Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-265/2021 29.03.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə Ərizəçi İsmayıllı rayon Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi uşağın doğulma faktının müəyyən olunması ərizəsinə dair mülki işə xx xxxx 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X2 ilə birgə faktiki nikahlarından xx xxxx 2017-ci il tarixdə bir qız uşağının doğulması faktının müəyyən edilməsi, uşağın doğum akt qeydi yazılarkən xx xxxx 2017-ci il tarixdə doğulmuş uşağın soyadının Alızadə, adının Dərya, ata adının İsrəfil, doğum tarixinin xx xxxx 2017-ci il, doğum yerinin İsmayıllı şəhəri, atası xx xxxxxx 1992-ci il tarixdə İsmayıllı rayon Quşencə kəndində doğulmuş və həmin kənddə qeydiyyatda olan Ərizəçi, anası 1999-cu il tarixdə İsmayıllı rayon Lahıc qəsəbəsində doğulmuş, İsmayıllı rayon Lahıc qəsəbəsində qeydiyyatda olan X1 və milliyətinin azərbaycanlı yazılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin mülki iş üzrə məhkəmə baxışı iclası xx xxxx 2021-ci il tarixə saat 10:00-a təyin edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi məlumat verilmişdir. Tərəflər qeyd olunan vaxtda məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəblərini bildirməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlmədiklərinə və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiklərinə görə ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Ərizəçi İsmayıllı rayon Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi uşağın doğulma faktının müəyyən olunmasına dair ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-265/2021
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-265/2021
29.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver