Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-956/2025 21.10.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və İsmayıllı rayon Notariat Ofisinə qarşı miras əmlakda payın tanınması tələbinə dair mülki iş üzrə (Açar sözlər: Miras paylarının müəyyən edilməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X9 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 Novruz oğlunun, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və İsmayıllı rayon Notariat Ofisinə qarşı miras əmlakda payın tanınması tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 16 iyul 2025-ci il tarixli, 2(037)-330/2025 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İsmayıllı rayonu, Basqal qəsəbəsində yerləşən, AR ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********98-10301 reyestr nömrəli çıxarışa əsasən onun və ailə üzvləri Cavabdeh2 və oğlu X13 ümumi birgə mülkiyyətlərində olan 0,14 hektar torpaq sahəsinin 1/3 hissəsinin 1/3 hissəsi üzərində X14, 1/3 hissəsi üzərində onun və 1/3 hissəsi üzərində Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ əsasında mülkiyyət hüquqlarının müəyyən edilməsi və AR ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********59 reyestr nömrəli çıxarışla (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019) müəyyən edilən 0,1951 hektar həyətyanı torpaq sahəsinin 1/3 hissəsinin 1/3 hissəsi üzərində X14,1/3 hissəsi üzərində onun və 1/3 hissəsi üzərində Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ əsasında mülkiyyət hüquqlarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1950-ci il tarixdə İsmayıllı rayonu, Basqal qəsəbəsində doğulmuşdur.Cavabdehlər Cavabdeh2 arvadı,Cavabdeh3 isə gəlinidir.Cavabdeh2 ilə rəsmi nikahlarından xx.xx.1976-cı il tarixdə oğlu X22 doğulmuşdur. X7 xx.xx.2020-ci tarixdə "Dəqiqləşdirilməmiş qaraciyər serrozu” səbəbindən vəfat etmişdir.Miras qoyan, mərhum oğlu X22 ilə Cavabdeh3 24 fevral 2012-ci il tarixdə rəsmi nikah əsasında ailə qurmuş, birgə nikahlarından 26 dekabr 2012-ci il tarixdə nəvəsi X23 doğulmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 mart 2017-ci il tarixli qətnaməsi əsasında oğlu X22 ilə Cavabdeh3 arasında bağlanmış nikah pozulmuş, 26 dekabr 2012-ci ildə doğulmuş nəvəsi X23 gəlini Cavabdeh3 himayəsində qalmışdır. Mərhum oğlu X22 AR ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən sahəsi 111,7 kv.m olan fərdi yaşayış evi onun tam, 0,14 ha torpaq sahəsi isə, onun və arvadı Cavabdeh2 və oğlu X13 ümumi birgə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Bundan başqa İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 63 nömrəli qərarı ilə 0,20 ha həyətyanı torpaq sahəsi X13 xüsusi mülkiyyətinə verilmişdir. (Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə JN 693A KOD ********) Həmin şəhadətnamə əsasında AR ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********59 nömrəli çıxarışla (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019) 0,1951 ha həyətyanı torpaq sahəsi oğlu X13 adına rəsmiləşdirilmişdir. Mərhum oğlu X11 miras qalan əmlak AR ƏMDX DƏDK və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən 0,14 ha həyətyanı torpaq sahəsinin 1/3 hissəsi və 0,1951 ha həyətyanı torpaq sahəsidir. Mərhum oğlu X5 qalan birinci növbəli vərəsələri oğlu X23 (26 dekabr 2012-ci il təvəllüdlü) və valideyinləri atası İddiaçı (xx.xx.1950-ci il təvəllüdlü) və anası - Cavabdeh2 (xx.xx.1953-cü il təvəllüdlü). Mirasın kütləsinə aid AR ƏMDX DƏDK və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********98-10301 nömrəli çıxarışla müəyyən edilən 0,14 ha torpaq sahəsinin 1/3 hissədir. Miras əmlakın, 0,14 ha torpaq sahəsinin 1/3 hissəsi üzərində 1/3 hissəsi nəvəsi X23, 1/3 hissəsi onun və 1/3 hissəsi Cavabdeh2 arasında bölünməlidir. AR ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********59 reyestr nömrəli çıxarışla (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019) müəyyən edilən 0,1951 ha həyətyanı torpaq sahəsinin 1/3 hissəsi nəvəsi X23, 1/3 hissəsi onun və 1/3 hissəsi Cavabdeh2 arasında bölünməlidir. Cavabdeh3 nəvəsi X17 da özü ilə valideynlərinə məxsus evə aparmış və baba və nənə kimi ünsiyyətlərinə məhdudiyyət qoymuş, miras əmlakdan nəvəsi X18 düşən pay isə başqa şəxsə satmaq barədə söz-söhbət eşitdiyi üçün bu iddia tələbini irəli sürməyə məcbur olmuşdur. Hansı ki, bütün əmlaklarını nəvəsi X18 vəsiyyət etməyi düşünür. Ona görə də miras əmlakdan vərəsələrə çatan payların real bölgüsünü tələb edir. Cavabdehlər arasında bununla bağlı mübahisə yoxdur, lakin,fərdi yaşayış evi və evə gediş-gəliş yolu, yəni qapı (darvaza) olan hissənin ona, digər hissədən isə Cavabdeh2 və X14 payının müəyyən edilməsini ağlabatan hesab edir. Ona görə də iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir.
Birinci instansiya məhkəməsində icraat
3. Məhkəmə iclasında İddiaçı və etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsi ilə eyni məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər.
4. Cavabdeh3 məhkəmə iclasına gəlməmiş, onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil2 təmsil etmişdir.
5. Cavabdeh3 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında izahat verərək iddia tələbini əsassız hesab etdiyini bildirmiş və təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
6. Cavabdehlər Cavabdeh2 və İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilmiş, lakin cavabdehlər Cavabdeh2 və İsmayıllı rayon Notariat Ofisinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər.
7. İsmayıllı Rayon Məhkəməsinin (hakim İlqar Hüseynov) 16 iyul 2025-ci il tarixli, 2(037)- 330/2025 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********98-10301 reyestr nömrəli Çıxarışa əsasən İsmayıllı rayonu, Basqal qəsəbəsində yerləşən İddiaçı, Cavabdeh2 və X13 ümumi birgə mülkiyyətlərinə verilmiş 0.14 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsindən xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3 payına düşən 1/3 hissədən ibarət miras əmlak üzərində 1/3 hissədə X14, 1/3 hissədə İddiaçı və 1/3 hissədə Cavabdeh2 miras payları müəyyən edilmiş, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********59 reyestr nömrəli Çıxarışa əsasən İsmayıllı rayonu, Basqal qəsəbəsində yerləşən xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3 xüsusi mülkiyyətinə verilmiş 0.1951 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsindən ibarət miras əmlak üzərində 1/3 hissədə X14, 1/3 hissədə İddiaçı və 1/3 hissədə Cavabdeh2 miras payları müəyyən edilmiş, ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
8. Məhkəmə müəyyən etmişdir ki, mərhum X22 ilə Cavabdeh3 faktiki nikahla evlənmişlər, faktiki nikahlarından bir uşaqları olmuşdur. X22 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Ondan İsmayıllı rayonu, Basqal qəsəbəsində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.14 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsindən payına düşən 1/3 hissəsi və İsmayıllı rayonu, Basqal qəsəbəsində yerləşən xüsusi mülkiyyətinə verilmiş 0.1951 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsi miras qalmışdır. X13 ölümündən sonra onun qanun üzrə birinci növbə vərəsələri oğlu X23 və valideyinləri atası İddiaçı və anası Cavabdeh2dır.
9. Məhkəmə həmçinin müəyyən etmişdir ki, İsmayıllı rayonu, Basqal qəsəbəsində yerləşən ümumi birgə mülkiyyətə verilmiş 0.14 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsindən xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3 payına düşən 1/3 hissəsi və İsmayıllı rayonu,Basqal qəsəbəsində yerləşən X3 xüsusi mülkiyyətinə verilmiş 0.1951 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsi miras qalmışdır.
10. Məhkəmə eyni zamanda müəyyən etmişdir ki, mərhum X22 öldükdən sonra onun birinci növbəli vərəsələri, oğlu X23 və valideyinləri atası İddiaçı və anası Cavabdeh2 ondan qalmış mirası faktiki qəbul etmişlər. Bu hal işin mübahisəsiz halıdır. Eyni zamanda iddiaçı tərəf miras qoyanın ölümündən sonra notariat ofisinə müraciət etməklə mirası qəbul etdiyini bəyan etmişdir. Ona görə də məhkəmə hesab edir ki, X3 birinci növbəli vərəsələri, oğlu X23 və valideyinləri atası İddiaçı və anası Cavabdeh2 ondan qalmış mirası qəbul etmək niyyətində olduqları üçün real davranış nümayiş etdirmişlər. Bununla da sözügedən şəxslər mirası qəbul etmək niyyətində olduqları üçün subyektiv vərəsəlik hüququna malikdirlər. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
11. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab etmişdir ki, X23, İddiaçı və Cavabdeh2 mirasın açıldığı vaxt X13 birinci növbəli vərəsələri olmuşdur.
12. Məhkəmə qeyd etmişdir ki, X22 xx.xx.2020-ci il tarixdə vəfat etdiyindən ondan miras qalan İsmayıllı rayonu, Basqal qəsəbəsi ərazisində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.14 hektar həyətyanı torpaq sahəsinin 1/3 hissəsinin və İsmayıllı rayonu, Basqal qəsəbəsi ərazisində yerləşən xüsusi mülkiyyətdə olan 0.1951 hektar həyətyanı torpaq sahəsi mərhumun birinci növbəli vərəsələri oğlu X23 və valideyinləri atası İddiaçı və anası Cavabdeh2 arasında bərabər bölünərək paylarının müəyyən edilməsi zərurəti yaranmışdır.
13. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab etmişdir ki, iddia tələbi miras əmlaklara dair payın tanınması tələbinə dair hissədə təmin edilməli, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********98-10301 reyestr nömrəli Çıxarışa əsasən İsmayıllı rayonu, Basqal qəsəbəsində yerləşən İddiaçı, Cavabdeh2 və X13 ümumi birgə mülkiyyətlərinə verilmiş 0.14 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsindən xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3 payına düşən 1/3 hissədən ibarət miras əmlak üzərində 1/3 hissədə X14, 1/3 hissədə İddiaçı və 1/3 hissədə Cavabdeh2 və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********59 reyestr nömrəli Çıxarışa əsasən İsmayıllı rayonu, Basqal qəsəbəsində yerləşən xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3 xüsusi mülkiyyətinə verilmiş 0.1951 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsindən ibarət miras əmlak üzərində 1/3 hissədə X14, 1/3 hissədə İddiaçı və 1/3 hissədə Cavabdeh2 miras payları müəyyən edilməlidir.
14. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlmişdir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır.
15. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq mübahisəli torpaq sahələrinin naturada birinci növbəli vərəsələr arasında bərabər bölünməsinin mümkün olub-olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlmişdir ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, **********98- 10301 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli Çıxarışa əsasən İsmayıllı rayonu, Basqal qəsəbəsi ərazisində yerləşən 0.14 hektar həyətyanı torpaq sahəsindən X3 payına düşən 1/3 hissəsinin birinci növbəli vərəsələr X23,İddiaçı və Cavabdeh2 arasında naturada real bölgü əsasında bərabər bölünmsəi mümkün deyildir.Belə ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********98-10301 saylı çıxarışa əsasən İddiaçı, Cavabdeh2 və X3 ümumi birgə mülkiyyətlərinə verilmiş 0.14 hektar torpaq sahəsinin 3/1 hissəyə bölündükdən sonra X3 payının yenidən birinci növbəli vərəsələr arasında 3/1 hissəyə bölünməsi, torpaq sahəsinin üzərində yerləşən hal-hazırda İddiaçı istifadəsində olan təsərrüfat tikililərinin (talvar, tövlə) bölünməməsi və mülkiyyətdə olan 0.14 hektar torpaq sahəsinin yola yalnız 1 (bir) çıxışının mövcud olduğundan mümkün deyildir. Eyni zamanda Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş,**********59 reyestr,********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışa əsasən İsmayıllı rayonu,Basqal qəsəbəsi ərazisində yerləşən X3 mülkiyyətində olan 0.1951 hektar torpaq sahəsinin birinci növbəli vərəsələr X23, İddiaçı və Cavabdeh2 arasında naturada real bölgü əsasında bərabər bölünməsinin mümkün variantı yerquruluşu planında göstərilsə də, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, **********59 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışa əsasən İsmayıllı rayonu,Basqal qəsəbəsində yerləşən X3 mülkiyyətində olan 0.1951 hektar torpaq sahəsi yerləşən ərazi, X8 X10 (TEKUİS) əsasən X29 torpaqlarına aid edilmişdir. Mübahisə predmeti olan 0.14 hektar və 0.1951 hektar torpaq sahələrinin naturada birinci növbəli vərəsələr arasında bərabər bölünməsi mümkün deyildir. Ona görə də iddiaçının cavabdehlərə qarşı tələb hüququ yaranmamışdır.
16. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu məbləği İddiaçı özünə aid edilməlidir.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1145, 1159.1.1, 1243.2, 1243.3, 1245, 1255, 1274, 1275, 1276, 1282.1, 1282.2, 1299.1, 1299.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair 22 aprel 2014-cü il Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 26 dekabr 2023-cü il tarixli Qərarına, Azərbaycan Respublikası MPM-nin 14.2, 39.2, 77.1, 88, 107, 119.1, 214.1, 217.2, 217.4, 218.1, 218.3, 220.2, 220.3, 220.5, 223.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a)Apellyasiya şikayətinin dəlilləri
18. Qətnamədən narazı qalan Cavabdeh3 apellyasiya şikayəti vermişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mərhum X22 xx.xx.2020-ci tarixdə “Dəqiqləşdirilməmiş qaraciyər serrozu” səbəbindən vəfat etmişdir. Miras qoyan, mərhum X22 ilə Cavabdeh3 24 fevral 2012-ci il tarixdə rəsmi nikah əsasında ailə qurmuş, birgə nikalarınan 26 dekabr 2012-ci il tarixdə X23 doğulmuşdur. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 09 mart 2017-ci il tarixli qətnaməsi əsasında X22 ilə Cavabdeh3 arasında bağlanmış nikah pozulmuş, 26 dekabr 2012-ci il təvəllüdlü X4 Türkan Loğman qızının himayəsində qalmışdır.
20. X3 yeganə övladı X23 atadan yetim qalmışdır. Deməyə ehtiyac yoxdur ki artıq atası onun heç bir doğum günündə iştirak etməyəcək, hər hansı formada təlim və tərbiyəsində rolu olmayacaq, təhsil üzrə, geyim, toy xərclərində iştirak etməyəcəkdir. Atasından qalan miras əmlak payı dinimiz və qanunumuz tərəfindən müəyyən edilmiş yetimpayı olaraq onun haqqıdır.
21. İddiaçı məqsədi mərhum X19 məxsus miras əmlak-torpaq sahələri üzərində digər övladları üçün ev tikmək və maddi mənafe əldə etməkdir. Bu da müvəkkili Cavabdeh3 himayəsində olan mərhumun yeganə övladı X14 ona çatan yetim payının əlindən alınması və şərik çıxılmasıdır. Məhkəmənin nəzərinə çatdırır ki, cavabdeh VəliyevaTürkan Loğman qızının himayəsində olan vərəsə X23 X3 övladı olmaqla onun qanun üzrə birinci dərəcəli vərəsəsidir.
22. Digər bir tərəfdən qeyd edilməlidir ki, xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında məhkəmə Qətnaməni elan edərkən iddianı qismən təmin etmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********98-10301 reyestr nömrəli Çıxarışa əsasən İsmayıllı rayonu, Basqal qəsəbəsində yerləşən İddiaçı, Cavabdeh2 və X16 ümumi birgə mülkiyyətlərinə verilmiş 0.14 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsindən xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3 payına düşən 1/3 hissədən ibarət miras əmlak üzərində 1/3 hissədə X14, 1/3 hissədə İddiaçı və 1/3 hissədə Cavabdeh2 miras paylarını müəyyən etmişdir.
23. İkinci torpaq sahəsi olan, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların Dövlətqeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********59 reyestr nömrəli Çıxarışa əsasən İsmayıllı rayonu, Basqal qəsəbəsində yerləşən xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3 xüsusi mülkiyyətinə verilmiş 0.1951 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsinə aid hissəyə dair xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında məhkəmə iddianı təmin etməmişdir. Qeyd edilənlər əlbəttə ki, məhkəmə iclasının audio və video yazısında da vardır. Buna baxmayaraq məhkəmə öz Qətnaməsində elan etdiyindən fərqli izah vermiş, iddianı hər iki torpağa nisbətdə təmin etmişdir ki bu da kobud prosessual pozuntudur.
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbəli vərəsədilər. Hesab edir ki sıralama üzrə ölənin uşağı daha əvvəl olduğundan qeyd edilən miras ona çatmaldır. Ədalətli bölgü naminə də atasının torpağı atadan yetim qalmış övladına verilməlidir. Mərhumun birbaşa vərəsəsi və eləcə də birnci növbəli vərəsəsi oğlu X20r.
25. İsmayıllı rayon məhkəməsinin hazırki qətnaməsi hansısa səbəbdən daha çox iddiaçının mənafeyinə üstünlük vermiş, nəticədə müvəkkilinin himayəsində olan vərəsə X14 hüquqları kobud şəkildə pozulmuşdur.
26. Hesab edir ki, məhkəmənin qətnaməsi əsassızdır. Qətnamə bir formada elan edilmiş, kağız üzərində daşıyıcıda, həmçinin elektron formatda başqa cürə yazılmışdır. Bir daha kollegiyanın diqqətinə çatdırılır ki, iclasda başqa cür səsləndirilməsinə rəğmən məhkəmə öz qətnaməsində fərqli formada qət etmiş, daha çox iddiaçının tələbinə uyğun olan və cavabdehin hüquqlarını kobud şəkildə pozan Qətnamə çıxartmışdır. İşin hallarından da göründüyü kimi məhkəmə yekunda ədalətsiz Qətnamə çıxarmışdır.
27. Odur ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-330/2025 saylı, xx.xx.2025-ci il tarixli Qətnaməsinin qismən ləğv edilərək iddia tələblərinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********59 reyestr nömrəli Çıxarışa əsasən İsmayıllı rayonu, Basqal qəsəbəsində yerləşən xx.xx.2020-ci il tarixdə vəfat etmiş X26Aprel oğlunun xüsusi mülkiyyətinə verilmiş 0.1951 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsinə aid hissədə rədd edilməsinə dair yeni Qətnamə çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri.
28. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
29. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
30. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Novruz oğlu apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 16 iyul 2025-ci il tarixli, 2(037)-330/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. O, həmçinin izahatında iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə niyyətinin iki torpaq sahəsi üzərində qanun üzrə vərəsəlik hüququ əsasında mülkiyyət hüququnun müəyyən edilməsindən deyil, miras əmlaklar üzərində vərəsələrin miras paylarının müəyyən edilməsindən, 0.1951 ha həyətyanı torpaq sahəsinin isə 1/3 hissəsinin 1/3 hissəsi üzərində deyil, bütünlükdə həmin torpaq sahəsi üzərində hər 3 vərəsənin bərabər şəkildə 1/3 hissə miras paylarının müəyyən edilməsindən ibarət olduğunu göstərmişdir.
31. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 16 iyul 2025-ci il tarixli, 2(037)-330/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. O, həmçinin izahatında nümayəndəsinin və vəkilinin əlavə olaraq göstərdiklərini təsdiq etmişdir.
32. Cavabdehlər Cavabdeh2 və İsmayıllı rayon Notariat Ofisi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəb və mümkünsüzlüyünə dair heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 26 iyul 2021-ci il Qərarı.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
36. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
38. Apellyator İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(037)-330/2025 nömrəli qətnaməsini qismən ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
39. Ona görə də kollegiya İsmayıllı Rayon Məhkəməsinin 16 iyul 2025-ci il tarixli, 2(037)- 330/2025 nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, cavabdeh X2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməlidir.
41. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
42. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********98-10301 reyestr nömrəli Çıxarışa əsasən İsmayıllı rayonu, Basqal qəsəbəsində yerləşən 0.14 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsi İddiaçı, Cavabdeh2 və X13 ümumi birgə mülkiyyətlərində, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi isə İddiaçı tam mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********59 reyestr nömrəli Çıxarışa əsasən İsmayıllı rayonu, Basqal qəsəbəsində yerləşən 0.1951 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsi isə X13 mülkiyyətindədir. İddiaçı X13 atası, Cavabdeh2 anası, Cavabdeh3 keçmiş arvadı, X23 isə oğludur. X22 ilə Cavabdeh3 arasında bağlanmış nikah 09 mart 2017-ci il tarixdə məhkəmə qaydasında pozulmuş, həmçinin X22 29 may 2020-ci ildə vəfat etmişdir. X13 ölümündən sonra onun atası İddiaçı, anası Cavabdeh2 və 26 dekabr 2012-ci il təvəllüdlü oğlu X12 ibarət birinci növbə vərəsələri qalmışdır.
43. Kollegiya qeyd edir ki, hüquq müəyyənlik prinsipi və məhkəmə tezliyi baxımından bu xarakterli işlərdə bütün vərəsələr işə cəlb olunmaqla onların da mirası qəbul edibetməmələrinə, paylarının müəyyən olunub-olunmamasına qiymət vermək daha məqsədəuyğun sayılır. Lakin işin mübahisəli tərəfindən görünür ki, mübahisə üzrə qarşılıqlı kompromis əldə edilməmişdir.
44. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin İsmayıllı rayonu, Basqal qəsəbəsində yerləşən İddiaçı, Cavabdeh2 və X13 ümumi birgə mülkiyyətlərinə verilmiş 0.14 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsindən xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3 payına düşən 1/3 hissədən ibarət miras əmlak üzərində 1/3 hissədə X14, 1/3 hissədə İddiaçı və 1/3 hissədə Cavabdeh2, İsmayıllı rayonu, Basqal qəsəbəsində yerləşən xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3 xüsusi mülkiyyətinə verilmiş 0.1951 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsindən ibarət miras əmlak üzərində 1/3 hissədə X14, 1/3 hissədə İddiaçı və 1/3 hissədə Cavabdeh2 miras paylarının müəyyən edilməsi hissəsində gəldiyi nəticə ilə razılaşsa da, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin elan edilmiş və kağız daşıyıcıdakı variantları tam üst-üstə düşməməklə, həmçinin iddia ərizəsinin əvvəlində ümumi şəkildə tələbin həmçinin miras əmlakın bölünməsindən ibarət olmasına dair qeydin aparılmasına baxmayaraq, əslində iddia ərizəsinin tələb hissəsində irəli sürülmədiyi halda, mövcud olmayan tələb üzrə, yəni miras əmlakın bölünməsi üzrə dəyərləndirmə aparılmaqla prosessual hüquq normalarının tələbləri pozulmuşdur.
45. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir.
46. Apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər.
47. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir.
48. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi).
49. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil.
50. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır.
51. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur.
52. Hüquqi qiymətləndirmə zamanı “iura novit curia” müddəasına əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyindən asılı deyil və qətnaməni apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər.
53. MPM-in 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.
54. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin qətnaməni elan edərkən iddianı qismən təmin edərək, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********98-10301 reyestr nömrəli Çıxarışa əsasən İsmayıllı rayonu, Basqal qəsəbəsində yerləşən İddiaçı, Cavabdeh2 və X16 ümumi birgə mülkiyyətlərinə verilmiş 0.14 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsindən xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3 payına düşən 1/3 hissədən ibarət miras əmlak üzərində 1/3 hissədə X14, 1/3 hissədə İddiaçı və 1/3 hissədə Cavabdeh2 miras paylarını müəyyən etməsi, qalan hissədə iddianı təmin etməməsi, buna baxmayaraq məhkəmənin öz qətnaməsində elan etdiyindən fərqli izah verməsi, iddianı hər iki torpağa nisbətdə təmin etməsi, qətnamə bir formada elan edilməsi, kağız üzərində daşıyıcıda, həmçinin elektron formatda başqa cürə yazılmasına dair dəlilləri ilə razılaşaraq qeyd edir ki, şikayətin həmin dəlillərinin dəqiqləşdirilməsi məqsədi ilə məhkəmə kollegiyasının iclasında birinci instansiya məhkəməsinin 16 iyul 2025-ci il tarixdə keçirilən iclasının qətnamənin elan edilməsinə dair hissəsi üzrə aparılmış audio-videoyazıya baxış keçirilmişdir. Həmin audiovideoyazıya baxış zamanı həqiqətən də birinci instansiya məhkəməsində qətnamənin iddianı qismən təmin edilərək, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********98- 10301 reyestr nömrəli Çıxarışa əsasən İsmayıllı rayonu, Basqal qəsəbəsində yerləşən İddiaçı, Cavabdeh2 və X16 ümumi birgə mülkiyyətlərinə verilmiş 0.14 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsindən xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3 payına düşən 1/3 hissədən ibarət miras əmlak üzərində 1/3 hissədə X14, 1/3 hissədə İddiaçı və 1/3 hissədə Cavabdeh2 miras paylarını müəyyən etməsi, qalan hissədə iddianın təmin edilməməsi kimi elan edilməsi, lakin kağız daşıyıcıda isə iddianın həmçinin digər hissədə də təmin edilərək Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********59 reyestr nömrəli Çıxarışa əsasən İsmayıllı rayonu, Basqal qəsəbəsində yerləşən xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3 xüsusi mülkiyyətinə verilmiş 0.1951 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsindən ibarət miras əmlak üzərində 1/3 hissədə X14, 1/3 hissədə İddiaçı və 1/3 hissədə Cavabdeh2 miras paylarının müəyyən edilməsi kimi yazılması müəyyən edilmişdir.
55. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulmasına dair dəlili ilə razılaşaraq əlavə olaraq qeyd edir ki, iddia ərizəsinin əvvəlində iddiaçı tərəfindən iddia tələbi “miras əmlakda payın tanınması və real bölgüsü” kimi formalaşdırılsa da, iddia ərizəsinin tələb-yəni “xahiş edirəm” hissəsindən göründüyü kimi iddiaçının miras əmlakın real bölgüsünə dair iddia tələbi mövcud olmadığı halda birinci instansiya məhkəməsi prosessual hüquq normalarının tələblərini pozmaqla, yəni iddia tələbindən kənara çıxaraq miras əmlakın real bölgüsü istiqamətində də dəyərləndirmə aparmışdır. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır.
56. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.
57. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsində sıralama üzrə ölənin uşağı daha əvvəl olduğundan qeyd edilən mirasın ona çatmalı olması, ədalətli bölgü naminə də atasının torpağının atadan yetim qalmış övladına verilməli olmasına dair dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, Cavabdeh3 apellyasiya şikayətində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsini düzgün təfsir etməmişdir.
58. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Yəni həmin normada birinci növbə vərəsələrin ümumi dairəsi müəyyən edilmiş, onlardan birinin digərinə nisbətdə üstün hüquqlara malik olması imkanları nəzərdə tutulmamışdır. Əksinə həmin normanın özündəcə onların bərabər pay hüququna malik olmalarına dair aydın bir mövqe ifadə edilmişdir.
59. Kollegiya iddia tələbi üzrə dəyərləndirmə apararaq qeyd edir ki, vərəsəlik hüququ əsas əmlak hüququ olaraq mülkiyyətin müvəqqəti deyil, davamlı olmasını və bu nöqteyi-nəzərdən miras qoyanın maraqları baxımından əmlakının özündən sonra vərəsələrinə keçməsini, qanun və ya vəsiyyət üzrə vərəsələr üçün isə vərəsəlik yolu ilə miras qoyanın miras əmlakını əldə edə bilmək imkanını ifadə edir. Bu iki element bir-birini tamamladıqda və yalnız birlikdə vərəsəlik konstitusion hüququn tərkib əlamətlərini yaradar.
60. Konstitusiya vərəsəlik hüququnu mülkiyyət hüququnun davamı olaraq, onun xüsusi forması kimi gördüyündən mülkiyyət və vərəsəlik hüquqlarını eyni maddədə konstitusiya təminatı altına almışdır. İstər mülkiyyət hüququ, istərsə də onun davamı olan vərəsəlik hüququ cəmiyyətin inkişafında əsas elementlərdən biridir.
61. Məhkəmə kollegiyası qeyd edir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir.
62. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, mərhumun birinci növbə vərəsələrindən heç biri (o cümlədən mərhumun 26 dekabr 2012-ci il təvəllüdlü oğlu X23 anası vasitəsi ilə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etmələri barədə ərizə verməsələr də, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina da etməmişlər. Əksinə İddiaçı, cavabdehlərdən Cavabdeh2 X3 ümumibirgə mülkiyyətində olan İsmayıllı rayonu Basqal kəndində yerləşən 0.14 ha torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evində yaşamaqla, X11 qalmış mirası faktiki olaraq qəbul etməklə, həmin mirasa yiyələnmişlər. X3 26 dekabr 2012-ci il təvəllüdlü oğlu X14 isə yetkinlik yaşına çatmamaqla özü tərəfindən notariat orqanına ərizənin verilməsinin, mirasa faktiki sahiblik etmək, mirası faktiki idarə etmək imkanlarının olmaması nəzərə alınmalıdır.
63. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarına əsasən vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur.
64. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır.
65. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu.
66. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı).
67. Kollegiya qeyd edir ki, hazırkı halda mirasqoyanın vərəsələri tərəfindən vərəsəliyə çağırıldıqlarını bildikləri gündən qanunvericilikdə müəyyən edilmiş müddət ərzində mirasdan imtina etmələri halı müəyyən edilmədiyindən onların payları qanunvericilikdə müəyyən edilmiş qaydada müəyyən edilməlidir.
68. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 26 iyul 2021-ci il Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir.
69. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1 və 1325-ci maddələrinin tələblərinə uyğun olaraq, notariat orqanları vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı qanunvericilikdə təsbit edilmiş vəzifələrini icra etməli, bu zaman məsələyə formal yanaşmayaraq mübahisələrin yaranmasının qarşısının alınmasına və vərəsələr arasında qarşılıqlı razılığın əldə edilməsinə çalışmalıdır.
70. Kollegiya hesab edir ki, prossesual qənaət prinsipindən çıxış edərək, həmçinin vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həllinin məhkəmənin səlahiyyətində olması barədə Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı hüquqi mövqe nəzərə alınmaqla vərəsələrin miras payları müəyyənləşdirilməlidir.
71. Mirasqoyana məxsus mirasın kütləsinə daxil olan əmlakların Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********98-10301 reyestr nömrəli Çıxarışa əsasən İsmayıllı rayonu, Basqal qəsəbəsində yerləşən 0.14 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin X13 ümumi birgə mülkiyyətində olan 1/3 hissəsindən, həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********59 reyestr nömrəli Çıxarışa əsasən X13 mülkiyyətində olan İsmayıllı rayonu, Basqal qəsəbəsində yerləşən 0.1951 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsindən ibarətdir.
72. Məhkəmə kollegiyası qeyd edir ki, işdə olan sənədlər diqqətə alınmaqla mirasın açıldığı, yəni 29 may 2020-ci il tarixə mirasqoyanın birinci növbə vərəsələri-atası İddiaçı, anası Cavabdeh2 və 26 dekabr 2012-ci il təvəllüdlü oğlu X12, yəni 3 vərəsədən ibarət olmuşlar.
73. Məhkəmə kollegiyası iddia tələbinin 0,1951 hektar həyətyanı torpaq sahəsinin 1/3 hissəsinin 1/3 hissəsi üzərində X14,1/3 hissəsi üzərində onun və 1/3 hissəsi üzərində Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ əsasında mülkiyyət hüquqlarının müəyyən edilməsi hissəsindəki torpaq sahəsinin 1/3 hissəsinin 1/3 hissəsi üzərində payların müəyyən edilməsinə dair mövqeyə münasibətdə qeyd edir ki, məhkəmə kollegiyasının iclasında həmin məsələ iddiaçının nümayəndəsindən, həmçinin iddiaçıdan dəqiqləşdirilmiş, iddiaçının nümayəndəsi həmin cümlədə ilk qeyd edilən 1/3 hissəsinin fikrinin yanlışlıqla iddia ərizəsinə daxil edildiyini göstərmiş və məhkəmə kollegiyasından 0,1951 hektar həyətyanı torpaq sahəsindən vərəsələrdən hər birinin 1/3 hissələrdə miras paylarının müəyyən edilməsini xahiş etmişdir.
74. İddia tələbinin miras əmlaklar üzərində vərəsələrin qanun üzrə vərəsəlik hüququ əsasında mülkiyyət hüquqlarının müəyyən edilməsinə dair hissəsinə gəlincə məhkəmə kollegiyası tərəfindən tələbin həmin hissələri də iddiaçının nümayəndəsindən və iddiaçıdan dəqiqləşdirilmiş və iddiaçının nümayəndəsi həmin fikir üzrə əslində miras əmlak üzərində vərəsələrin miras paylarının müəyyən edilməsinin nəzərdə tutulduğunu göstərmişdir. İddiaçı da nümayəndəsinin göstərdiklərini təsdiq etmişdir.
75. Məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin xahiş edirəm hissəsinin ikinci abzasında 0,1951 hektar həyətyanı torpaq sahəsinin sözündən sonra birinci yazılmış 1/3 hissəsinə dair hissədə iddia tələbinin iddiaçı tərəfdən müdafiə edilməməsi, həmin hissənin texniki yanlışlıqla iddia ərizəsinə daxil edilməsinin göstərilməsi, həmin fikrə istinadən payın müəyyən edilməsinin bütün vərəsələrin paylarının məhdud şəkildə müəyyən edilməsi ilə nəticələnəcəyi nəzərə alınaraq məhkəmə kollegiyası hesab edir ki, vərəsələrin paylarının müəyyən edilməsində iddia ərizəsinin xahiş edirəm hissəsinin ikinci abzasında 0,1951 hektar həyətyanı torpaq sahəsinin sözündən sonra birinci yazılmış 1/3 hissəsinə aid hissədə iddia tələbi əsassızdır.
76. Məhkəmə kollegiyası iddia tələbinin vərəsələrin qanun üzrə vərəsəlik hüququ əsasında mülkiyyət hüququnun müəyyən edilməsi hissələrində də iddia tələbini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayıldığından, bu hüququn yenidən müəyyən edilməsi üçün zərurət olmamaqla, həmin hal mirasın kütləsinə daxil olan əmlakda vərəsələrin miras paylarının müəyyən edilməsi üçün əsas təşkil edir.
77. X1 miras qalmış daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********98-10301 reyestr nömrəli Çıxarışa əsasən İsmayıllı rayonu, Basqal qəsəbəsində yerləşən 0.14 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin X19 məxsus 1/3 hissəsindən və daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********59 reyestr nömrəli Çıxarışa əsasən İsmayıllı rayonu, Basqal qəsəbəsində yerləşən X19 məxsus 0.1951 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsindən İddiaçı, Cavabdeh2 və 26 dekabr 2012-ci il təvəllüdlü X14 bərabər şəkildə miras payları müəyyən edilməlidir.
78. Məhkəmə kollegiyası yekun olaraq bu nəticəyə gəlir ki, Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin 16 iyul 2025-ci il tarixli, 2(037)-330/2025 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və İsmayıllı rayon Notariat Ofisinə qarşı miras əmlakda payın tanınması tələbinə dair iddiası qismən təmin edilməli, İsmayıllı rayonu, Basqal qəsəbəsində yerləşən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********98-10301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı, Cavabdeh2 və onların mərhum oğlu X13 ümumi birgə mülkiyyətlərində olan 0,14 hektar torpaq sahəsinin 1/3 hissəsinin 1/3 hissəsi üzərində X14, 1/3 hissəsi üzərində İddiaçı, 1/3 hissəsi üzərində Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********59 reyestr nömrəli çıxarışla (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019) müəyyən edilən 0,1951 hektar həyətyanı torpaq sahəsinin 1/3 hissəsi üzərində X14, 1/3 hissəsi üzərində İddiaçı və 1/3 hissəsi üzərində Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ əsasında miras payları müəyyən edilməli, iddianın qalan hissəsi isə təmin edilməməlidir.
79. İddianın qismən təmin edilməsi və tələb edilməməsi nəzərə alınaraq ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
80. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi: Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin 16 iyul 2025-ci il tarixli, 2(037)-330/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və İsmayıllı rayon Notariat Ofisinə qarşı miras əmlakda payın tanınması tələbinə dair iddiası qismən təmin edilsin. İsmayıllı rayonu, Basqal qəsəbəsində yerləşən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********98-10301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı, Cavabdeh2 və onların mərhum oğlu X13 ümumi birgə mülkiyyətlərində olan 0,14 hektar torpaq sahəsinin 1/3 hissəsinin 1/3 hissəsi üzərində X14, 1/3 hissəsi üzərində İddiaçı, 1/3 hissəsi üzərində Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********59 reyestr nömrəli çıxarışla (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019) müəyyən edilən 0,1951 hektar həyətyanı torpaq sahəsinin 1/3 hissəsi üzərində X14, 1/3 hissəsi üzərində İddiaçı və 1/3 hissəsi üzərində Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ əsasında miras payları müəyyən edilsin. İddianın qalan hissəsi təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.