Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-33/2025 23.06.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Əbilli Xəyyam Gündüz oğlunun katibliyi, İddiaçı Fərzalı̇ yev Müşfı̇ q Yusı̇ f oğlunun, Cavabdeh Fərzaliyev Vaqı̇ f Yusı̇ f oğlunun iştirakı ilə İddiaçı Fərzalı̇ yev Müşfı̇ q Yusı̇ f oğlunun cavabdeh Fərzaliyev Vaqı̇ f Yusı̇ f oğluna qarşı torpaq sahəsində özbaşına inşa olunmuş mal tövləsinin sökülərək torpaq sahəsini əvvəlki vəziyyətə gətirilməsi, həmin əraziyə çəkilmiş dəmir torun sökülərək götürülməsi və torpaq sahəsindən istifadəyə törədilən maneələrə son qoyulması tələbinə dair mülki işə 23 iyun 2025-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa (reyestr nömrəsi **********38, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il) əsasən İsmayıllı rayonu Diyallı kəndində yerləşən onun tam mülkiyyətində olan 0,39 hektar torpaq sahəsində cavabdehin hesabına özbaşına inşa olunmuş tikilinin sökülərək torpaq sahəsini əvvəlki vəziyyətə gətirməsi, həmin əraziyə çəkilmiş dəmir torun sökülərək götürülməsi, torpaq sahəsindən istifadəyə törədilən maneələrə son qoyulması və iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 100,40 manat cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı rayonu Diyallı kəndi ərazisində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********38, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-ci il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesrindən adına 0,39 hektar həyətyanı torpaq sahəsi qeydiyyata alınmaqla hüququ sahibi olaraq çıxarış və həmin tarixdə B№ 170230 saylı torpaq sahəsinin planı və ölçüsü hazırlanaraq ona verilmişdir. Əldə etdiyi torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinant göstəricisinə uyğun döngə nöqtələri arasında məsafə və torpaq sahəsinin qonşu sərhədləri ona yerində natura şəklində tanıdılmışdır. Lakin qonşu sərhədi ilə yaxınlıqda yaşayan cavabdeh ona məxsus torpaq sahəsini zəbt edǝrǝk mülkiyyət hüququnu pozmuş və mişar daşından ibarət mal tövləsi inşa etdirmişdir. İnşa etdirdiyi mal tövləsinə mal-qara üçün ot və digər mal yemləri yerləşdirmişdir. Beləliklə, cavabdeh zəbt olunmuş torpaq sahəsinə dəmir tor çəkərək öz əmlakı kimi istifadə edir. Qanunsuz zəbt edilmiş torpaq sahəsini boşaldılmasını tələb etsə də cavabdeh həmin ərazini boşaltmayacağını bildirmişdir. Bundan başqa, öz hesabına reyestr xidmətinin mütəxəssislərini həmin əraziyə dəvət edərək mübahisəli ərazinin ona məxsus olduğu dəqiqləşdirilmiş və cavabdehdən mülkiyyətində olan torpaq sahəsindən çıxmasını, əraziyə inşa olunmuş mal tövləsini, çəkilmiş dəmir torun sökülərək götürülməsini və həmin ərazinin boşaldılmasını və maneçilikləri dayandırmasını tələb etsə də cavabdeh bundan imtina edərək həmin ərazini ona verməyəcəyini bildirmişdir. Qeyd olunan problemi həll etməyə çalışsa da cavabdeh heç cür yola gəlmir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. İddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, iddiaçı onun qardaşıdır. Mübahisə predmeti olan torpaq sahəsi onundur və torpağını tələb edir. İddia tələbini əsassız hesab edir və təmin edilməməsini xahiş edir. Şahid X1 ifadə verərək göstərdi ki, iddiaçı və cavabdeh onun qardaşlarıdır. Mübahisə predmeti olan torpaq sahəsi iddiaçınındır. Bununla bağlı sənəd və sübut var. Ədalətli qərar verilməsini istəyir. Şahid2 ifadə verərək göstərdi ki, cavabdeh onun həyat yoldaşıdır. Mübahisəli topraq sahəsi onların şəxsi torpaqlarıdır. Həmin torpaq sahəsində 20 ildir ki, can qoymuşuq. İddiaçı heç bir köməklik etməmişdir. İş materiallarında olan: 09 iyun 2023-cü il tarixli BN №170230 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin və 12 iyun 2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətlərindən görünür ki, İsmayıllı rayonu Diyallı kəndi ərazisində yerləşən 0,39 hektar torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İsmayıllı Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, 2(037)-1209/2023 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinin surətindən görünür ki, 12 iyun 2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan, İsmayıllı rayonu Diyallı kəndində yerləşən 0,39 hektar torpaq sahəsindən istifadə edilməsinə Cavabdeh tərəfindən edilən maneələr aradan qaldırılması və həmin torpaqdan İddiaçı maneəsiz istifadə etməsinə şərait yaradılması qət edilmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin 19 fevral 2025-ci il tarixli, 3-21-3-42/2-832/2025 nömrəli mütəxəssis rəyinin surətindən görünür ki, tələbdə qeydə olunmuş qeyri-yaşayış tikilisi (tövlə) hüquqların dövlət reyestrində **********38 saylı çıxarışla qeydiyyata alınmış İddiaçı mülkiyyətində olan 0,39 hektar torpaq sahəsinin üzərində yerləşir. Məhkəmə Ekspertizası Mərkəzinin 03 aprel 2025-ci il tarixli, 3-16-16/2-10/1088/2024 nömrəli ekspert rəyindən görünür ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin müvafiq mütəxəssis rəyinə əsasən tələbdə qeydə olunmuş qeyri-yaşayış tikilisi (tövlə) hüquqların dövlət reyestrində **********38 saylı çıxarışla qeydiyyata alınmış İddiaçı mülkiyyətində olan 0,39 hektar torpaq sahəsinin üzərində yerləşir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. 16 avqust 2024-cü il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 100,40 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, 09 iyun 2023-cü il tarixli BN №170230 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi və 12 iyun 2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən İsmayıllı rayonu Diyallı kəndi ərazisində yerləşən 0,39 hektar torpaq sahəsi iddiaçının mülkiyyətindədir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin 19 fevral 2025-ci il tarixli, 3- 21-3-42/2-832/2025 nömrəli mütəxəssis rəyinə və Məhkəmə Ekspertizası Mərkəzinin 03 aprel 2025-ci il tarixli, 3-16-16/2-10/1088/2024 nömrəli ekspert rəyinə əsasən tələbdə qeydə olunmuş qeyri-yaşayış tikilisi (tövlə) hüquqların dövlət reyestrində **********38 saylı çıxarışla qeydiyyata alınmış iddiaçının mülkiyyətində olan 0,39 hektar torpaq sahəsinin üzərində yerləşir. İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini əsassız hesab edir və təmin edilməməsini xahiş edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə icazə verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə mülki işin məhkəmə iclasında tədqiq edilmiş materiallarına məcmu halında qiymət verərək hesab edir ki, mübahisə predmeti olan torpaq sahəsindən iddiaçının razılığı olmadan cavabdehin tövlə inşa edərək istifadə etməsi iddiaçının həmin torpaq sahəsi üzərində hüquqlarının məhdudlaşması ilə nəticələnir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, 12 iyun 2023-cü il tarixli qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********38 olan üquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı tam mülkiyyətində olan, İsmayıllı rayonu Diyallı kəndində yerləşən 0,39 hektar torpaq sahəsində cavabdeh Fərzaliyev Vaqı̇ f Yusı̇ f oğlunun hesabına özbaşına inşa olunmuş tikilinin sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi, həmin əraziyə çəkilmiş dəmir torun sökülərək götürülməsi və torpaq sahəsindən istifadəyə törədilən maneələrə son qoyulması barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100,40 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İş üzrə ekspertiza xərci olan 100 manat cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. 12 iyun 2023-cü il tarixli qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********38 olan üquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı tam mülkiyyətində olan, İsmayıllı rayonu Diyallı kəndində yerləşən 0,39 hektar torpaq sahəsində cavabdeh Fərzaliyev Vaqı̇ f Yusı̇ f oğlunun hesabına özbaşına inşa olunmuş tikili sökülsün, torpaq sahəsi əvvəlki vəziyyətə gətirilsin, həmin əraziyə çəkilmiş dəmir tor sökülərək götürülsün və torpaq sahəsindən istifadəyə törədilən maneələrə son qoyulsun. Cavabdeh Fərzaliyev Vaqı̇ f Yusı̇ f oğlundan dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat 40 (qırx) qəpik alınaraq İddiaçı ödənilsin. Cavabdeh Fərzaliyev Vaqı̇ f Yusı̇ f oğlundan 100 (bir yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (keçiriləcək hesab – büdcə təsnifatının kodu - 142319, büdcə səviyyəsinin kodu- 3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod - 210005, VÖEN-**********, müxbir hesab- AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-33/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-33/2025
23.06.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver