Məhkəmə qərarları › İş №2(107)-2249/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2249/2021

01.12.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2249/2021 01.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı cavabdeh Hacıyeva (Əsədova) Nəfiyə Əfrail qızına qarşı «əmlak» tələbinə dair ilk və cavabdeh Hacıyeva (Əsədova) Nəfiyə Əfrail qızının İddiaçı qarşı «əmlak» tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülki iş üzrə İddiaçı iddianın təmini tədbiri barədə ərizəsinin təmin edilməsi barədə Şəki Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 2(075)-1543/2021 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Mülayim oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Hacıyeva (Əsədova) Nəfiyə Əfrail qızı ilə birgə mülkiyyətində olan 0.08 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ona düşən payın naturada ayrılması, birgə nikah dövründə əldə etdikləri buraxılış ili 2000, ban tipi Bortlu, Ban nömrəsi WFOAXXGBFAYC10782, rəngi ağ, **-BT-*** dövlət qeydiyyat nişanlı Ford- Tranzit markalı yük avtomobilinin qiymətləndirilərək açıq hərracda satılması, satışdan əldə edilmiş vəsaitin aralarında bərabər şəkildə bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı Mülayim oğlu iddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Hacıyeva (Əsədova) Nəfiyə Əfrail qızı ilə birgə mülkiyyətində olan 0.08 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ona düşən payın naturada ayrılması, birgə nikah dövründə əldə etdikləri buraxılış ili 2000, ban tipi Bortlu, Ban nömrəsi WFOAXXGBFAYC10782, rəngi ağ, **-BT-*** dövlət qeydiyyat nişanlı FordTranzit markalı yük avtomobilinin qiymətləndirilərək açıq hərracda satılması, satışdan əldə edilmiş vəsaitin aralarında bərabər şəkildə bölüşdürülməsi, birgə nikah dövründə alınaraq Hacıyeva (Əsədova) Nəfiyə Əfrail qızının adına Şəki rayonu Çeşməli kəndində 19 mart 2011-ci ildə qeydiyyata alınmış 1.1260 ha torpaq sahəsinin paylara uyğun naturada bölünərək ona verilməsi, cavabhin ona məxsus torpaq sahəsinə aid hissədən çıxarılması, torpaq sahəsinin ona məxsus hissəsinə giriş-çıxış yolunun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. 20 sentyabr 2021-ci il tarixdə cavabdeh Hacıyeva (Əsədova) Nəfiyə Əfrail qızının etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 qarşılıqlı iddia ərizəsini məhkəmənin dəftərxanasına təqdim edərək, cavabdeh İddiaçı Mülayim oğlundan birgə nikah zamanı əldə etdikləri avtomobillərin buraxılış ili 1980, **-BT-*** dövlət qeydiyyat nişanlı, VAZ- 21011 markalı avtomobilin dəyəri olan 5000 manatın yarısının, yəni 2500 manatın, buraxılış ili 1996, **-BM-*** dövlət qeydiyyat nişanlı, Mercedes Benz E 200 markalı minik avtomobilin dəyəri olan 9000 manatın yarısının, yəni 6000 manat olmaqla, cəmi 8500 manat pulun, 30 (otuz) manat dövlət rüsumunun və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının cavabdeh İddiaçı Mülayim oğlundan alınaraq Hacıyeva (Əsədova) Nəfiyə Əfrail qızına verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Hacıyeva (Əsədova) Nəfiyə Əfrail qızının etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 20 sentyabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuş qarşılıqlı iddia ərizəsi Azərbaycan Respublikasının MPM-nin 155-ci maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Mülki işə məhkəmədə baxılarkən cavabdeh Hacıyeva (Əsədova) Nəfiyə Əfrail qızının etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı Mülayim oğlundan birgə nikah zamanı əldə etdikləri buraxılış ili 1980, **-BT-*** dövlət qeydiyyat nişanlı, VAZ-21011 markalı avtomobilin dəyəri olan 5000 manatın yarısının, yəni 2500 manatın, buraxılış ili 1996, **- BM-*** dövlət qeydiyyat nişanlı, Mercedes Benz E 200 markalı minik avtomobilin dəyəri olan 12000 manatın yarısının, yəni 6000 manat olmaqla, cəmi 8500 manat pulun, 30 (otuz) manat dövlət rüsumunun və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının cavabdeh İddiaçı Mülayim oğlundan alınaraq Hacıyeva (Əsədova) Nəfiyə Əfrail qızına verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin və dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı Mülayim oğlu iddianın təmini tədbiri barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Şəki Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 2(075)-1543/2021 nömrəli qərardadı ilə ərizənin təmin edilməsi, hazırki iddia tələbinə baxılıb iş üzrə çıxarılacaq qətnamə qanuni qüvvəsini alanadək, cavabdeh Hacıyeva (Əsədova) Nəfiyə Əfrail qızının adına Şəki rayonu Çeşməli kəndində 19.03.2011-ci il tarixdə qeydiyyata alınmış 1.1260 ha torpaq sahəsində əkilmiş qırx mindən çox meyvə ağaclarının çıxarılması, satılması, torpaq sahəsində özbaşına tikinti işlərinin aparılması və həmin torpaq sahəsinin özgəninkiləşdirilməsi ilə bağlı hərəkətlərin cavabdehə qadağan edilməsi, qərardad dərhal icra edilməsi qərara alınmışdır. Cavabdeh Hacıyeva (Əsədova) Nəfiyə Əfrail qızı həmin qərardaddan şikayət vermiş, Şəki Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2(075)-1543/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. X1 Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 2(075)-1543/2021 nömrəli qərardadı ləğv edilməli və ərizəyə ayrıca icraat qaydasında baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 157.3-cü maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. Həmin Məcəllənin 158.2-ci maddəsində göstərilir ki, məhkəmə zəruri hallarda digər müvəqqəti təminat tədbirlərini də tətbiq edə bilər. Məhkəmə müvəqqəti təminat tədbirlərinin bir neçə növünü birlikdə tətbiq edə bilər. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri haqqında əsaslandırılmış ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan ayrıca icraatda baxılır. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən, hakim ərizəyə baxılması nəticəsi barədə qərardad çıxarır. 01 oktyabr 2021-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə edilmiş dəyişiklərdən sonra həmin Məcəllənin 159.1-ci maddəsinin tələblərindən görünür ki, müvəqqəti təminat tədbirləri haqqında ərizəyə ayrıca icraatda baxılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Şəki Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 2(075)-1543/2021 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar vardır. Ona görə də, şikayət qismən təmin edilməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 2(075)-1543/2021 nömrəli qərardadı ləğv edilməli və Azərbaycan Respublikası MPM-nin 159.1-ci maddəsinin tələblərinə əməl edilməklə ərizəyə ayrıca icraat qaydasında baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilməlidir. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Həmin Məcəllənin 399-cu mаddəsinə əsаsən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 157, 158, 263-264 və 397-400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 2(075)-1543/2021 nömrəli qərardadı ləğv edilsin. Azərbaycan Respublikası MPM-nin 159.1-ci maddəsinin tələblərinə əməl edilməklə ərizəyə ayrıca icraat qaydasında baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar