Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-317/2023 29.03.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə, İddiaçı İsmayıllı rayon Qalacıq Bələdiyyəsinin Cavabdeh qarşı bələdiyyə mülkiyyətində olan 8.26 hektar əkin təyinatlı torpaq sahəsindən çıxarılması tələbinə dair mülki işə 29 mart 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı İsmayıllı rayon Qalacıq Bələdiyyəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh özbaşına heç bir əsası olmadan zəbt edərək istifadə etdiyi 8.26 hektar əkin təyinatlı torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı İsmayıllı rayon Qalacıq Bələdiyyəsinin nümayəndəsi X6 iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında izahat verərək göstərdi ki, o, hazırda Qalacıq bələdiyyəsinin sədri vəzifəsində işləyir. Qalacıq kənd sakini Gülnar Həmidovanın icarə müqaviləsi əsasında icarəsində olan 8.26 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair icarə müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. Qalacıq bələdiyyəsinin 31 oktyabr 2022-ci il tarixli 31 saylı iclasının qərarı ilə bələdiyyə mülkiyyətində olan 8.26 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair icarə müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdə bitdiyi üçün həmin torpaq sahəsi bələdiyyənin mülkiyyət hüquqlarının Dövlət reyestrində qeydiyyata alınmasından ötürü Qalacıq bələdiyyəsinin xx.xx.2002-ci il tarixli iclasının 09 saylı qərarı ilə əvvəlki icarəçi Gülnar Həmidovanın adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmış torpaq sahəsinin planı və ölçüsü sənədi öz hüquqi qüvvəsini itirdiyi üçün ləğv edilmişdir. Bələdiyyənin müraciəti əsasında Dövlət Reyestrində olan məlumatlar elektron bazasından silinmişdir. Lakin buna baxmayaraq Gülnar Həmidovanın əri Cavabdeh həmin torpaq sahəsini boşaltmamış, əvəzində özbaşına yenidən heç bir icarə haqqı ödəmədən əkmişdir. Qalacıq bələdiyyəsi tərəfindən dəfələrlə Cavabdeh bələdiyyəyə dəvət edilsə də, sonuncu bələdiyyə idarəsinə gəlməmişdir. Ona görə də iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki, o, Qalacıq kəndində yaşayır. Gülnar Həmidova arvadıdır. 14 avqust 2002-ci il tarixdə X9 rayon Qalacıq Bələdiyyəsi ilə 20 il müddətinə icarə müqaviləsi bağlayaraq bələdiyyə mülkiyyətində olan 10 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini icarəyə götürmüşdür. Gülnar Həmidova icarə müqaviləsini 01 oktyabr 2018-ci il tarixdə DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsində dövlət qeydiyyatına aldıraraq RX seriyalı ******* nömrəli Çıxarış almışdır. Müqavilə dövlət qeydiyyatına alınan vaxt Gülnar Həmidovanın icarəsində olan torpaq sahəsi yenidən ölçülmüş və həmin torpaq sahəsinin 10 hektar deyil, 8.26 hektar olduğu müəyyən edilmişdir. Müqavilə müddətində hər iki tərəf üzərinə düşən öhdəlikləri tam icra etmiş və bir-birlərinə qarşı hər hansı bir təklif və tələb olmamışdır. İcarə müqaviləsində qeyd edilən torpaq sahəsi Gülnar Həmidovanın adına rəsmiləşdirilsə də, həmin torpaq sahəsi hər il onun tərəfindən əkilib-becərilmiş, torpaq sahəsinin icarə haqqını vaxtlıvaxtında, hətda əvvəldən ödəmiş və bələdiyyəyə heç bir borcu qalmamışdır. İcarə müqaviləsinin müddəti 2022-ci ilin avqust ayında bitdiyi üçün Gülnar Həmidova 01 iyun 2022-ci il tarixdə Qalacıq Bələdiyyəsinə rəsmi ərizə ilə müraciət edərək müqavilə bağlamaqda qanunla müəyyən olunmuş üstünlük hüququndan istifadə etmək istədiyini bildirərək yeni icarə müqaviləsinin bağlanmasını xahiş etmişdir. Qalacıq Bələdiyyəsinin rəsmi şəxsləri onun təklifinə yazılı və ya şifahi formada etiraz etməmişlər.Ona görə də həmin torpaq sahəsini yeni əkin ili (2022-2023-cü məhsul ili) üçün şumlamış,torpaq sahəsinə şumaltı kübrə vermiş və torpaq sahəsini toxum səpini üçün aqrotexniki qaydada hazırlayaraq yaxın günlərdə səpin işini aparacaqdır. Əks halda torpaq sahəsi bu il üçün istifadəsiz qalardı ki, bu da ölkə üzə yaxşı qəbul olunmur və hətta əkilməyən sahələrə görə qanunvericiliklə cərimə müəyyən olunmuşdur. Eyni zamanda artıq 20 ildir torpaq sahəsi onun icarəsindədir və o həmin torpaq sahəsinə hər il lazımi formada aqrotexniki qulluq göstərərək tam məhsuldar bir əraziyə çevirmiş və həmin ərazi onun ailəsinin dolanacaq mövcudluğunun iqtisadi əsasını təşkil edir. Gülnar Həmidova ərizə ilə müraciət edən tarixdən 4 aya yaxın vaxt keçdikdən sonra 2022-ci ilin sentyabr ayının 30-da poçt vasitəsilə X4 Abdullayevaya ünvanladığı 23 sentyabr 2022-ci il tarixli 65 nömrəli məktubunu almışdır. Həmin məktubda X8 Abdullayevaya icarəsində olan torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüquqlarını qeydiyyata aldıqdan sonra həmin sahənin müsabiqəyə çıxarılacağını bildirmişdir.O, Qalacıq bələdiyyəsinin sədrinin hərəkətlərini qanunsuz və əsassız hesab edir. Belə ki, Qalacıq bələdiyyəsi ilə Gülnar Həmidova arasında bağlanmış 14 avqust 2002-ci il tarixli icarə müqaviləsinin 2.12-ci bəndinin 3-cü abzasında göstərilmişdir ki,icarəçinin hüquqları kimi “icarə müqaviləsinin uzadılması üçün icarəverənə təklif vermək hüququ” vardır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək qərara gəlir iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, işdə olan İsmayıllı rayonun Qalacıq bələdiyyəsinin 28 yanvar 2015-ci il tarixli 1 nömrəli protokolundan görünür ki, 2014-cü ilin dekabr ayının 23-də keçirilmiş seçkilərdə İsmayıllı rayon Qalacıq Bələdiyyəsinə seçilmiş 9 nəfər bələdiyyə üzvündən 8 nəfərin iştirakı ilə keçirilmiş bələdiyyənin iclasında bələdiyyə üzvü X2 İsmayıllı rayonun Qalacıq bələdiyyəsinin sədri seçilməsi qərara alınmışdır. İşdə olan 86 saylı X12 Komissiyası tərəfindən X2 adına verilmiş xx.xx.2015-ci il tarixli vəsiqədən görünür ki, 23 dekabr 2014-cü ildə keçirilmiş seçkilər nəticəsində formalaşmış eyniadlı bələdiyyənin üzvləri tərəfindən X1 rayonu Qalacıq bələdiyyəsinin sədri seçilmişdir. İşdə olan Qalacıq bələdiyyəsinin 31 oktyabr 2022-ci il tarixli 31 nömrəli iclas protokolundan görünür ki, Bələdiyyə mülkiyyətində olan 8.26 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin icarə müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdə bitdiyi üçün həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüquqlarının Dövlət reyestrində qeydiyyata alınmasından ötrü Qalacıq bələdiyyəsinin xx.xx.2002-ci il tarixli iclasının 09 saylı qərarı ilə əvvəlki icarəçi X3 adına verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınmış torpaq sahəsinin planı və ölçüsü sənədi öz hüquqi qüvvəsini itirdiyi üçün ləğv olunması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 719.2 torpaq icarəsi müqaviləsi azı üç il müddətinə bağlandıqda bu müqavilə üzrə hüquq münasibətləri o halda qeyri-müəyyən müddətə uzadılır ki, iştirakçılardan biri bu barədə sorğu verdikdən sonra digər iştirakçı həmin münasibətlərin davam etdirilməsindən üç ay ərzində imtina etməsin. Sorğu və imtina yazılı formada tərtib edilməlidir. Əgər sorğuda ona riayət edilməməsinin nəticələri birbaşa göstərilməmişsə və sorğu icarənin üçüncü ili ərzində verilməmişsə, onun qüvvəsi yoxdur. 719.3 əgər icarə müddəti müəyyənləşdirilməyibsə, müqavilənin istənilən iştirakçısı müqaviləni icarənin hər hansı ilinin üçüncü iş günündən gec olmamaqla ləğv edə bilər. Həm də ləğvetmə icarənin növbəti ilinin sonunda qüvvəyə minir. Şübhə halında icarə ili təqvim ili sayılır. Daha qısa müddətin müəyyənləşdirilməsi barədə razılaşma yazılı formada bağlanmalıdır. Qanunla müəyyənləşdirilmiş xəbərdarlıq müddətlərini gözləməklə icarə müqaviləsinin vaxtından əvvəl ləğv edilə bildiyi hallarda ləğvetməyə yalnız icarə ilinin sonunda yol verilir; ləğvetməyə dair bildiriş icarəyə xitam veriləcək icarə yarımilliyinin üçüncü iş günündən gec olmayaraq verilməlidir. 720.5. İcarəyə verən müqavilə üzrə hüquq münasibətlərinin davam etdirilməsindən o halda imtina edə bilər ki, onlara xitam verilməsinə azı bir il qalmış icarəçi hüquq münasibətlərinin davam etdirilməsini tələb etməsin və ya bu Məcəllənin 719.2-ci maddəsinə müvafiq surətdə icarəyə verənin sorğusuna cavab olaraq hüquq münasibətlərini davam etdirməkdən imtina etsin.Əgər ləğvetmə haqqında xəbərdarlıq müddəti 12 ay və ya daha az təyin edilmişdirsə, münasibətlərin davam etdirilməsi tələbinin ləğvetməyə dair bildiriş alındıqdan sonra bir ay ərzində irəli sürülməsi kifayətdir. 720.6. Əgər razılıq əldə edilməzsə, iddiaya əsasən məhkəmə müqavilə üzrə hüquq münasibətlərinin davam etdirilməsi, icarə müddəti və bu münasibətlərin davam etdirilməsi şərtləri haqqında qərar qəbul edir.Lakin məhkəmə cari hüquq münasibətlərinin başlanğıcından hesablanmaqla, bu Məcəllənin 720.3.3-cü maddəsində göstərilmiş müddətlərdən kənara çıxmayan anadək müqavilə üzrə hüquq münasibətlərinin davam etdirilməsi haqqında qərar qəbul edə bilər. Müqavilə üzrə hüquq münasibətlərinin davam etdirilməsi icarəyə götürülmüş torpağın bir hissəsi ilə də məhdudlaşdırıla bilər. 720.7. İcarəçi müqavilə üzrə hüquq münasibətlərinə xitam verilməsinə ən geci doqquz ay qalmış və (ləğvetmə haqqında xəbərdarlıq müddəti 12 ay və ya daha qısa müddət təşkil etdikdə) ləğvetməyə dair bildirişin məhkəməyə daxil olmasından iki ay sonra məhkəməyə ərizə verməlidir. Əgər mənfi nəticələrə yol verməmək üçün ağlabatan hesab edilərsə və əgər torpaq icarəsi müqaviləsinin qüvvədə olma müddəti hələ qurtarmamışsa, məhkəmə ərizənin daha gec daxil olmasına yol verə bilər. 720.8. Bu məcəllənin 720-ci maddəsinə uyğun olaraq müqavilə üzrə hüquq münasibətlərinin davam etdirilməsini tələb etmək hüququ yalnız o halda istisna edilə bilər ki, icarə hüquq münasibətlərinə dair mübahisəyə son qoymaq məqsədilə bu tələbdən imtina barəsində məhkəməyə ərizə verilsin. Müqavilə iştirakçılarından birinin öz hüquqlarını həyata keçirməsi və ya həyata keçirməməsi nəticəsində onun üçün xüsusi mənfi nəticələr və ya üstünlüklər yaranmasını nəzərdə tutan razılaşmanın qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddiaçı İsmayıllı rayon Qalacıq Bələdiyyəsi və X7 14 avqust 2002-ci il tarixdə aralarında 20 il müddətinə 14 avqust 2022ci il tarixədək bağlanmış icarə müqaviləsinin müddətinin bitməsinə azı üç ay qalmış müqavilənin uzadılması və ya ləğv edilməsinə dair əvvəlcədən bir-birlərinə xəbərdarlıq (pretenziya) qaydasında məlumat verməli olduqları halda həmin qaydalara əməl etmədiklərindən və bu qaydanı tətbiq etmək imkanı itirilmədiyinə görə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı İsmayıllı rayon Qalacıq Bələdiyyəsinin Cavabdeh qarşı bələdiyyə mülkiyyətində olan 8.26 hektar əkin təyinatlı torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Tərəflərə izah olunsun ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət edə bilərlər. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-317/2023
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-317/2023
29.03.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver