Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-295/2022 07.02.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlu İddiaçı Bank Olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab olunması və evdən çıxarılma” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı BOKT MMC Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab olunması və evdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestrində 5 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində qeydiyyata alınan MA seriyalı ******* nömrəli çıxarışa əsasən İddiaçı BOKT MMC-yə məxsus İsmayıllı şəhəri, Dalan 4 ünvanında yerləşən 6 saylı fərdi yaşayış evi üzrə istifadə hüququnun itirilmiş hesab olunması və cavabdehin mənzildən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə ki, iddia ərizəsinin mümkünlüyünü yoxlayan zaman məlum olmuşdur ki, iddiaçı ilə cavabdeh arasında eyni predmet üzrə mübahisələndirilən İsmayıllı şəhəri, S.Vurğun küçəsi, dalan 4-də yerləşən 06 saylı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair İsmayıllı Rayon Məhkəməsinin 20.05.2021-ci il tarixli 2(037)-194 nömrəli qətnaməsi mövcuddur, hazırda həmin qətnamə qanuni qüvvəyə minmişdir. Hazırki iş üzrə iddiaçı tələbini fərqli formada ifadə edərək Cavabdeh mübahisəli fərdi yaşayış evinə istifadə hüququnun itirilmiş hesab edilməsini xahiş etmişdir. Belə ki, iddia tələbinin fərqli formada ifadə olunması və ya zahiri baxımdan fərqlənməsi iddianın predmetinin fərqli olduğu barədə qənaətə gəlmək üçün yetərli deyil. Belə tələblərə iddiaçının barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüququ, onun qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətləri baxımdan qiymət verilməlidir. Hesab edirəm ki, hazırki tələblə bağlı artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149.2.5, 150.0.5, 152.1, 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Bank Olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab olunması və evdən çıxarılma” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-295/2022
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-295/2022
07.02.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver