Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-13/2023 27.03.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi İddiaçı İbrahim Mülayim oğlunun və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1 iştirakları ilə İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçı Mülayim oğlunun ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdeh qarşı paylı mülkiyyətin naturada ayrılması tələbinə dair ilk və ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdeh ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçı Mülayim oğluna qarşı «əmlak» tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı Mülayim oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu, Çeşməli kəndində yerləşən, JN-088A, kod 40401002 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən onun və Hacıyeva (Əsədova) Nəfiyə Əfrail qızının ümumi paylı mülkiyyətinə olan 0.08 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin paylara uyğun olaraq naturada ayrılması və Hacıyeva (Əsədova) Nəfiyə Əfrail qızı ilə birgə nikah müddətində əldə etdikləri buraxılış ili 2000, ban tipi bortlu, ban nömrəsi WFOAXXGBFAYC10782, ağ rəngli, **-BT-*** dövlət qeydiyyat nişanlı Ford Tranzit markalı yük avtomobilin qiymətləndirilərək açıq hərraca çıxarılması və satışdan əldə olunan vəsaitin aralarında bərabər şəkildə bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Hacıyeva (Əsədova) Nəfiyə Əfrail qızı onun sabiq həyat yoldaşıdır. Cavabdehlə aralarında bağlanmış nikah Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(075)-856/2020 nömrəli qətanməsi ilə pozulmuşdur. Hazırda cavabdehlə ayrı yaşayır. JN-088A, kod 40401002 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Şəki rayonu, Çeşməli kəndində onun və Hacıyeva (Əsədova) Nəfiyə Əfrail qızının ümumi paylı mülkiyyətinə 0.08 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi vardır. Bundan əlavə birgə nikah dövründə cavabdehin adına xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmış buraxılış ili 2000, ban tipi bortlu, ban nömrəsi WFOAXXGBFAYC10782, ağ rəngli, **-BT-*** dövlət qeydiyyat nişanlı Ford Tranzit markalı yük avtomobili əldə etmişlər. Cavabdeh onu evə buraxmır və torpaq sahəsindən istifadə etməyə icazə vermir. Eyni zamanda cavabdeh Ford Tranzit markalı yük avtomobilini idarə etməyi üçün ona verdiyi etibarnaməni ləğv edərək yük avtomobilini idarə etmək üçün başqa şəxsə etibarnamə vermişdir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonradan İddiaçı Mülayim oğlu məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə göndərərək, Şəki rayonu, Çeşməli kəndində yerləşən, JN-088A, kod 40401002 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən onun və Hacıyeva (Əsədova) Nəfiyə Əfrail qızının ümümi paylı mülkiyyətində olan 0.08 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin paylara uyğun olaraq naturada ayrılması, Hacıyeva (Əsədova) Nəfiyə Əfrail qızı ilə birgə nikah müddətində əldə etdikləri buraxılış ili 2000, ban tipi bortlu, ban nömrəsi WFOAXXGBFAYC10782, ağ rəngli, **-BT-*** dövlət qeydiyyat nişanlı Ford Tranzit markalı yük avtomobilin qiymətləndirilərək açıq hərraca çıxarılması və satışdan əldə olunan vəsaitin aralarında bərabər şəkildə bölünməsi, birgə nikah dövründə alınaraq Cavabdeh adına Şəki rayonu, Ceşməli kəndində xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmış, 1.1260 ha əkin torpaq sahəsinin paylara uyğun olaraq naturada bölünərək ona verilməsi, cavabdehin ona məxsus torpaq sahəsinə aid hissədən çıxarılması, torpaq sahəsinin ona məxss hissəsinə giriş-çıxış yolunun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbinin həcminin artırılması barədə ərizə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icratına qəbul edilmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Mülayim oğlundan onların birgə nikah zamanı əldə etdikləri avtomobillərin buraxılış ili 1980, **-BT- *** dövlət qeydiyyat nişanlı, Vaz-21011 markalı avtomonilin dəyəri olan 5000 manatın yarısını, yəni 2500 manatı, buraxılış ili 1996, **-BM-*** dövlət qeydiyyat nişanlı, Mercedes benz E-200 markalı minik avtomobilin dəyəri olan 9000 manatın yarısını, yəni 6000 manat olmaqla cəmi 8500 manat pulun, 30 dövlət rüsumunun və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının cavabdeh İddiaçı Mülasyim oğlundan alınaraq ona verilmƏsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi dəqiqləşdirilməsi barədə ərizə göndərərək, İddiaçı Mülayim oğlundan onların birgə nikah zamanı əldə etdikləri avtomobillərin buraxılış ili 1980, **-BT-*** dövlət qeydiyyat nişanlı, Vaz-21011 markalı avtomobilin dəyəri olan 5000 manatın yarısını, yəni 2500 manatı, buraxılış ili 1996, **-BM- *** dövlət qeydiyyat nişanlı, Mercedes benz E-200 markalı minik avtomobilin dəyəri olan 12000 manatın yarısını, yəni 6000 manat olmaqla cəmi 8500 manat pulun, 30 dövlət rüsumunun və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının cavabdeh İddiaçı Mülasyim oğlundan alınaraq ona verilmısi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə Azərbaycan Respublikası MPM-nin 53cü maddəsinə əsasən məhkəmənin icratına qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Mülayim oğlu iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasına İddiaçı İbrahim Mülayim oğlunun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, ekspert həmin mübahisələndirilən əraziyə baxış keçirməmişdir. Həmin topağın bölünməsini və hər birinin giriş-çıxışı müəyyən edilməsini xahiş etmişdir. Mümkün olmadığı halda satılmasına etirazı yoxdur. İş materiallarına əlavə edilmiş KOD 40401002, JN-088A saylı torpağa mülkiyyət verilməsinə dair şəhadətnamədən görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 25 avqust 1999-cü il tarixli, 12 saylı qərarına əsasən İddiaçı Mülayim oğluna, Cavabdeh cizgidə göstərilən sərhədlər daxilində 0.08 hektar torpaq sahəsi ayrılmışdır. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 30 iyun 2020-ci il tarixli, 2(075)-856/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı Mülayim oğlu ilə Hacıyeva (Əsədova) Nəfiyə Əfrail qızının arasında 30 sentyabr 1983-cü il tarixdə Şəki şəhəri İHB-nin Daşüz kənd İƏD üzrə Nümayəndəliyində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 21 nömrə ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Şəki Şəhər İcra Hakimiyyəti başçısının Çeşməli kənd nümayəndəliyinin arayışından görünür ki, İddiaçı Mülayim oğlu həqiqətən Şəki rayonu, Çeşməli kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Şəki Şəhər İcra Hakimiyyəti başçısının Çeşməli kənd nümayəndəliyinin arayışından görünür ki, İddiaçı Mülayim oğlunun Şəki rayonu, Çeşməli kəndində ailəsinə məxsus 0.08 ha həyətyanı sahədə yaşayış evi və tövlə var. Yaşayış evi 3 otaq, hamam və mətbəcdən ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X26 İdarəsi tərəfindən verilmiş 30 yanvar 2020-ci il tarixli, 016-187/Y-29 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası DİN BDYPİ-nin X17 İmtahan və Texniki Baxış şöbəsində yaradılan mərkəzləşdirilmiş kompüter bazasında İddiaçı Mülayim oğlunun adına xx.xx.2012-ci il tarixdə **-BM-*** dövlət qeydiyyat nişanlı, Mercedes Benz E 200 markalı minik avtomobili qeydiyyata alınmış və hal-hazırda da onun adında qeydiyyatdadır. Hacıyev X13 rayonu Çeşməli kəndində qeydiyyatda olan X4 adına xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmış 55BT373 dövlət qeydiyyat nişanlı, Ford Tranzit markalı yük avtomobilini xx.xx.2015-ci il tarixdən xx.xx.2023-cü il tarixədək (nəqliyyat vasitəsindən istifadə hüququ) olan etibarnamə ilə idarə etmişdir. Qeyd olunan etibarnamə xx.xx.2019-cu il tarixdə ləğv edilmişdir. İş materiallarında olan 16 yanvar 2007-ci il tarixli müqavilədən görünür ki, X11, X9, X10 və X2 rayonu, Aqrar İslahat Komissiyasının 1998-ci il 25 avqust tarixli 12 saylı qərarı 27 iyul 2000-ci il tarixli JN:0015 KOD ******* nömrəli Dövlət aktına və Şəki şəhər Ərazi İdarəsinin xx.xx.2006-cı il tarixli İİ62 nömrəli arayışına əsasən onlara məxsus Şəki rayonu, Çeşməli kəndində yerləşən 1.97 ha torpaq sahəsinin 4/7 hissəsini Cavabdeh bağışlamışlar. İş materiallarına əlavə edilmiş AC N 564419 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindn görünür ki, Cavabdeh adına Ford Transit markalı buraxılış ili 2000, ban tipi bortlu, ban nömrəsi WFOAXXGBFAYC10782, ağ rəngli, **-BT-*** dövlət qeydiyyat nişanlı Ford Tranzit markalı yük avtomobili qeydiyyata alnmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin 30 iyul 2021-ci il tarixli, **********32 nömrəli məktubundan görünür ki, Cavabdeh adına Şəki rayonu, Çeşməli kəndində yerləşən 1.1260 ha əkin torpaq sahəsi Xidmətin 12 saylı Şəki Ərazi İdarəsində xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmış, ləğv edilmiş DTKXnin Şəki rayon şöbəsi tərəfindən İddiaçı Mülayim oğluna, Cavabdeh, X5, X6, X7 ümumi birgə mülkiyyətdə olmaqla JN-0086 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Şəkin rayonu, Küdürlü kəndində 2.69 ha əkin torpaq sahəsi verilmiş, həmin torpaq sahəsinin 1.60 ha hissəsi Şəki 2 saylı DNK-nın xx.xx.2007-ci il tarixli, 4Ə-91 saylı müqaviləsinə əsasən X3, 1.1072 ha hissəsi Şəki 2 saylı DNK-nın xx.xx.2007 tarixli müqaviləsinə əsasən X1 və ləğv edilmiş DTKX-nin Şəki rayon şöbəsi tərəfindən İddiaçı Mülayim oğluna, Cavabdeh ümumi birgə mülkiyyətdə olmaqla JN-088A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə sənədinə əsasən Şəki rayonu, Çeşməli kəndində 0.08 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 noyabr 2022-ci il tarixli, 9/6816 nömrəli ekspert rəyindən görünür ki, 2000-ci il buraxılışlı, “Ford Tranzit” markalı, normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı avtomobilin təxmini orta bazar qiyməti 16.000 manat, 1980-ci il buraxılışlı, “Vaz 21011” markalı, normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı avtomobilin təxmini orta bazar qiyməti 2.500 manat, 1996-cı il buraxılışlı, “Mercedes Benz E200” markalı, normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı avtomobilin təxmini orta bazar qiyməti 8500 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin 20 oktyabr 2021-ci il tarixli, **********32 nömrəli məktubundan görünür ki, Cavabdeh adına Şəki rayonu, Çeşməli kəndində yerləşən 1.1260 ha əkin torpaq sahəsi Xidmətin 12 saylı Şəki Ərazi İdarəsində qeydiyyata alınmış, ləğv edilmiş DTKX-nin Şəki rayon şöbəsi tərəfindən təhvil verilmiş arxiv materiallarına əsasən İddiaçı Mülayim oğlunun və Cavabdeh adına paylı mülkiyyətdə (2 nəfər ailə üzvü olmaqla) Şəki rayonu, Çeşməli kəndində JN-088A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə sənədinə əsasən 0.08 ha həyətyanı torpaq sahəsinin olduğu aşkar edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 19 mart 2011-ci il tarixdə verilmiş **********16 reyetr nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən çıxarışın surətindən görünür ki, Şəki rayonu, Çeşməli kəndində yerləşən 1.126 ha torpaq sahəsi Cavabdeh tam mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 yanvar 2023-cü il tarixli, 10/6155 nömrəli ekspert rəyindən görünür ki, Şəki rayonu, Çeşməli kəndində yerləşən JN-088A nömrəli (kod ********) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstəriliş 0.08 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin yerləşmə mövqeyinə, ərazinin situasiya planına görə mülkiyyətçilərin payına düşən hissələrin hər birinə ayrıca giriş-çıxış yolunun açılmasının mümkün olmamasına görə, o cümlədən fərdi yaşayış evinin tərkibində olan kommunal xidmətli sahələri ( mətbəx, dəhliz və s.) yeganə olduğuna görə həyətyani sahədə əlavə tikililərin olmasına görə, İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin metodik əsasların tələblərinə uyğun tərəflərin hər birinin payına uyğun bölünməsi texniki cəhətdən mümkün olmadığı müəyyən edilmiş və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 19 mart 2011-ci il tarixdə verilmiş MA seriyalı, ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında Dasınmaz Əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən Şəki rayonu, Çeşməli kəndində yerləşən və Cavabdeh qzının tam mülkiyyətində olan 1.126 ha torpaq sahəsinin İddiaçı Mülayim oğluna aid ½ hissə (0.563 ha) payın naturada ayrılması mümkün hesab edilmişdir. Bunun üçün torpaq sahəsi hər biri 0.563 ha olmaqla, düz xətt boyunca iki hissəyə ayrılmalıdır. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə qarşılıqlı iddiaya münasibət bildirərək hesab edir ki, Cavabdeh qarşılıqlı iddia ərizəsində qeyd etdiyi, İddiaçı Mülayim oğlundan onların birgə nikah zamanı əldə etdikləri avtomobillərin buraxılış ili 1980, **-BT-*** dövlət qeydiyyat nişanlı, Vaz-21011 markalı avtomonilin dəyəri olan 5000 manatın yarısını, yəni 2500 manatı, buraxılış ili 1996, **-BM-*** dövlət qeydiyyat nişanlı, Mercedes benz E-200 markalı minik avtomobilin dəyəri olan 12000 manatın yarısını, yəni 6000 manat olmaqla cəmi 8500 manat pulun, 30 dövlət rüsumunun və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının cavabdeh İddiaçı Mülayim oğlundan alınaraq ona verilmısi barədə iddiası üzrə Vaz-21011 markalı avtomobilin birgə nika dövründə alınıb və həmin dövrdə satılması müəyyən edildiyindən, eyni zamanda iş materiallarında təqdim edilmiş sənədlər və fotoşəkillərdən müəyyən edimişdir ki, Mercedes benz E-200 markalı minik avtomaşını Cavabdeh tərəfindən yararsız vəziyyətə salınmışdır. Göstərilən xüsusatlara əsaslanaraq məhkəmə belə hesab edir ki, qarşılıqlı iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1–ci maddəsində göstərilmişdir ki, nikah müddətində ər–arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2–ci maddəsinə görə ər–arvadın ümumi birgə mülkiyyətinə, onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər–arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər–arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər–arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 36.1–ci maddəsinə əsasən ər–arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər–arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər–arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə görə, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.2-ci maddəsinə görə, paylı mülkiyyətçin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Həmin Məcəllənin 220.1-ci maddəsinə görə, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən, bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayırlan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Həmin Məcəllənin 220.6-cı maddəsinə görə, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları bundan ibarətdir ki, Cavabdeh iddiaçı ilə nikahda olduğu dövrdə qazandıqları əmlak hesabına Şəki rayonu, Çeşməli kəndi ərazisində 0,08 ha torpaq sahəsi əldə etmişdir. Lakin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 yanvar 2023-cü il tarixli rəyində göstərildiyi kimi mülkiyyətçilərin payına düşən hissələrin hər birinə ayrıca giriş-çıxış yolunun açılmasının mümkün olmamasına görə, o cümlədən fərdi yaşayış evinin tərkibində olan kommunal xidmətli sahələri ( mətbəx, dəhliz və s.) yeganə olduğuna görə həyətyani sahədə əlavə tikililərin olmasına görə, İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin metodik əsasların tələblərinə uyğun tərəflərin hər birinin payına uyğun bölünməsi texniki cəhətdən mümkün olmadığı müəyyən edilmədiyindən iddia payın naturada bölünməsi hissəsində təmin edilməməlidir. Yuxarəda qeyd edilən normaların məzmunundan belə nəticə hasil olur ki, paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Belə ki, Cavabdeh tam mülkiyyətində olan Şəki rayonu, Çeşməli kəndində yerləşən 1.126 ha torpaq sahəsi üzrə iş materiallarında olan 16 yanvar 2007-ci il tarixli müqavilədə qeyd edilmiş X11, X9, X10 və X2 rayonu, Aqrar İslahat Komissiyasının 1998-ci il 25 avqust tarixli 12 saylı qərarı 27 iyul 2000-ci il tarixli JN:0015 KOD ******* nömrəli Dövlət aktına və Şəki şəhər Ərazi İdarəsinin xx.xx.2006-cı il tarixli İİ62 nömrəli arayışına əsasən onlara məxsus Şəki rayonu, Çeşməli kəndində yerləşən 1.97 ha torpaq sahəsinin 4/7 hissəsini Cavabdeh bağışladıqlarından iddia tələbi həmin hisədə də rədd edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Şəki rayonu, Çeşməli kəndində yerləşən fərdi yaşayış evi paylara bölünməklə, ½ hissəsində İddiaçı Mülayim oğlunun, ½ hissəsində isə Cavabdeh payı müəyyən edilməli, Cavabdeh ilə İddiaçı Mülayim oğlunun birgə nikahı dövründə əldə etdikləri və hazırda rəsmi reyestrdə Cavabdeh adına qeyd edilmiş, “Ford Tranzit” markalı, 2000-ci il model, WFOAXXGBFAYC10782 BAN nömrəli, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomaşının hazırkı bazar dəyəri olan 16.000 (on altı min) manat məbləğində pul yarı bölünsün və Cavabdeh 8000 (səkkiz min) manat məbləğində pul alınıb İddiaçı Mülayim oğluna verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Həmçinin Cavabdeh İddiaçı Mülayim oğlundan onların birgə nikah zamanı əldə etdikləri avtomobillərin buraxılış ili 1980, **-BT-*** dövlət qeydiyyat nişanlı, Vaz-21011 markalı avtomonilin dəyəri olan 5000 manatın yarısını, yəni 2500 manatı, buraxılış ili 1996, **-BM-*** dövlət qeydiyyat nişanlı, Mercedes benz E-200 markalı minik avtomobilin dəyəri olan 9000 manatın yarısını, yəni 6000 manat olmaqla cəmi 8500 manat pulun, 30 dövlət rüsumunun və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının cavabdeh İddiaçı Mülayim oğlundan alınaraq ona verilməsi barədə tələbinə dair qarşılıqlı iddiası təmin edilməməlidir. Qarşiliqli iddia ərizəsi təmin olunmadığından Cavabdeh ödədiyi 30.40 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələlərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə . Qət etdi: İddia qismən təmin edilsin. Şəki rayonu, Çeşməli kəndində yerləşən fərdi yaşayış evi paylara bölünməklə, ½ hissəsində İddiaçı Mülayim oğlunun, ½ hissəsində isə Cavabdeh payı müəyyən edilsin. Cavabdeh ilə İddiaçı Mülayim oğlunun birgə nikahı dövründə əldə etdikləri və hazırda rəsmi reyestrdə Cavabdeh adına qeyd edilmiş, “Ford Tranzit” markalı, 2000-ci il model, WFOAXXGBFAYC10782 BAN nömrəli, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomaşının hazırkı bazar dəyəri olan 16.000 (on altı min) manat məbləğində pul yarı bölünsün və Cavabdeh 8000 (səkkiz min) manat məbləğində pul alınıb İddiaçı Mülayim oğluna verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh İddiaçı Mülayim oğlundan onların birgə nikah zamanı əldə etdikləri avtomobillərin buraxılış ili 1980, **-BT-*** dövlət qeydiyyat nişanlı, Vaz-21011 markalı avtomonilin dəyəri olan 5000 manatın yarısını, yəni 2500 manatı, buraxılış ili 1996, **-BM- *** dövlət qeydiyyat nişanlı, Mercedes benz E-200 markalı minik avtomobilin dəyəri olan 9000 manatın yarısını, yəni 6000 manat olmaqla cəmi 8500 manat pulun, 30 dövlət rüsumunun və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının cavabdeh İddiaçı Mülayim oğlundan alınaraq ona verilmısi barədə tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №2(075)-13/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-13/2023
27.03.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver