Məhkəmə qərarları › İş №2(037)-234/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-234/2021

07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-234/2021 07.04.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı-nin cavabdehlər Cavabdeh1 Nazı̇ m oğlu, Nurı̇ yev Ramı̇ l Şı̇ rməmməd oğlu və Cavabdeh3 Vı̇ dadi oğluna qarşı borcun qaytarılması tələbinə dair mülki işə xx xxxxx 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1 Nazı̇ m oğlundan (bundan sonra birinci cavabdeh) 2450 manat, Nurı̇ yev Ramı̇ l Şı̇ rməmməd oğlundan (bundan sonra ikinci cavabdeh) 4670 manat və Cavabdeh3 Vı̇ dadi oğlundan (bundan sonra üçüncü cavabdeh) 6680 manat tutularaq İddiaçı-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X1 iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, tərəflər arasındakı razılaşmaya əsasən cavabdehlər iddiaçıya məxsus iribuynuzlu heyvanları kəsib iddiaçının nəzdində fəaliyyət göstərən “Yaşıl Ticarət Mərkəzi”ndə sataraq onların dəyərini müəssisənin rəhbərinə qaytarmalı idilər. Lakin cavabdehlər satdıqları ətin dəyərini hər dəfə əksik olaraq müəssisənin rəhbərinə qaytarmışlar. Cavabdehlərin borcları hesablanaraq iddiaçıya 30000 manat məbləğində ziyan dəydiyi müəyyən edilmişdir. “Yaşıl Ticarət Mərkəzi” işləmədiyindən müəssisənin rəhbəri tərəfindən cavabdehlərin borclarının təxminən yarısı silinmişdir. Bundan sonra müəssisənin rəhbəri ilə cavabdehlər arasında qalan borcla bağlı razılaşma olmuş və cavabdehlər öz üzərilərinə öhdəlik götürmüşlər. Öhdəliyə əsasən cavabdehlər Cavabdeh1 2450 manat, Cavabdeh2 4670 manat və Cavabdeh3 6680 manat iddiaçıya borcları olması barədə tərəflər arasında ayrı-ayrılıqda akt tərtib edilmişdir. Həmin aktlara əsasən cavabdehlər borclarını hissə-hissə ödəyəcəklərinə söz vermişlər. Cavabdehlərdən borclarının qaytarılması tələb edilsə də nəticəsi olmamış və ona görə də iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı cavabdehlər Cavabdeh1 2450 manat, Cavabdeh2 4670 manat və Cavabdeh3 6680 manat tutularaq İddiaçı-nin hesabına ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Birinci cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirdi və izahat verərək göstərdi ki, onunla iddiaçı təşkilat arasındakı razılaşmaya əsasən iddiaçıya məxsus iribuynuzlu heyvanları kəsib iddiaçının nəzdində fəaliyyət göstərən “Yaşıl Ticarət Mərkəzi”ndə sataraq onların dəyərini müəssisənin rəhbərinə qaytarmalı idi. Lakin “Yaşıl Ticarət Mərkəzi” ölkədə baş verən pandemiya şəraiti ilə əlaqədar işləmədiyindən o, ət satışını həyata keçirə bilməmiş və satdığı ətin dəyərini hər dəfə əksik olaraq müəssisənin rəhbərinə qaytarmışdır. O, müəssisənin rəhbəri ilə razılaşmışdır ki, “Yaşıl Ticarət Mərkəzi” yenidən fəaliyyət göstərərsə o da işləyərək borcunu qaytaracaq. Hazırda borcunu ödəməyə imkanı yoxdur. xx xxxx 2020-ci il tarixdə tərtib edilmiş akta məlumatı olmadan imza çəkmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. İkinci və üçüncü cavabdehlər iddia tələbini qismən qəbul etdiklərini bildirdilər və birinci cavabdehin izahatına uyğun izahat verərək iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etdilər. xx xxxx 2020-ci il tarixli aktların surətlərindən müəyyən edilir ki, cavabdehlər Cavabdeh1 Nazı̇ m oğlu 2450 manat, Nurı̇ yev Ramı̇ l Şı̇ rməmməd oğlu 4670 manat və Cavabdeh3 Vı̇ dadi oğlu 6680 manat borcunu hissə-hissə ödənilməsini aktlara imza çəkməklə öz üzərlərinə götürmüşlər. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasındakı razılaşmaya əsasən cavabdehlər iddiaçıya məxsus iribuynuzlu heyvanları kəsib iddiaçının nəzdində fəaliyyət göstərən “Yaşıl Ticarət Mərkəzi”ndə sataraq onların dəyərini müəssisənin rəhbərinə qaytarmalı idilər. Cavabdehlər satdıqları ətin dəyərini hər dəfə əksik olaraq müəssisənin rəhbərinə qaytarmışlar. Müəssisənin rəhbəri ilə cavabdehlər arasında qalan borcla bağlı razılaşma olmuş və cavabdehlər öz üzərilərinə öhdəlik götürmüşlər. Öhdəliyə əsasən cavabdehlər Cavabdeh1 2450 manat, Cavabdeh2 4670 manat və Cavabdeh3 6680 manat iddiaçıya borcları olması barədə tərəflər arasında ayrı-ayrılıqda xx xxxx 2020ci il tarixli akt tərtib edilmişdir. İddiaçı cavabdehlər Cavabdeh1 2450 manat, Cavabdeh2 4670 manat və Cavabdeh3 6680 manat tutularaq İddiaçı-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehlər onlarla iddiaçı təşkilat arasındakı razılaşmaya əsasən iddiaçıya məxsus iribuynuzlu heyvanları kəsib iddiaçının nəzdində fəaliyyət göstərən “Yaşıl Ticarət Mərkəzi”ndə sataraq onların dəyərini müəssisənin rəhbərinə qaytarmalı oldqularını, lakin “Yaşıl Ticarət Mərkəzi” ölkədə baş verən pandemiya şəraiti ilə əlaqədar işləmədiyindən ət satışını həyata keçirə bilmədiklərini, satdıqları ətin dəyərini hər dəfə əksik olaraq müəssisənin rəhbərinə qaytardıqlarını, “Yaşıl Ticarət Mərkəzi” yenidən fəaliyyət göstərərsə işləyərək borclarını qaytarara biləcəklərini, hazırda borclarını ödəməyə imkanlarının olmadığını və xx xxxx 2020-ci il tarixdə tərtib edilmiş akta məlumatları olmadan imza çəkdiklərini bildirərək iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qərara gəlir ki, cavabdehlər Cavabdeh1 2450 manat, Cavabdeh2 4670 manat və Cavabdeh3 6680 manat iddiaçıya borcları olması və həmin borcları ödəmədikləri sübuta yetirildiyindən iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh1 Nazı̇ m oğlundan 2450 (iki min dörd yüz əlli) manat, cavabdeh Nurı̇ yev Ramı̇ l Şı̇ rməmməd oğlundan 4670 (dörd min altı yüz yetmiş) manat və Cavabdeh3 Vı̇ dadi oğlundan 6680 (altı min altı yüz səksən) manat pul tutularaq İddiaçı-nin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar