Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-263/2021 14.04.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi İddiaçı cavabdeh İsmayıllı rayon Notariat ofisinə qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair mülki işə xx xxxxx 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X3ndan miras qalmış İsmayıllı rayonu Tircan kəndində 0.10 hektar həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakın onun tərəfindən qəbul etməsi faktının müəyyən edilməsi və mərhum X3ndan miras qalmış İsmayıllı rayonu Tircan kəndində 0.10 hektar həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair onun adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, atası X12, anası Nümayəndə olmaqla, xx.xx.1978-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Gen.Şıxlinski küçəsi ev 37, mənzil 75-də doğulmuşdur. O, sonradan soyadını dəyişərək “Oruczadə” soyadı ilə xx.xx.1995-ci ildə doğum haqqında şəhadətnamə almışdır. X3 ilə X5 xx.xx.1950-ci ildə rəsmi nikaha daxil olmuşlar. Həmin nikahdan xx.xx.1951-ci ildə atası X12 doğulmuşdur. X5 xx.xx.1982-ci ildə, atası X12 xx.xx.2000-ci ildə və X3 isə xx.xx.2012-ci ildə vəfat etmişlər. İsmayıllı rayon Tircan kəndində yerləşən 0.10 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi mərhum X3na məxsus olmaqla ondan miras qalmışdır. Həmin torpaq sahəsi və fərdi yaşayış evi tam olaraq X1 adına xx.xx.2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınaraq RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. X1 ölümündən sonra birinci növbədə vərəsələrdən yalnız o qalmışdır. Miras qalmış evdə o və anası Nümayəndə yaşamış, yaşayış evini və torpaq sahəsini idarə etməklə faktiki olaraq qəbul etmişdir. X1 ölümündən sonra ondan başqa digər birinci növbəli vərəsəsi qalmamışdır. X3 xx.xx.2010-cu ildə vəsiyyətnamə qoyaraq vəsiyyətnamədə ötən günədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını harada yerləşməsindən asılı olmayaraq Bakı şəhəri Genral Şıxlinski küçəsi ev 37, mənzil 75-də yaşayan nəvəsi İddiaçı vəsiyyət etdiyini qeyd etmişdir. Qeyd edilən vəsiyyətnamə İsmayıllı rayon X15 xx xxxxx 2010-cu il tarixdə reyestrdə 7E-3/1140 nömrə ilə qeydə alınmışdır. xx.xx.2012-ci il tarixdə vəfat etmiş X3ndan miras qalmış İsmayıllı rayon Tircan kəndində yerləşən 0.10 hektar torpaq sahəsi və fərdi yaşayış evi üzərində vərəsəlik hüququnun tanınması və bu barədə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün İsmayıllı rayon notariat ofisinə müraciət etmişdir. İsmayıllı rayon Notariat ofisinin müraciətə cavab məktubunda qanunvericilikdə nəzərdə tutulmuş mirasın qəbulu üçün müəyyən edilmiş müddətin ötürüldüyü və mirasın faktiki qəbul olunması barədə sübutlar təqdim olunmadığı əsas gətirilərək ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina olunaraq İsmayıllı rayon Məhkəməsinə müraciət edilməsi tövsiyyə edilmişdir. Bundan sonra ərizə ilə məhkəməyə müraciət etmişdir. O, ərizəsinin təmin olunaraq, mərhum X3ndan miras qalmış, İsmayıllı rayonu Tircan kəndində 0.10 hektar həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və X4ndan miras qalmış İsmayıllı rayonu Tircan kəndində 0.10 hektar həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair onun adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh İsmayıllı rayon Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, xx.xx.1959-cu il tarixdə İsmayıllı rayonu Tircan kəndində doğulmuşdur. İddiaçı və anası Nümayəndə onun qonşusu olmaqla həmkəndlisidir. İddiaçını və ailəsini yaxından tanıyır. X4 ilə əri X10 birgə nikahından oğlu X12 doğulmuş və 2000-ci ildə vəfat etmişdir. X13 2012-ci ildə əri X17 isə 1982-ci ildə vəfat etmişlər. İsmayıllı rayon Tircan kəndində yerləşən 0.10 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evində X4 ilə birlikdə nəvəsi İddiaçı və gəlini Nümayəndə birlikdə yaşamışlar. X2 nəvəsi İddiaçı və gəlini Nümayəndə baxmış, vəfat edəndə onun hüzür mərasimini nəvəsi İddiaçı və gəlini Nümayəndə təşkil etmişdir. İddiaçı mərhum X3na baxmış, nənəsinin hüzür mərasimini təşkil etmiş,nənəsinin ölümündən sonra da onun yurdunda yaşamaqla, miras qalmış əmlakı faktiki olaraq idarə etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X11 şahid X7 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə iddia ərizəsini, iddiaçının nümayəndəsinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddiaçının tələbi haqlı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında arayışdan görünür ki, İddiaçı atası X12, anası Nümayəndə olmaqla, xx.xx.1978-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonunda doğulmuşdur. İşdə olan ölüm haqqında arayışlardan görünür ki, X17 xx.xx.1982-ci il tarixdə, X13 xx.xx.2012-ci il tarixdə, X12 xx.xx.2000-ci il tarixdə vəfat etmişlər. İşdə olan xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli Çıxarışın və Çıxarışa əlavə edilmiş fərdi yaşayış evinin texniki pasportundan görünür ki, İsmayıllı rayonu Tircan kəndi ərazisində 0.10 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 51 kv.metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində X8 adına qeydə alınaraq xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli Çıxarış və həmin çıxarışa əlavə edilmiş fərdi yaşayış evinə dair texniki pasport verilmişdir. İşdə olan xx.xx.2010-cu il tarixli reyestrdə 2V-1/55 nömrəli vəsiyyətnamədən görünür ki, İsmayyıllı rayonu Tircan kəndində yaşayan X13 xx xxxxx 2010-cu il tarixdə İsmayıllı rayon X15 reyestrdə 2V-1/55 nömrə ilə qeydə alınmış vəsiyyətnamə yazaraq ötən günədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını harada yerləşməsindən asılı olmayaraq Bakı şəhəri, Gen.Şıxlinski küçəsi ev 37, mənzil 75-də yaşayan İddiaçı vəsiyyət etmişdir. İşdə olan İsmayıllı rayon İHB-nın Tircan kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, X4 1928-ci ildə İsmayıllı rayon Tircan kəndində doğulmuş, 2012-ci ildə vəfat edənədək əri X14 məxsus İsmayıllı rayonu Tircan kəndində yerləşən fərdi yaşayış evində yaşamış, əri X17 1982-ci ildə və oğlu X12 isə 2000-ci ildə vəfat etmişdir. İşdə olan notariat əməliyyatının aparılmasından imtina edilməsinə dair xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı X4ndan qalmış miras əmlak barədə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün İsmayıllı rayon Notariat ofisinə müraciət etmiş, lakin iddiaçı mirasın qəbulu üçün qanunvericilikdə nəzərdə tutulan müddəti buraxdığı üçün notariat əməliyyatının aparılmasından imtina edilmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla, o cümlədən iddiaçının nümayəndəsinin izahatı, şahid ifadələri və digər iş materialları ilə müəyyən edilir ki, xx.xx.2012-ci il tarixdə vəfat etmiş X4 iddiaçının nənəsi olmuşdur. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.9–cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edir. Ona görə də məhkəmə hesab edir ki, X4ndan qalan mirasın İddiaçı tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1159.2-ci maddəsinə əsasən ikinci növbədə ölənin bacıları və qardaşları qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamda malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, İddiaçı X4ndan miras qalmış əmlakdan təyinatına uyğun olaraq istifadə etməklə, həmin miras əmlakı faktiki qəbul etmişdir. Bu səbəbdən həmin miras əmlak onun mülkiyyəti kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna müraciət etdikdə, miras əmlaka sahiblik etməyə və ya faktiki idarə etməyə başladıqda və bununla da mirası şəksiz qəbul etdiyini nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı mərhum X3ndan miras qalmış, xx xxxxxx 2013-cü il tarixli RX seriyalı ******* nömrəli Çıxarış əsasında İsmayıllı rayonu Tircan kəndində 0.10 hektar həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 51 kv.metr olan fərdi yaşayış evindən ibarət miras əmlakı qəbul etməsi faktı müəyyən edilsin. X6 miras qalmış İsmayıllı rayonu Tircan kəndində 0.10 hektar həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 51 kv.metr olan fərdi yaşayış evinə dair İddiaçı adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi İsmayıllı rayon Notariat ofisinə həvalə edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-263/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-263/2021
14.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver