa kəndi ünvanda yerləşən ərazidə mobil telefon rabitəsi və texnoloji avadanlığın yerləşdirilməsi üçün 100 m2 sahəni "xxxx" MMC-yə icarəyə vermişdir. 08 sentyabr 2021-ci il tarixli ərizənin surətindən görünür ki, Cavabdeh “Azercell Telekom MMM" Birgə Müəssisəsinə ərizə ilə müraciət edərək, “Azercell Telekom MMM" Birgə Müəssisəsinin qülləsinin onun ərazisinə yox, X5 ərazisində yerləşdiyini bildirərək həmin müqavilənin öz qüvvəsində qalmasını xahiş etmişdir. 19 yanvar 2022-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, Babayev X2 rayonu Müdrü kəndi ünvanda yerləşən sahədə mobil telefon rabitəsinə aid texnoloji avadanlığın yerləşdirilməsi üçün ümumi sahəsi 100 m2 olan icarə obyektini "xxxx" MMC-nin istifadəsinə vermişdir. 19 yanvar 2022-ci il tarixli "xxxx" MMC ilə X12 arasında SHK2104 saylı xx.xx.2014-cü il tarixli “Qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair müqavilə”yə xitam verilməsi haqqında razılaşmanın surətindən görünür ki, müqavilənin əsas predmeti üzrə tərəflər arasında müansibətlər xx.xx.2021-ci il tarixdən etibarən dayandırılmış və davam etdirilməmişdir. Müqavilə xx.xx.2021-ci il tarixdən etibarən qüvvədən düşmüş hesab edilmişdir. 17 fevral 2022-ci il tarixli notarial qaydada təsdiq olunmuş icarə müqaviləsinin surətindən görünür ki, Cavabdeh 15 noyabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətində olan, İsmayıllı rayonu Müdrü kəndi ünvanında yerləşən torpaq sahəsində radio baza stansiyasının qüllə və kabinet avadanlıqlarının qurulması üçün torpaq sahəsində 220 m2 sahəni "xxxx" MMC-nin icarəsinə vermişdir. İsmayıllı rayon Notariat Ofisinin 13 yanvar 2023-cü il tarixli, 34 nömrəli məktubundan görünür ki, X12 19 iyul 2022-ci il tarixdə vəfat etmişdir və vərəsələrinin dairəsi müəyyən edilmişdir. İsmayıllı şəhər İƏD-nin verdiyi arayışa əsasən mərhumun vərəsəsi İddiaçıdur. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin 13 fevral 2024-cü il tarixli, 3-21-3-42/2-959/2024 nömrəli məktubundan görünür ki, “X3 X10”nə əsasən JN-149 kod 40720018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə X5 və digərlərinin mülkiyyətinə verilmiş (JN-149 və JN-149 A cizgisi) 6,10 hektar torpaq sahəsinin və JN-226 kod 40720018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə Cavabdeh mülkiyyətinə verilmiş 0,80 hektar torpaq sahəsinin koordinatları müəyyən edilərək tərtib edilmiş yerqurluşu planı üzrə göstərilmişdir. Həmin torpaq sahələri üst-üstə düşmür. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin 29 mart 2024-cü il tarixli, 3-21-3-42/2-1694/2024 nömrəli məktubundan görünür ki, “X3 X10”nə əsasən JN-149 kod 40720018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə X5 və digərlərinin mülkiyyətinə verilmiş (JN-149 və JN-149 A cizgisi) 6,10 hektar torpaq sahəsinin və JN-226 kod 40720018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə Cavabdeh mülkiyyətinə verilmiş 0,80 hektar torpaq sahəsinin koordinatları müəyyən edilərək tərtib edilmiş yerqurluşu planı üzrə göstərilmişdir. Həmin torpaq sahələri üst-üstə düşmür. “X3 X10”nə əsasən "xxxx" MMC” birgə müəssisəsinə məxsus GSM rabitəsi qəbuledici-ötürücü avadanlıqları JN-149 kod 40720018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının 149 cizgisi ilə X5 mülkiyyətində olan torpaq sahəsinin sərhədləri daxilində yerləşir. Məhkəmə Ekspertizası Mərkəzinin 09 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/9127 nömrəli ekspert rəyindən görünür ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin müvafiq mütəxəssis rəyinə əsasən “X3 X10”nə əsasən JN-149 kod 40720018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə X5 və digərlərinin mülkiyyətinə verilmiş (JN-149 və JN-149 A cizgisi) 6,10 hektar torpaq sahəsinin və JN-226 kod 40720018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə Cavabdeh mülkiyyətinə verilmiş 0,80 hektar torpaq sahəsinin koordinatları müəyyən edilərək tərtib edilmiş yerqurluşu planı üzrə göstərilmişdir. Həmin torpaq sahələri üst-üstə düşmür. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir. 06 iyul 2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, JN-149 kod 40720018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən İsmayıllı rayonu Müdrü kəndi ünvanında 6,10 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X12, X9, X13, X11, X15 və X6 mülkiyyətindədir. 15 noyabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən və həmin tarixli A№653415 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi üzrə İsmayıllı rayonu Müdrü kəndi ünvanında yerləşən 0,8049 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. 481/2004 nömrəli birgə fəaliyyət müqaviləsi üzrə “Azercell Telekom MMM" Birgə Müəssisəsi GSM rabitəsi qəbulediciötürücü avadanlıqların qurulması üçün X5 mülkiyyətində olan İsmayıllı rayonu Vaşa kəndində yerləşən torpaq sahəsini icarəyə götürmüşdür. 21 iyul 2008-ci il tarixli icarə müqaviləsinə əsaəsn X1 rayonu Vaşa kəndi ünvanda yerləşən ərazidə mobil telefon rabitəsi və texnoloji avadanlığın yerləşdirilməsi üçün 100 m2 sahəni "xxxx" MMC-yə icarəyə vermişdir. 08 sentyabr 2021-ci il tarixli ərizədə qeyd olunmuşdur ki, cavabdeh “Azercell Telekom MMM" Birgə Müəssisəsinə ərizə ilə müraciət edərək, “Azercell Telekom MMM" Birgə Müəssisəsinin qülləsinin onun ərazisinə yox, X5 ərazisində yerləşdiyini bildirərək həmin müqavilənin öz qüvvəsində qalmasını xahiş etmişdir. 19 yanvar 2022-ci il tarixli icarə müqaviləsinə əsasən cavabdeh İsmayıllı rayonu Müdrü kəndi ünvanda yerləşən sahədə mobil telefon rabitəsinə aid texnoloji avadanlığın yerləşdirilməsi üçün ümumi sahəsi 100 m2 olan icarə obyektini "xxxx" MMC-nin istifadəsinə vermişdir. 19 yanvar 2022-ci il tarixli "xxxx" MMC ilə X12 arasında SHK2104 saylı xx.xx.2014-cü il tarixli “Qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair müqavilə”yə xitam verilməsi haqqında razılaşma üzrə müqavilənin əsas predmeti üzrə tərəflər arasında müansibətlər xx.xx.2021-ci il tarixdən etibarən dayandırılmış və davam etdirilməmişdir. Müqavilə xx.xx.2021-ci il tarixdən etibarən qüvvədən düşmüş hesab edilmişdir. 17 fevral 2022-ci il tarixli notarial qaydada təsdiq olunmuş icarə müqaviləsi üzrə cavabdeh 15 noyabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətində olan, İsmayıllı rayonu Müdrü kəndi ünvanında yerləşən torpaq sahəsində radio baza stansiyasının qüllə və kabinet avadanlıqlarının qurulması üçün torpaq sahəsində 220 m2 sahəni "xxxx" MMC-nin icarəsinə vermişdir. İsmayıllı rayon Notariat Ofisinin 13 yanvar 2023-cü il tarixli, 34 nömrəli məktubunda qeyd edilmişdir ki, X12 19 iyul 2022-ci il tarixdə vəfat etmişdir və vərəsələrinin dairəsi müəyyən edilmişdir. İsmayıllı şəhər İƏD-nin verdiyi arayışa əsasən mərhumun vərəsəsi İddiaçıdur. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin 29 mart 2024-cü il tarixli, 3-21-3-42/2- 1694/2024 nömrəli məktubuna əsasən “X3 X10”nə əsasən JN-149 kod 40720018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə X5 və digərlərinin mülkiyyətinə verilmiş (JN-149 və JN-149 A cizgisi) 6,10 hektar torpaq sahəsinin və JN-226 kod 40720018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə Cavabdeh mülkiyyətinə verilmiş 0,80 hektar torpaq sahəsinin koordinatları müəyyən edilərək tərtib edilmiş yerqurluşu planı üzrə göstərilmişdir. Həmin torpaq sahələri üst-üstə düşmür. “X3 X10”nə əsasən "xxxx" MMC” birgə müəssisəsinə məxsus GSM rabitəsi qəbuledici-ötürücü avadanlıqları JN-149 kod 40720018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının 149 cizgisi ilə X5 mülkiyyətində olan torpaq sahəsinin sərhədləri daxilində yerləşir. Məhkəmə Ekspertizası Mərkəzinin 09 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/9127 nömrəli ekspert rəyinə əsasən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin müvafiq mütəxəssis rəyinə əsasən “X3 X10”nə əsasən JN-149 kod 40720018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə X5 və digərlərinin mülkiyyətinə verilmiş (JN-149 və JN-149 A cizgisi) 6,10 hektar torpaq sahəsinin və JN-226 kod 40720018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə Cavabdeh mülkiyyətinə verilmiş 0,80 hektar torpaq sahəsinin koordinatları müəyyən edilərək tərtib edilmiş yerqurluşu planı üzrə göstərilmişdir. Həmin torpaq sahələri üst-üstə düşmür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə icazə verilmir. İş materiallarından göründüyü kimi, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin müvafiq mütəxəssis rəyinə əsasən “X3 X10”nə əsasən JN-149 kod 40720018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə X5 və digərlərinin mülkiyyətinə verilmiş (JN-149 və JN-149 A cizgisi) 6,10 hektar torpaq sahəsi ilə JN-226 kod 40720018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə Cavabdeh mülkiyyətinə verilmiş 0,80 hektar torpaq sahəsi üst-üstə düşmür. “Azercell Telekom MMM" Birgə Müəssisəsi GSM rabitəsi qəbuledici-ötürücü avadanlıqların qurulması üçün X5 mülkiyyətində olan İsmayıllı rayonu Vaşa kəndində yerləşən torpaq sahəsini icarəyə götürmüşdür. İddiaçı ilə cavabdeh arasındakı mübahisə məhz “Azercell Telekom MMM" Birgə Müəssisəsi tərəfindən GSM rabitəsi qəbulediciötürücü avadanlıqların qurulduğu torpaq sahəsi ilə bağlıdır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssis rəyi müəyyən olunmuşdur ki, “X3 X10”nə əsasən "xxxx" MMC” birgə müəssisəsinə məxsus GSM rabitəsi qəbuledici-ötürücü avadanlıqları JN-149 kod 40720018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının 149 cizgisi ilə X5 mülkiyyətində olan torpaq sahəsinin sərhədləri daxilində yerləşir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, mübahisə predmeti olan torpaq sahəsinin iddiaçının razılığı olmadan cavabdehin istifadə etməsi iddiaçının həmin torpaq sahəsi üzərində hüquqlarının məhdudlaşması ilə nəticələnir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməli, torpağa mülkiyyət hüququna dair JN-149 kod 40720018 nömrəli akt əsasında X12 və digər ailə üzvlərinə məxsus torpaq sahəsinə cavabdeh tərəfindən edilən maneçiliklər aradan qaldırılması və cavabdehin həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı iddia üzrə iddiaçının dövlət rüsumu barədə tələbi olmadığından mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu məbləği iddiaçının özünə aid edilməlidir. İddiaçıdan 25 (iyirmi beş) manat, cavabdehdən 25 (iyirmi beş) manat, ümumilikdə 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (keçiriləcək hesab – büdcə təsnifatının kodu - 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod - 210005, VÖEN-**********, müxbir hesab- AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN-149 kod 40720018 nömrəli akt əsasında X12 və digər ailə üzvlərinə məxsus torpaq sahəsinə cavabdeh Babayev Əlı̇ xan Gülalı oğlu tərəfindən edilən maneçiliklər aradan qaldırılsın və cavabdeh Babayev Əlı̇ xan Gülalı oğlu həmin torpaq sahəsindən çıxarılsın. Mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. İddiaçı 25 (iyirmi beş) manat, cavabdeh Babayev Əlı̇ xan Gülalı oğlundan 25 (iyirmi beş) manat, ümumilikdə 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (keçiriləcək hesab – büdcə təsnifatının kodu - 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod - 210005, VÖEN-**********, müxbir hesab- AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-23/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-23/2024
24.06.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver