Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-330/2025 16.07.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh2,Cavabdeh3 və İsmayıllı rayon Notariat Ofisinə qarşı miras əmlakda payın tanınması və real bölgüsü tələbinə dair mülki işə 16 iyul 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İsmayıllı rayonu, Basqal qəsəbəsində yerləşən, AR ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********98- 10301 reyestr nömrəli çıxarışa əsasən onun və ailə üzvləri Cavabdeh2 və oğlu X8 ümumi birgə mülkiyyətlərində olan 0,14 hektar torpaq sahəsinin 1/3 hissəsinin 1/3 hissəsi üzərində X9, 1/3 hissəsi üzərində onun və 1/3 hissəsi üzərində Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ əsasında mülkiyyət hüquqlarının müəyyən edilməsi və AR ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********59 reyestr nömrəli çıxarışla (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019) müəyyən edilən 0,1951 hektar həyətyanı torpaq sahəsinin 1/3 hissəsinin 1/3 hissəsi üzərində X9,1/3 hissəsi üzərində onun və 1/3 hissəsi üzərində Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ əsasında mülkiyyət hüquqlarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1950-ci il tarixdə İsmayıllı rayonu, Basqal qəsəbəsində doğulmuşdur.Cavabdehlər Cavabdeh2 arvadı,Cavabdeh3 isə gəlinidir.Cavabdeh2 ilə rəsmi nikahlarından xx.xx.1976-cı il tarixdə oğlu X15 doğulmuşdur. X3 xx.xx.2020-ci tarixdə "Dəqiqləşdirilməmiş qaraciyər serrozu” səbəbindən vəfat etmişdir.Miras qoyan, mərhum oğlu X15 ilə Cavabdeh3 24 fevral 2012-ci il tarixdə rəsmi nikah əsasında ailə qurmuş, birgə nikahlarından 26 dekabr 2012-ci il tarixdə nəvəsi X16 doğulmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 mart 2017-ci il tarixli qətnaməsi əsasında oğlu X15 ilə Cavabdeh3 arasında bağlanmış nikah pozulmuş, 26 dekabr 2012-ci ildə doğulmuş nəvəsi X16 gəlini Cavabdeh3 himayəsində qalmışdır. Mərhum oğlu X15 AR ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən sahəsi 111,7 kv.m olan fərdi yaşayış evi onun tam, 0,14 ha torpaq sahəsi isə, onun və arvadı Cavabdeh2 və oğlu X8 ümumi birgə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Bundan başqa İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 63 nömrəli qərarı ilə 0,20 ha həyətyanı torpaq sahəsi X8 xüsusi mülkiyyətinə verilmişdir. (Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə JN 693A KOD ********) Həmin şəhadətnamə əsasında AR ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********59 nömrəli çıxarışla (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019) 0,1951 ha həyətyanı torpaq sahəsi oğlu X8 adına rəsmiləşdirilmişdir. Mərhum oğlu X6 miras qalan əmlak AR ƏMDX DƏDK və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən 0,14 ha həyətyanı torpaq sahəsinin 1/3 hissəsi və 0,1951 ha həyətyanı torpaq sahəsidir. Mərhum oğlu X2 qalan birinci növbəli vərəsələri oğlu X16 (26 dekabr 2012-ci il təvəllüdlü) və valideyinləri atası İddiaçı (xx.xx.1950-ci il təvəllüdlü) və anası - Cavabdeh2 (xx.xx.1953-cü il təvəllüdlü). Mirasın kütləsinə aid AR ƏMDX DƏDK və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********98-10301 nömrəli çıxarışla müəyyən edilən 0,14 ha torpaq sahəsinin 1/3 hissədir. Miras əmlakın, 0,14 ha torpaq sahəsinin 1/3 hissəsi üzərində 1/3 hissəsi nəvəsi X16, 1/3 hissəsi onun və 1/3 hissəsi Cavabdeh2 arasında bölünməlidir. AR ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********59 reyestr nömrəli çıxarışla (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019) müəyyən edilən 0,1951 ha həyətyanı torpaq sahəsinin 1/3 hissəsi nəvəsi X16, 1/3 hissəsi onun və 1/3 hissəsi Cavabdeh2 arasında bölünməlidir. Cavabdeh3 nəvəsi X10 da özü ilə valideynlərinə məxsus evə aparmış və baba və nənə kimi ünsiyyətlərinə məhdudiyyət qoymuş, miras əmlakdan nəvəsi X11 düşən pay isə başqa şəxsə satmaq barədə sözsöhbət eşitdiyi üçün bu iddia tələbini irəli sürməyə məcbur olmuşdur. Hansı ki, bütün əmlaklarını nəvəsi X11 vəsiyyət etməyi düşünür. Ona görə də miras əmlakdan vərəsələrə çatan payların real bölgüsünü tələb edir. Cavabdehlər arasında bununla bağlı mübahisə yoxdur, lakin,fərdi yaşayış evi və evə gediş-gəliş yolu, yəni qapı (darvaza) olan hissənin ona, digər hissədən isə Cavabdeh2 və X9 payının müəyyən edilməsini ağlabatan hesab edir. Ona görə də iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı və etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsi ilə eyni məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh3 məhkəmə iclasına gəlməmiş, onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil2 təmsil etmişdir. Cavabdeh3 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında izahat verərək iddia tələbini əsassız hesab etdiyini bildirdi və təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh2 və İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilmiş, lakin cavabdehlər Cavabdeh2 və İsmayıllı rayon Notariat Ofisinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh2 və İsmayıllı rayon Notariat Ofisinin səlahiyyətli nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mütəxəssis rəyini və iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İsmayıllı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 04 iyun 2020-ci il tarixli, AZ-İİ № 085617 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X15 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2020-ci ilin 06 ayının 04 günündə 145 nömrə ilə qeyd edilmişdir. İsmayıllı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X15 xx.xx.1976-cı ildə İsmayıllı rayonu,Basqal kəndində anadan olmuşdur. Bu barədə 49 səhfə, xx.xx.1976 kitabında qeydiyyat aparılmışdır. Atası İddiaçı və anası Cavabdeh2 Söbət qızıdır. Sabunçu Rayon Məhkəməsinin 09 mart 2017-ci il tarixli, 2(008)-212/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin surətindən görünür ki, Cavabdeh3 X15 ilə 24 fevral 2012-ci il tarixdə 02 saylı akt qeydi ilə İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının Basqal qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində bağlanmış nikahları pozulmuşdur. İsmayıllı rayon Notariat Ofisinin 06 sentyabr 2024-cü il tarixli №601 nömrəli müraciətə cavab məktubundan görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X8 adına vərəsəlik işinin açılması və digər vərəsələrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi 10 gün müddətində dayandırılır. Həmin müddət ərzində işin məhkəmənin icraatında olduğuna dair sübut təqdim edildikdə məhkəmənin yekun qərarına qədər notariat hərəkətlərinin aparılması dayandırılır. Əks təqdirdə digər vərəsələrin müraciət etdiyi zaman vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilməsi mümkündür. Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, **********59 reyestr, ********** qeydiyyat nömrəli,xx.xx.2019-cu il tarixli Çıxarışın surətindən görünür ki, İsmayıllı rayonu,Basqal qəsəbəsi ərazisində yerləşən 0.1951 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsi X8 xüsusi mülkiyyətinə verilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, **********98-10301 reyestr, ********** qeydiyyat nömrəli,xx.xx.2023-cü il tarixli Çıxarışın surətindən görünür ki, İsmayıllı rayonu,Basqal qəsəbəsində yerləşən ümumi sahəsi 111.7 kv.metr olan fərdi yaşayış evi İddiaçı tam, 0.14 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsi isə İddiaçı, Cavabdeh2 və X8 ümumi birgə mülkiyyətlərinə verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş, **********98-10301 reyestr nömrəli,407-0016/10 inventar nömrəli, xx.xx.2023-cü il tarixli Fərdi yaşayış evinə dair Texniki Pasportdan görünür ki, İsmayıllı rayonu,Basqal qəsəbəsində 0.14 hektar torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi İddiaçı tam mülkiyyətinə verilmişdir. İsmayıllı Rayon İHB-nın Basqal Qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş30 avqust 2024-cü il tarixli, №202 nömrəli arayışından görünür ki, İsmayıllı rayonu, Basqal qəsəbə İƏD üzrə nümayəndəliyinin Basqal Qəsəbə sakini İddiaçı “Ev təsərrüfatlarının uçotu kitabı” üzrə İsmayıllı rayonu,Basqal qəsəbəsində qeydiyyatdadır və ailə üzvləri arvadı Cavabdeh2, oğlanları X17 və X7 ibarətdir. İsmayıllı rayon Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-16-5/8-13-165/2025 saylı sorğuya cavab məktubundan görünür ki, X1 (Vəliyeva) Türkan Loğman qızı xx.xx.2012-ci ildə nikaha daxil olmuşlar, xx.xx.2017-ci ildə həmin nikah pozulmuşdur. X8 oğlu X16, qardaşı X17, qardaşı X18, bacısı X12 və qardaşı X13r. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin 05 iyun 2025-ci il tarixli, 3-21-3-42/2-2494/2025 saylı mütəxəssis rəyindən görünür ki, kamerial qaydada elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, **********98-10301 reyestr, ********** qeydiyyat nömrəli,xx.xx.2023-cü il tarixli Çıxarışa əsasən İsmayıllı rayonu,Basqal qəsəbəsi ərazisində yerləşən 0.14 hektar həyətyanı torpaq sahəsinə mütəxəssisin və tərəflərin iştirakı ilə baxış keçirilməklə 0.14 hektar torpaq sahəsindən mərhum X8 payına düşən 1/3 hissəsinin birinci növbəli vərəsələr X16,İddiaçı və Cavabdeh2 arasında naturada real bölgü əsasında bərabər bölünmsəi mümkün deyildir. Belə ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********98-10301 saylı çıxarışa əsasən İddiaçı, Cavabdeh2 və mərhum X8 ümumi birgə mülkiyyətlərinə verilmiş 0.14 hektar torpaq sahəsinin 3/1 hissəyə bölündükdən sonra mərhum X8 payının yenidən birinci növbəli vərəsələr arasında 3/1 hissəyə bölünməsi, torpaq sahəsinin üzərində yerləşən halhazırda İddiaçı istifadəsində olan təsərrüfat tikililərinin (talvar, tövlə) bölünməməsi və mülkiyyətdə olan 0.14 hektar torpaq sahəsinin yola yalnız 1 (bir) çıxışının mövcud olduğundan mümkün deyildir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş,**********59 reyestr,********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışa əsasən İsmayıllı rayonu,Basqal qəsəbəsi ərazisində yerləşən mərhum X8 mülkiyyətində olan 0.1951 hektar torpaq sahəsinin birinci növbəli vərəsələr X16,İddiaçı və Cavabdeh2 arasında naturada real bölgü əsasında bərabər bölünməsinin mümkün variantı yerquruluşu planında göstərilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, **********59 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışa əsasən İsmayıllı rayonu, Basqal qəsəbəsində yerləşən mərhum X8 mülkiyyətində olan 0.1951 hektar torpaq sahəsi yerləşən ərazi, X4 X5 (TEKUİS) əsasən X27 torpaqlarına aid edilmişdir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 14221301 büdcə təsnifat koduna 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə araşdırılmış sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, mərhum X15 ilə Cavabdeh3 faktiki nikahla evlənmişlər, faktiki nikahlarından bir uşaqları olmuşdur. X15 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Ondan İsmayıllı rayonu, Basqal qəsəbəsində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.14 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsindən payına düşən 1/3 hissəsi və İsmayıllı rayonu,Basqal qəsəbəsində yerləşən xüsusi mülkiyyətinə verilmiş 0.1951 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsi miras qalmışdır. X8 ölümündən sonra onun qanun üzrə birinci növbə vərəsələri oğlu X16 və valideyinləri atası İddiaçı və anası Cavabdeh2dır. Məhkəmə, iddianın düzgün həll edilməsi üçün ilk növbədə miras toplusuna daxil olan əmlakların dairəsinin müəyyən edilməsini zəruri hesab edir. Məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki‚ İsmayıllı rayonu, Basqal qəsəbəsində yerləşən ümumi birgə mülkiyyətə verilmiş 0.14 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsindən xx.xx.2020-ci il tarixdə vəfat etmiş mərhum X8 payına düşən 1/3 hissəsi və İsmayıllı rayonu,Basqal qəsəbəsində yerləşən mərhum X8 xüsusi mülkiyyətinə verilmiş 0.1951 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsi miras qalmışdır. Məhkəmə ilk növbədə mübahisənin qanuni həll edilməsi üçün işin müəyyən edilmiş hallarının mülki qanunvericiliyin vərəsəlik hüququna dair bölməsində mirasın qəbul edilməsinə dair müəyyən edilmiş xüsusi qaydalara və şərtlərə uyğun olaraq araşdırılmasını zəruri hesab edir. Həmin qaydalara əsasən, şəxs öldükdən sonra vərəsənin müəyyən aktı həyata keçirməsi tələb olunur. Buna mirasın qəbul edilməsi deyilir. Mirasın qəbul edilməsi dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Mülki Məcəllənin 1243.1-ci maddəsində mirasın qəbul edilməsinin həm faktiki, həm də hüquqi üsullarını müəyyən etmişdir. Qanunun göstərilən tələblərinə görə miras əmlakın vərəsənin mülkiyyətinə keçməsi üçün vərəsə mirası faktiki, yəni sahiblik və idarə etmək üsulu ilə qəbul etməli, yaxud da notariat kontoruna ərizə verməsi yolu ilə rəsmi qaydada qəbul etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır.Belə ki,vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair 22 aprel 2014cü il qərarında formalaşdırdığı hüquqi mövqeyə görə vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi hallarda isə miras qoyanın qohumluq münasibətlərinin dərəcəsi, vərəsələrin dairəsi və onların növbəliliyi müəyyən edilərək qərar qəbul edilməsi tələb edilir.Vərəsəliyin bu növündə vərəsələr arasında növbəlilik prinsipi gözlənilir, bərabər pay hüquqlu vərəsələrin konkret dairəsi göstərilir və əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.Vərəsəlik institutu fərdilik və ailə-təminat prinsipləri üzərində qurulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv,qərəzsiz,hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır. X20 xx.xx.2016-cı il tarixdə vəfat ediyindən ondan qalan mirasla bağlı vərəsələr arasındakı mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən vərəsələr tərəfindən vərəsəlik qəbul edilənə qədər miras qoyanın kreditorları tərəfindən verilən vərəsəlik hüquq münasibətləri ilə əlaqədar iddialar miras qalan əmlakın və yaxud onun əsas hissəsinin olduğu yerin məhkəməsinə aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1275-ci maddəsinə əsasən miras qoyan vəsiyyətnamədə mirasın bölüşdürülməsi qaydasını müəyyənləşdirə bilər, o cümlədən mirası bölüşdürməyi üçüncü şəxsə etibar edə bilər. Üçüncü şəxsin qərarı aşkar ədalətsizdirsə, vərəsələr üçün məcburi deyildir. Bu halda bölgü məhkəmənin qərarı ilə aparılır. 1276-ci maddəsinə əsasən hər bir vərəsə həm daşınar, həm də daşınmaz əmlakdan öz payının naturada ayrılmasını tələb edə bilər, bir şərtlə ki, bu şəkildə ayırma mümkün olsun və ya qanunla qadağan edilməsin. 1282.1-ci maddəsinə əsasən əgər kəndli təsərrüfatının yerləşdiyi kənd təsərrüfatı təyinatlı torpağın mülkiyyətçisi vəsiyyətnamə ilə onu bir neçə vərəsəyə qoymuşdursa və ya vəsiyyətnamə qoyulmamışdırsa və qanun üzrə bir neçə vərəsə vardırsa, kənd təsərrüfatı təyinatlı torpaq orada yerləşən kəndli təsərrüfatı ilə birlikdə vərəsələr arasında bölüşdürülə bilər, bu şərtlə ki, bölgü nəticəsində vərəsələrdən hər birinə keçən torpaq sahəsi həyat qabiliyyətli təsərrüfatın mövcudluğunu təmin etsin. 1282.2-ci maddəsinə əsasən bölgüyə yalnız vərəsələrin özlərinin təsərrüfatla məşğul olmağa hazırlaşdıqları halda yol verilir. Əgər vərəsələrdən heç biri təsərrüfatla məşğul olmaq istəməzsə, onların razılaşması üzrə torpaq orada yerləşən təsərrüfatla birlikdə satıla bilər və vərəsələr öz paylarını pul şəklində ala bilərlər. 1299.1-ci maddəsinə əsasən miras payının bərabərləşdirilməsi göstərilmiş xidmətlərə və mirasın həcminə uyğun olaraq ədalətlə aparılmalıdır. 1299.2-ci maddəsinə əsasən əmlak bölgüsü zamanı miras payının bərabərləşdirilməsi məbləği mirasın ümumi məbləğindən çıxılır və bərabərləşdirmə tələbinə hüququ olan miras şərikinin payına əlavə edilir. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, X16, İddiaçı və Cavabdeh2 mirasın açıldığı vaxt X8 birinci növbəli vərəsələri olmuşdur. Belə ki, işin müəyyən edilmiş hallarından da görünür ki, mərhum X15 öldükdən sonra onun birinci növbəli vərəsələri, oğlu X16 və valideyinləri atası İddiaçı və anası Cavabdeh2 ondan qalmış mirası faktiki qəbul etmişlər. Bu hal işin mübahisəsiz halıdır. Eyni zamanda iddiaçı tərəf miras qoyanın ölümündən sonra notariat ofisinə müraciət etməklə mirası qəbul etdiyini bəyan etmişdir. Ona görə də məhkəmə hesab edir ki, mərhum X8 birinci növbəli vərəsələri, oğlu X16 və valideyinləri atası İddiaçı və anası Cavabdeh2 ondan qalmış mirası qəbul etmək niyyətində olduqları üçün real davranış nümayiş etdirmişlər. Bununla da sözügedən şəxslər mirası qəbul etmək niyyətində olduqları üçün subyektiv vərəsəlik hüququna malikdirlər. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsində göstərilir ki, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsində göstərilir ki,vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki,mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq,o,mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə istinad edilən normanın tələbləri baxımından hesab edir ki, miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 26 dekabr 2023–cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyində müəyyən etmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Eyni zamanda Mülki Məcəllənin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla qanunverici orqan tərəfindən mümkün qədər qısa müddət ərzində təkmilləşdirilməsi zəruri hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Digər tərəfdən Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır. X15 xx.xx.2020-ci il tarixdə vəfat etdiyindən ondan miras qalan İsmayıllı rayonu, Basqal qəsəbəsi ərazisində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.14 hektar həyətyanı torpaq sahəsinin 1/3 hissəsinin və İsmayıllı rayonu, Basqal qəsəbəsi ərazisində yerləşən xüsusi mülkiyyətdə olan 0.1951 hektar həyətyanı torpaq sahəsi mərhumun birinci növbəli vərəsələri oğlu X16 və valideyinləri atası İddiaçı və anası Cavabdeh2 arasında bərabər bölünərək paylarının müəyyən edilməsi zərurəti yaranmışdır. Göstərilənlərlə yanaşı Konstitusiya Məhkəməsinin Plenumu “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci bəndindən irəli gələrək vurğulayır ki, notariuslar tərəfindən vərəsəliklə bağlı notarial hərəkətlər həyata keçirilərkən şəxslərə müvafiq hərəkətlərlə bağlı onların hüquq və vəzifələri izah edilməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərilməli, o cümlədən yerində olmayan vərəsələrin məlumatlandırılması üçün bütün mümkün vasitələrdən istifadə olunmalıdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, iddia tələbi miras əmlaklara dair payın tanınması tələbinə dair hissədə təmin edilməli, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********98-10301 reyestr nömrəli Çıxarışa əsasən İsmayıllı rayonu, Basqal qəsəbəsində yerləşən İddiaçı, Cavabdeh2 və X8 ümumi birgə mülkiyyətlərinə verilmiş 0.14 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsindən xx.xx.2020-ci il tarixdə vəfat etmiş mərhum X8 payına düşən 1/3 hissədən ibarət miras əmlak üzərində 1/3 hissədə X9, 1/3 hissədə İddiaçı və 1/3 hissədə Cavabdeh2 və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********59 reyestr nömrəli Çıxarışa əsasən İsmayıllı rayonu, Basqal qəsəbəsində yerləşən xx.xx.2020-ci il tarixdə vəfat etmiş mərhum X8 xüsusi mülkiyyətinə verilmiş 0.1951 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsindən ibarət miras əmlak üzərində 1/3 hissədə X9, 1/3 hissədə İddiaçı və 1/3 hissədə Cavabdeh2 miras payları müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv,qərəzsiz,hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir,iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini,nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını,həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Həmin Məcəllənin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq mübahisəli torpaq sahələrinin naturada birinci növbəli vərəsələr arasında bərabər bölünməsinin mümkün olub-olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, **********98-10301 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli Çıxarışa əsasən İsmayıllı rayonu, Basqal qəsəbəsi ərazisində yerləşən 0.14 hektar həyətyanı torpaq sahəsindən mərhum X8 payına düşən 1/3 hissəsinin birinci növbəli vərəsələr X16,İddiaçı və Cavabdeh2 arasında naturada real bölgü əsasında bərabər bölünmsəi mümkün deyildir.Belə ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********98-10301 saylı çıxarışa əsasən İddiaçı, Cavabdeh2 və mərhum X8 ümumi birgə mülkiyyətlərinə verilmiş 0.14 hektar torpaq sahəsinin 3/1 hissəyə bölündükdən sonra mərhum X8 payının yenidən birinci növbəli vərəsələr arasında 3/1 hissəyə bölünməsi, torpaq sahəsinin üzərində yerləşən hal-hazırda İddiaçı istifadəsində olan təsərrüfat tikililərinin (talvar, tövlə) bölünməməsi və mülkiyyətdə olan 0.14 hektar torpaq sahəsinin yola yalnız 1 (bir) çıxışının mövcud olduğundan mümkün deyildir. Eyni zamanda Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş,**********59 reyestr,********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışa əsasən İsmayıllı rayonu,Basqal qəsəbəsi ərazisində yerləşən mərhum X8 mülkiyyətində olan 0.1951 hektar torpaq sahəsinin birinci növbəli vərəsələr X16, İddiaçı və Cavabdeh2 arasında naturada real bölgü əsasında bərabər bölünməsinin mümkün variantı yerquruluşu planında göstərilsə də, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, **********59 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışa əsasən İsmayıllı rayonu,Basqal qəsəbəsində yerləşən mərhum X8 mülkiyyətində olan 0.1951 hektar torpaq sahəsi yerləşən ərazi, X4 X5 (TEKUİS) əsasən X27 torpaqlarına aid edilmişdir. Mübahisə predmeti olan 0.14 hektar və 0.1951 hektar torpaq sahələrinin naturada birinci növbəli vərəsələr arasında bərabər bölünməsi mümkün deyildir. Ona görə də iddiaçının cavabdehlərə qarşı tələb hüququ yaranmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.= Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu məbləği İddiaçı özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********98- 10301 reyestr nömrəli Çıxarışa əsasən İsmayıllı rayonu, Basqal qəsəbəsində yerləşən İddiaçı, Cavabdeh2 və X8 ümumi birgə mülkiyyətlərinə verilmiş 0.14 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsindən xx.xx.2020-ci il tarixdə vəfat etmiş mərhum X8 payına düşən 1/3 hissədən ibarət miras əmlak üzərində 1/3 hissədə X9, 1/3 hissədə İddiaçı və 1/3 hissədə Cavabdeh2 miras payları müəyyən edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********59 reyestr nömrəli Çıxarışa əsasən İsmayıllı rayonu, Basqal qəsəbəsində yerləşən xx.xx.2020-ci il tarixdə vəfat etmiş mərhum X8 xüsusi mülkiyyətinə verilmiş 0.1951 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsindən ibarət miras əmlak üzərində 1/3 hissədə X9, 1/3 hissədə İddiaçı və 1/3 hissədə Cavabdeh2 miras payları müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-330/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-330/2025
16.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver