Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-3/2021 17.11.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1, İsmayıllı rayon Qalacıq Bələdiyyəsi və DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə 17 noyabr 2021-ci il tarixdə İsmayıllı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İsmayıllı rayonu, Qalacıq kəndi ərazisində yerləşən DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 29 iyul 2017-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışa əsasən xüsusi mülkiyyətində olan 0.20 hektar torpaq sahəsinin Qalacıq kənd sakini Cavabdeh1 tərəfindən zəbt olunmasına son qoyulmaqla cavabdehin həmin ərazidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 29 avqust 2021-ci il tarixli 2(037)-672/2019 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Qalacıq bələdiyyəsi və DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə icraat iddiaçılar Cavabdeh1 və X1 cavabdeh DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı JN-252B nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunan 0.26 hektar torpaq sahəsi üzərində Cavabdeh1, JN-253F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunan 0.25 hektar torpaq sahəsi üzərində X1 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarış verilməsi öhdəliyinin DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin üzərinə qoyulması tələbinə dair iddiası üzrə Şəki İnzibati Məhkəməsi tərəfindən yekun məhkəmə qərarı qəbul edilənədək dayandırılmışdır. Məhkəmənin 21 oktyabr 2021-ci il tarixli 2(037)-3/2021 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Qalacıq bələdiyyəsi və DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə icraat Şəki İnzibati Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli 2-1(116)-395/2021 nömrəli məktubu əsasında təzələnmişdir. İddiaçı məhkəmə iclaslarına gəlməmiş, nümayəndəsi X6 işə iddiaçının iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını qərara almışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İsmayıllı rayonu Qalacıq kəndi ərazisindən 0.20 hektar torpaq sahəsi almışdır. Aldığı torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün DƏDRX-nin 9 Saylı Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətinə əsasən DƏDRX-nin 9 Saylı Ərazi İdarəsi tərəfindən İsmayıllı rayonu, Qalacıq kəndi ərazisində yerləşən, 0.20 hektar torpaq sahəsi DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü sənədində şərti işarələrlə qeyd edilən sərhədlər daxilində daşınmaz əmlakın dövlət reyestrində 103 nömrəli reyestr kitabının 33 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi, **********01 reyestr nömrəsi ilə onun adına qeydə alınaraq 29 iyul 2017-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarış və Torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Lakin mülkiyyətində olan torpaq sahəsi Qalacıq kənd sakini Cavabdeh1 tərəfindən özününkü hesab edilərək, özbaşına zəbt edilmişdir. O, zəbt edilmiş ərazinin onun mülkiyyətində olmasını Cavabdeh1 bildirsə də, ancaq sonuncu həmin ərazinin özünün mülkiyyətində olmasını bildirmişdir. Mülkiyyətində olan torpaq sahəsinin sərhədlərinin yerində müəyyən edilməsi üçün 07.11.2018-ci il tarixdə DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətinə əsasən mülkiyyətində olan torpaq sahəsinin sərhədlərinin yerində müəyyən edilməsi üçün əraziyə baxış keçirilmiş və baxış zamanı həmin ərazinin onun xüsusi mülkiyyətində olması təsdiq edilərək 21 dekabr 2018-ci il tarixli akt tərtib olunmuşdur. Mülkiyyətində olan torpaq sahəsinin Cavabdeh1 tərəfindən zəbt edilməsi davam etdiyi üçün ərizə ilə İsmayıllı rayon Prokurorluğuna müraciət etmişdir. İsmayıllı rayon Prokurorluğunda araşdırma aparılmış və araşdırma zamanı əməldə cinayət tərkibi olmadığı üçün ona mülki iş kimi məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Cavabdeh1 heç bir əsas olmadan mülkiyyətində olan torpaq sahəsini zəbt edərək özünün mülkiyyətində olduğunu iddia edərək ona həmin torpaq sahəsindən istifadə etməyə icazə vermir. Cavabdeh1 mülkiyyətindən olan torpaq sahəsindən çıxmadığından məcbur qalaraq məhkəməyə müraciət etmişdir. O, İsmayıllı rayonu, Qalacıq kəndi ərazisində yerləşən DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 29 iyul 2017-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışa əsasən mülkiyyətində olan 0.20 hektar torpaq sahəsindən Cavabdeh1 çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçının nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbində qeyd olunanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh1 iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, o, İsmayıllı rayon Qalacıq kəndində yaşayır. Aqrar İslahat Komissiyasının 11 fevral 1998-ci il tarixli 68 nömrəli qərarları ilə İsmayıllı rayonu, Qalacıq kəndi ərazisində yerləşən JN-252B KOD 40711018 nömrəli şəhadətnaməyə əsasən 0.26 hektar və JN-252F KOD 40711018 nömrəli şəhadətnaməyə əsasən 0.24 hektar torpaq sahəsi mülkiyyətinə verilmişdir. Bundan əlavə DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən İsmayıllı rayonu, Qalacıq kəndi ərazisində yerləşən 0.24 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunmuş 2 mərtəbəli, 6 otaqlı, 152 kv.metr yaşayış, 155.4 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən onun adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 170 nömrəli vərəqində qeydə alınaraq 12 aprel 2007-ci il tarixli MH seriyalı ******* nömrəli Çıxarış və fərdi yaşayış evinin texniki pasportu verilmişdir. Mülkiyyətində olan torpaq sahəsi İsmayıllı rayonu, Qalacıq kəndi ərazisində iddiaçıya məxsus torpaq sahəsinin yerləşdiyi ərazidədir. Mübahisəli torpaq sahəsi 1998-ci ildən ona verilibdir. İddiaçıya məxsus torpaq sahəsi ona məxsus torpaq sahəsindən 100 metr məsafədə yerləşir. Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestr Xidmətinin əməkdaşları gəlib ərazidə ölçmə işləri aparıblar və mülkiyyətlərində olan torpaq sahələrinin sərhədlərini müəyyən ediblər. Ona məxsus torpaq sahəsi ümumilikdə 72 sotdur. O, mülkiyyətində olan torpaq sahəsini dövlət qeydiyyatına aldırmışdır və DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən mülkiyyətində olan torpaq sahəsinə və fərdi yaşayış evinə dair çıxarış sənədi və fərdi yaşayış evinin texniki pasportu verilmişdir. İddiaçının mülkiyyətində olan 0.20 hektar torpaq sahəsi ona məxsus torpaq sahəsində yerləşmir.O, iddiaçının mülkiyyətində olan torpaq sahəsini zəbt etməmişdir. Ona görə də iddia tələbini əsassız hesab edir və təmin edilməməsini xahiş edir. Cavabdeh İsmayıllı rayon Qalacıq bələdiyyəsinin nümayəndəsi X4 izahat verərək göstərdi ki, o, İsmayıllı rayon Qalacıq bələdiyyəsinin sədri işləyir. İddiaçının mülkiyyətində olan torpaq sahəsi İsmayıllı rayonu, Qalacıq kəndi ərazisində Cavabdeh1 məxsus torpaq sahəsinin yerləşdiyi ərazidədir. 29.07.2017-ci il tarixli **********01 reyestr nömrəli çıxarış və texniki pasporta əsasən İsmayıllı rayonu Qalacıq kəndində yerləşən 0.20 hektar torpaq sahəsinin mülkiyyətçisi İddiaçı nümayəndəsi Qaçay Şahbazovun 0.20 hektar torpaq sahəsinin yerinin və sərhədlərinin göstərilməsi ilə bağlı DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə 14.11.2018-ci il tarixli müraciəti əsasında həmin əraziyə baxış keçirilmiş, kamiral işlər zamanı DWJ baza məlumatlarını naturadakı mövcud vəziyyətə gətirilərək əldə etdikləri faktiki koordinatları GPS aparatına yığıb AZPOS şəbəkəsinə qoşularaq naturada 0.20 hektar torpaq sahəsinin yeri və sərhədləri müəyyən edilmiş və mərz nişanları qoyulmuş, **********01 reyestr nömrəli çıxarış və texniki pasporta əsasən 0.20 hektar torpaq sahəsi naturada bir başqa vətəndaşın istifadəsində olduğu və hər tərəfdən sərhəd daxilində olduğu, JN-252F və JN253F nömrəli şəhadətnamələr faktiki göstərilən torpaq sahəsindən şimal tərəfdə yerləşdiyi və göstərilən 0.20 hektar torpaq sahəsi ilə üst-üstə düşmə faktının aşkar edilmədiyi müəyyən olunmuş və aparılmış araşdırmanın nəticəsi olaraq 21 dekabr 2018-ci il tarixli Akt tərtib olunmuşdur. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Cavabdeh DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyətinə münasibət bildirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə işə DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini qərara almışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. JN-252B KOD 40711018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 11 fevral 1998-ci il tarixli 68 saylı qərarı ilə Cavabdeh1 mülkiyyətinə İsayıllı rayonu, Qalacıq kəndi ərazisindən 0.26 hektar həyətyanı torpaq sahəsi verilmişdir. JN-252F KOD 40711018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 11 fevral 1998-ci il tarixli 68 saylı qərarı ilə Cavabdeh1 mülkiyyətinə İsayıllı rayonu, Qalacıq kəndi ərazisindən 0.24 hektar həyətyanı torpaq sahəsi verilmişdir. 12 aprel 2007-ci il tarixli MH seriyalı ******* nömrəli Çıxarış və Çıxarışa əlavə edilmiş fərdi yaşayış evinin texniki pasportundan müəyyən edilir ki, İsmayıllı rayonu, Qalacıq kəndi ərazisində olan 0.24 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 152 kv.metr yaşayış,155.4 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 170 nömrəli vərəqində qeydə alınaraq 12 aprel 2007-ci il tarixli MH seriyalı ******* nömrəli Çıxarış və fərdi yaşayış evinin texniki pasportu verilmişdir. 29 iyul 2017-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarış və Çıxarışa əlavə edilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədindən müəyyən edilir ki, İsmayıllı rayonu, Qalacıq kəndi ərazisində yerləşən, 0.20 hektar kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi DƏDRX-nin 9 saylı Əraqzi İdarəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü sənədində şərti işarələrlə qeyd edilən sərhədlər daxilində daşınmaz əmlakın dövlət reyestrində 103 nömrəli reyestr kitabının 33 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi, **********01 reyestr nömrəsi ilə İddiaçı adına qeydə alınaraq 29 iyul 2017-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarış və Torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Qalacıq Bələdiyyəsinin sədri Zöhrə Şalbuzova, ƏMDK-nin Qəbələ ərazi şöbəsinin nümayəndəsi Asim İmaməliyev, DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin İsmayıllı rayon şöbəsinin nümayəndəsi Nurlan İsgəndərov, Şəki LTİ-nin Qəbələ rayon şöbəsinin nümayəndəsi Urfan Qədirov və İddiaçı adından 7E-8916 nömrəli etibarnamə ilə çıxış edən Qaçay Şahbazov tərəfindən təsdiq edilmiş 21 dekabr 2018-ci il tarixli Aktın surətindən görünür ki, 29.07.2017-ci il tarixli **********01 reyestr nömrəli çıxarış və texniki pasporta əsasən İsmayıllı rayonu Qalacıq kəndində yerləşən 0.20 hektar torpaq sahəsinin mülkiyyətçisi İddiaçı nümayəndəsi X5 0.20 hektar torpaq sahəsinin yerini və sərhədlərinin göstərilməsi ilə bağlı DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə 14.11.2018-ci il tarixli müraciəti əsasında həmin əraziyə baxış keçirilmiş, kamiral işlər zamanı DWJ baza məlumatlarını naturadakı mövcud vəziyyətə gətirərək əldə edilmiş faktiki koordinatları GPS aparatına yığıb AZPOS şəbəkəsinə qoşularaq naturada 0.20 hektar torpaq sahəsinin yeri və sərhədləri müəyyən edilmiş, mərz nişanları qoyulmuş, **********01 reyestr nömrəli çıxarış və texniki pasporta əsasən 0.20 hektar torpaq sahəsi naturada bir başqa vətəndaşın istifadəsində olduğu, hər tərəfdən sərhəd daxilində olduğu, JN-252F və JN253F nömrəli şəhadətnamələr faktiki göstərilən torpaq sahəsindən şimal tərəfdə yerləşdiyi və göstərilən 0.20 hektar torpaq sahəsi ilə üst-üstə düşmə faktının aşkar edilmədiyi müəyyən olunmuşdur. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-395/2021 saylı qanuni qüvvəyə minmiş qərarından müəyyən edilir ki, iddiaçılar Cavabdeh1 və X1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi və üçüncü şəxs Əliyeva Mehparə Muxtar qızına qarşı İsmayıllı rayon Qalacıq kəndində yerləşən 0.20 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair X2 adına DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən 29 iyul 2017-ci il tarixdə verilmiş,daşınmaz əmlakın dövlət reyestrində 103 nömrəli reyestr kitabının 33-cü səhifəsində **********01 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış RX seriyalı ******* saylı Çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən İsmayıllı rayonu, Qalacıq kəndi ərazisində yerləşən, 0.20 hektar torpaq sahəsi torpaq sahəsinin planı və ölçüsü sənədində şərti işarələrlə qeyd edilən sərhədlər daxilində daşınmaz əmlakın dövlət reyestrində 103 nömrəli reyestr kitabının 33 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi, **********01 reyestr nömrəsi ilə İddiaçı adına qeydə alınaraq 29 iyul 2017-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarış və Torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Aqrar İslahat Komissiyasının 11 fevral 1998-ci il tarixli 68 nömrəli qərarları ilə İsmayıllı rayonu, Qalacıq kəndi ərazisindən JN-252B KOD 40711018 nömrəli şəhadətnaməyə əsasən 0.26 hektar və JN-252F KOD 40711018 nömrəli şəhadətnaməyə əsasən 0.24 hektar torpaq sahəsi Cavabdeh1 mülkiyyətinə verilmişdir. Bundan əlavə DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən İsmayıllı rayonu, Qalacıq kəndi ərazisində yerləşən 0.24 hektar torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunmuş 2 mərtəbəli, 6 otaqlı, 152 kv.metr yaşayış, 155.4 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 170 nömrəli vərəqində qeydə alınaraq 12 aprel 2007-ci il tarixli MH seriyalı ******* nömrəli Çıxarış və fərdi yaşayış evinin texniki pasportu verilmişdir. İddiaçının mülkiyyətində olan 0.20 hektar torpaq sahəsinin sərhədlərinin yerində müəyyən edilməsi üçün DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə 14.11.2018-ci il tarixli müraciəti əsasında həmin əraziyə baxış keçirilmiş, kamiral işlər zamanı DWJ baza məlumatları naturadakı mövcud vəziyyətə gətirilərək əldə edilmiş faktiki koordinatları GPS aparatına yığıb AZPOS şəbəkəsinə qoşularaq naturada 0.20 hektar torpaq sahəsinin yeri və sərhədləri müəyyən edilmiş, mərz nişanları qoyulmuş, **********01 reyestr nömrəli çıxarış və texniki pasporta əsasən 0.20 hektar torpaq sahəsi naturada bir başqa vətəndaşın istifadəsində olduğu,hər tərəfdən sərhəd daxilində olduğu, JN-252F və JN253F nömrəli şəhadətnamələr faktiki göstərilən torpaq sahəsindən şimal tərəfdə yerləşdiyi, göstərilən 0.20 hektar torpaq sahəsi ilə üst-üstə düşmə faktının aşkar edilmədiyi müəyyən olunmuş və aparılmış araşdırmanın nəticəsi olaraq 21 dekabr 2018-ci il tarixli Akt tərtib olunmuşdur. İddiaçı İsmayıllı rayonu, Qalacıq kəndi ərazisində yerləşən DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 29 iyul 2017-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışa əsasən mülkiyyətində olan 0.20 hektar torpaq sahəsindən Cavabdeh1 çıxarılmasının tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh1 iddiaçıya məxsus torpaq sahəsinin ona məxsus torpaq sahəsindən 100 metr məsafədə yerləşdiyini, iddiaçının mülkiyyətində olan 0.20 hektar torpaq sahəsi ona məxsus torpaq sahəsində yerləşmədiyini, iddiaçının mülkiyyətində olan torpaq sahəsini zəbt etmədiyini bildirir və iddia tələbini əsassız hesab edərək təmin edilməməsini xahiş edir. Cavabdeh Qalacıq Bələdiyyəsinin nümayəndəsi Zöhrə Şalbuzova iddiaçının mülkiyyətində olan torpaq sahəsinin İsmayıllı rayonu, Qalacıq kəndi ərazisində Cavabdeh1 məxsus torpaq sahəsinin yerləşdiyi ərazidə olduğunu bildirir və iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Cavabdeh DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən onun iddia tələbinə münasibətini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-152.4-ci maddələrinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyinin həyata keçirilməsinin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda,gəlir, artım, bəhər törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddaratını təmin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə,qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Тоrpaq Məcəlləsinin 67-ci maddəsinin 4-cü bəndinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Azərbaycan Respublikası MPM-nin 14.2 və 77.1-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tərəflərin izahatlarına və mülki işin məhkəmə iclasında tədqiq edilmiş materiallarına məcmu halında qiymət verərək hesab edir ki, cavabdeh iddiaçının mülkiyyətində olan 0.20 hektar torpaq sahəsinin özünün mülkiyyətində olan torpaq sahəsindən 100 metr aralıda yerləşdiyini iddia edərək zəbt etməsi və iddiaçının zəbt edilmiş torpaq sahəsindən istifadə etməsinə icazə verməməsi, sonuncunun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının məhdudlaşması ilə nəticələnir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməli və Cavabdeh1 DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 29 iyul 2017-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan İsmayıllı rayonu, Qalacıq kəndi ərazisində yerləşən 0.20 hektar torpaq sahəsindən çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh1 DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 29 iyul 2017-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan İsmayıllı rayonu, Qalacıq kəndi ərazisində yerləşən 0.20 hektar torpaq sahəsindən çıxarılsın. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-3/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-3/2021
17.11.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver