Məhkəmə qərarları › İş №2(037)-274/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-274/2021

14.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-274/2021 14.04.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən çıxarılma tələbinə dair mülki işə xx xxxxx 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı BOKT Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra iddiaçı) ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh3 (bundan sonra cavabdeh) iddiaçının mülkiyyətində olan İsmayıllı şəhəri V.Osmanov küçəsi 1 nömrəli evin 22 nömrəli mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsi və cavabdehin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi İbrahimov Səxavət oğlu iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə iddiaçının iddia tələbi qismən təmin edilmiş,Cavabdeh4 kredit və faiz borcunun ipoteka predmeti olan, sonuncuya məxsus İsmayıllı şəhəri, V.Osmanov küçəsi 1 nömrəli evin 22 nömrəli mənzilinə yönəldilməsi, mənzilin açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına Cavabdeh4 banka olan borcunun ödənilməsi qət edilmişdir. Paşayev X5 rayon Məhkəməsinin xx xxxxxx 2015ci il tarixli qətnaməsindən apelyasiya şikayəti vermiş, Şəki Apelyasiya Məhkəməsinin xx xxx 2017ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, ümumi borc məbləği dəyişdirilmiş və İsmayıllı rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsinin qalan hissəsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh4 Şəki Apelyasiya Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Şəki Apelyasiya Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apelyasiya Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsi icra olunmuş, ipoteka qoyulmuş mənzil açıq hərracda satışa çıxarılmış və iddiaçı tərəfindən satın alınmışdır. İddiaçı İsmayıllı şəhəri, V.Osmanov küçəsi 1 nömrəli evin 22 nömrəli mənzili üzərində mülkiyyət hüququnun tanınması üçün DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə müraciət etmiş və sonuncu tərəfindən iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasına dair xx xxxx 2018-ci il tarixli RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İsmayıllı şəhəri, V.Osmanov küçəsi 1 nömrəli evin 22 nömrəli mənzili Cavabdeh4 iddiaçı qarşısında öhdəliklərinin təminatı kimi ipoteka ilə yüklü edilərkən Cavabdeh1 və Cavabdeh2 notariat kontorunda ərizə yazaraq ipoteka ilə yüklü edilmiş İsmayıllı şəhəri, V.Osmanov küçəsi 1 nömrəli evin 22 nömrəli mənzilinə gələcəkdə tutma yönəldilərkən mənzili qeyd–şərtsiz tərk etmələrini öhdələrinə götürmüşlər. Hazırda İsmayıllı şəhəri, V.Osmanov küçəsi 1 nömrəli evin 22 nömrəli mənzili iddiaçının mülkiyyətində olsa da, həmin mənzildən Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 birlikdə istifadə etməklə yaşayırlar.İsmayıllı rayon Məhkəməsinin 2(037)-110/2019 saylı qətnaməsi ilə iddiaçının mülkiyyətində olan mənzildən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmaları qət edilmişdir. Cavabdeh3 hazırda iddiaçının mülkiyyətində olan mənzildən istifadə etməklə iddiaçının mülkiyyət hüquqlarına mane olur və iddiaçının mülkiyyətində olan mənzildən istədiyi kimi istifadə etməyə maneçilik törədir. Cavabdeh iddiaçının mülkiyyətində olan mənzildən qanunsuz olaraq istifadə etməklə mənzildən çıxmadığından hazırkı tələblə məhkəməyə müraciət olunmuşdur. İddiaçı mülkiyyətində olan İsmayıllı şəhəri V.Osmanov küçəsi 1 nömrəli evin 22 nömrəli mənzilindən Cavabdeh3 istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən çıxarılmasını tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iştirak etdiyi məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, Cavabdeh4 oğludur. İsmayıllı şəhəri, V.Osmanov küçəsi ev 1, mənzil 22-də yerləşən mənzil mərhum əri tərəfindən alınmışdır. İddiaçı BOKT Qapalı Səhmdar Cəmiyyətinin İsmayıllı filiyalı ilə oğlu Cavabdeh4 arasında xx xxxxxx 2014-cü il tarixli KAİsm 124040/14 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı BOKT Qapalı Səhmdar Cəmiyyətinin İsmayıllı filiyalı tərəfindən oğlu Cavabdeh4 illik 24% dərəcəsi ilə 36 ay müddətinə 38000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini kimi ipoteka müqaviləsinə əsasən İsmayıllı şəhəri, V.Osmanov küçəsi ev 1, mənzil 22-də yerləşən mənzil ipoteka ilə yüklü edilmişdir. O, oğlu Cavabdeh4 İddiaçı BOKT Qapalı Səhmdar Cəmiyyətinin İsmayıllı filiyalından kredit götürməsindən və kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi hazırda yaşadığı mənzili girov qoymasından xəbəri olmamışdır. O, İsmayıllı şəhəri, V.Osmanov küçəsi ev 1, mənzil 22-də yerləşən mənzildə qeydiyyatda olmaqla oğlu Cavabdeh4, gəlni Cavabdeh2 və nəvələri Cavabdeh1 və Tunay Paşayevlə birlikdə yaşayır. İsmayıllı rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(037)-110/2019 saylı qətnaməsindən sonra ona məlum olmuşdur ki, yaşadığı mənzil oğlu Cavabdeh4 kredit təşkilatına olan borcunun ödənilməsi üçün açıq hərracda satışa çıxarılmış və cavabdeh İddiaçı BOKT Qapalı Səhmdar Cəmiyyətinin adına rəsmiləşdirilmişdir. Oğlu Cavabdeh4 mülkiyyətində olan İsmayıllı şəhəri, V.Osmanov küçəsi ev 1, mənzil 22-də yerləşən mənzili ipoteka ilə yüklü edərkən onun həmin mənzili tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəliyi və heç bir rəsmi razılığı olmamışdır. Yaşadığı mənzil İddiaçı BOKT Qapalı Səhmdar Cəmiyyəti tərəfindən girov qoyularkən mənzildə yaşamağı nəzərə alınmamış, qəbul olunmuş məhkəmə qətnaməsində onun mənafeyi nəzərə alınmamış və işin faktiki hallarına düzgün qiymət verilməmişdir. İpoteka predmetinin boşaldılması və hazırda yaşadığı mənzildən çıxarılması onun mülkiyyət hüququnun pozulmasına səbəb olacaqdır. O, iddia tələbini əsassız hesab edir və rədd edilməsini xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. xx xxxxx 2007-ci il tarixli MH seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, İsmayıllı şəhəri, V.Osmanov küçəsində istifadədə olan 0.08556 hektar torpaq sahəsində yerləşən 1 nömrəli, 4 mərtəbəli binanın 3-cü girişində, 3-cü mərtəbəsində yerləşən 102.1 kv.m ümumi, 62.7 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 22 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 52 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx xxxxxx 2014-cü il tarixli 09/72 nömrəli “Azərmənzilkomplektlayihətəmir“ Respublika Birliyi İsmayıllı Mənzil İstismar Sahəsinin arayışından görünür ki, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və X1 şəhəri, V.Osmanov küçəsi 1 saylı 4 mərtəbəli komunal yaşayış evinin 3-cü mərtəbəsində, 5 otaqlı, yaşayış sahəsi 62.7 kv.m olan 22 saylı mənzildə qeydiyyatdadırlar. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2(037)-1204/2015 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin surətindən müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh4 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli kredit və sonrakı ipoteka müqaviləsi üzrə öhdəliklər cavabdehlər Cavabdeh4 və Cavabdeh2 tərəfindən lazımi qaydada icra edilmədiyinə görə iddiaçı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka ilə yüklü edilmiş əmlaka hərracda satılmaqla yönəldilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İsmayıllı rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsinə əsasən cəmi 45.306 ABŞ dolları məbləğin Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş məzənnəsinə uyğun olaraq manat ekvivalentində hesablanmaqla və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 24 manat məbləğinin Cavabdeh4 tutularaq İddiaçı BOKT QSC-yə ödənilməsi, həmin məbləğin DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin xx xxxxxx 2014-cü il tarixli RX seriyalı çıxarışı ilə Cavabdeh4 adına qeydə İsmayıllı şəhəri, V.Osmanov küçəsində istifadədə olan 1 nömrəli evin 22 nömrəli mənzilinə açıq hərracda satılmaqla yönəldilməsi, əldə edilmiş vəsait hesabına borcun ödənilməsi və ipoteka predmetinin ilkin satış qiymətinin 40.000 manat məbləğində müəyyən olunması qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2017-ci il tarixli 2(107)-244/2017 saylı qətnaməsinin surətindən müəyyən edilir ki, İsmayıllı rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2(037)-1204/2015 nömrəli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək İsmayıllı rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2(037)-1204/2015 nömrəli qətnaməsində ümumi borc məbləğində dəyişikliklər edilmiş, qətnamənin digər hissələrinin isə dəyişdirilmədən saxlanılması qət edilmişdir. xx xxxx 2018-ci il tarixli RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, İsmayıllı şəhəri, V.Osmanov küçəsi, bina 1, mənzil 22-də yerləşən ümumi sahəsi 96.4 kv.m olan mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinin adına rəsmiləşdirilmişdir. İsmayıllı rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(037)-110/2019 saylı qətnaməsindən müəyyən edilir ki, İddiaçı BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan İsmayıllı şəhəri V.Osmanov küçəsi 1 nömrəli evin 22 nömrəli mənzildən cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və X2 istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və X2 İsmayıllı şəhəri V.Osmanov küçəsi 1 nömrəli evin 22 nömrəli mənzildən çıxarılması, İsmayıllı şəhəri V.Osmanov küçəsi 1 nömrəli evin 22 nömrəli mənzilinin boşaldılması qət edilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh4 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli kredit və sonrakı ipoteka müqaviləsi üzrə öhdəliklər Cavabdeh4 tərəfindən lazımi qaydada icra edilmədiyinə görə iddiaçı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka ilə yüklü edilmiş əmlaka hərracda satılmaqla yönəldilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İsmayıllı rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsinə əsasən cəmi 45.306 ABŞ dolları məbləğin və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 24 manat məbləğinin Cavabdeh4 tutularaq iddiaçıya ödənilməsi, həmin məbləğin DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin xx xxxxxx 2014-cü il tarixli RX seriyalı çıxarışı ilə Cavabdeh4 adına qeydə alınmış İsmayıllı şəhəri, V.Osmanov küçəsində istifadədə olan 1 nömrəli evin 22 nömrəli mənzilinə açıq hərracda satılmaqla yönəldilməsi, əldə edilmiş vəsait hesabına borcun ödənilməsi və ipoteka predmetinin ilkin satış qiymətinin 40.000 manat məbləğində müəyyən olunması qət edilmişdir. Paşayev X5 rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti vermiş, Şəki Apelyasiya Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, ümumi borc məbləği dəyişdirilmiş və İsmayıllı rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsinin qalan hissəsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh4 Şəki Apelyasiya Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Şəki Apelyasiya Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apelyasiya Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsi icra olunmuş, ipoteka qoyulmuş mənzil açıq hərracda satışa çıxarılmış və iddiaçı tərəfindən satın alınmışdır. İddiaçı İsmayıllı şəhəri, V.Osmanov küçəsi 1 nömrəli evin 22 nömrəli mənzili üzərində mülkiyyət hüququnun tanınması üçün DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə müraciət etmiş və sonuncu tərəfindən iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasına dair xx xxxx 2018-ci il tarixli RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İsmayıllı rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(037)- 110/2019 saylı qətnaməsi ilə İddiaçı BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan İsmayıllı şəhəri V.Osmanov küçəsi 1 nömrəli evin 22 nömrəli mənzildən cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və X2 istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və X2 İsmayıllı şəhəri V.Osmanov küçəsi 1 nömrəli evin 22 nömrəli mənzildən çıxarılması və İsmayıllı şəhəri V.Osmanov küçəsi 1 nömrəli evin 22 nömrəli mənzilin boşaldılması qət edilmişdir. İddiaçı mülkiyyətində olan İsmayıllı şəhəri V.Osmanov küçəsi 1 nömrəli evin 22 nömrəli mənzilindən cavabdehin istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən çıxarılmasını tələb edir. Cavabdeh iddia tələbini əsassız hesab edir və rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Şərh olunan əsaslara görə və qeyd olunan hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, hazırk iddianın predmetinə aid olan İsmayıllı şəhəri V.Osmanov küçəsi 1 nömrəli evin 22 nömrəli mənzili qanuni əsaslarla iddiaçının xüsusi mülkiyyətinə keçməsinə baxmayaraq cavabdehin həmin torpaq sahəsindən istifadə etməkdə davam etməsi iddiaçının mülkiyyət hüquqlarının pozulması və onun həmin əmlak üzərində mülkiyyət hüquqlarından tam və sərbəst istifadə edə bilməməsi ilə nəticələndiyinə görə iddia tələbinin cavabdehin iddiaçının mülkiyyətində olan İsmayıllı şəhəri V.Osmanov küçəsi 1 nömrəli evin 22 nömrəli mənzildən istifadə hüququ itirilmiş hesab edilməli və mənzildən çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. İddiaçı BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan İsmayıllı şəhəri V.Osmanov küçəsi 1 nömrəli evin 22 nömrəli mənzilindən Cavabdeh3 istifadə hüququ itirilmiş hesab edilsin. Cavabdeh Paşayeva X4 şəhəri V.Osmanov küçəsi 1 nömrəli evin 22 nömrəli mənzilindən çıxarılsın. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar