Məhkəmə qərarları › İş №2(037)-30/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-30/2024

28.08.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-30/2024 28.08.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinə geri qaytarılması və torpaq sahəsinə bağlanmış girişin açılması tələbinə dair mülki işə 28 avqust 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək Aqrar İslahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli 62 saylı qərarına əsasən JN-558A KOD 40718018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə onlara məxsus olan İsmayıllı rayonu Kürdmaşı kəndində yerləşən, sahəsi 0,09 hektar həyətyanı torpaq sahəsinin cavabdehin evinə tərəf hissədə zəbt edilmiş, eni 2,2 metr, uzunluğu 45 metr, cəmi 99 kvadratmetr ərazinin çəpərin cavabdehə məxsus olan torpaq sahəsinə geri çəkilməklə onlara qaytarılması, cavabdeh tərəfindən mülkiyyətlərində olan qeyd edilən torpağın girişində hörülmüş daş hasarın sökülərək girişin açılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, Aqrar İslahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli 62 saylı qərarı ilə İsmayıllı rayonu Kürdmaşı kəndində yerləşən 0,09 hektar həyətyanı torpaq sahəsi onların mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinə dair onlara JN 558A KOD 40718018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Qonşuluqda olan torpaq sahəsinin mülkiyyətçisi Cavabdeh qeyd edilən torpaq sahəsindən 2,20 santimetr, uzunluğu isə 45 metr olan ölçüdə, yəni 99 kvadratmetr ərazini zəbt etmiş və torpaq sahəsinə olan girişi də daş hasarla bağlayıb girişə olan sahəniöz həyətinə qatmışdır. Həmin torpaq sahəsinin sərhədi cavabdehin tikdiyi yaşayış binasının divarı boyunca olmuş, sonradan isə cavabdeh çəpəri 2,2 metr enində onlara məxsus olan torpağın içərisinə çəkmişdir. Cavabdeh 99 kvadratmetr ölçüdə torpaq sahəsini zəbt etməklə, eyni zamanda torpağa olan girişi bağlamaqla onların mülkiyyətində olan torpaqdan istifadə etməklə yanaşı mülkiyyət hüquqlarını pozmuşdur. Cavabdehin qanunsuz hərəkətlərinə son qoyulmalı, torpaq üzərində olan mülkiyyət hüquqları bərpa edilməlidir. Aqrar İslahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli 62 saylı qərarına əsasən JN-558A KOD 40718018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə onlara məxsus olan İsmayıllı rayonu Kürdmaşı kəndində yerləşən, sahəsi 0,09 hektar həyətyanı torpaq sahəsinin cavabdehin evinə tərəf hissədə zəbt edilmiş, eni 2,2 metr, uzunluğu 45 metr, cəmi 99 kvadratmetr ərazinin çəpərin cavabdehə məxsus olan torpaq sahəsinə geri çəkilməklə onlara qaytarılması, cavabdeh tərəfindən mülkiyyətlərində olan qeyd edilən torpağın girişində hörülmüş daş hasarın sökülərək girişin açılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdilər. İddiaçı4 məhkəmə iclasına gəlməmiş, iştirak etdiyi məhkəmə iclasında ərizə təqdim edərək işi ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini bildirərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə İddiaçı4 iştirakı olmadan baxılmasını qərara almışdır. Cavabdehə məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, onu etibarnamə üzrə səlahiyyətli vəkili/nümayəndəsi Nizami Abbasov və nümayəndəsi Validə Xəlilova təmsil etmişlər. Cavabdehin vəkili/nümayəndəsi Nizami Abbasov iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-30/2024 nömrəli 21 may 2024-cü il tarixli qərardadı ilə verilmiş suallara mütəxxəsis və ekspert rəyləri ilə cavab verilmişdir. Həmin rəylərdə iddiaçıların 0,09 hektar torpaq sahəsinə gedişgəliş yeri göstərilmişdir. Kompleks yerquruluşu xəritəsində göstərilmiş yol yeri tərtib olunmuş yerquruluşu planı üzrə göstərilmişdir. Həmin yol hazırda heç bir maneəsiz olaraq iddiaçılar tərəfindən istifadə olunmaqdadır. İddia tələbini əsassız hesab edir və təmin edilməməsini xahiş edir. Cavabdehin nümayəndəsi Validə Xəlilova cavabdehin vəkili/nümayəndəsi Nizami Abbasovun izahatının məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. JN-558A KOD 40718018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, İsmayıllı rayonu Kürdmaşı kəndi ünvanında 0,09 hektar həyətyanı torpaq sahəsi İddiaçı1, X1, İddiaçı2 və İddiaçı4 mülkiyyətindədir. İsmayıllı Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(037)-213/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı1 9900 manat və 30 manat dövlət rüsumu – cəmi 9930 manat alınaraq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 mart 2022-ci il tarixli, 2(107)- 496/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı1 apelyasiya şikayəti təmin edilməmiş, İsmayıllı Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(037)- 213/2021 nömrəli qətnaməsi verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İsmayıllı Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli, 8(037)-61/2023 nömrəli qərardadının surətindən görünür ki, İsmayıllı rayonu Kürdmaşı kəndində yerləşən, borclu İddiaçı1 mülkiyyətində olan 0,09 hektar həyətyanı torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin 09 yanvar 2024-cü il tarixli, 3-21-3-42/2-283/2024 nömrəli mütəxəssis rəyindən görünür ki, JN-558A KOD 40718018 nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnaməyə əsasən İddiaçı1 və digərlərinin mülkiyyətində olan 0,09 hektar torpaq sahəsinin koordinatlarının müəyyən edilərək yerquruluşu planı üzrə göstərilmişdir. Kompleks yerqurluşu xəritəsində (İslahat xəritəsində) həmin torpaq sahəsinə gediş-gəliş yeri (yol yeri) göstərilmişdir. Kompleks yerqurluşu xəritəsində göstərilmiş yol yeri tərtib olunmuş yerquruluşu planı üzrə göstərilmişdir. Kompleks yerqurluşu xəritəsində həmin torpaq sahəsinə gedən yol yeri sözügedən torpaq sahəsinin şərq hissəsində mövcuddur. Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin ölçülməsinə şərait yaradılmadığı üçün 4 və 5-ci sualların cavablandırılması mümkün olmamışdır. Məhkəmə Ekspertizası Mərkəzinin 30 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/8067 nömrəli ekspert rəyindən görünür ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin müvafiq mütəxəssis rəyinə əsasən JN-558A KOD 40718018 nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnaməyə əsasən İddiaçı1 və digərlərinin mülkiyyətində olan 0,09 hektar torpaq sahəsinin koordinatlarının müəyyən edilərək yerquruluşu planı üzrə göstərilmişdir. Kompleks yerqurluşu xəritəsində (İslahat xəritəsində) həmin torpaq sahəsinə gediş-gəliş yeri (yol yeri) göstərilmişdir. Kompleks yerqurluşu xəritəsində göstərilmiş yol yeri tərtib olunmuş yerquruluşu planı üzrə göstərilmişdir. Kompleks yerqurluşu xəritəsində həmin torpaq sahəsinə gedən yol yeri sözügedən torpaq sahəsinin şərq hissəsində mövcuddur. Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin ölçülməsinə şərait yaradılmadığı üçün 4 və 5-ci sualların cavablandırılması mümkün olmamışdır. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin 21 avqust 2024-cü il tarixli, 3-21-3-42/2-4529/2024 nömrəli mütəxəssis rəyindən görünür ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli 62 saylı qərarı ilə verilmiş JN-558A KOD 40718018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən İsmayıllı rayon Kürdmaşı kəndi ərazisində yerləşən İddiaçı1 və qeyrilərinin birgə mülkiyyətində olan 0,09 hektar həyətyanı torpaq sahəsinə gedən yol Cavabdeh istifadəsində deyildir. İddiaçılar tərəfindən yol yeri kimi iddia olunan, Cavabdeh tərəfindən inşa edilmiş hasar yerləşən torpaq sahəsi, torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) əsasən JN-570F KOD 40718018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” şəhadətnaməyə əsasən Cavabdeh və digərlərinin mülkiyyətinə verilmiş torpaq sahəsində yerləşir. 20 iyul 2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı1 tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, JN-558A KOD 40718018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İsmayıllı rayonu Kürdmaşı kəndi ünvanında 0,09 hektar həyətyanı torpaq sahəsi İddiaçı1, X1, İddiaçı2 və İddiaçı4 mülkiyyətindədir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin 09 yanvar 2024-cü il tarixli, 3-21-3-42/2-283/2024 nömrəli mütəxəssis rəyi və Məhkəmə Ekspertizası Mərkəzinin 30 aprel 2024-cü il tarixli, 3-16- 16/2-10/8067 nömrəli ekspert rəyinə əsasən JN-558A KOD 40718018 nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnaməyə əsasən İddiaçı1 və digərlərinin mülkiyyətində olan 0,09 hektar torpaq sahəsinin koordinatlarının müəyyən edilərək yerquruluşu planı üzrə göstərilmişdir. Kompleks yerqurluşu xəritəsində (İslahat xəritəsində) həmin torpaq sahəsinə gediş-gəliş yeri (yol yeri) göstərilmişdir. Kompleks yerqurluşu xəritəsində göstərilmiş yol yeri tərtib olunmuş yerquruluşu planı üzrə göstərilmişdir. Kompleks yerqurluşu xəritəsində həmin torpaq sahəsinə gedən yol yeri sözügedən torpaq sahəsinin şərq hissəsində mövcuddur. Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin ölçülməsinə şərait yaradılmadığı üçün 4 və 5-ci sualların cavablandırılması mümkün olmamışdır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin 21 avqust 2024-cü il tarixli, 3-21-3-42/2-4529/2024 nömrəli mütəxəssis rəyinə əsasən İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli 62 saylı qərarı ilə verilmiş JN-558A KOD 40718018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən İsmayıllı rayon Kürdmaşı kəndi ərazisində yerləşən İddiaçı1 və qeyrilərinin birgə mülkiyyətində olan 0,09 hektar həyətyanı torpaq sahəsinə gedən yol Cavabdeh istifadəsində deyildir. İddiaçılar tərəfindən yol yeri kimi iddia olunan, Cavabdeh tərəfindən inşa edilmiş hasar yerləşən torpaq sahəsi, torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) əsasən JN-570F KOD 40718018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” şəhadətnaməyə əsasən Cavabdeh və digərlərinin mülkiyyətinə verilmiş torpaq sahəsində yerləşir. Məhkəmə mütəxəssis və ekspert rəyini işdə olan digər sənədlərlə yanaşı tədqiq edərək yoxladıqdan sonra, belə hesab edir ki, mütəxəssis və ekspert rəyi tam və əsaslandırılmış olduğundan mötəbər sübut kimi qəbulediləndir. Beləliklə, məhkəmə iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən etdi ki, iddiaçıların birgə mülkiyyətində olan 0,09 hektar həyətyanı torpaq sahəsinə gedən yol cavabdehin istifadəsində deyildir. Ccavabdehin inşa etdiyi hasar iddiaçılar tərəfindən yol yeri kimi iddia olunan sahədə deyil, onun öz torpaq sahəsində yerləşir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsində göstərilən şərtlərin cavabdehə münasibətdə məcmu halında mövcud olub-olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddiaçıların birgə mülkiyyətində olan 0,09 hektar həyətyanı torpaq sahəsinə gedən yol cavabdehin istifadəsində deyildir. Ccavabdehin inşa etdiyi hasar iddiaçılar tərəfindən yol yeri kimi iddia olunan sahədə deyil, onun öz torpaq sahəsində yerləşir. Ona görə də iddiaçıların cavabdehə qarşı tələb hüququ yaranmamışdır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1–ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 152.1–ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2–ci maddəsinə əsasən sahiblik hüququ–əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3–cü maddəsinə əsasən istifadə hüququ–əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. 171.2-ci maddəsinə əsasən təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Həmin Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Çəkişmə prinsipi eyni zamanda tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazlarının əsaslarını sübut etmək vəzifələrini, bu məqsədlə sübutlar təqdim etmək, vəsatətlər vermək imkanını müəyyən edir. İşə hərtərəfli və obyektiv baxılması, məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması tərəflərin prosesdə çəkişməsi, yəni öz mövqeyini müdafiə etməsi üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini təkzib etməsi üçün geniş imkanların olması ilə təmin olunur. Çəkişmə prinsipi işə baxan məhkəmənin üzərinə müəyyən vəzifələr də qoyur. Bu cür vəzifələrdən biri də məhz işdə iştirak edən şəxslərdən hər hansı birinin müəyyən sübutu əldə edə bilmədiyi və ya çətinlik çəkdiyi halda məhkəmənin ona zəruri kömək etməyə borclu olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı iddia üzrə iddiaçının dövlət rüsumu barədə tələbi olmadığından və iddia tələbi təmin edilmədiyindən mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu məbləği İddiaçı1 özünə aid edilməlidir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, məhkəmənin öz təşəbbüsü əsasında təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 50 manat ekspertiza xərci iddia təmin edilmədiyindən iddiaçılardan tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 117–ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı Aqrar İslahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli 62 saylı qərarına əsasən JN 558A KOD 40718018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə onlara məxsus olan, İsmayıllı rayonu Kürdmaşı kəndində yerləşən 0,09 hektar həyətyanı torpaq sahəsinin cavabdehin evinə tərəf hissədə zəbt edilmiş, eni 2,2 metr, uzunluğu 45 metr, cəmi 99 kvadratmetr ərazinin çəpərinin cavabdehə məxsus olan torpaq sahəsinə geri çəkilməklə onlara qaytarılması, cavabdeh tərəfindən mülkiyyətlərində olan qeyd edilən torpağın girişində hörülmüş daş hasarın sökülərək girişin açılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı1 özünə aid edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 müştərək qaydada 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (keçiriləcək hesab – büdcə təsnifatının kodu - 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod - 210005, VÖEN-**********, müxbir hesab- AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar