Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-3/2022 21.07.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh və üçüncü şəxs İsmayıllı rayon İstehsal-İstehlak Kooperativinə qarşı torpaq sahəsindən və obyektdən məcburi çıxarma, özbaşına istifadəyə son qoyulması, bütün istifadə müddətinə görə haqqın və əsassız varlanma məbləğinin məcburi alınması tələbinə dair iddiası, Cavabdeh İddiaçı qarşı icarəsində olan “Topçu” istirahət mərkəzi adlanan obyektdən İddiaçı çıxarılması tələbi barədə qarşılıqlı iddiasına dair mülki işə 21 iyul 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Dövlət aktlarının qeydiyyat kitabında xx.xx.2006-cı il tarixdə 361 nömrə ilə qeydiyyata alınmış JN:0531 KOD 40727018 nömrəli dövlət aktına əsasən mərhum əri X7 məxsus İsmayıllı rayonu, Topçu kəndi ərazisində 1.26 hektar torpaq sahəsində yerləşən “Topçu” istirahət mərkəzindən Cavabdeh qanunsuz istifadəsinə son qoyulmaqla həmin ərazidən məcburi çıxarılması, ərinin öldüyü 2013-cü ildən hazırkı günədək obyektdən fasiləsiz istifadə etməsi səbəbindən ötən hər 70 ay üzrə aylıq minimum 5000 manatdan olmaqla 350.000 manat obyektin yer haqqı borcu, ötən 70 ayın hər gününə minimum 1000 manatdan olmaqla cəmi 2.100.000 manat təşkil edən əsassız varlanmadan əldə edilmiş gəlirlərin hesabına 420.000 manat və dövlət rüsumu kimi ödədiyi 30 manat olmaqla, ümumilikdə cəmi 770.030 manat pulun Cavabdeh alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək icarəsində olan İsmayıllı rayonu, Topçu kəndi ərazisində yerləşən “Topçu” istirahət mərkəzi adlanan obyektdən İddiaçı çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 30 avqust 2019-cu il tarixli 2(037)-707/2019 nömrəli qərardadına əsasən qarşılıqlı iddia İddiaçı iddiasına dair mülki işlə birlikdə baxılması üçün məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmənin 30 avqust 2019-cu il tarixli 2(037)-707/2019 nömrəli qərardadına əsasən İsmatıllı rayon X2 Hakim Səlim oğlunun tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmənin 02 mart 2020-ci il tarixli 2(037)-12/2020 saylı qərardadı ilə İddiaçı Cavabdeh və üçüncü şəxs İsmayıllı rayon İstehsal-İstehlak Kooperativinə qarşı torpaq sahəsindən və obyektdən məcburi çıxarma, özbaşına istifadəyə son qoyulması, bütün istifadə müddətinə görə haqqın və əsassız varlanma məbləğinin məcburi alınması tələbinə dair iddiası, Cavabdeh İddiaçı qarşı icarəsində olan “Topçu” istirahət mərkəzi adlanan obyektdən İddiaçı çıxarılması tələbi barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə icraat, Şəki İnzibati Məhkəməsinin icraatında olan 2-1(116)-641/2020 nömrəli mülki iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək dayandırılmışdır. Məhkəmənin 26 aprel 2022-ci il tarixli 2(037)-3/2022 saylı qərardadı ilə İddiaçı Cavabdeh və üçüncü şəxs İsmayıllı rayon İstehsal-İstehlak Kooperativinə qarşı torpaq sahəsindən və obyektdən məcburi çıxarma, özbaşına istifadəyə son qoyulması, bütün istifadə müddətinə görə haqqın və əsassız varlanma məbləğinin məcburi alınması tələbinə dair iddiası, Cavabdeh İddiaçı qarşı icarəsində olan “Topçu” istirahət mərkəzi adlanan obyektdən İddiaçı çıxarılması tələbi barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə icraat Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə4 vəsatəti əsasında təzələnmişdir. İddiaçı və nümayəndələri məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən məlumat verilməsinə baxmayaraq sonuncu məhkəmə iclaslarına gəlməmişlər. İddiaçı məhkəməyə teleqram göndərərək icraatda olan mülki işin predmeti olan torpaq sahəsinə dair yeni açılmış hallar üzrə Ali Məhkəmənin Plenumuna müraciət etdiyini, müraciətinin elektron sistemə yerləşdirilərək qəbul olunduğunu, işə dair sübutlarının əsillərini məhkəməyə təqdim etdiyini, lakin işə dair yekun qərar qəbul edilmədiyini, yeni açılmış hallar üzrə plenum qərarı qəbul edilənədək hazırkı işin icraatının dayandırılmasını və ya qeyri-müəyyən vaxta təxirə salınmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi Nümayəndə4 məhkəməyə ərizə təqdim edərək işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. İddiaçı hazırkı işin icraatının dayandırılması və ya qeyri-müəyyən vaxta təxirə salınmasına dair məhkəməyə əsaslı sübut təqdim etmədiyindən və məhkəmə iclasına gəlmədiyindən məhkəmə işə İddiaçı və nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını qərara almışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İsmayıllı rayon Topçu kənd sakini olmuş X11 ilə xx.xx.1982-ci ildən rəsmi nikaha daxil olmuşdur. Həmin vaxtlardan əri İsmayıllı rayon istehsal-istehlak cəmiyyəti sistemində işləməklə Topçu kəndindəki mağazanın müdiri olmuşdur. 1989-cu ildən əri İsmayıllı rayon kənd istehsal-istehlak cəmiyyətinin (selpo) direktoru olmuş, 1992-ci ildən rayon istehsal-istehlak cəmiyyətinin (raypo) Topçu kəndində yerləşən vaxtilə Topçu yeməkxanası kimi tanınan, hazırkı “Topçu” istirahət mərkəzini idarə etməyə başlamışdır. 2000-ci ildən başlamaqla orada müxtəlif əlavə tikili və qurğular tikməyə başlamış, o cümlədən orada öz vəsaiti hesabına 3 otaqlı qonaq evi, aşbazxana, yemək otaqları və 6 ədəd müxtəlif köşklər və digər tikililər tikib istifadəyə vermiş, obyekti tam gücü ilə işlətməyə başlamışdır. Ərinin müraciəti əsasında İsmayıllı rayonu Topçu bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 09 saylı qərarı ilə satılmış cizgidə göstərilən sərhədlər daxilində 1.26 hektar torpaq sahəsi yaşıllıq salmaq və iaşə obyektinin tikilməsi məqsədi ilə əri Faiz Əliyevə verilmişdir. X17 adına JN:0531 KOD 40727018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktı rəsmiləşdirilmiş və Dövlət aktı xx.xx.2006-cı il tarixdə dövlət aktlarının qeydiyyat kitabında 361 nömrə ilə qeydiyyata alınmışdır. Bundan sonra ərinin səhhətində müxtəlif problemlər özünü büruzə verməyə başlamışdır. Həmin vaxtlardan Cavabdeh fürsətdən yararlanmaqla hazıra nəzir kimi ərinin ətrafında dolaşaraq “Topçu” yeməkxanasında ona “yardımçı” olmağa başlamaqla hazırda məlum olduğu kimi hazırkı problemlərin əsasını qoymuşdur. 2007-ci ilin sentyabr ayında ərinin səhəti ilə əlaqədar Moskva şəhərində müayinə və müalicə üçün getmiş və həmin ilin dekabr ayında geriyə qayıtmışdır. Daha sonra əri 2008-ci ilin noyabrın 22-də Moskva şəhərində onkoloji problemi ilə əlaqədar əməliyyat olunmuş və 2009-cu ildə Moskva ətrafında şüa müayinəsi almağa məcbur vəziyyətdə qalmışdır. Ərinin səhhətində yaranmış problemlərdən maksimum yararlanmağa başlamış,ərinin insani keyfiyyətlərindən suiistifadə edən cavabdeh ərinin 2013-cü ilin sentyabrın 14-də İsmayıllı rayonu, Topçu kəndində “miokard çatmamazlığı” səbəbindən ölümündən sonra obyekti heç nə olmamış kimi istismar etməkdə davam etmişdir. Ərinin qəfləti ölümü, yas mərasimləri və bu hadisənin ailə üzvlərinə hədsiz mənfi təsirləri ilə əlaqədar ailəsində yaranmış depressiv vəziyyət müəyyən müddət ərzində onu obyektlə bağlı məsələlərdən kənarda qalmaq məcburiyyətində qoymalı olmuşdur. 2014-cü ildə cavabdehdən maddi vəziyyətinin ağır olması, ərinin obyektinin istifadəsinə görə ona pul verməsini bildirmiş, cavabdeh də vəziyyətin yaxşı olmadığını məsələni yoluna qoyacağını vəd vermişdir. Bundan bir neçə aylar keçməsinə baxmayaraq cavabdehdən heç bir xəbər olmadıqda o yenidən Bakı şəhərindən gələrək pul tələb etdikdə cavabdeh müxtəlif vədlər verməklə onu yola salmışdır. Cavabdeh obyektdə müxtəlif işlər görməyi planlaşdırdığını və hazırda buna görə ona pul verə bilməyəcəyini, buna imkanı olan kimi pul düzəldib ona xəbər edəcəyini bildirmişdir. O, cavabdehə ərinin obyektində heç bir tikili tikməməsi və işlər görməməsini tapşırmış, ötən müddətin pulunu ödəyib obyekti boşaltmasını, obyektin bəzi şəxslərin isti aylarda 8-10000 manatdan icarəyə istədiklərini cavabdehə izah etmiş və yeri özünə qaytarmasını tələb etmişdir. 2016-cı ilin Novruz bayramı günlərində rayonda olarkən gedib cavabdehdən pul tələb etdikdə obyektdə işlər gördüyünü bildirərək ona bir az səbrli olmağını xahiş etmiş və o sonuncu dəfə cavabdehə hər ay üzrə 5000 manatdan olmaqla icarə haqqını alacağını bildirərək çıxıb getmişdir. Həmin vaxt cavabdeh yanında olan qohumunun yanında ona yol pulu adı ilə ilk dəfə 100 manat pul vermiş və o götürmək istəmədikdə bu pulu ona yol xərci kimi verdiyini və o biri pula aidiyatı olmadığını bildirmişdir. Bundan sonra bir neçə dəfə “Topçu” istirahət mərkəzinə gedərək tələblərini bildirməyinə baxmayaraq cavabdeh onun qadınlığından, ərinin ölümü ilə əlaqədar düşdüyü imkansızlıq və arxasızlıq vəziyyətindən, özünün səhhətində yaranmış problemdən maksimum sui-istifadə edib onu aldatmaqda, heç bir haqq və ya əvəz ödəmədən əmlakını tam qanunsuz istifadə etməklə faydalanmaqda davam etməkdədir. Bildirir ki, cavabdehin hər dəfə ən ağlagəlməz yalanlar və vədlər verməsindən bezərək 2018-2019-cu ilin yanvar və fevral aylarında 4 gün ərzində səhərdən axşama qədər obyektdə oturub gəlib-gedən müştərilərə, alverin və digər işlərin gedişinə şəxsən nəzarət edərək qeydlər aparmışdır. Həmin 4 gün ərzində qış fəsli günləri olmasına baxmayaraq gündəlik 1250,1400,1260 və 1840 manat dövriyyə olduğunu şəxsən müşahidə etmişdir. 2018-ci ilin avqust ayında tam iki gün ərzində obyektdə şəxsən qeydiyyat aparmış birinci gün 3200 manat, ikinci gün isə 3860 manat dövriyyə olduğunu şəxsən müşahidə etmişdir. Obyektdə olduğu həmin günlərdə də cavabdeh bir neçə dəfə ona 50 manat, 80 manat və 2 dəfə yüz manat olmaqla ümumilikdə 2013-cü ildən hazırkı vaxtadək cəmi 800 manat pul vermişdir ki, bu da ən yaxşı halda həmin obyektin bircə günlük təmiz gəlirindən də azdır.Həmin günlərdən sonra qəti olaraq rayon polis şöbəsinə cavabdehin dələduzluq, özbaşınalıq və qanunsuz hərəkətləri ilə bağlı şikayət ərizələri yazacağına, bütün ötən dövrün haqqını verməsinə, obyekti dərhal boşaltmasına dair etdiyi təsirlər də heç bir nəticə verməmişdir. Həmin vaxt cavabdeh obyekti ona satmağını, bir neçə dəfəyə olmaqla ona 200.000 manat pul verə biləcəyini, ciddi düşünməyini bildirmiş, o cavabdehdən obyektini boşaltmasını, onun qeyd edilən məbləğdən də xeyli artıq ona borclu olub verməli olduğunu ona demişdir. Bildirir ki, ərinin öldüyü 2013-cü ildən hazırkı günədək obyektin fasiləsiz olaraq cavabdehin sahibliyində və istifadəsində olması səbəbindən cavabdeh ötən hər 70 ay üzrə aylıq minimum 5000 manatdan olmaqla ona 350.000 manat icarə haqqı borcludur. Cavabdehin heç bir hüquqi və ya müqavilə əsası olmadan mülkiyyətində olan və ona heç bir aidiyyəti olmayan obyekti heç bir aylıq yer haqqı belə ödəmədən fasiləsiz olaraq 70 ay müddətində istifadə etməsi, həmin obyekti özünün işlətməyi üçün boşaldıb təhvil verməsinə dair tələblərinə əməl etməyərək onun (əmlakı olan obyektinin) hesabına əmlak (pul formasında gəlir) əldə etməsi əsassız varlanma hesab olunur. Topçu istirahət mərkəzindəki öz müşahidələri, adətən orada istirahətdə olmuş müxtəlif şəxslərin müşahidələri əsasında (bunu həmçinin eksperiment və ya müşahidə təyin etməklə və digər üsullarla da müəyyən etmək olar) tam qəti şəkildə belə nəticəyə gəlmək mümkündür ki, qış və qeyri fəsillərdəki vəziyyəti nəzərə almaqla obyektə orta hesabla hər gün 1000 manatdan az olmamaqla təmiz gəlir əldə olunur. Bu isə o deməkdir ki, obyektin aylıq təmiz gəliri 30.000 manat təşkil edir. Bu məbləği 70 ay ərzində gəlirə görə hesabladıqda bu 2.100.000 manat təşkil edir. Onda olan məlumatlara görə cavabdeh əsassız varlanmadan əldə etdiyi gəlirlərin hesabına özünün, oğulları Anar və Turalın,digər yaxınlarının adına İsmayıllı və Bakı şəhərinin müxtəlif yerlərində daşınmaz əmlak əldə etmişdir.Hesab edir ki,cavabdehin əsassız varlanma qaydasında əldə etdiyi gəlirlərin də ən azı 5/1 hissəsi və ya 20%-i onun xeyrinə alınıb qaytarılmalıdır. Bu hesabla cavabdehdən onun xeyrinə 420.000 manat alınıb verilməlidir. Cavabdehin ərinin və hazırda vərəsəlik qaydasında onun mülkiyyətini bu qaydada qəsb etməsi və uzun müddət ərzində heç bir haqq ödəmədən ələ keçirməsi qəti şəkildə qanunsuz olmaqla yolverilməzdir və dələduzluqdur. Odur ki, qeyd olunan məsələlərə məhkəmə qaydasında baxılıb həll edilməsi üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, Dövlət aktlarının qeydiyyat kitabında xx.xx.2006-cı il tarixdə 361 nömrə ilə qeydiyyata alınmış JN:0531 KOD 40727018 nömrəli dövlət aktına əsasən mərhum əri X7 məxsus İsmayıllı rayonu, Topçu kəndi ərazisində 1.26 hektar torpaq sahəsində yerləşən “Topçu” istirahət mərkəzindən Cavabdeh qanunsuz istifadəsinə son qoyulmaqla həmin ərazidən məcburi qaydada çıxarılması, ərinin öldüyü 2013-cü ildən hazırkı günədək obyektdən fasiləsiz istifadə etməsi səbəbindən ötən hər 70 ay üzrə aylıq minimum 5000 manatdan olmaqla 350.000 manat obyektin yer haqqı borcu, ötən 70 ayın hər gününə minimum 1000 manatdan olmaqla cəmi 2.100.000 manat təşkil edən əsassız varlanmadan əldə edilmiş gəlirlərin hesabına 420.000 manat və dövlət rüsumu kimi ödədiyi 30 manat olmaqla, ümumilikdə cəmi 770.030 manat pulun Cavabdeh alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında qarşılıqlı iddia tələbini müdafiə etdiyini, ilkin iddia tələbini isə qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, İddiaçı ona qarşı olan iddia tələbi əsassızdır. Belə ki, İddiaçı mübahisələndirdiyi obyekt nə onun nə də Naibə Əliyenanın deyil və heç bir vaxt da olmayıbdır. Həmin obyekt 1977-ci ildə tikilib və İsmayıllı rayon İstehsal-İstehlak Kooperativinin əmlakıdır və həmin əmlakın altında yerləşən 0.60 hektar torpaq sahəsi dövlət mülkiyyətində olmaqla İsmayıllı rayon İstehsal-İstehlak Kooperativinin istifadəsindədir.Obyekt tikildiyi vaxtdan hazırkı vaxtadək o da daxil olmaqla müxtəlif şəxslər tərəfindən işlədilib və 01 yanvar 2014-cü il tarixdən hal-hazırkı vaxta kimi hər il təzələnən icarə müqavilələrinə əsasən onun icarəsindədir və həmin obyekt hazırda onun tərəfindən işlədilir. Müəyyən olunmuş icarə haqqını, müəyyən olunmuş vaxt ərzində vaxtlı vaxtında ödəyir. Qeyd edilən obyektdə 2014-cü ildən sonra mülkiyyətçinin razılığı ilə onun tərəfindən müəyyən tikinti işləri aparılmışdır.Obyektin 2013-cü il tarixinə olan vəziyyətini lentə alaraq saxlamış, diskin bir surətini ərizəsinə əlavə etmişdir. İddiaçı iddia ərizəsində güya mərhum əri tərəfindən orada hər hansı tikinti işləri aparması haqqında göstərilənlər həqiqəti əks etdirmir. Belə ki, 2013-cü il tarixinə kimi olan tikililər mülkiyyətçiyə aid olan tikililərdir. Yəni obyektin İddiaçı heç bir aidiyatı yoxdur. İddiaçı ərizəsinə əlavə etdiyi torpaq sahəsinin mülkiyyətə verilməsinə dair Dövlət aktı ilə əlaqədar olaraq bildirir ki, obyektin altında yerləşən torpaq sahəsi tikinti altı torpaq kimi dövlət mülkiyyətindədir və həmin kateqoriya torpaqların satılması ancaq Dövlət Əmlak Komitəsi tərəfindən aparıla bilər və qeyd edilən torpaq sahəsi hələlik heç kimə satılmamışdır. Topçu bələdiyyəsinin öz mülkiyyətində olmayan torpaq sahəsini satmaq səlahiyyəti yoxdur. İddiaçı ərizəsinə əlavə etdiyi torpağın mülkiyətə verilməsinə dair JN:0531 KOD 40727018 nömrəli Dövlət aktının nə qədər həqiqət olduğunu və ya cizgidə göstərilmiş torpaq sahəsinin naturada harada yerləşdiyini məhkəmə,müvafiq dövlət qurumları tərəfindən araşdırılma aparıldıqdan sonra müəyyən etmək olsa da bir daha bildirir ki, obyektin altında yerləşən torpaq sahəsi dövlət mülkiyyətində olmaqla İsmayıllı rayon İstehsal-İstehlak Kooperativinin istifadəsindədir. İddiaçı özü-özünü mülkiyyətçi adlandıraraq bir müddətdir ki, heç kimdən icazə almadan gəlib obyektdə oturaraq iş rejiminə maneə olur, hər işə qarışaraq işçilərin əlavə yüklənməsinə səbəb olur və bu da iaşə obyektinin normal işləməsinə maneçiliklər törədir. O, İddiaçı qadın olmasını, mərhum ərinin onun yaxın dostu olmasını,bir müddət bəzi işlərdə ortaqlı iş görmələrini nəzərə alaraq və mərhum ərinin ruhuna hörmət mənasında İddiaçı müəyyən miqdarda pul verməklə hörmət göstərmişdir. Artıq görür ki, onun hörmətləri əbəs imiş və İddiaçı obyekti özününki sayaraq ona qarşı məhkəmədə iddia qaldırmışdır. İddiaçı ona qarşı qaldırdığı iddanın heç bir əsası yoxdur.Belə ki, “Topçu” istirahət mərkəzi icarə müqaviləsi əsasında onun tərəfindən istifadə edilir.İddiaçı mərhum X17 mülkiyyətində olan 1.26 hektar torpaq sahəsinin İsmayıllı rayon ZDS İcraiyyə Komitəsinin 20 may 1975-ci il tarixli 12 saylı qərarı ilə İsmayıllı rayon X3 rayon Topçu kəndinin girəcəyində yolun kənarında, sol tərəfdə yeməkxana binasının tikintisi üçün ayrılmış 0.60 hektar torpaq sahəsi ilə üst-üstə düşən hissəsi Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-68/2021 saylı qərarı ilə ləğv edilmişdir.Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1 (116)-68/2021 saylı qərarı qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün İsmayıllı rayon Topçu bələdiyyəsinə göndərilmiş,Topçu bələdiyyəsinin 10 may 2022-ci il tarixli 10 saylı iclas protokolundan Çıxarış əsasında İsmayıllı rayon Topçu bələdiyyəsinin 1.26 hektar torpaq sahəsinin Faiz Əliyevə satılması haqqında 24 sentyabr 2003-cü il tarixli 9 nömrəli qərarı ləğv edilmişdir. O, ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilərək icarəsində olan İsmayıllı rayonu, Topçu kəndi ərazisində yerləşən “Topçu” istirahət mərkəzi adlanan obyektdən İddiaçı çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh nümayəndəsi Nümayəndə4 məhkəmə iclasında qarşılıqlı iddia tələbini müdafiə etdiyini, ilkin iddia tələbini isə qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı rayon ZDS İcraiyyə Komitəsinin 20 may 1975-ci il tarixli 12 saylı qərarı ilə İsmayıllı rayon Kooperativlər İttifaqının nəznində İsmayıllı rayon Topçu kəndinin girəcəyində yolun kənarında sol tərəfdə yeməkxana binasının tikintisi üçün 0.60 hektar torpaq sahəsi ayrılmışdır. Həmin ərazidə 1977-ci ildə yeməkxana binası tikilmişdir. 1977-ci ildən yeməkxana binası İsmayıllı rayon İstehsal-İstehlak Kooperativinin balansına verilmişdir. Qeyd edilən yeməkxana binası ayrı-ayrı vaxtlarda müxtəlif şəxslərə icarəyə verilmişdir. 2011-2013-cü illərdə yeməkxana binası Faiz Əliyevə icarəyə verilmişdir. 2013cü ilin sentyabr ayında Faiz Əliyev vəfat etdikdən sonra yeməkxana binası 2014-cü ilin yanvar ayına kimi bağlı qalmışdır. 2014-cü ilin yanvarın 7-dən yeməkxana binası illik icarə haqqının ödənilməsi şərti ilə İsmayıllı rayon Qurbanəfəndi kənd sakini Cavabdeh icarəyə verilmişdir. Hazırda yeməkxana binası Cavabdeh tərəfindən istifadə olunur və icarə haqları vaxtlı-vaxtında İsmayıllı rayon İstehsal-İstehlak Kooperativinə ödənilir. Yeməkxana binası Cavabdeh icarəyə verilərkən həmin ərazidə bir ədəd mətbəx binası, bir ədəd sanitar qovşaq, bir ədəd bulaq, bir ədəd elektrik peçi, bir ədəd soyuducu şkaf, bir ədəd soyuducu piştaxta və bir ədəd nəzarət kassa aparatı olmuşdur.Cavabdeh sonradan yeməkxana binasının yerləşdiyi ərazidə öz vəsaiti hesabına əlavə tikililər inşa etmişdir. Məhkəmə araşdırması zamanı alınmış mütəxəssis rəyində torpağın mülkiyətə verilməsinə dair JN:0531 KOD 40727018 nömrəli dövlət aktında Faiz Əliyevin mülkiyyəti kimi göstərilən 1.26 hektar torpaq sahəsinin 0.58 hektarı hissəsinin İsmayıllı rayon ZDS icraiyyə komitəsinin 20 may 1975-ci il tarixli 12 saylı qərarı ilə İsmayıllı rayon X3 rayon Topçu kəndinin girəcəyində yolun kənarında, sol tərəfdə yeməkxana binasının tikintisi üçün ayrılmış və 1977-ci il tarixdə tikilərək fəaliyyət göstərən “Topçu” yeməkxanasının qanuni istifadəsində olan və tikinti altında yerləşən 0.60 hektar torpaq sahəsinin cizgiləri ilə üstüstə düşdüyü qeyd olunmuşdur. İsmayıllı rayon İstehsal-İstehlak Kooperativi cavabdeh İsmayıllı rayon Topçu bələdiyyəsi və üçüncü şəxslər DƏDRX-nin 9 saylı Ərazi İdarəsi, İddiaçı və X14 qarşı “İsmayıllı rayon ZDS İcraiyyə Komitəsinin 20 may 1975-ci il tarixli 12 saylı qərarı ilə İsmayıllı rayon X3 rayon Topçu kəndinin girəcəyində yolun kənarında, sol tərəfdə yeməkxana binasının tikintisi üçün ayrılmış 0.60 hektar torpaq sahəsi ilə üst-üstə düşən hissədə torpaq sahəsinin Faiz Əliyevə satılması haqqında Topçu bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 09 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair Şəki İnzibati Məhkəməsinə müraciət olunmuşdur. Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2- 1(116)-68/2021 saylı qərarı ilə iddia tələbi təmin edilərək cavabdeh İsmayıllı rayon Topçu bələdiyyəsinin 1.26 hektar torpaq sahəsinin Faiz Əliyevə satılması haqqında 24 sentyabr 2003-cü il tarixli 09 nömrəli qərarı İsmayıllı rayon ZDS İcraiyyə Komitəsinin 20 may 1975-ci il tarixli 12 saylı qərarı ilə İsmayıllı rayon X3 rayon Topçu kəndinin girəcəyində yolun kənarında, sol tərəfdə yeməkxana binasının tikintisi üçün ayrılmış 0.60 hektar torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi qərara alınmışdır. Üçüncü şəxs İddiaçı Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1 (116)-68/2021 saylı qərarından apelyasiya şikayəti vermiş və Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(107)-393/2021 saylı qərarı ilə apelyasiya şikayəti təmin edilməyərək Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-68/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Üçüncü şəxs İddiaçı Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(107)-393/2021 saylı qərarından kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-107/2022 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməyərək Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(107)-393/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-68/2021 saylı qərarı qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün İsmayıllı rayon Topçu bələdiyyəsinə göndərilmişdir. İsmayıllı rayon Topçu bələdiyyəsinin 10 may 2022-ci il tarixli 10 saylı iclas protokolundan Çıxarış əsasında İsmayıllı rayon Topçu bələdiyyəsinin 1.26 hektar torpaq sahəsinin Faiz Əliyevə satılması haqqında 24 sentyabr 2003-cü il tarixli 9 nömrəli qərarı ilə İsmayıllı rayonu Topçu kəndi ərazisində ayrılmış torpaq sahəsinin İsmayıllı rayon ZDS İcraiyyə Komitəsinin 20 may 1975-ci il tarixli 12 saylı qərarı ilə İsmayıllı rayon X3 rayon Topçu kəndinin girəcəyində yolun kənarında, sol tərəfdə yeməkxana binasının tikintisi üçün ayrılmış 0.60 hektar torpaq sahəsi ilə üst-üstə düşdüyündən İsmayıllı rayon Topçu bələdiyyəsinin 24 sentyabr 2003-cü il tarixli 9 nömrəli qərarı ləğv edilmişdir.O,ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilərək Cavabdeh icarəsində olan İsmayıllı rayonu, Topçu kəndi ərazisində yerləşən “Topçu” istirahət mərkəzi adlanan obyektdən İddiaçı çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Üçüncü şəxs İsmayıllı rayon İstehsal-İstehlak Kooperativinin nümayəndəsi Nümayəndə3 izahat verərək göstərdi ki, o, əvvəllər İsmayıllı rayon İstehsal-İstehlak Kooperativində mühasib vəzifəsində işləmişdir. 20 iyun 2019-cu il tarixdən isə İsmayıllı rayon İstehsal-İstehlak Kooperativi müvəkkillərinin yığıncağının qərarı ilə idarə heyətinin sədri vəzifəsinə seçilmişdir. İsmayıllı rayon ZDS İcraiyyə Komitəsinin 20 may 1975-ci il tarixli 12 saylı qərarı ilə İsmayıllı rayon Kooperativlər İttifaqının nəznində İsmayıllı rayon Topçu kəndinin girəcəyində yolun kənarında sol tərəfdə yeməkxana binasının tikintisi üçün 0.60 hektar torpaq sahəsi ayrılmışdır. Həmin ərazidə 1977-ci ildə yeməkxana binası tikilmişdir. 1977-ci ildən yeməkxana binası İsmayıllı rayon İstehsal-İstehlak Kooperativinin balansına verilmişdir. Qeyd edilən yeməkxana binası ayrı-ayrı vaxtlarda müxtəlif şəxslərə icarəyə verilmişdir. 2011-2013-cü illərdə yeməkxana binası Faiz Əliyevə icarəyə verildiyi müddətdə İsmayıllı rayon İstehsal-İstehlak Kooperativində mühasib vəzifəsində işləmişdir. 2013-cü ilin sentyabr ayında Faiz Əliyev vəfat etdikdən sonra yeməkxana binası 2014-cü ilin yanvar ayına kimi bağlı qalmışdır. 2014-cü ilin yanvarın 7-dən yeməkxana binası illik icarə haqqının ödənilməsi şərti ilə İsmayıllı rayon Qurbanəfəndi kənd sakini Cavabdeh icarəyə verilmişdir.Hazırda yeməkxana binası Cavabdeh tərəfindən istifadə olunur və icarə haqları vaxtlı-vaxtında İsmayıllı rayon İstehsal-İstehlak Kooperativinə ödənilir. Yeməkxana binası Cavabdeh icarəyə verilərkən həmin ərazidə bir ədəd mətbəx binası, bir ədəd sanitar qovşaq, bir ədəd bulaq, bir ədəd elektrik peçi, bir ədəd soyuducu şkaf, bir ədəd soyuducu piştaxta və bir ədəd nəzarət kassa aparatı olmuşdur. Cavabdeh sonradan yeməkxana binasının yerləşdiyi ərazidə öz vəsaiti hesabına əlavə tikililər inşa etmişdir. Məhkəmə araşdırması zamanı alınmış mütəxəssis rəyində torpağın mülkiyətə verilməsinə dair JN:0531 KOD 40727018 nömrəli dövlət aktında Faiz Əliyevin mülkiyyəti kimi göstərilən 1.26 hektar torpaq sahəsinin 0.58 hektarı hissəsinin İsmayıllı rayon ZDS icraiyyə komitəsinin 20 may 1975-ci il tarixli 12 saylı qərarı ilə İsmayıllı rayon X3 rayon Topçu kəndinin girəcəyində yolun kənarında, sol tərəfdə yeməkxana binasının tikintisi üçün ayrılmış və 1977-ci il tarixdə tikilərək fəaliyyət göstərən “Topçu” yeməkxanasının qanuni istifadəsində olan və tikinti altında yerləşən 0.60 hektar torpaq sahəsinin cizgiləri ilə üstüstə düşdüyü qeyd olunmuşdur. Ona görə də İsmayıllı rayon İstehsal-İstehlak Kooperativi cavabdeh İsmayıllı rayon Topçu bələdiyyəsi və üçüncü şəxslər DƏDRX-nin 9 saylı Ərazi İdarəsi, İddiaçı və X14 qarşı “İsmayıllı rayon ZDS İcraiyyə Komitəsinin 20 may 1975-ci il tarixli 12 saylı qərarı ilə İsmayıllı rayon X3 rayon Topçu kəndinin girəcəyində yolun kənarında, sol tərəfdə yeməkxana binasının tikintisi üçün ayrılmış 0.60 hektar torpaq sahəsi ilə üst-üstə düşən hissədə torpaq sahəsinin Faiz Əliyevə satılması haqqında Topçu bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 09 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair Şəki İnzibati Məhkəməsinə müraciət olunmuşdur. Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1 (116)-68/2021 saylı qərarı ilə iddia tələbi təmin edilərək cavabdeh İsmayıllı rayon Topçu bələdiyyəsinin 1.26 hektar torpaq sahəsinin X1 haqqında 24 sentyabr 2003-cü il tarixli 09 nömrəli qərarı İsmayıllı rayon ZDS İcraiyyə Komitəsinin 20 may 1975-ci il tarixli 12 saylı qərarı ilə İsmayıllı rayon X3 rayon Topçu kəndinin girəcəyində yolun kənarında, sol tərəfdə yeməkxana binasının tikintisi üçün ayrılmış 0.60 hektar torpaq sahəsi ilə üstüstə düşən hissədə ləğv edilməsi qərara alınmışdır. Üçüncü şəxs İddiaçı Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-68/2021 saylı qərarından apelyasiya şikayəti vermiş və Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2- 1(107)-393/2021 saylı qərarı ilə apelyasiya şikayəti təmin edilməyərək Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-68/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.Üçüncü şəxs İddiaçı Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(107)-393/2021 saylı qərarından kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-107/2022 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməyərək Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(107)-393/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-68/2021 saylı qərarı qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün İsmayıllı rayon Topçu bələdiyyəsinə göndərilmişdir. İsmayıllı rayon Topçu bələdiyyəsinin 10 may 2022-ci il tarixli 10 saylı iclas protokolundan Çıxarış əsasında İsmayıllı rayon Topçu bələdiyyəsinin 1.26 hektar torpaq sahəsinin X1 haqqında 24 sentyabr 2003-cü il tarixli 9 nömrəli qərarı ilə İsmayıllı rayonu Topçu kəndi ərazisində ayrılmış torpaq sahəsinin İsmayıllı rayon ZDS İcraiyyə Komitəsinin 20 may 1975-ci il tarixli 12 saylı qərarı ilə İsmayıllı rayon X3 rayon Topçu kəndinin girəcəyində yolun kənarında, sol tərəfdə yeməkxana binasının tikintisi üçün ayrılmış 0.60 hektar torpaq sahəsi ilə üstüstə düşdüyündən İsmayıllı rayon Topçu bələdiyyəsinin 24 sentyabr 2003-cü il tarixli 9 nömrəli qərarı ləğv edilmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə Cavabdeh və nümayəndəsi Nümayəndə4 və üçüncü şəxs İsmayıllı rayon İstehsal-İstehlak Kooperativinin nümayəndəsi Nümayəndə3 izahatlarını dinləyib, ilkin və qarşılıqlı iddia ərizələrini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ilkin iddia tələbi əsassız olduğundan rədd edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməlidir. 20 avqust 1982-ci il tarixli İİ-ЖГ №487906 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X11 ilə İddiaçı 20 avqust 1982-ci ildə ailə quraraq nikahlarını İsmayıllı rayonu, Sumağallı kəndində rəsmiləşdirmişlər və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1982-ci ilin avqust ayının 20də 09 nömrə ilə qeyd edilmişdir. 08 may 2006-cı il tarixli JN-0531 KOD 40727018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının təsdiq olunmuş surətindən görünür ki, İsmayıllı rayon Topçu Bələdiyyəsinin 24 sentyabr 2003-cü il tarixli 09 saylı qərarı ilə X4 mülkiyyətinə İsayıllı rayonu, Topçu kəndi ərazisindən 1.26 hektar torpaq sahəsi yaşıllıq salmaq və iaşə obyektinin tikilməsi məqsədi ilə verilmişdir. 18 sentyabr 2013-cü il tarixli AZ-İ №606527 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X11 14 sentyabr 2013-cü il tarixdə “Miokard çatmamazlığı” xəstəliyindən İsmayıllı rayon Topçu kəndində vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2013-cü ilin sentyabr ayının 18 günündə 09 nömrə ilə qeyd edilmişdir. 07 yanvar 2014, 03 yanvar 2015, 05 yanvar 2016, 03 yanvar 2017, 03 yanvar 2018, 03 yanvar 2019 və 03 yanvar 2022-ci il tarixli xidmət müqavilələri və müqavilələrə əlavə edilmiş kassa mədaxil orderlərinin təsdiq olunmuş surətlərindən görünür ki, İsmayıllı rayon İstehsal-İstehlak Kooperativi ilə İsmayıllı rayon Qurbanəfəndi kənd sakini Cavabdeh arasında 07 yanvar 2014, 03 yanvar 2015, 05 yanvar 2016, 03 yanvar 2017, 03 yanvar 2018, 03 yanvar 2019 və 03 yanvar 2022-ci il tarixlərdə İsmayıllı rayon Topçu kəndi ərazisndə yerləşən “Topçu” yeməkxanası binasının icarəyə verilməsinə dair xidməti müqavilələr bağlanmış və müqavilələrə əsasən Cavabdeh “Topçu” yeməkxanası binasından istifadəyə görə hər il vaxtlı-vaxtında icarə haqlarını İsmayıllı rayon İstehsal- İstehlak Kooperativinə ödəmişdir. İsmayıllı rayon İstehsal-İstehlak Kooperativinin 29 avqust 2019-cu il tarixli 24 nömrəli məktubunda İsmayıllı rayon Topçu kəndində yerləşən yeməkxana binasının 1977-ci ildə tikildiyi, balans dəyəri 7870 manat olmaqla 81.6 kv.metr təşkil etdiyi, yan divarları qırmızı kərpicdən, üst örtüyü şiferdən ibarət olmaqla yeməkxana binasında uzun müddət "xxxx" MMC-də ayrı-ayrı payçılar işlədiyi, 1977-ci il tarixdən 1983-cü ilə kimi Buynuz kənd sakini Vahid Babayev, 1983-cü il tarixdən 1990-cı ilə kimi İsmayıllı kənd sakini Məzlum Kərimov, 1990-cı il tarixdən 1994-cü ilə kimi İsmayıllı rayon Mican kənd sakini Rəfail Məmmədov,1994-cü il tarixdən 1996-cı ilə kimi Qurbanəfəndi kənd sakini Cavabdeh, 1996-cı il tarixdən 2010-cu ilə kimi Faiz Əliyev və 2010-cu il tarixdən 2011-ci ilə kimi Alik Səmədovun fəaliyyət göstərdiyi, "xxxx" MMC-də lüzumsuz xərclərin qarşısını almaq məqsədi ilə İsmayıllı rayon İstehsal-İstehlak Kooperativi müvəkkillərinin 06 sentyabr 2011ci il tarixli qərarı ilə "xxxx" MMC ləğv edilərək mülkiyyəti İsmayıllı rayon İstehsal-İstehlak Kooperativinin balansına birləşdirildiyi, həmin dövrdən 03 oktyabr 2011-ci il tarixdən sentyabr 2013-cü il tarixə kimi yeməkxana binası Topçu kənd sakini Faiz Əliyevə icarəyə verildiyi, 2013-cü ilin sentyabr ayında icarədar Faiz Əliyevin vəfat etdiyi, yeməkxana binası 2014-cü ilin yanvar ayına kimi bağlı qaldığı, keçən üç ay ərzində yeməkxana binasının icarəyə götürülməsi barədə İsmayıllı rayon İstehsal-İstehlak Kooperativinə mərhum Faiz Əliyevin ailəsi tərəfindən heç bir şifahi və yazılı müraciət olunmadığı, 07 yanvar 2014-cü il tarixdən hal-hazıra kimi illik icarə müqaviləsi bağlanaraq yeməkxana binasının Qurbanəfəndi kənd sakini Cavabdeh icarəyə verildiyi qeyd olunmuşdur. İsmayıllı rayon İstehsal-İstehlak Kooperativinin 17 sentyabr 2019-cu il tarixli 26 nömrəli 30 avqust 2019-cu il tarixli 2(037)-707 saylı müraciətə cavab məktubunda İsmayıllı rayon ZDS İcraiyyə Komitəsinin 20 may 1975-ci il tarixli 12 saylı qərarı ilə rayon Kooperativlər İttifaqının nəznində İsmayıllı rayon Topçu kəndinin girəcəyində yolun kənarında sol tərəfdə yeməkxana binasının tikintisi üçün 0.60 hektar torpaq sahəsinin ayrıldığı, ayrılmış ərazidə 1977-ci ildə yeməkxana binasının tikildiyi, İsmayıllı rayon X12 Birliyinin balansında olmaqla yeməkxana binasında uzun müddət ayrı-ayrı payçıların işlədiyi, 1977-ci il tarixdən 1983-cü ilə kimi Buynuz kənd sakini Vahid Babayev, 1983-cü il tarixdən 1990-cı ilə kimi İsmayıllı kənd sakini Məzlum Kərimov, 1990-cı il tarixdən 1994-cü ilə kimi İsmayıllı rayon Mican kənd sakini Rəfail Məmmədov,1994-cü il tarixdən 1996-cı ilə kimi Qurbanəfəndi kənd sakini Cavabdeh, 1996-cı il tarixdən 2010-cu ilə kimi Faiz Əliyev və 2010-cu il tarixdən 2011-ci ilə kimi Alik Səmədovun fəaliyyət göstərdiyi, "xxxx" MMC-də lüzumsuz xərclərin qarşısını almaq məqsədi ilə İsmayıllı rayon İstehsal-İstehlak Kooperativi müvəkkillərinin 06 sentyabr 2011-ci il tarixli və X8 20 sentyabr 2011-ci il tarixli qərarları ilə "xxxx" MMC ləğv edilərək mülkiyyəti İsmayıllı rayon İstehsal-İstehlak Kooperativinin balansına birləşdirildiyi, 03 oktyabr 2011-ci il tarixdən 2013-cü ilin sentyabrınadək yeməkxana binasının Topçu kənd sakini Faiz Əliyevə icarəyə verildiyi, 2013-cü ilin sentyabr ayında icarədar Faiz Əliyevin vəfat etdiyi, yeməkxana binasının 2014-cü ilin yanvar ayına kimi bağlı qaldığı, keçən üç ay ərzində yeməkxana binasının icarəyə götürülməsi barədə İsmayıllı rayon İstehsal-İstehlak Kooperativinə mərhum Faiz Əliyevin ailəsi tərəfindən heç bir şifahi və yazılı müraciət olunmadığı, 07 yanvar 2014-cü il tarixdən hal-hazıra kimi illik icarə müqaviləsi bağlanaraq yeməkxana binasının Qurbanəfəndi kənd sakini Cavabdeh icarəyə verildiyi, İsmayıllı rayon İstehsal-İstehlak Kooperativinin mülkiyyətində olan yeməkxana binasının tikintisi üçün ayrılmış 0.60 hektar torpaq sahəsinin dövlət mülkiyyətində olmaqla yeməkxananın istifadəsində olduğu, İsmayıllı rayon İstehsal-İstehlak Kooperativində aşağıdakı qaydalarla şəbəkələrin özəlləşdirilə bildiyi - ancaq dövr ərzində axırıncı icarədarın idarəyə ərizə ilə müraciəti olduqda və müraciətinə müvəkillər tərəfindən baxıldıqdan sonra qiymət qoyulması və razılıq alınması üçün X6 xahiş olunduğu, müsbət həllini tapdıqdan sonra sənədlərin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə göndərildiyi, sənədlərin reyestr xidmətinə göndərilərkən şəbəkənin istifadəsində olan torpaq sahəsinin keçmiş XDS İcraiyyə Komitəsi tərəfindən ayrılması barədə verilmiş arxiv sənədinin vacib sayıldığı, onun əsasında torpağın “istifadəsində” kimi göstərildiyi, şəbəkəni alan vətəndaşın torpaq sahəsini özəlləşdirmək istəsə Dövlət Əmlak Komitəsinə müraciət etdiyi, onlar tərəfindən dəqiqləşdirilərək torpağa qiymət qoyulduğu və vətəndaşın mülkiyyəti sayıldığı qeyd olunmuşdur. Milli Arxiv İdarəsinin X16 Filialının 12 sentyabr 2019-cu il tarixli 67/73 nömrəli İsmayıllı rayon ZDS İcraiyyə Komitəsinin 20 may 1975-ci il tarixli 12 saylı iclas protokolunun Arxiv Çıxarışından görünür ki, İsmayıllı rayon ZDS İcraiyyə Komitəsi İsmayıllı rayon Kooperativlər İttifaqının nəznində İsmayıllı rayon Topçu kəndinin girəcəyində yolun kənarında, sol tərəfdə, yeməkxana binasının tikilməsi üçün 0.60 hektar torpaq sahəsi ayrılmışdır. Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 30 dekabr 2019-cu il tarixli **********28 nömrəli mütəxəssis rəyindən görünür ki, işin araşdırılması üçün Şəki LTİ-nin mütəxəssisləri 10 oktyabr 2019-cu il tarixdə mübahisəli əraziyə baxış keçirərək GPS aləti vasitəsilə ölçü işləri aparmış, kamerial qaydada mərkəzin elektron bazasına əsasən araşdırma zamanı “Topçu” yeməkxanasının hal-hazırda faktiki istifadəsində olan 0.72 hektar torpaq sahəsinin 0.58 hektarı hissəsinin JN-0531 KOD 40727018 nömrəli Dövlət aktı əsasında verilmiş torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. İsmayıllı ZDS İcraiyyə Komitəsinin 20 may 1975-ci il tarixli 12 saylı iclasının qərarı ilə “Topçu” yeməkxanası binasının tikintisi üçün ayrılmış 0.60 hektar torpaq sahəsinin məlumatları elektron bazada olmadığı üçün koordinatlarını təyin etmək mümkün deyildir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-68/2021 saylı qanuni qüvvəyə minmiş qərarından müəyyən edilir ki, İsmayıllı rayon İstehsal-İstehlak Kooperativinin iddia tələbi təmin edilərək İsmayıllı rayon Topçu bələdiyyəsinin 1.26 hektar torpaq sahəsinin X1 haqqında 24 sentyabr 2003-cü il tarixli 09 nömrəli qərarı İsmayıllı rayon ZDS İcraiyyə Komitəsinin 20 may 1975-ci il tarixli 12 saylı qərarı ilə İsmayıllı rayon X3 rayon Topçu kəndinin girəcəyində yolun kənarında, sol tərəfdə yeməkxana binasının tikintisi üçün ayrılmış 0.60 hektar torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi qərara alınmışdır. Şəki Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(107)- 393/2021 saylı qərarından müəyyən edilir ki, üçüncü şəxs İddiaçı apelyasiya şikayəti təmin edilməyərək Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(116)-68/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-107/2022 saylı qərarından müəyyən edilir ki, üçüncü şəxs İddiaçı kassasiya şikayəti təmin edilməyərək Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-393/2021 nömrəli iş üzrə 15 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İsmayıllı rayon Topçu bələdiyyəsinin 10 may 2022-ci il tarixli 10 saylı iclas protokolundan Çıxarışdan görünür ki, İsmayıllı rayon Topçu bələdiyyəsinin 1.26 hektar torpaq sahəsinin Faiz Əliyevə satılması haqqında 24 sentyabr 2003-cü il tarixli 9 nömrəli qərarı ilə İsmayıllı rayon Topçu kəndi ərazisində ayrılmış torpaq sahəsinin İsmayıllı rayon ZDS İcraiyyə Komitəsinin 20 may 1975-ci il tarixli 12 saylı qərarı ilə İsmayıllı rayon X3 rayon Topçu kəndinin girəcəyində yolun kənarında, sol tərəfdə yeməkxana binasının tikintisi üçün ayrılmış 0.60 hektar torpaq sahəsi ilə üst-üstə düşdüyündən İsmayıllı rayon Topçu bələdiyyəsinin 24 sentyabr 2003-cü il tarixli 9 nömrəli qərarı ləğv edilmişdir. İsmayıllı rayon İstehsal-İstehlak Kooperativinin idarə heyətinin sədri Marif Bağıyevin “Topçu” yeməkxanasına aid arayışında Azərbaycanda kooperasiyanın 1888-ci ildə Şamaxıda (Çuxuryurdda) və Xankəndində ilk kooperativlər yarandıqdan sonra təşəkkül tapdığı, sonradan bütün regionları əhatə etdiyi, kooperativlərin fəaliyyətlərini mərkəzləşmiş qaydada idarə etmək üçün 1915-ci ildə “X9 Cəmiyyəti” adlı ittifaq təsis erdiklərini,1920-ci ildə bu ittifaqın bazasında Azərbaycan İstehlak Cəmiyyətləri İttifaqı-“Azərittifaq” təsis olunduğu, “Azərittifaq”-ın Azərbaycan müstəqillik qazanan vaxta kimi fəaliyyət göstərdiyini,ölkədə müstəqillik əldə edildikdən sonra 1996-cı ildə “Kooperasiya haqqında” Azərbaycan Respublikasının qanunu qəbul edildiyi,kooperativlərin fəaliyyətini qanunauyğun qurmaq üçün “Azərittifaqın” 1997-ci ildə keçirilən növbədənkənar XİX qurultayının Azərbaycan İstehlak Cəmiyyətləri İttifaqının adı dəyişdirilərək Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı adlandırılması haqqında qərar qəbul edildiyi, ittifaqın qısaldılmış adının “Azərittifaq” kimi saxlanıldığı,ölkənin bütün şəhərlərində və rayonlarında kooperativ təşkilatları onların əksəriyyətinin nəznində X12 birliklərinin kooperativ sənaye ticarət birliklərinin fəaliyyət göstərdiyi, “Azərittifaq”-ın tərkibinə daxil olan kooperativ təşkilatları əhaliyə pərakəndə ticarət və iaşə xidməti göstərildiyi,kənd təsərrüfatı məhsulları və xammal tədarükü,satışı,müxtəlif pullu xidmətlərin göstərilməsinin həyata keçirildiyi, “Azərittifaq”-ın öz fəaliyyətini 2003-cü ildə XX qurultayında qəbul olunmuş Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş Nizamnaməyə uyğun həyata keçirdiyi, Bununla bağlı ölkənin bütün şəhər və rayonlarında fəaliyyət göstərən kooperativ təşkilatların Nizamnamələrinin Ədliyyə Nazirliyində qeydiyyatdan keçərək adflarının dəyişdirildiyi,o cümlədən İsmayıllı rayon İstehlak Cəmiyyətinin adının dəyişdirilərək 29 dekabr 2004-cü ildə Ədliyyə Nazirliyuində təsdiq olunmuş Nizamnaməyə uyğun İsmayıllı rayon İstehsal- İstehlak Kooperativi kimi fəaliyyətini davam etdirdiyi və Nizamnaməsinin 1.1 maddəsində qeyd olunduğu kimi İsmayıllı rayon İstehlak Cəmiyyətinin bazasında yaradıldığı və onun hüquqi varisi olduğu,sovetlər dövründə İsmayıllı rayon Kooperativlər İttifaqının tərkibində İsmayıllı rayon X12 Birliyi,Kooperativ Sənaye Ticarəti Birliyi, İsmayıllı kənd İstehlak Cəmiyyəti, Şəhər İstehlak Cəmiyyəti, Lahıc kənd İstehlak Cəmiyyəti, İvanovka kənd İstehlak Cəmiyyəti, Basqal kənd İstehlak Cəmiyyəti, Qubaxəlilli kənd İstehlak Cəmiyyəti və Kürdmaşı kənd İstehlak Cəmiyyəti kimi qurumların mövcud olduğu,ötən dövr ərzində tədricən bu təşkilatların ləğv olunaraq əmlakının rayon Kooperativ Cəmiyyətinin balansına birləşdirildiyi, İsmayıllı rayon İstehsal-İstehlak Kooperativinin tərkibində fəaliyyət göstərən "xxxx" MMC-də lüzumsuz xərclərin qarşısını almaq məqsədi ilə İsmayıllı rayon İstehsal- İstehlak Kooperativi müvəkkillərinin 06 sentyabr 2011-ci il tarixli və X8 20 sentyabr 2011-ci il tarixli qərarları ilə "xxxx" MMC-nin ləğv edilərək mülkiyyətinin İsmayıllı rayon İstehsal- İstehlak Kooperativinin balansına birləşdirildiyi, İsmayıllı rayon ZDS İcraiyyə Komitəsinin 20 may 1975-ci il tarixli 12 saylı qərarı ilə rayon Kooperativlər İttifaqının nəznində İsmayıllı rayon Topçu kəndinin girəcəyində yolun kənarında sol tərəfdə yeməkxana binasının tikintisi üçün 0.60 hektar torpaq sahəsinin ayrıldığı, həmin vaxtdan hal-hazıra kimi dövlət mülkiyyətində olmaqla İsmayıllı rayon İstehsal-İstehlak Kooperativinin daimi istifadəsində olduğu, 1977-ci ildə həmin torpaq sahəsində balans dəyəri 7870 manat olan ümumi sahəsi 81.6 kv.metr, divarları qırmızı kərpicdən üst örtüyü şiferdən ibarət yeməkxana binasının tikildiyi,həmin vaxtdan hal-hazıra kimi “Topçu” yeməkxanası adı ilə fəaliyyət göstərdiyi, yeməkxanada uzun müddət "xxxx" MMC-də ayrı-ayrı payçılar işlədiyi, 1977-ci il tarixdən 1983-cü ilə kimi Buynuz kənd sakini Vahid Babayev, 1983-cü il tarixdən 1990-cı ilə kimi İsmayıllı kənd sakini Məzlum Kərimov, 1990-cı il tarixdən 1994-cü ilə kimi İsmayıllı rayon Mican kənd sakini Rəfail Məmmədov,1994-cü il tarixdən 1996-cı ilə kimi Qurbanəfəndi kənd sakini Cavabdeh, 1996-cı il tarixdən 2010-cu ilə kimi Faiz Əliyev və 2010-cu il tarixdən 2011-ci ilə kimi Alik Səmədovun fəaliyyət göstərdiyi, "xxxx" MMC-ləğv olunduğu 03 oktyabr 2011-ci il tarixdən 2013-cü ilin sentyabrınadək yeməkxana binasının Topçu kənd sakini Faiz Əliyevə icarəyə verildiyi, 2013-cü ilin sentyabr ayında icarədar Faiz Əliyevin vəfat etdiyi, yeməkxana binasının 2014-cü ilin yanvar ayına kimi bağlı qaldığı, keçən üç ay ərzində yeməkxana binasının icarəyə götürülməsi barədə İsmayıllı rayon İstehsal-İstehlak Kooperativinə mərhum Faiz Əliyevin ailəsi tərəfindən heç bir şifahi və yazılı müraciət olunmadığı, 07 yanvar 2014-cü il tarixdən hal-hazıra kimi illik müqavilə bağlanaraq yeməkxana binasının Qurbanəfəndi kənd sakini Cavabdeh icarəyə verildiyi, İsmayıllı rayon İstehsal-İstehlak Kooperativinin fəaliyyət göstərdiyi vaxtdan etibarən əvvəllər yerli Maliyyə İdarəsinə, hal-hazırda isə 10 saylı Ərazi Vergilər İdarəsinə hər il təhlil olunaraq torpaq vergisi ödənildiyi qeyd olunmuşdur. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, İsmayıllı rayon ZDS İcraiyyə Komitəsinin 20 may 1975-ci il tarixli 12 saylı qərarı ilə İsmayıllı rayon Kooperativlər İttifaqının nəznində İsmayıllı rayon Topçu kəndinin girəcəyində yolun kənarında sol tərəfdə yeməkxana binasının tikintisi üçün 0.60 hektar torpaq sahəsi ayrılmışdır. Həmin ərazidə 1977-ci ildə yeməkxana binası tikilmişdir. 1977-ci ildən yeməkxana binası İsmayıllı rayon İstehsal- İstehlak Kooperativinin balansına verilmişdir. Qeyd edilən yeməkxana binası ayrı-ayrı vaxtlarda müxtəlif şəxslərə icarəyə verilmişdir. 2011-2013-cü illərdə yeməkxana binası Faiz Əliyevə icarəyə verilmişdir. 2013-cü ilin sentyabr ayında Faiz Əliyev vəfat etdikdən sonra yeməkxana binası 2014-cü ilin yanvar ayına kimi bağlı qalmışdır. 2014-cü ilin yanvarın 7-dən yeməkxana binası illik icarə haqqının ödənilməsi şərti ilə İsmayıllı rayon Qurbanəfəndi kənd sakini Cavabdeh icarəyə verilmişdir. Hazırda yeməkxana binası Cavabdeh tərəfindən istifadə olunur və icarə haqları vaxtlı-vaxtında İsmayıllı rayon İstehsal-İstehlak Kooperativinə ödənilir. Yeməkxana binası Cavabdeh icarəyə verilərkən həmin ərazidə bir ədəd mətbəx binası, bir ədəd sanitar qovşaq, bir ədəd bulaq, bir ədəd elektrik peçi, bir ədəd soyuducu şkaf, bir ədəd soyuducu piştaxta və bir ədəd nəzarət kassa aparatı olmuşdur. Cavabdeh sonradan yeməkxana binasının yerləşdiyi ərazidə öz vəsaiti hesabına əlavə tikililər inşa etmişdir. Məhkəmə araşdırması zamanı alınmış mütəxəssis rəyində torpağın mülkiyətə verilməsinə dair JN:0531 KOD 40727018 nömrəli dövlət aktında Faiz Əliyevin mülkiyyəti kimi göstərilən 1.26 hektar torpaq sahəsinin 0.58 hektarı hissəsinin İsmayıllı rayon ZDS icraiyyə komitəsinin 20 may 1975-ci il tarixli 12 saylı qərarı ilə İsmayıllı rayon X3 rayon Topçu kəndinin girəcəyində yolun kənarında, sol tərəfdə yeməkxana binasının tikintisi üçün ayrılmış və 1977-ci il tarixdə tikilərək fəaliyyət göstərən “Topçu” yeməkxanasının qanuni istifadəsində olan və tikinti altında yerləşən 0.60 hektar torpaq sahəsinin cizgiləri ilə üst-üstə düşdüyü qeyd olunmuşdur. İsmayıllı rayon İstehsal- İstehlak Kooperativi cavabdeh İsmayıllı rayon Topçu bələdiyyəsi və üçüncü şəxslər DƏDRX-nin 9 saylı Ərazi İdarəsi, İddiaçı və X14 qarşı “İsmayıllı rayon ZDS İcraiyyə Komitəsinin 20 may 1975-ci il tarixli 12 saylı qərarı ilə İsmayıllı rayon X3 rayon Topçu kəndinin girəcəyində yolun kənarında, sol tərəfdə yeməkxana binasının tikintisi üçün ayrılmış 0.60 hektar torpaq sahəsi ilə üst-üstə düşən hissədə torpaq sahəsinin Faiz Əliyevə satılması haqqında Topçu bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 09 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair Şəki İnzibati Məhkəməsinə müraciət olunmuşdur. Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-68/2021 saylı qərarı ilə iddia tələbi təmin edilərək cavabdeh İsmayıllı rayon Topçu bələdiyyəsinin 1.26 hektar torpaq sahəsinin Faiz Əliyevə satılması haqqında 24 sentyabr 2003-cü il tarixli 09 nömrəli qərarı İsmayıllı rayon ZDS İcraiyyə Komitəsinin 20 may 1975-ci il tarixli 12 saylı qərarı ilə İsmayıllı rayon X3 rayon Topçu kəndinin girəcəyində yolun kənarında, sol tərəfdə yeməkxana binasının tikintisi üçün ayrılmış 0.60 hektar torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi qərara alınmışdır. Üçüncü şəxs İddiaçı Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1 (116)-68/2021 saylı qərarından apelyasiya şikayəti vermiş və Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(107)- 393/2021 saylı qərarı ilə Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)- 68/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Üçüncü şəxs İddiaçı Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(107)-393/2021 saylı qərarından kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-107/2022 saylı qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(107)-393/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1 (116)-68/2021 saylı qərarı qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün İsmayıllı rayon Topçu bələdiyyəsinə göndərilmişdir. İsmayıllı rayon Topçu bələdiyyəsinin 10 may 2022-ci il tarixli 10 saylı iclas protokolundan Çıxarış əsasında İsmayıllı rayon Topçu bələdiyyəsinin 1.26 hektar torpaq sahəsinin Faiz Əliyevə satılması haqqında 24 sentyabr 2003-cü il tarixli 9 nömrəli qərarı ilə İsmayıllı rayonu Topçu kəndi ərazisində ayrılmış torpaq sahəsinin İsmayıllı rayon ZDS İcraiyyə Komitəsinin 20 may 1975-ci il tarixli 12 saylı qərarı ilə İsmayıllı rayon X3 rayon Topçu kəndinin girəcəyində yolun kənarında, sol tərəfdə yeməkxana binasının tikintisi üçün ayrılmış 0.60 hektar torpaq sahəsi ilə üst-üstə düşdüyündən İsmayıllı rayon Topçu bələdiyyəsinin 24 sentyabr 2003-cü il tarixli 9 nömrəli qərarı ləğv edilmişdir. İddiaçı Dövlət aktlarının qeydiyyat kitabında xx.xx.2006-cı il tarixdə 361 nömrə ilə qeydiyyata alınmış JN:0531 KOD 40727018 nömrəli dövlət aktına əsasən mərhum əri X7 məxsus İsmayıllı rayonu, Topçu kəndi ərazisində 1.26 hektar torpaq sahəsində yerləşən “Topçu” istirahət mərkəzindən Cavabdeh qanunsuz istifadəsinə son qoyulmaqla həmin ərazidən məcburi qaydada çıxarılması,ərinin öldüyü 2013-cü ildən hazırkı günədək obyektdən fasiləsiz istifadə etməsi səbəbindən ötən hər 70 ay üzrə aylıq minimum 5000 manatdan olmaqla 350.000 manat obyektin yer haqqı borcu, ötən 70 ayın hər gününə minimum 1000 manatdan olmaqla cəmi 2.100.000 manat təşkil edən əsassız varlanmadan əldə edilmiş gəlirlərin hesabına 420.000 manat və dövlət rüsumu kimi ödədiyi 30 manat olmaqla, ümumilikdə cəmi 770.030 manat pulun Cavabdeh alınıb ona verilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı sonuncu məhkəmə iclaslarına gəlmədiyindən onun qarşılıqlı iddia tələbinə münasibətini müəyyən etmək mümkün olmamışdır. Cavabdeh və nümayəndəsi Nümayəndə4 İddiaçı iddia tələbini əsassız hesab etdiklərini bildirirlər və qarşılıqlı iddia tələbinin təmin edilməsi və ilkin iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edirlər. Üçüncü şəxs İsmayıllı rayon İstehsal-İstehlak Kooperativinin nümayəndəsi Nümayəndə3 izahatında qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 721.1-ci maddəsinə əsasən əgər torpaq icarəsi müqaviləsinin iştirakçıları torpaq icarəsi müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququna malikdirlərsə, bu hüquqa onlar müqavilə üzrə hüquq münasibətlərinin müddəti uzadıldıqdan və ya müqavilə dəyişdirildikdən sonra da malikdirlər. Həmin Məcəllənin 721.2-ci maddəsinə əsasən müqavilə iştirakçılarından birinin iddiası üzrə məhkəmə qüvvəsinə vaxtından əvvəl və ya qismən xitam verilmiş torpaq icarəsi müqaviləsinin təsviyəsi qaydasına dair qərar qəbul edə bilər. Əgər torpaq icarəsi müqaviləsinin qüvvəsi yalnız icarəyə götürülmüş torpağın hər hansı hissəsi üçün uzadılırsa, məhkəmə həmin hissə üçün icarə haqqını müəyyənləşdirə bilər. Torpaq icarəsi haqqında qanunun 6-cı maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan ehtiyat fondu torpaqları, fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar və ümumi istifadədə olan torpaqların icarəyə verilməsi bələdiyyə torpaqları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanunun 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Azərbaycan Respublikası MPM-nin 14.2 və 77.1-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə İddiaçı iddia tələbinə qiymət verərək hesab edir ki, İsmayıllı rayon ZDS İcraiyyə Komitəsinin 20 may 1975-ci il tarixli 12 saylı qərarı ilə İsmayıllı rayon Kooperativlər İttifaqının nəznində İsmayıllı rayon Topçu kəndinin girəcəyində yolun kənarında sol tərəfdə yeməkxana binasının tikintisi üçün 0.60 hektar torpaq sahəsi ayrılmışdır. Həmin ərazidə 1977-ci ildə yeməkxana binası tikilmişdir. 1977-ci ildən yeməkxana binası İsmayıllı rayon İstehsal-İstehlak Kooperativinin balansına verilmişdir. Qeyd edilən yeməkxana binası ayrı-ayrı vaxtlarda müxtəlif şəxslərə icarəyə verilmişdir. 2011-2013-cü illərdə yeməkxana binası Faiz Əliyevə icarəyə verilmişdir. JN-0531 KOD 40727018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən İsmayıllı rayon Topçu Bələdiyyəsinin 24 sentyabr 2003-cü il tarixli 09 saylı qərarı ilə Faiz Əliyevin mülkiyyətinə İsayıllı rayon Topçu kəndi ərazisindən 1.26 hektar torpaq sahəsi yaşıllıq salmaq və iaşə obyektinin tikilməsi məqsədi ilə verilmişdir. 2013-cü ilin sentyabr ayında Faiz Əliyev vəfat etdikdən sonra yeməkxana binası 2014-cü ilin yanvar ayına kimi bağlı qalmışdır. 2014-cü ilin yanvarın 7-dən yeməkxana binası illik icarə haqqının ödənilməsi şərti ilə İsmayıllı rayon Qurbanəfəndi kənd sakini Cavabdeh icarəyə verilmişdir. Hazırda yeməkxana binası Cavabdeh tərəfindən istifadə olunur və icarə haqları vaxtlı-vaxtında İsmayıllı rayon İstehsal-İstehlak Kooperativinə ödənilir. Yeməkxana binası Cavabdeh icarəyə verilərkən həmin ərazidə bir ədəd mətbəx binası, bir ədəd sanitar qovşaq, bir ədəd bulaq, bir ədəd elektrik peçi, bir ədəd soyuducu şkaf, bir ədəd soyuducu piştaxta və bir ədəd nəzarət kassa aparatı olmuşdur. Cavabdeh sonradan yeməkxana binasının yerləşdiyi ərazidə öz vəsaiti hesabına əlavə tikililər inşa etmişdir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 30 dekabr 2019-cu il tarixli **********28 nömrəli mütəxəssis rəyində JN:0531 KOD 40727018 nömrəli dövlət aktında Faiz Əliyevin mülkiyyəti kimi göstərilən 1.26 hektar torpaq sahəsinin 0.58 hektarı hissəsinin İsmayıllı rayon ZDS icraiyyə komitəsinin 20 may 1975-ci il tarixli 12 saylı qərarı ilə İsmayıllı rayon X3 rayon Topçu kəndinin girəcəyində yolun kənarında, sol tərəfdə yeməkxana binasının tikintisi üçün ayrılmış və 1977-ci il tarixdə tikilərək fəaliyyət göstərən “Topçu” yeməkxanasının qanuni istifadəsində olan və tikinti altında yerləşən 0.60 hektar torpaq sahəsinin cizgiləri ilə üst-üstə düşdüyü qeyd olunmuşdur. İsmayıllı rayon İstehsal-İstehlak Kooperativi cavabdeh İsmayıllı rayon Topçu bələdiyyəsi və üçüncü şəxslər DƏDRX-nin 9 saylı Ərazi İdarəsi, İddiaçı və X14 qarşı “İsmayıllı rayon ZDS İcraiyyə Komitəsinin 20 may 1975-ci il tarixli 12 saylı qərarı ilə İsmayıllı rayon X3 rayon Topçu kəndinin girəcəyində yolun kənarında, sol tərəfdə yeməkxana binasının tikintisi üçün ayrılmış 0.60 hektar torpaq sahəsi ilə üst-üstə düşən hissədə torpaq sahəsinin Faiz Əliyevə satılması haqqında Topçu bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 09 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair Şəki İnzibati Məhkəməsinə müraciət olunmuşdur. Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-68/2021 saylı qanuni qüvvəyə minmiş qərarı ilə İsmayıllı rayon Topçu bələdiyyəsinin 1.26 hektar torpaq sahəsinin Faiz Əliyevə satılması haqqında 24 sentyabr 2003-cü il tarixli 09 nömrəli qərarı İsmayıllı rayon ZDS İcraiyyə Komitəsinin 20 may 1975-ci il tarixli 12 saylı qərarı ilə İsmayıllı rayon X3 rayon Topçu kəndinin girəcəyində yolun kənarında, sol tərəfdə yeməkxana binasının tikintisi üçün ayrılmış 0.60 hektar torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi qərara alınmışdır. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(107)-393/2021 saylı qərarı ilə Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-68/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-107/2022 saylı qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(107)-393/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. İsmayıllı rayon Topçu bələdiyyəsinin 10 may 2022-ci il tarixli 10 saylı iclas protokolundan Çıxarış əsasında İsmayıllı rayon Topçu bələdiyyəsinin 1.26 hektar torpaq sahəsinin Faiz Əliyevə satılması haqqında 24 sentyabr 2003-cü il tarixli 9 nömrəli qərarı ləğv edilmişdir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, İddiaçı Cavabdeh və üçüncü şəxs İsmayıllı rayon İstehsal-İstehlak Kooperativinə qarşı torpaq sahəsindən və obyektdən məcburi çıxarma, özbaşına istifadəyə son qoyulması, bütün istifadə müddətinə görə haqqın və əsassız varlanma məbləğinin məcburi alınmasına dair ilkin iddia tələbi rədd edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibət bildirərək qeyd edir ki, İsmayıllı rayon ZDS İcraiyyə Komitəsinin 20 may 1975-ci il tarixli 12 saylı qərarı ilə İsmayıllı rayon Kooperativlər İttifaqının nəznində İsmayıllı rayon Topçu kəndinin girəcəyində yolun kənarında sol tərəfdə yeməkxana binasının tikintisi üçün 0.60 hektar torpaq sahəsi ayrılmışdır. Həmin ərazidə 1977-ci ildə yeməkxana binası tikilmişdir. 1977-ci ildən yeməkxana binası İsmayıllı rayon İstehsal-İstehlak Kooperativinin balansına verilmişdir. Qeyd edilən yeməkxana binası ayrı-ayrı vaxtlarda müxtəlif şəxslərə icarəyə verilmişdir. 2014-cü ilin yanvarın 7-dən yeməkxana binası illik icarə haqqının ödənilməsi şərti ilə İsmayıllı rayon Qurbanəfəndi kənd sakini Cavabdeh icarəyə verilmişdir. Qeyd edilən obyektin istifadəsi ilə bağlı İsmayıllı rayon İstehsal-İstehlak Kooperativi ilə İsmayıllı rayon Qurbanəfəndi kənd sakini Cavabdeh arasında 07 yanvar 2014, 03 yanvar 2015, 05 yanvar 2016, 03 yanvar 2017, 03 yanvar 2018, 03 yanvar 2019 və 03 yanvar 2022-ci il tarixlərdə xidməti müqavilələr bağlanmışdır. Hal-hazırda yeməkxana binası Cavabdeh tərəfindən istifadə olunur və icarə haqları hər il vaxtlı-vaxtında İsmayıllı rayon İstehsal-İstehlak Kooperativinə ödənilir. İddiaçı Cavabdeh icarəsində olan “Topçu” istirahət mərkəzi adlanan obyektdə olması Cavabdeh icarəsində olan obyektdən istədiyi kimi istifadəsinə maneçilik yaradır və sonuncunun istifadə hüquqlarının pozulması ilə nəticələnir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, qarşılıqlı iddia tələbi təmin edilməli və İddiaçı Cavabdeh icarəsində olan İsmayıllı rayonu, Topçu kəndi ərazisində yerləşən “Topçu” istirahət mərkəzi adlanan obyektdən çıxarılmalıdır. Məhkəmə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 30 dekabr 2019-cu il tarixli **********28 nömrəli məktubunda tədqiqat obyektinə keçirilmiş baxış və aparılmış araşdırma nəticəsində hazırlanmış mütəxəssis rəyinin verilməsinə dair çəkilən xərcin tərəflərdən tululmasına münasibət bildirərək qeyd edir ki, mütəxəssis rəyinin verilməsinə dair çəkilən cəmi 73.20 manat xərcin tutulması tərəflərə aid edilməli, 73.20 manat məbləğinin yarısı 36.6 manatı İddiaçı və 36.6 manatı isə Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına (Benefisiarın Bankı "xxxx" ASC-nin Xətai filialı, filialın kodu 200071, VÖEN **********, SWİFT kod AİİBAZ2X, müxbir hesab-AZ 37NABZ********************) ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh və üçüncü şəxs İsmayıllı rayon İstehsal-İstehlak Kooperativinə qarşı torpaq sahəsindən və obyektdən məcburi çıxarma, özbaşına istifadəyə son qoyulması, bütün istifadə müddətinə görə haqqın və əsassız varlanma məbləğinin məcburi alınmasına dair ilkin iddia tələbi rədd edilsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. İddiaçı Cavabdeh icarəsində olan İsmayıllı rayonu, Topçu kəndi ərazisində yerləşən “Topçu” istirahət mərkəzi adlanan obyektdən çıxarılsın. İddiaçı 36.6 manat tutularaq "xxxx" MMC-nin hesabına (Benefisiarın Bankı "xxxx" ASC-nin Xətai filialı, filialın kodu 200071, VÖEN **********,SWİFT kod AİİBAZ2X, müxbir hesab- AZ37NABZ********************) ödənilsin. Cavabdeh 36.6 manat tutularaq "xxxx" MMC-nin hesabına (Benefisiarın Bankı "xxxx" ASC-nin Xətai filialı, filialın kodu 200071, VÖEN **********, SWİFT kod AİİBAZ2X, müxbir hesab- AZ37NABZ********************) ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-3/2022
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-3/2022
21.07.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver