Məhkəmə qərarları › İş №2(037)-28/2020

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-28/2020

12.05.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-28/2020 12.05.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, istifadə hüququna olan maneəçiliklərin aradan qaldırılması tələbi barədə iddiası, Cavabdeh İddiaçı qarşı pul tələbi barədə qarşılqı iddiasına dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxx 2020-ci il tarixdə açıq məhkəmə baxış iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə müraciət edərək icarəsində olan, İsmayıllı rayonu Diyallı kəndinin “Qaraquş” adlanan ərazidə yerləşən 40 hektar torpaq sahəsindən Cavabdeh çıxarılması və istifadə hüququna olan maneəçiliklərin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək İsmayıllı rayonu Diyallı kəndində “Qaraquş” adlanan ərazidə istifadəsində olan 20 hektar torpaq sahəsindən İddiaçı tərəfindən istifadə hüququna edilən maneəçiliklər aradan qaldırılması, İddiaçı 25000 manat alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini, Cavabdeh qarşılıqlı iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı rayon Diyallı Bələdiyyəsinin xx xxxxxx 2003-cü il tarixli 10 saylı Qərarı və xx xxxxxx 2003-cü il tarixli icarə müqaviləsi ilə İsmayıllı rayonun Diyallı Bələdiyyəsinin ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı üçün x1 40 hektar torpaq sahəsi 65 il müddətinə müvvəqqəti istifadəyə verilmişdir. Nəsrəddin Musayev həmin torpaq sahəsinə dair xx xxxx 2004-cü il tarixli, JN 42xx xxx 40707018 nömrəli Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə almışdır. Həmin 40 hektar torpaq sahəsi Nəsrəddin Musayevlə xx xxxx 2014-ci il tarixdə İsmayıllı rayon Dövlət notariat Kontorunda bağladığı icarə müqaviləsinə əsasən 55 il müddətinə, 40.000 manat icarə haqqı müqabilində ona icarəyə verilmişdir. Həmin vaxtdan torpaq sahəsi icarəsində olmaqla əkib-becərmişdir. 2019-cu ilin sentyabr ayında onun xəbəri olmadan və heç bir razıliq əldə etmədən Cavabdeh icarəsində olan 40 hektar torpaq sahəsini qanunsuz olaraq şumlamış və əkmək istəmişdir. O, Cavabdeh torpaq sahəsinin icarəsində olduğunu və qanunsuz hərəkətlərini dayandırmağı bildirsə də o, guya həmin ərazini birlikdə becərmək barədə Nəsrəddin Musayevin nümayəndəsi ilə razılığa gəldiyini bildirərək qanunsuz hərəkətini davam etdirmişdir. Cavabdeh onun icarəsində olan torpaq sahəsini qanunsuz zəbt edərək əkib-becərmək istəyir. İcarəsində olan İsmayıllı rayonu Diyallı kəndinin “Qaraquş” adlanan ərazidə yerləşən 40 hektar torpaq sahəsindən Cavabdeh çıxarılmasını, istifadə hüququna edilən maneəçiliklərin aradan qaldırılmasını tələb edir. Qeyd etdikləri nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi, Cavabdeh qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı nümayəndəsi Nümayəndə İddiaçı iddia tələbini müdafiə etdiyini, Cavabdeh qarşılıqlı iddia tələbini qəbul etmədiyini bildirdi və iddia tələbinin məzmununa uyğun izahat verərək İddiaçı iddia tələbinin təmin edilməsi, Cavabdeh qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh qarşılıqlı iddia tələbini müdafiə etdiyini, İddiaçı iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, o, İsmayıllı rayonunun Diyallı kəndində doğulmuş və həmin kənddə yaşayır. Torpaq islahatı ilə əlaqədar ailə üzvlərinə əmlak payı kimi torpaq sahəsi Diyallı kəndinin “Qaraquş” adlanan hissəsindən verilmiş və 1997-ci ildən həmin torpaq sahəsini əkib becərmişlər. 2006-cı ildə təkrar islahat keçirilmiş və yenə də ailə üzvlərinə əmlak payı həmin hissədən verilmişdir. 2011-ci ildə üçüncü dəfə islahat aparılmış və əmlak payları “heyvalıq” adlanan ərazidən verilmişdir. Əmlak payı kimi onların mülkiyyətinə verilmiş həmin torpaq sahəsini 2011-ci ilə kimi mülkiyyətçi kimi istifadə etmişlər. O, 14 il ərzində həmin torpaq sahəsinin daşını yığmış, kol-kosdan təmizləmiş, əkinə tam yararlı hala gətirmişdir. Sonradan həmin torpaq sahəsi qanunsuz olaraq Diyallı Bələdiyyəsinin mülkiyyətinə verilmiş və ehtiyat fonduna aid edilmişdir. O məcbur qalaraq həmin sahəni icarəyə götürmək üçün Diyallı Bələdiyyəsinə müraciət etmiş və bələdiyyənin mülkiyyətində olan torpaq sahəsinin 20 hektarını 12 il müddətinə icarəyə götürmüşdür. Torpaq sahəsi naturada ölçülərək ona təhvil verilmiş, hər il müqavilə ilə müəyyən edilmiş icarə haqqını bələdiyyənin hesabına ödəmiş və torpaq sahəsini təyinatı üzrə əkib beçərmişdir. 2013-cü ildə Nəsrəddin Musayevin nümayəndəsi İlham adlı şəxs artıq 16 il əkib becərdiyi torpaq sahəsi də daxil olmaqla həmin ərazidən 40 hektar torpaq sahəsini 2003-cü ildən icarəyə götürdüklərini bildirmiş və torpaq sahəsinin sərhədləri ilə bağlı mübahisələri olmuşdur. 2013-cü ilin avqust ayında İsmayıllı şəhəri “Mincan” kafesində İlhamla görüşmüş və İddiaçı da söhbətdə iştirak etmişdir. İlham həmin 40 hektar torpaq sahəsini Akif Dəmirov adlı şəxsə 65000 manata satmağa razılaşdığını və 5000 manat beh aldığını bildirmişdir. Lakin mübahisəli olduğu üçün Akif Dəmirovla müqaviləni pozacağını bildirmişdir. Təxminən həmin ərazinin 60 hektar olduğunu, onunla sərhəd mübahisəsi olduğunu nəzərə alıb İlham təklif etmişdir ki, o, 40 hektarı da alaraq 20 hektarla birlikdə əkib becərsin. O, 65000 manata həmin torpaq sahəsinin baha olduğunu, ümumiyyətlə maddi imkanının zəif olduğunu bildirdikdə İlham onun mərhum qardaşı ilə yaxın münasibətdə olduğunu, onu zəhmətkeş bir insan kimi tanıdığını bildirib həmin ərazini ona 40000 manata təklif etmişdir. Hətta 20000 manatını əvvəl, qalan 20000 manatını isə bir ildən sonra ödənilməsini bildirmişdir. İddiaçı ona pulla bağlı problem olmadığını, ortaqlı alıb əkib becərəcəklərini bildirmiş və o, İlhamla razılaşmışdır. İddiaçı həmin torpağı almaq üçün və əkib becərilməsinə bir o qədər vəsaiti çatmayacağını bildirərək Həmid, Vüqar, Ağarıza və Yusif adlı şəxsləri də ortaq etməklərini təklif etmişdir. Onlar görüşərək qərara gəlmişlər ki, onun istifadəsində olan 20 hektar torpaq sahəsi yenə şəriksiz istifadəsində qalır. 40 hektar torpağın alınması haqqını, əkib becərilməsi üçün əsas xərci Ağarıza ödəyir və sonuncunun pulu qazanılıb götürüləndən sonra gəlir şəriklər arasında bərabər bölünür. 2013-cü ildən 5 ildir ki, İddiaçı həmin torpaq sahəsini əkib becərir, hər dəfə gəlirdən payını verəcəyini bildirir. Lakin hər dəfə ortaqları bir yerə yığaraq hesablama aparır, nəticə çıxara bilmir. Hər il 40 hektar üçün 4000 manat subsidiya alınmış, bu ildən isə subsidiyanın məbləği artmışdır. Hər il 5000 manat olmaqla 25000 manat payına düşən gəliri ona vermir. İsmayıllı rayonunun Diyallı kəndində “Qaraquş” adlanan ərazisində istifadəsində olan 20 hektar torpaq sahəsindən istifadə hüququna İddiaçı tərəfindən edilən maneçiliklərin aradan qaldırılmasını və İddiaçı 25000 manat alınaraq ona verilməsini tələb edir. Qeyd etdikləri nəzərə alınmaqla qarşılıqlı iddia tələbinin təmin edilməsi, İddiaçı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Şahid x7 ifadə verərək göstərdi ki, o, İddiaçı və Cavabdeh tanıyır. 2014-cü il tarixdə İddiaçı onunla görüşərək Diyallı kəndinin “Qaraquş” adlanan ərazisində 40 hektar torpaq sahəsinin olduğunu, həmin torpaq sahəsini icarəyə götürmək istədiyini, lakin pulunun az olduğunu bildirərək köməklik istəmişdir. O, Şahinə ilk olaraq 20000 manat pul verdikdən sonra Şahin və şəriklərinin sırasına qatılmışdır. O, Şahinə ümumilikdə 37000 manat pul vermişdir. Həmin pulu sonradan Şahin və şərikləri qaytarmalı idilər. Onlar həmin pulu vaxtında qaytara bilmədiklərinə görə qarşılıqlı razılığa əsasən həmin ərazini əkib pulunu götürmək istəmişdir. Həmin ərazidə bir il yonca əkmiş, lakin bol məhsul olmadığından sonradan taxıl əkmişdir. O, Şahinə verdiyi pulun bir hissəsini həmin ərazini əkərək qazanmışdır. Onların arasında rəsmi ortaqlıq müqaviləsi olmamışdır. Şahid x2 ifadə verərək göstərdi ki, Cavabdeh onun qardaşıdır. Mübahisəli ərazi onlara ata-babalarından qalmışdır. Həmin torpağı onlar özləri ərsəyə gətirmişlər. 1996-cı ildən 2011-ci ilə qədər mübahisə olmayıbdır. Başqa şəxslər gəlib orada sahiblik edir. 6 ildə Şahin qardaşı Elşəni aldatmışdır. Şahid x4 ifadə verərək göstərdi ki, Cavabdeh onun qardaşıdır. O, 2005-ci ildən 2009cu ilə qədər bələdiyyə sədrinin müavini işləmişdir. 1999-cu ildə həmin torpaq sahəsi onlara verilmiş və 2011-ci ilə qədər həmin ərazini əkmişlər. O, öz torpağını Nəriman adlı şəxsə icarəyə vermiş və sonradan qardaşı Elşənə icarəyə verdikdən sonra belə bir mübahisə yaranmışdır. Qardaşı Elşənin digər şəxslərlə şərikliyi olduğunu bilir. Şahid x8 ifadə verərək göstərdi ki, Cavabdeh onun atasıdır. Həmin torpaq sahəsi onların olmuş və o, orada işləmişdir. Onları torpaqdan çıxarmağa görə atasına böhtan atırlar. Şahid x3 ifadə verərək göstərdi ki, Cavabdeh onun dostudur. Elşənin öz torpaqlarını şərik kimi qoyduğunu və 6 nəfər ortaq olduğunu bilir. Şahid x9 ifadə verərək göstərdi ki, o, 2016-cı ildən İsmayıllı rayon Diyallı bələdiyyəsinin sədri işləyir. Diyallı Bələdiyyəsinin icarəyə verilməsi üçün cəmi 47 ha torpaq sahəsi var. Diyallı Bələdiyyəsinin xx xxxxxx 2003-cü il tarixli 10 saylı Qərarı və xx xxxxxx 2003-cü il tarixli icarə müqaviləsi ilə bələdiyyənin ərazisindən Nəsrəddin Musayevə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 40 hektar torpaq sahəsi 65 il müddətinə müvvəqqəti istifadəsinə verilmişdir. Nəsrəddin Musayev həmin torpaq sahəsinə dair xx xxxx 2004-cü il tarixli, JN 42xx xxx 40707018 nömrəli Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə almışdır. Nəsrəddin Musayev həmin torpaq sahəsini sonradan İddiaçı icarəsinə vermişdir. Cavabdeh mübahisəli ərazidən torpaq sahəsinin ayrılması, həmin ərazinin ona təhvil verilməsi, onunla icarə müqaviləsinin bağlanması və həmin müqavilənin qeydə alınması və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnaməsinin olmasını təsdiq edən sənədlər bələdiyyədə yoxdur. Məhkəmə tərəflərin izahatlarını və şahidlərin ifadəsini dinləyib mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi rədd edilməildir. xx xxxx 2004-cü il tarixli, JN 42xx xxx 40707018 nömrəli Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İsmayıllı rayon Diyallı Bələdiyyəsinin xx xxxxxx 2003-cü il tarixli 10 saylı Qərarı və xx xxxxxx 2003cü il tarixli icarə müqaviləsi ilə İsmayıllı rayonun Diyallı Bələdiyyəsinin ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı üçün Nəsrəddin Musayevə 40 hektar torpaq sahəsi 65 il müddətinə müvvəqqəti istifadəsinə verilmişdir. xx xxxx 2014-cü il tarixli icarə müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki Nəsrəddin Musayev tərəfindən İsmayıllı rayon Diyallı kəndi ərazisində yerləşən 40 hektar torpaq sahəsi 55 il müddətinə, 40.000 manat icarə haqqı müqabilində İddiaçı icarəyə verilmişdir. xx xxxxxx 2011-ci il tarixli, 01 nömrəli icarə müqaviləsində İsmayıllı rayon Diyallı bələdiyyəsi tərəfindən İsmayıllı rayon Diyallı kəndi ərazisində yerləşən “Qaraquş” adlanan ərazidən 20 hektar torpaq sahəsinin 12 il müddətinə Cavabdeh müvəqqəti icarəyə verilməsi qeyd edilmişdir. xx xxxx 2011-ci il tarixli, 06 nömrəli icarə müqaviləsində İsmayıllı rayon Diyallı bələdiyyəsi tərəfindən İsmayıllı rayon Diyallı kəndi ərazisində yerləşən “Qaraquş” adlanan ərazidən 10 hektar torpaq sahəsinin 5 il müddətinə Cavabdeh müvəqqəti icarəyə verilməsi qeyd edilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, İsmayıllı rayon Diyallı Bələdiyyəsinin xx xxxxxx 2003-cü il tarixli 10 saylı Qərarı və xx xxxxxx 2003-cü il tarixli icarə müqaviləsi ilə İsmayıllı rayonun Diyallı Bələdiyyəsinin ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı üçün Nəsrəddin Musayevə 40 hektar torpaq sahəsi 65 il müddətinə müvvəqqəti istifadəyə verilmişdir. Nəsrəddin Musayev həmin torpaq sahəsinə dair xx xxxx 2004-cü il tarixli, JN 42xx xxx 40707018 nömrəli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə almışdır. Həmin torpaq sahəsi x6 Məlikov arasında xx xxxx 2014-ci il tarixdə İsmayıllı rayon Dövlət notariat Kontorunda bağlanmış icarə müqaviləsinə əsasən 55 il müddətinə, 40.000 manat icarə haqqı müqabilində sonuncuya icarəyə verilmişdir. İddiaçı icarəsində olan, İsmayıllı rayonu Diyallı kəndinin “Qaraquş” adlanan ərazidə yerləşən 40 hektar torpaq sahəsindən Cavabdeh çıxarılmasını və istifadə hüququna olan maneəçiliklərin aradan qaldırılmasını tələb edir və iddia tələbinin təmin edilməsi, Cavabdeh qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh 1997-ci ildən Diyallı kəndinin “Qaraquş” adlanan hissəsindən verilmiş həmin torpaq sahəsini əkib becərdiyini və əmlak payı kimi mülkiyyətinə verilmiş həmin torpaq sahəsini 2011-ci ilə kimi mülkiyyətçi kimi istifadə etdiyini və Diyallı Bələdiyyəsinin mülkiyyətində olan, “Qaraquş” adlanan ərazidən kənd təsərrüfatı məhsulu istehsal etmək üçün 20 hektar torpaq sahəsini 12 il müddətinə icarəyə götürdüyünü bildirir. O, İsmayıllı rayonunun Diyallı kəndində “Qaraquş” adlanan ərazisində istifadəsində olan 20 hektar torpaq sahəsindən istifadə hüququna İddiaçı tərəfindən edilən maneəçiliklərin aradan qaldırılmasını və İddiaçı 25000 manat alınaraq ona verilməsini tələb edir və qarşılıqlı iddia tələbinin təmin edilməsi, İddiaçı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Torpaq sahəsi bələdiyyə tərəfindən Nəsrəddin Musayevə, sonuncu tərəfindən isə İddiaçı icarəyə verilən zaman qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilə bilər. Həmin Məcəllənin 56.6-cı maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə bələdiyyənin qərarı ilə, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı (müqavilə) ilə verilir.Həmin qərarda yerli şərait, torpaq ehtiyatının miqdarı, əhalinin sıxlığı nəzərə alınmaqla, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma layihə sənədlərinə uyğun olaraq, verilən torpaq sahələrinin ölçüləri müəyyən edilir. Bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerqurluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının (yerli icra hakimiyyəti orqanları) razılığı rəyi alındıqdan sonra qəbul edilir. Həmin Məcəllənin 66.1-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Torpaq icarəsi haqqında qanunun 6-cı maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan ehtiyat fondu torpaqları, fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar və ümumi istifadədə olan torpaqların icarəyə verilməsi bələdiyyə torpaqları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanunun 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin qanunun 6.2-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin qanunun 11-ci maddəsinə əsasən bələdiyyə torpaqları ümumi istifadəyə, habelə daimi və ya müvəqqəti istifadəyə verilir. Həmin qanunun 11.3-cü bəndinə əsasən bələdiyyə mülkiyyətində olan bütün torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada icarəyə verilə bilər. Həmin qanunun 11.9-cu bəndinə əsasən bələdiyyə torpaqlarının icarəyə verilməsi şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və bələdiyyələr ilə həmin torpaqların icarəçiləri arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. İsmayıllı rayon Diyallı Bələdiyyəsinin xx xxxxxx 2003-cü il tarixli 10 saylı Qərarı və xx xxxxxx 2003-cü il tarixli icarə müqaviləsi ilə Diyallı Bələdiyyəsinin ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı üçün Nəsrəddin Musayevə 40 hektar torpaq sahəsi 65 il müddətinə müvvəqqəti istifadəsinə verilmiş və o həmin torpaq sahəsinə dair xx xxxx 2004-cü il tarixli, JN 42xx xxx 40707018 nömrəli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə almışdır. Nəsrəddin Musayev həmin torpaq sahəsini İddiaçı 65 il müddətinə müvvəqqəti istifadəyə vermişdir. Cavabdeh qeyd edilən mübahisəli torpaq sahəsini 2011-ci ilə kimi mülkiyyətçi kimi istifadə etdiyini və Diyallı Bələdiyyəsinin mülkiyyətində olan, “Qaraquş” adlanan ərazidən kənd təsərrüfatı məhsulu istehsal etmək üçün 20 hektar torpaq sahəsini 12 il müddətinə icarəyə götürdüyünü bildirsə də ona mübahisəli ərazidən torpaq sahəsinin ayrılmasını, təhvil verilməsini, icarə müqaviləsinin bağlanmasını, həmin müqavilənin qeydə alınmasını və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnaməsinin verilməsini təsdiq edən sənədlər yoxdur. Cavabdeh İddiaçıla aralarında həmin torpaq sahəsindən birgə istifadə etmək barədə rəsmi ortaqlıq müqaviləsi də yoxdur. Belə olan halda Cavabdeh həmin torpaq sahəsindən İddiaçı istifadə etməsinə maneəçilik yaratması sonuncunun həmin torpaq sahəsi üzərində istifadə hüquqlarının məhdudlaşması ilə nəticələnir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, İddiaçı iddia tələbi təmin edilməli, Cavabdeh qarşılıqlı iddia tələbi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214.3, 214.4, 216-220, 226, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı icarəsində olan İsmayıllı rayonu Diyallı kəndinin “Qaraquş” adlanan ərazisində yerləşən 40 hektar torpaq sahəsindən Cavabdeh çıxarılsın və istifadə hüququna olan maneəçiliklər aradan qaldırılsın. Cavabdeh İddiaçı qarşı İsmayıllı rayonu Diyallı kəndində “Qaraquş” adlanan ərazidə istifadəsində olan 20 hektar torpaq sahəsindən İddiaçı tərəfindən istifadə hüququna edilən maneəçiliklərin aradan qaldırılması və İddiaçı 25000 manat alınaraq ona verilməsinə dair qarşılıqlı iddia tələbi rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar