Məhkəmə qərarları › İş №2(037)-25/2020

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-25/2020

17.09.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-25/2020 17.09.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı1 və İddiaçı2 X6, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh3 Sadıq oğluna qarşı torpaq sahəsindən çıxarılma və vurulmuş zərərə görə pul tələbi barədə iddiası, Cavabdeh2, X6, Cavabdeh1 və Cavabdeh5 İddiaçı1 və İddiaçı2 qarşı torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin boşaldılması və mülkiyyət hüququna edilən maneəçiliklərə qadağa qoyulması tələbi barədə qarşılıqlı iddiasına dair mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı1 və İddiaçı2 məhkəməyə müraciət edərək JN-2xx xxx 40727018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən İddiaçı2, X9, X7 və X4 birgə mülkiyyətlərində olan 1.92 hektar, JN-2xx xxx 40727018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən X5 mülkiyyətində olan 0.44 hektar və JN-2xx xxx 40727018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən İddiaçı1, X11, X2 və X1 birgə mülkiyyətlərində olan 1.80 hektar torpaq sahələri X6, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh3 Sadıq oğlunun vəsaitləri hesabına əvvəlki vəziyyətə gətirilməsi, X6, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh3 Sadıq oğlunun həmin torpaq sahəsindən çıxarılması və X6, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh3 Sadıq oğlundan müştərək qaydada maddi zərərə görə 540 manat, çəkilmiş xərclərə görə 960.4 manat olmaqla, cəmi 1500.4 manat pulun alınaraq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi JN-2xx xxx 40727018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən X5 mülkiyyətində olan 0.44 hektar torpaq sahəsi X6, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh3 Sadıq oğlunun vəsaitləri hesabına əvvəlki vəziyyətə gətirilməsi və həmin torpaq sahəsindən X6, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh3 Sadıq oğlunun həmin torpaq sahəsindən çıxarılmalarına dair hissəsi baxılmamış saxlanılmalıdır. Belə ki iddia ərizəsi və iş materiallarından görünür ki, X3 1998-ci il tarixli 48 nömrəli qərarı əsasında DTXK-nin İsmayıllı rayon Şöbəsi tərəfindən JN-2xx xxx 40727018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən İsmayıllı rayon Topçu kəndi ərazisindən 0.44 hektar kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi Baxça Əliyevanın mülkiyyətinə verilmişdir. xx xxxx 2009-cu il tarixli AZ-İ № 346993 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Baxça Əliyeva xx xxxx 2009-cu il tarixdə İsmayıllı rayonu Topçu kəndində vəfat etmişdir. X12 mülkiyyətində olan torpaq sahəsinə dair İddiaçı1 və İddiaçı2 iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. İddiaçı1 və İddiaçı2 X12 vəsiyyət və ya qanun üzrə vərəsələri olmalarını və onun adından məhkəməyə müraciət etmək hüquqlarının olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.3-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin JN-2xx xxx 40727018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən X5 mülkiyyətində olan 0.44 hektar torpaq sahəsi X6, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh3 Sadıq oğlunun vəsaitləri hesabına əvvəlki vəziyyətə gətirilməsi və həmin torpaq sahəsindən X6, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh3 Sadıq oğlunun həmin torpaq sahəsindən çıxarılmalarına dair hissəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunan çatışmamazlıqlar aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada yenidən ərizə ilə məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi JN-2xx xxx 40727018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən X5 mülkiyyətində olan 0.44 hektar torpaq sahəsi X6, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh3 Sadıq oğlunun vəsaitləri hesabına əvvəlki vəziyyətə gətirilməsi və həmin torpaq sahəsindən X6, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh3 Sadıq oğlunun həmin torpaq sahəsindən çıxarılmalarına dair hissədə baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinəşikayət verilə bilər. Sədrlik edən: Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar