Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-236/2021 05.04.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdeh/iddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi”, cavabdeh/iddiaçı Cavabdeh iddiaçı/cavabdeh İddiaçı qarşı “şərəf və ləyaqətin müdafiəsi, dəymiş mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə xx xxxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı/cavabdeh İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh/iddiaçı Cavabdeh ona vurduğu 10000 manat məbləğində maddi və mənəvi ziyanın tutlaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı/cavabdeh iddia ərizəsini onunla əsaslandırmışdır ki, hazırda Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-1923/2020 saylı qərarı ilə bağlı kassasiya şikayəti yazmaq üçün müraciətinə əsasən dövlət hesabına təyin edilmiş vəkil Cavabdeh onun adından kassasiya şikayəti yazsa da sonradan məhkəmə iclasına getməmiş və Ali Məhkəmədə sözügedən iş üş dəfə təxirə salınmışdır. Hesab edir ki, vəkil Cavabdeh kassasiya instansiyasındaki işin baxılmasında qərəzli olaraq iştirak etməmişdir. Belə ki, həyat yoldaşı Rasim Məmmədovdan kassasiya instansiyasında icraatda olan işlə bağlı iştirak etmək üçün əlavə olaraq 300 manat məbləğində pul tələb etmiş, Rasim ona həmin pulu vermədiyi üçün işlədiyi vəkil ofisində insanların yanında onu təhqir edərək şərəf və ləyaqətini alçatmışdır. Eyni zamanda Cavabdeh onun həyat yoldaşını aldadaraq, güya onun işi ilə bağlı Baki şəhərinə gedəcəyi adı ilə ondan 50 manat pul almışdır. Belə olan halda Cavabdeh vəkillik səlahiyyətindən istifadə edərək, heç bir üzürlü səbəb göstərmədən kassasiya instansiyası iclasında iştirak etməmiş və bu səbəbdən Ali Məhkəmə Şəki Apelyasiya Məhkəməsinin qanunsuz və əsassız qərarını qüvvədə saxlamışdır. Beləliklə vəkil Cavabdeh bilərəkdən məhkəmə iclasında getməmiş və öz məmfi hərəkətləri ilə həmin qərarın ləğv edilərək, yeni qanuni qərarın çıxarılmasına bilərəkdən əngəl olmuş, bununla da ona 10000 manat məbləğində maddi və mənəvi ziyan vurmuşdur. Ona görə də vəkil Cavabdeh mənfi hərəkətlərində cinayət tərkibinin olduğunu nəzərə alaraq, ona vurulmuş maddi və mənəvi ziyanınin tutlaraq ona verilməlidir. Cavabdeh/iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı/cavabdeh İddiaçı onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu alçaldan ərizə yazdığına,cəmiyyət arasında yaydığı şər-böhtan dolu fukirlərlə ona vurduğu mənəvi zərbəyə görə ondan üzr istəməsi, mənəvi sarsıntıya, əzaba səbəb olan şəxs kimi mənəvi ziyan olaraq 5000 manat vəsait alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh/iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsini müdafiə edərək göstərdi ki, X1 Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-1(107)-239/2020 saylı qərardadından kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilmiş və qərardadın icrası ona həvalə edilmişdir. İşə əlavə edilmiş qərardadan da göründüyü kimi, iddiaçı üçün vəkil kassasiya mərhələsində iştirak üçün deyil, yalnız kassasiya şikayəti hazırlanaraq verilməsi üçün ayrılmışdır. O qeyd olunan qərardada uyğun olaraq ona həvalə edilmiş işi, yəni Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-1(107)-239/2020 saylı Qərardadından kassasiya şikayəti hazırlayaraq, vəkil orderini şikayətə əlavə edərək iddiaçının ərinə vermiş və şikayətin Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi üçün, poçt vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsinə yardımçı olmuşdur. Bununla vəkil kimi məhkəmə tərəfindən ona həvalə edilmiş vəzifə bitmişdir. Bildirir ki, o, iddiaçını heç vaxt görməmiş, tanımır, onun əvəzinə həmişə əri, adı Rasim olan şəxs müraciət etmişdir. İş Ali Məhkəmənin icraatına daxil olandan sonra həmin iş vəkilə görə yox, işə baxan hakim tərkibinin koronovirusla xəstələnməsi nəticəsində məhkəmə prosesi iki dəfə təxirə salınmışdır. Məhkəmə prosesi birinci dəfə təxirə salındıqdan sonra iddiaçının əri ondan bir yerli, coxdan münasibəti olan şəxs kimi xahiş etmişdir ki, onunla məhkəmə iclasında iştirak etsin və bunun üçün özü avtomaşın təşkil etmişdir ki, onları Bakı şəhərinə aparıb-gətirsin. Ərizədə ona 50 manat pul verdiyini göstərir, amma həmin 50 manat pulu özü, onları Bakı şəhərinə aparıb-gətirdiyi üçün sürücü Vaqif adlı şəxsə vermişdir. Üçüncü dəfə isə məhkəməyə getmək üçün müraciət etməyib və ərinin onun tərəfindən təhqir olunması isə tam yalan və böhtandır. İddiaçının yazdığı ərizədə isə ona böhtan ataraq, güya vəkil kimi üzərinə düşən vəzifəni tam icra etmədiyini, onları aldatdığını, ona 50 manat pul verdiyini, onun təqsirindən ziyana düşdüklərini, onlara maddi və mənəvi ziyan dəydiyini iddia edərək onlara qarşı dələduzluq etməkdə günahlandırır və onun Azərbaycan Respublikası CM-nin 178-ci maddə ilə cəzalandırılmasını istəyirlər. Belə bir ərizə ilə iddiaçı məhkəməyə müraciət etməklə və münasibətdə olduğu şəxslərə onun bir vəkil kimi onları aldatdığını, onun təqsirindən güya əmlaklarından məhrum olduqları, nəticədə onun məsuliyyətsiz bir vəkil olduğunu göstərərək, vəkillik fəaliyyətinə kölgə salmağa, işgüzar nüfuzuna xələl gətirməyə çalışmışdır. Bütün bunlar, ərizədə göstərilən digər məlumatlar tam yalan olmaqla, həqiqətə uyğun deyi, cavabdeh və əri onun şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzuna xələl gətirən məlumatlar yayaraq, ərizələr yazır, insanlar arasında onu bir vəkil kimi alçaldan məlumatlar yayır. Beləliklə, cavabdeh və əri onun ünvanına həqiqəti əks etdirməyən, yalan və uydurma fikirlər söyləməklə, şər-böhtan atmaqla, ərizə yazmaqla, onu dələduzluqda günahlandırmaqla, müəyyən mənfi psixi reaksiyaya səbəb olmuş, nəticədə işlədiyi kollektivdə, yaşadığı cəmiyyətdə, şərəf və ləyaqətinin alçalmasına, işgüzar nufuzuna xələl gətirən, əhatəsində olan insanlar, dost, tanış, dövlət orqanlarında haqqında mənfi fikirlərin formalaşmasına rəvac vermişlər və nəticədə ona mənəvi ziyan dəymişdir. Ona görə də cavabdehin ona, nəticədə ailəsinə vurduğu maddi və mənəvi zərərə görə ondan üzr istəməli, qeyd edilən hərəkətlər əsasında yaranmış, keçirdiyi yüksək mənəvi sarsıntıya, əzaba səbəb olan şəxs kimi, 5000 (beş min) manat mənəvi ziyan ödənilməlidir. Məhkəmə iclasında şahid X7 göstərdi ki, İddiaçı onun həyat yoldaşıdır. İddia ərizəsində göstərilənləri təsdiq edir, eyni zamanda əlavə edir ki, vəkil Cavabdeh sözügedən işlə bağlı kassasiya instansiyasında onlardan 300 manat pul istəmiş, o məbləğdə pulun verilməsinə imkanlarının olmadığını, dövlət hesabına onlara vəkil təyin edildiyindən Cavabdeh onlara pulsuz xidmət etmək vəzifəsinin olduğunu bildirdikdə, Cavabdeh onu təhqir edərək ofisindən qovmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid göstərdi ki, İsmayıllı rayonunda nüfuza sahib olduğu üçün demək olar ki, çox insan onu tanıyır. Hazırki mübahisə ilə bağlı deyə bilər ki, Məmmədov Rasim vəkil Cavabdeh məhkəmə işi ilə bağlı müraciət etdikdə, ondan 300 manat pul istəmiş, Rasim isə imkanının olmadığını bildirərək ofisdən çıxıb getmişlər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, şahidlərin ifadələrini, onların izahat və etirazlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, ilkin və qarşılıqlı iddialar aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-1(107)-239/2020 saylı qərardadının surətindən görünür ki, İddiaçı Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-1(107)-239/2020 saylı qərarından kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına vəkillə təmin edilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tatrixli, 2-1(102)-1923/2020 saylı qərarının surətindən görünür ki, İddiaçı Ağasəlin qızının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iş üzrə Şəki Aelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(107)-239/2020 saylı qərarından vedrilmiş kassasiya şikayəti icraata qəbul edilərək işə açıq məhkəmə icalasında baxılaraq müvafiq qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə yuxarıda qeyd olunanları araşdıraraq qeyd edir ki, iş materiallarından göründüyü kimi İddiaçı Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020ci il tarixli 2-1(107)-239/2020 saylı qərarından kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına vəkillə təmin edilmiş, vəkil Cavabdeh prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq kassasiya şikayəti tərtib edərək baxılması üçün kassasiya instansiyasına göndərilməsini təmin etmiş və sözügedən şikayət icraata qəbul edilərək işə açıq məhkəmə iclasında baxılaraq müvafiq qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında tapşırıq müqaviləsi bağlanmış, cavabdeh tapşırığı qəbul etmiş və iddiaçıya kassasiya şikayəti tərtib etmiş, lakin onun məhkəmədə hüquqlarının müdafiə etməyi öhdəsinə götürməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa əxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə edilməsinə təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muz ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin edilməsi üçün Mülki Məcəllənin 779-cu maddəsində göstərilən əsaslar mövcud olmalıdır. Belə ki, həmin maddənin tələbinə görə vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Eləcə də vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi, peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xüsusi biliklər və vəkalət verənin bildiyi və ya bilməli olduğu, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri nəzərə alınmaqla tapşırığın növü ilə müəyyənləşdirilir. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmaqla peşəkar hüquqi xidmət göstərir. İddiaçı ilə bağladığı tapşırıq müqavilələrinin şərtlərinə uyğun olaraq, iddiaçıya dövlət hesabına hüquqi xidmət göstərmişdir. İddiaçı həmin tapşırığın yerinə yetirilməsi zamanı cavabdehin qəsdən və ya kobud ehtiyasızlıq göstərməsini və ya tapşırığı vicdanla icra etməməsini kifayət qədər mötəbər dəlillərlə sübut etməmişdir. Ona görə də məhkəmə iddiaçının bildirdiklərini əsaslı hesab etmir. Məhkəmə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh/iddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Bu qənaətə gələrkən məhkəmə onu da nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Bu konteksdə məhkəmə hesab edir ki, iddianın təmin edilməməsi qanuni və ədalətli, həmçinin insaf və mənəviyyat prinsiplərinə uyğun olması mülahizəsini doğurur. Məhkəmə iddianın mülki iş üzrə Cavabdeh barəsində xüsusi qərardad çıxarılmasına dair hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsində göstərilmişdir ki, məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qəradad çıxarmaqla prokurora xəbər verir. Göründüyü kimi işdə iştirak edən şəxslərin bildirməsindən asılı olmayaraq, məhkəmə tərəfindən xüsusi qərardad çıxarılmasının məqsədi tərəflərin və ya digər şəxslərin hərəkətlərindəki cinayətin əlamətlərinin prokurorun diqqətinə çatdırılmasıdır. Belə ki, cavabdeh/iddiaçı Cavabdeh kassasiya instansiyasında iştirak etməməsi səbəbindən iddiaçı/cavabdeh İddiaçı 10000 manat məbləğində maddi ziyan dəyməsi barədə fakt öz təsdiqini tapmadı. Habelə mülki işin araşdırılması zamanı xüsusi qərardad çıxarılması üçün hər hansı əsaslar müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, iddiaçının sözügedən tələbi əsassızdır və təmin edilə bilməz. Belə olan halda məhkəmə, hazırda cavabdehin əməlində cinayət hüquqi qiymət verilməsinə və bu barədə xüsusi qərar çıxarmaqla prokurora məlumat verilməsinə zərurət görmür. Məhkəmə qarşılıqlı iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə ilk öncə qeyd edir ki, Azərbaycan Respublikasının vətəndaşları Konstitusiya ilə onlara verilmiş fikir, söz, mətbuat, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirdikdə qanunlara riayət etməli, başqalarının hüquqlarına hörmətlə yanaşmalıdırlar. Çünki hər kəsin hüquq və azadlıqları digərinin hüquq və azadlıqlarının başladığı yerə qədərdir. Bir hüququn həyata keçirilməsi digər hüququn məhdudlaşdırılması və ya ümumiyyətlə, nəzərə alınmaması ilə müşayiət edilə bilməz. Bu baxımdan şərəf və ləyaqətin müdafiəsi həyata keçirilərkən fikir və söz azadlığı hüququnu nəzərdə tutan Konstitusiya müddəalarına da riayət edilməli və hər iki hüquq arasında mütənasiblik təmin olunmalıdır. Bütün hüquqlar həyata keçirilərkən biri digəri ilə rəqabətdə olur və ona görə də qanunun mənəvi zərərin ödənilməsini nəzərdə tutan müddəaları tətbiq edilərkən bir hüququn müdafiəsi digər hüququn məhdudlaşdırılması hesabına həyata keçirilə bilməz. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Pakta görə insanın şərəf və ləyaqəti onun iqtisadi, sosial və mədəni hüquqlarının mənəvi əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən şəxsiyyətin şərəf və ləyaqəti dövlət tərəfindən qorunur, heç bir hal şəxsiyyətin şərəf və ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 23.1.-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. 23.4-cü maddəsinə əsasən, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. 23.6-cı maddəsinə əsasən bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Qeyd olunan qanunların mənasına görə şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi ilə bağlı hüquq münasibətinin əsası üç şərtdən ibarətdir. Həmin şərtlərə aiddir: şəxs (iddiaçı) barədə məlumatlar yayılması, yayılmış məlumatların şəxsin (iddiaçının) şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələməsi, yayılmış məlumatların həqiqətə uyğun olmaması. Göründüyü kimi, vəkil/cavabdeh/iddiaçı Cavabdeh barəsində iddiaçı/cavabdeh İddiaçı və onun həyat yoldaşı tərəfindən onun barəsində məhz hansı məlumatların yayılması, yayılmış məlumatların şəxsin (iddiaçının) şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələməsi və yayılmış məlumatların həqiqətə uyğun olmamasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmiş, sözügedən hallar məhkəmə iclasında sübuta yetirilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin məhkəməyə müraciət etməsi, həqiqət hesab etdiyi məlumatları və mübahisələndirdiyi işin məhkəmə instansiyalarında onun ziyanına çıxarılmasında vəkilin təqsirinin olduğu qənaətinə gəldiyini ərizəsində qeyd etməsi onun özünün haqlı saydığı hüquqlarını müdafiə üçün vasitədir. Cavabdehin bu hüququnu realizə etməsi böhtan, şərəf, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi və nəticədə iddiaçıya maddi və mənəvi zərərin vurulması kimi qiymətləndirilə bilməz. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsi bir çox qərarlarında bu tip mübahisələrdə cəmiyyətdə publik status daşıyan, müəyyən kateqoriya xidmət sahələrində çalışan (məs. Hakimlər, vəkillər və.) şəxslərə sözügedən məlumatların şərəf və ləyaqəti, işgüzar nüfuzu ləkələmədiyi təqdirdə dözümlülük nümayiş etdirilməsini tövsiyyə etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında x xxxxxx 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndində göstərilir: “Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.” “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.4.-cü maddəsinə əsasən, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmə qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında çəkilmiş maddi ziyana kompensasiya ödənilməsinin ərizəçinin təqdim etdiyi sübutlar və pozuntu ilə ziyan arasında səbəbli əlaqə əsasında müəyyən etsə də, mənəvi ziyana görə kompensasiya ödənilməsinin ərizəçi tərəfindən bunun sübut edilməsi ilə deyil, onun pozuntu nəticəsində müəyyən sarsıntılara, əzaba və məyusluğa məruz qalması ilə əlaqələndirmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsində (CM) Respublika DH (2009) qeyd etmişdir ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Avropa Məhkəməsi “Koinq Almaniyaya qarşı” işdə ərizəçiyə mənəvi narahatlıq yetirilməsinə, “Artiko İtaliyaya qarşı” işdə tənhalıq və kimsəsizlik hisslərinə, “Younq, James və X3rşı” işdə alçaldıcı və təhqiredici hərəkətlərə görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Yuxarıda sadalananlara əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh/iddiaçı Cavabdeh iddiaçı/cavabdeh İddiaçı onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu alçaldan ərizə yazdığına, cəmiyyət arasında yaydığı şər-böhtan dolu fukirlərlə ona vurduğu mənəvi zərbəyə görə ondan üzr istəməsi, mənəvi sarsıntıya, əzaba səbəb olan şəxs kimi mənəvi ziyan olaraq 5000 manat vəsait alınaraq ona verilməsi barədə qarşılıqlı iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə nəzərə alır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş dövlət rüsüumu iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar tərəflərin dövlət büdcəsinə ödədiyi dövlət rüsumu onların özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin təqdim etdikləri sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin və qarşılıqlı iddia ərizələri əsassız olduğundan və məhkəmə araşdırması zamanı sübut edilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 214, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə İddiaçı cavabdeh/iddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “şərəf və ləyaqətin müdafiəsi, dəymiş mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu ilkin və qarşılıqlı iddia üzrə iddiaçılara aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-236/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-236/2021
05.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver