Məhkəmə qərarları › İş №2(037)-273/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-273/2021

29.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-273/2021 29.03.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı istifadə hüququnun itirilmiş hesab edilməsi və evdən çıxarılma tələbinə dair mülki işə xx xxxx 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı BOKT Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 İddiaçı BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinin xüsusi mülkiyyətində olan İsmayıllı rayonu, Qubaxəlilli kəndində yerləşən, ümumi sahəsi 68.90 kv.metr olan fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi və cavabdehlərin evdən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda İddiaçı BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 məhkəməyə dəqiqləşdirmə barədə ərizə təqdim edərək cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 İddiaçı BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinin xüsusi mülkiyyətində olan İsmayıllı rayonu, Qubaxəlilli kəndində yerləşən, ümumi sahəsi 68.90 kv.metr olan fərdi yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi və cavabdehlərin həmin evdən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 hazırkı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli **********12-10301 nömrəli Çıxarışı əsasında İsmayıllı rayonu, Qubaxəlilli kəndində yerləşən, ümumi sahəsi 68,90 kv.metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsusdur. Lakin fərdi yaşayış evi İddiaçı BOKT MMC-nin adına rəsmiləşdirilərkən, həmin fərdi yaşayış evində qeydiyyatda olan cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qeydiyyatdan çıxarılmayaraq hal-hazırkı vaxtadək sözügedən evdə qeydiyyatdadırlar. İddiaçı BOKT MMC tərəfindən mənzilin boşaldılması və təhvil verilməsi üçün mənzilin əvvəlki mülkiyyətçisinə xəbərdarlıq edilsə də, bu heç bir nəticə verməmişdir. Beləliklə də, İddiaçı BOKT MMC-nin mülkiyyət hüquqlarına müdaxilə edilmiş olur. İddiaçı BOKT MMC tərəfindən İsmayıllı rayonu, Qubaxəlilli kəndində yerləşən, ümumi sahəsi 68,90 kv.metr olan fərdi yaşayış evi və ferma binası ipoteka ilə yüklü edilsə də bank tərəfindən cavabdehlərin kredit borcu bir əmlak üçün kifayət etdiyindən keçirilmiş hərracda İsmayıllı rayonu, Qubaxəlilli kəndində yerləşən, ümumi sahəsi 68,90 kv.metr olan fərdi yaşayış evi satılmadığından həmin ev bank tərəfindən balansa götürülmüşdür. O, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 İddiaçı BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinin xüsusi mülkiyyətində olan İsmayıllı rayonu, Qubaxəlilli kəndində yerləşən, ümumi sahəsi 68.90 kv.metr olan fərdi yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi və cavabdehlərin həmin evdən çıxarılmasını tələb edir və hazırkı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh2 izahat verərək göstərdi ki, İsmayıllı rayonu, Qyubaxəlilli kəndində səkkiz nəfər ailə üzvləri ilə birlikdə yaşayır. İddiaçı BOKT Məhdud Məsuliyyətli Cəmiyyəti ilə aralarında bağlanmış kredit müqaviləsinə əsasən bank tərəfindən ona kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq ona məxsus İsmayıllı rayonu, Qubaxəlilli kəndində yerləşən, ümumi sahəsi 68.90 kv.metr olan fərdi yaşayış evi və tövlə binası ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə borcunu bir müddət vaxtlı vaxtında ödəsə də sonradan maddi imkansızlığı üzündən kredit borcunu ödəyə bilməmişdir. Borcunu ödəmədiyindən İddiaçı BOKT MMC tərəfindən ona qarşı iddia tələbi ilə İsmayıllı rayon Məhkəməsinə müraciət olunmuşdur. Məhkəmə qətnaməsindən sonra üç il ərzində hər ay 100 manat olmaqla ümumilikdə 3500 manat ödəniş etmişdir. Yaşadığı evin hərraca çıxarılması barədə Hərrac Mərkəzi tərəfindən ona bildiriş göndərilsə də maddi imkansızlığı və savadsızlığı üzündən hərracda iştirak etməmiş və hərracın yekunları barədə protokolu mübahisələndirməmişdir. Onun hazırda yaşadığı evdən başqa yaşamağa əlavə evi yoxdur. Ona görə də onun və ailə üzvlərinin yaşadıqları evdən çıxarılmamalarını, bank tərəfindən yaşadıqları evin əvəzində ipoteka ilə yüklü edilmiş ferma binasını kredit borcu ilə əvəzləşdirilməsini və iddia tələbinin təmin edilməməsini xahiş edir. Digər cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 da məhkəmə iclasında Cavabdeh2 məhkəmə iclasında verdiyi izahata uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli **********12-10301 nömrəli Çıxarışın surətindən görünür ki, İsmayıllı rayonu, Qubaxəlilli kəndində yerləşən, ümumi sahəsi 68,90 kv.m ibarət fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İsmayıllı rayonu, Qubaxəllili İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş, xx.xx.2020-ci il tarixli 499 saylı arayışın surətindən görünür ki, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Həsənli X1 rayonu, Qubaxəllili kəndində yaşayırlar və həmin ünvanda qeydiyyatdadırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” x xxxxx 1996-cı il Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq vətəndaşların qeydiyyatı ilə müvafiq İcra Hakimiyyəti orqanları, yəni, rayon polis idarələrinin Qeydiyyat və Şəxsiyyət vəsiqələri bölmələri məşğul olurlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” x xxxxx 1996-cı il Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən, şəxsin yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə o, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən qeydiyyatdan çıxarılır. Məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia tələbi qanuni və əsaslı olduğundan, təmin edilməli, Daşınmaz Əmlakın Dövlət Reyestrində **********12-10301 reyestr nömrə ilə qeydə alınmış xx xxxxxx 2020-ci il tarixli Çıxarışa əsasən İddiaçı BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinin xüsusi mülkiyyətində olan İsmayıllı rayonu Qubaxəlilli kəndində 0.12 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 68.90 kv.metr olan fərdi yaşayış evindən cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 istifadə hüquqları itirilmiş hesab edilməli və İsmayıllı rayonu Qubaxəlilli kəndində 0.12 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 68.90 kv.metr olan fərdi yaşayış evindən cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 çıxarılmalıdırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Daşınmaz Əmlakın Dövlət Reyestrində **********12-10301 reyestr nömrə ilə qeydə alınmış xx xxxxxx 2020-ci il tarixli Çıxarışa əsasən İddiaçı BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinin xüsusi mülkiyyətində olan İsmayıllı rayonu Qubaxəlilli kəndində 0.12 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 68.90 kv.metr olan fərdi yaşayış evindən cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 istifadə hüquqları itirilmiş hesab edilsin. "İddiaçı" BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinin xüsusi mülkiyyətində olan İsmayıllı rayonu Qubaxəlilli kəndində 0.12 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 68.90 kv.metr olan fərdi yaşayış evindən cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 çıxarılsınlar. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar