Məhkəmə qərarları › İş №2(037)-264/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-264/2021

19.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-264/2021 19.04.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi ilə İddiaçı Pı̇ rı̇ yeva Xoşqədəm Məbud qızının cavabdeh Pı̇ rı̇ yev Ədı̇ l Əmı̇ rxan oğluna qarşı yaşayış sahəsinə istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair mülki işə xx xxxxx 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayonu, Cülyan kəndində yerləşən cavabdehin atası mərhum X5 məxsus fərdi yaşayış evinə uşaqları ilə birlikdə köçürülmələri və yaşamaq üçün bütün maneələrə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Mabud qızı iddia ərizəsini müdafiə edərək göstərdi ki, Cavabdehlə xx.xx.2004-cü il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmişlər, bu evlilikdən xx.xx.2006-cı il təvəllüdlü Nigar və xx.xx.2011-ci il təvəllüdlü Ramil adlı iki uşaqları olmuşdur. Evləndikdən sonra cavabdehin mərhum atası Əmirxan Piriyevə məxsus fərdi yaşayış evinə gəlin köçmüş, bir müddət orada yaşadıqdan sonra Bakı şəhərinə kirayədə yaşamışlar. Birlikdə yaşadıqları müddətdə aralarında narazılıq olduğundan İsmayıllı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə boşanmışlar. Boşandıqdan sonra cavabdeh və onun atası müxtəlif üsullarla onu və uşaqlarını evdən çıxarmağa çalışaraq, ona qarşı cehiz əşyaları ilə birlikdə evdən çıxarılma, kompensasiya verilməklə istifadə hüququna xitam verilmə tələbləri ilə müxtəlif vaxtlarda məhkəməyə müraciət edilmişlər və nəticədə iddiaları təmin edilməmişdir. O sözügedən evə yaşadığı müddət, cavabdeh onu evdən çıxarmaq üçün, evin qapılarını qıfıllamış, su, qaz və işıq xətlərini kəsmiş, mətbəxdə olan su krantlarını açmış, evin kombi istilik sistemini sökmüşdür. Belə olan halda orada yaşamaq mümkün olmadığından o, uşaqları ilə birlikdə müvəqqəti atasının evində yaşayır. Ona görə İsmayıllı rayonu, Cülyan kəndində yerləşən cavabdehin atası mərhum X5 məxsus fərdi yaşayış evinə uşaqları ilə birlikdə köçürülmələri və yaşamaq üçün bütün maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada dəfələrlə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, müxtəlif məzmunlu ərizələr ilə məhkəməyə müraciət etmiş, eyni zamanda, xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixlərdə məhkəməyə teleqram və ərizə ilə müraciət edərək, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və bu səbəbdən işin təxirə salınmasını xahiş etmiş, işin baxılması təxirə salınmış, xx.xx.2021-ci il tarixdə təkrarən məhkəməyə teleqram ilə müraciət edərək, səhhətindəki ciddi problemlə bağlı işin baxılmasını təxirə salınmasını və işə onun iştirakı ilə baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Göründüyü kimi, Cavabdeh səhhətindəki problemlərlə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmiş və məhkəmə onun icraatı qəsdlə yubandırdığı qənaətinə gələrək işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, iddia üzrə cavabdeh ola bilmədiyini, atası Piriyev Əmirxan xx.xx.2020-ci il tarixdə vəfat etdikdən sonra mübahisə predmeti olan evə dair ona çatan hissəsindən digər vərəsə olan bacısı X3 xeyrinə imtina etmişdir. Ona görə də onun hazırki tələb üzrə cavabdeh ola bilmədiyini nəzərə alaraq, iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə, ilk iddiaçını və ya cavabdehi əsil iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Həmin məcəllənin 54.2-ci maddəsinə əsaən iddiaçı özünün əsil iddiaçı ilə və ya cavabdehin əsil cavabdeh ilə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. İddiaçı məhkəmə iclasında fərdi yaşayış evinin mülkiyyətçisi mərhum X4 vərəsəsi olan Cavabdeh, xeyrinə miras əmlakdan imtina etdiyi bacısı X3 cavabdeh kimi əvəz edilməsinə etiraz etmiş, işə hazırki tərəflərlə baxılmasını xahiş etmişdir. Belə ki, cavabdeh tərəfdən də işə mahiyyəti üzrə baxılaraq qərar qəbul edilməsi xahiş edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, işə irəli sürülmüş tələb üzrə baxılmalıdır. Məhkəmə iclasında iddiaçı tərəfindən məhkəməyə dəvət edilmiş şahid X10 ifadəsində göstərmişdir ki, o, iddiaçının atasıdır. X1 məxsus fərdi yaşayış evinə köçdükdən sonra, mütəmadi olaraq onlara gedib gəlmişdir. Belə ki, həmin evə öz vəsaiti hesabına sayğac qoydurmuşdur. Sonuncu dəfə evə gedərkən, evin işıq, qaz və istilik sistemlərinin söküldüyünü, pərdələrin çıxarıldığını, hamam və tualetdə su sistemlərinin açılaraq götürülüdüyünü görmüşdür. Bir neçə həftə öncə qızı ilə ona məxsus geyim əşyalarını götürmək üçün evə getdikdə isə, evin çöl qapısının qıfıllarının dəyişdirildiyini görmüşdür. Məhkəmə iclasında iddiaçı tərəfindən məhkəməyə dəvət edilmiş şahid X13 eyni məzmunlu ifadə verərək, atası X7 dediklərini təsdiq etdi. Əvvəlki məhkəmə iclasında cavabdeh tərəfindən etiraz ərizəsində maraqlı şəxs olaraq göstərilən X8 şahid qismində dindirilmiş və o ifadəsində göstərmişdir ki, tərəfləri tanımır. Cavabdehlə yalnız İsmayıllı rayonu, Cülyan kəndində yerləşən fərdi yaşayış evini almaq barədə razılığa gəlmək üçün danışıqlar əsnasında tanış olmuşdur. O sözügedən evi alğı-satqı ilə alır və yaxın zamanda sənədləşmə aparılacaqdır. Ona görə də iddianın rədd olunmasını xahiş edir. Məhkəmə iddiaçının izahatını və şahid ifadələrini dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(037)-824/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X4 cavabdehlər İddiaçı və Cavabdeh qarşı uşaqları və əmlakları ilə birlikdə ona məxsus yaşayış evindən çıxarılmaları tələbinə dair iddia tələbi təmin edilməmişdir. İş materiallarında olan Şəki Apelyasia Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(107)- 1765/202 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X2 İddiaçı qarşı 4000 manat miqdarında kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair iddia tələbi təmin edilməmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, AZ-İİ 112119 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Hazırkı iş üzrə iddiaçı 2004-cü ildə gəlin köçdüyündən tərəflər arasında mülki hüquq münasibəti həmin tarixdən yaranmışdır. Ona görə də mübahisəli hüquq münasibətinə həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228–ci maddəsinin və Mənzil Məcəlləsinin 123–cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair xx xxxx 2001–ci il tarixli qərarında qanunun zamana görə qüvvəsinə əsaslanaraq, qeyd etmişdir ki, 2000–ci il sentyabrın 1– dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr MM–in 228.1 və 228.2–ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123–cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. xx xxxxxxx 2009–cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123–cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisnin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd–şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Həmin Məcəllənin 53–cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53–cü maddəsinin 3–cü hissəsinə görə icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədarla birlikdə yaşayıb onunla ümumi təsərrüfa aparan digər şəxslər də icarədarın ailə üzvü hesab edilə bilərlər. Həmin Məcəllənin 54–cü maddəsinin İ hissəsində göstərilmişdir ki, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını, uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həmin maddənin İİİ hissəsinə görə icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər istifadə etmək hüququ əldə edirlər. Məhkəmə işin müəyən olunmuş hallarına qiymət verərək hesab edir ki, yuxarıda sadalanan normaların tələblərinə əsasən iddiaçının mübahisəli fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə hüququ əmələ gəlmişdir. Belə ki, mübahisəli fərdi yaşayış evinin sahibi mərhum Əmirxan Piriyev, həmçinin cavabdeh iddiaçını 2004-cü ilin sentyabr ayında mübahisəli evə köçürərək onu ailə üzvü kimi qəbul etmişdir. İddiaçı uzun illər ərzində fasiləsiz olaraq həmin evdə yaşamış, birgə təsrrüfatı idarə etmiş, həmin əsasla onun mübahisəli evin yaşayış sahəsindən digər ailə üzvüləri ilə bərabər şərtlər daxilində istifadə etmək hüququ əmələ gəlmişdir. Ona görə də, məhkəmə işin müəyən olunmuş hallarına qiymət verərək belə qənaətə gəlir ki, yuxarıda sadalanan normaların tələblərinə əsasən, iddiaçının iddia tələbinin təmin edilməsi üçün işin tədqiq edilmiş hallar üzrə kifayət qədər əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1–ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmin Məcəllənin 27.3–cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Məhkəmə, iddiaçının mübahisəli fərdi yaşayış evinə gəlin köçməsini, uşaqlarının həmin evdə doğulmasını, xeyli müddət fasiləsiz olaraq orada yaşamasını, habelə ümumi təsərrüfatı idarə etməsini, iddiaçının həmin evi özünün daimi yaşayış yeri hesab etməsini sübut edən hal kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə, həmçinin hesab edir ki, iddiaçının yaranmış mübahisə nəticəsində müəyyən müddətə məcburiyyət qarşısında, evdən çıxması, onun daimi yaşamaq üçün köçüb yaşadığı fərdi yaşayış evinə olan hüququnun itirilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43–cü maddəsinin İ hissəsinin tələbinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Həmçinin, məhkəmə nəzərə alır ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(037)-824/2018 saylı və Şəki Apelyasia Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(107)-1765/202 saylı qanuni qüvvəsini almış qətnamələrində İddiaçı gəlin köçdüyü, İsmayıllı rayonu, Cülyan kəndində yerləşən fərdi yaşayış evinə istifadə hüququnun olması müəyyənləşdirilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İsmayıllı Rayon Məhkəməsi (hakim Rəfayel Şirinov) iddiaçı X4 cavabdehlər İddiaçı və Cavabdeh qarşı uşaqları və əmlakları ilə birlikdə ona məxsus fərdi yaşayış evindən çıxarılmaları tələbinə dair iddia tələbini İddiaçı həmin fərdi yaşayış evinə istifadə hüququnun olması əsası ilə rədd etmişdir. Eyni zamanda Şəki Apelyasiya Məhkəməsi də X2 İddiaçı qarşı 4000 manat miqdarında kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair iddia tələbini təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 82.3–cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə, həmçinin iddianın İddiaçı uşaqlarının mübahisəli evə köçürülməsinə dair hissəsinə qiymət verərkən qənaətə gəlir ki, iddia həmin hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2–ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən nəzərə alır ki, azyaşlı uşaqlar doğulduğu andan cavabdehlərin istifadəsində olan mübahisəli evdə yaşamış, azyaşlı olduqları üçün ana ilə daha çox bağlı olmuş, hazırda da ana ilə birlikdə mübahisəli evə köçüb yaşaması onların mənafelərinə daha çox uyğundur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı uşaqları ilə birlikdə cavabdehlərin istifadəsində olan, İsmayıllı rayonu Cülyan kəndində yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Azərbaycan Respublikası MPM–nin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə iddia tələbinin cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması hissəsinə dair aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunmuşdur ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır. 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 3-cü hal mövcuddur, yəni iddiaçı köçmək istədiyi evə mülkiyyət hüququ olsa da, məhrum edilməsi qanuni deyil. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər bu kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Məhkəmə qeyd edir ki, İddiaçı istifadə hüququ olmasına baxmayaraq, cavabdehin ona qarşı törətdiyi məhrumetmə (mənzilə buraxmama, mənzilin kommunal şəraitinin pisləşdirilməsi, qapının kilidlərinin dəyişdirilməsi) qanunsuzdur. Belə ki, mülki işin materiallarından da görünür ki, mübahisələndirilən fərdi yaşayış evinə iddiaçının istifadə hüququ vardır. Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə Cavabdeh qeyd olunan qadağanedici normanı pozmuşdur və pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi mənzilə köçürülməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM–nin 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, hazırki iddia üzrə iddiaçı tərəfindən dövlət rüsumu barədə tələb olmadığından, mülki iş üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı Pı̇ rı̇ yeva Xoşqədəm Məbud qızı iki azyaşlı uşağı ilə birlikdə İsmayıllı rayonu Cülyan kəndi ərazisində yerləşən X5 məxsus fərdi yaşayış evinə köçürülsün. X5 məxsus İsmayıllı rayonu Cülyan kəndi ərazisində yerləşən fərdi yaşayış evindən iddiaçı Pı̇ rı̇ yeva Xoşqədəm Məbud qızının istifadə hüququna Cavabdeh tərəfindən edilən maneələrə son qoyulsun. Mülki iş üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar