Məhkəmə qərarları › İş №2(107)-697/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-697/2023

06.06.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-697/2023 06.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçı Mülayim oğlunun ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdeh qarşı paylı mülkiyyətin naturada ayrılması tələbinə dair ilk və ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdeh ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçı Mülayim oğluna qarşı «əmlak» tələbinə dair mülki iş üzrə (Açar sözlər: Apellyasiya baxışından çıxarma, işin istənilməsi) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, Cavabdeh-iddiaçı Hacıyeva (Əsədova) Nəfiyə Əfrail qızının iştirakı ilə İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçı Mülayim oğlunun ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdeh qarşı paylı mülkiyyətin naturada ayrılması tələbinə dair ilk və ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdeh ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçı Mülayim oğluna qarşı «əmlak» tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 27 mart 2023cü il tarixli, e-2(075)-13/2023 nömrəli qətnaməsindən cavabdeh-iddiaçı Hacıyeva (Əsədova) Nəfiyə Əfrail qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyənetdi: İddiaçı Mülayim oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu, Çeşməli kəndində yerləşən, JN-088A, kod 40401002 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən onun və Hacıyeva (Əsədova) Nəfiyə Əfrail qızının ümumi paylı mülkiyyətinə olan 0.08 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin paylara uyğun olaraq naturada ayrılması və Hacıyeva (Əsədova) Nəfiyə Əfrail qızı ilə birgə nikah müddətində əldə etdikləri buraxılış ili 2000, ban tipi bortlu, ban nömrəsi WFOAXXGBFAYC10782, ağ rəngli, **-BT-*** dövlət qeydiyyat nişanlı Ford Tranzit markalı yük avtomobilin qiymətləndirilərək açıq hərraca çıxarılması və satışdan əldə olunan vəsaitin aralarında bərabər şəkildə bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı Mülayim oğlu məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə göndərərək, Şəki rayonu, Çeşməli kəndində yerləşən, JN-088A, kod 40401002 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən onun və Hacıyeva (Əsədova) Nəfiyə Əfrail qızının ümümi paylı mülkiyyətində olan 0.08 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin paylara uyğun olaraq naturada ayrılması, Hacıyeva (Əsədova) Nəfiyə Əfrail qızı ilə birgə nikah müddətində əldə etdikləri buraxılış ili 2000, ban tipi bortlu, ban nömrəsi WFOAXXGBFAYC10782, ağ rəngli, **-BT-*** dövlət qeydiyyat nişanlı Ford Tranzit markalı yük avtomobilin qiymətləndirilərək açıq hərraca çıxarılması və satışdan əldə olunan vəsaitin aralarında bərabər şəkildə bölünməsi, birgə nikah dövründə alınaraq Cavabdeh adına Şəki rayonu, Ceşməli kəndində xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmış, 1.1260 ha əkin torpaq sahəsinin paylara uyğun olaraq naturada bölünərək ona verilməsi, cavabdehin ona məxsus torpaq sahəsinə aid hissədən çıxarılması, torpaq sahəsinin ona məxss hissəsinə giriş-çıxış yolunun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbinin həcminin artırılması barədə ərizə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icratına qəbul edilmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Mülayim oğlundan onların birgə nikah zamanı əldə etdikləri avtomobillərin buraxılış ili 1980, **-BT- *** dövlət qeydiyyat nişanlı, Vaz-21011 markalı avtomonilin dəyəri olan 5000 manatın yarısını, yəni 2500 manatı, buraxılış ili 1996, 55-BM- 266 dövlət qeydiyyat nişanlı, Mercedes benz E-200 markalı minik avtomobilin dəyəri olan 9000 manatın yarısını, yəni 6000 manat olmaqla cəmi 8500 manat pulun, 30 dövlət rüsumunun və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının cavabdeh İddiaçı Mülasyim oğlundan alınaraq ona verilmƏsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi dəqiqləşdirilməsi barədə ərizə göndərərək, İddiaçı Mülayim oğlundan onların birgə nikah zamanı əldə etdikləri avtomobillərin buraxılış ili 1980, **-BT-*** dövlət qeydiyyat nişanlı, Vaz-21011 markalı avtomobilin dəyəri olan 5000 manatın yarısını, yəni 2500 manatı, buraxılış ili 1996, **-BM- *** dövlət qeydiyyat nişanlı, Mercedes benz E-200 markalı minik avtomobilin dəyəri olan 12000 manatın yarısını, yəni 6000 manat olmaqla cəmi 8500 manat pulun, 30 dövlət rüsumunun və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının cavabdeh İddiaçı Mülasyim oğlundan alınaraq ona verilmısi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə Azərbaycan Respublikası MPM-nin 53cü maddəsinə əsasən məhkəmənin icratına qəbul edilmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(075)-13/2023 saylı qətnaməsi ilə (hakim Elşən Vəliyev) iddianın qismən təmin edilməsi, Şəki rayonu, Çeşməli kəndində yerləşən fərdi yaşayış evi paylara bölünməklə, ½ hissəsində İddiaçı Mülayim oğlunun, ½ hissəsində isə Cavabdeh payının müəyyən edilməsi, Cavabdeh ilə İddiaçı Mülayim oğlunun birgə nikahı dövründə əldə etdikləri və hazırda rəsmi reyestrdə Cavabdeh adına qeyd edilmiş, “Ford Tranzit” markalı, 2000-ci il model, WFOAXXGBFAYC10782 BAN nömrəli, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomaşının hazırkı bazar dəyəri olan 16.000 (on altı min) manat məbləğində pul yarı bölünməsi və Cavabdeh 8000 (səkkiz min) manat məbləğində pulun alınıb İddiaçı Mülayim oğluna verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh İddiaçı Mülayim oğlundan onların birgə nikah zamanı əldə etdikləri avtomobillərin buraxılış ili 1980, **-BT-*** dövlət qeydiyyat nişanlı, Vaz-21011 markalı avtomonilin dəyəri olan 5000 manatın yarısını, yəni 2500 manatı, buraxılış ili 1996, **-BM- *** dövlət qeydiyyat nişanlı, Mercedes benz E-200 markalı minik avtomobilin dəyəri olan 9000 manatın yarısını, yəni 6000 manat olmaqla cəmi 8500 manat pulun, 30 dövlət rüsumunun və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının cavabdeh İddiaçı Mülayim oğlundan alınaraq ona verilmısi barədə tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh-iddiaçı Hacıyeva (Əsədova) Nəfiyə Əfrail qızı tərəfindən аpellyаsiyа şikаyəti vermişdir. Mülki işə baxılması Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğluna həvalə edilmişdir. Apellyasiya şikayəti mümkün hesab edilmiş və məhkəmə baxışı 06 iyun 2023-cü il tarixdə, saat 09:40-a Şəki Apellyasiya Məhkəməsinin binasına (16 nömrəli zal) təyin edilmişdir. Şəki Rayon Məhkəməsinin sədri X5 Apellyasiya Məhkəməsinə məktub ünvanlayaraq göstərmişdir ki, hazırki mülki iş Şəki Apellyasiya Məhkəməsinə göndərildikdən sonra həmin iş üzrə iddiaçı-cavabdeh İddiaçı Mülayim oğlunun 05 iyun 2023-cü il tarixdə məhkəməyə Şəki Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(075)-13/2023 saylı qətnaməsindən apellyasiya şikayəti daxil olmuşdur. Bundan başqa birinci instansiya məhkəməsi tərəfindən iddiaçı-cavabdeh İddiaçı Mülayim oğlunun apellyasiya şikayətinin MPM-nin 361-ci maddəsinə uyğunluğunun yoxlanılması məqsədilə mülki işin Şəki Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(107)-697/2023 saylı qərardadı (mümkünlük barədə qərardadı) ləğv edilməli, mülki iş apellyasiya baxışından çıxarılmalı, iş üzrə iddiaçı-cavabdeh İddiaçı Mülayim oğlunun apellyasiya şikayəti MPM-nin 361-ci maddəsinə uyğunluğunun yoxlanılması üçün mülki iş Şəki Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessuаl Məcəlləsinin 263-264, 384 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(107)-697/2023 saylı qərardadı (mümkünlük barədə qərardadı) ləğv edilsin. Şəki Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(075)-12/2023 saylı qətnaməsindən cavabdeh Hacıyeva (Əsədova) Nəfiyə Əfrail qızı tərəfindən verilmiş şikayət üzrə mülki iş apellyasiya baxışından çıxarılsın. Şəki Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(075)-12/2023 saylı qətnaməsindən İddiaçı Mülayim oğlunun apellyasiya şikayətinin MPM-nin 361-ci maddəsinə uyğunluğunun yoxlanılması üçün mülki iş Şəki Rayon Məhkəməsinə göndərilsin. Qərаrdаd qəbul olunduğu аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar