Məhkəmə qərarları › İş №2(037)-34/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-34/2024

19.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-34/2024 19.02.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi, X1 iştirakı ilə İddiaçı Mı̇ nnı̇ kova Polı̇ na Vası̇ lyevnanın cavabdehlər Cavabdeh2 Vası̇ lyevna, Mı̇ nnı̇ kova Nadejda Vası̇ lyevna və İsmayıllı rayon Notariat Ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və miras əmlakın vəsiyyət və qanun üzrə vərəsə kimi onun tərəfindən qəbul edilməsinin müəyyən olunması tələbinə dair mülki işə 19 fevral 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Mı̇ nnı̇ kova Polı̇ na Vası̇ lyevna iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Ərazi İdarəsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu ildə verilmiş **********17-10301 reyestr nömrəli və ********** qeydiyyat nömrəli çıxarış üzrə İsmayıllı rayon İvanovka kəndində Sentralnaya küçəsi 39 ünvanda yerləşən, onun və mərhum valideynlərinin birgə mülkiyyətlərində olan 0,14 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 61 kv.metr sahəsi olan fərdi yaşayış evinə dair İsmayıllı rayon notariat ofisi tərəfindən Cavabdeh2 və onun adına verilmiş "Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələrin etibarsız hesab edilməsi, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Ərazi İdarəsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu ildə verilmiş **********17-10301 reyestr nömrəli və ********** qeydiyyat nömrəli çıxarış üzrə İsmayıllı rayon İvanovka kəndində Sentralnaya küçəsi 39 ünvanda yerləşən, onun və mərhum valideynlərinin birgə mülkiyyətlərində olan 0,14 hektar həyətyanı torpaq sahəsinin 27 fevral 2008-ci ildə vəfat etmiş anası X2 miras qalmış hissəsinin onun və atası X10 tərəfindən faktiki qəbul edilməsinin və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Ərazi İdarəsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu ildə verilmiş **********17-10301 reyestr nömrəli və ********** qeydiyyat nömrəli çıxarış üzrə İsmayıllı rayon İvanovka kəndində Sentralnaya küçəsi 39 ünvanda yerləşən, onun və mərhum valideynlərinin birgə mülkiyyətlərində olan 0,14 hektar həyətyanı torpaq sahəsinin 27 avqust 2018-ci ildə vəfat etmiş atası X5 miras qalan hissəsinin və həmin həyətyanı torpaq sahəsində yerləşən 61 kv.metr sahəsi olan fərdi yaşayış evindən ibarət miras əmlakın vəsiyyət və qanun üzrə vərəsə kimi onun tərəfindən qəbul edilməsinin müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Mı̇ nnı̇ kova Polı̇ na Vası̇ lyevna iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, ailədə üç bacı olmuşlar. Anaları X6 27 fevral 2008-ci ildə, ataları X10 isə 27 avqust 2018-ci ildə vəfat etmişlər. Valideynlərinden Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Ərazi İdarəsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu ildə verilmiş **********17-10301 reyestr nömrəli və ********** qeydiyyat nömrəli çıxarış üzrə onun və iki valideyninin birgə mülkiyyətlərində olan İsmayıllı rayon İvanovka kəndində Sentralnaya küçəsi 39 ünvanda yerləşən 0,14 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 61 kv.metr olan və yalnız atasının mülkiyyətində olan fərdi yaşayış evi miras qalmışdır. Cavabdeh olan bacısı Cavabdeh2 gəncliyində, təqribən 1984-cü ildə ailə quraraq ünvan 1 ünvanda yaşamaqla qeydiyyatdadır. Cavabdeh olan digər bacısı Cavabdeh3 isə ailə quraraq İsmayıllı rayon İvanovka kəndində ər evində yaşayır.O,isə torpaq islahatları zamanı valideynləri ilə birlikdə yaşamaqla qanuni istifadələrində olan 0,14 hektar həyətyanı torpaq sahəsi onun və iki valideynləri olmaqla üç nəfərin ümumi birgə mülkiyyətlərinə verilmişdir.Ailə qurub ər evinə köçsə də valideynlərinin həm sağlığında onların qayğısını yalnız o çəkmiş, həm də vəfatından sonra dəfn işlərini yalnız o təşkil etmiş və dəfn xərclərini çəkmiş, onlardan qalan miras əmlakı yalnız o qoruyub saxlamışdır.Cavabdeh olan bacısı Cavabdeh2 nə anasının vəfatından, nə də atasının vəfatından sonra mirasla maraqlanmamış,qorunmasına səy göstərməmiş və bununla da mirası istər rəsmi qaydada və istərsə də faktiki olaraq qəbul etməmişdir.Valideynlərinə qayğının nəticəsidir ki,atası qanuni vəsiyyətnamə ilə bütün əmlakını ona vəsiyyət etmişdir.Bu isə cavabdeh olan bacısı Cavabdeh2 xoş gəlməmiş, atasının xəstə olduğu son üç ildə dəfələrlə atasının yalvarışlarına baxmayaraq atasına baş çəkməmişdir. Eyni zamanda anasının vəfatından sonra analarından qalan miras həyətyanı torpaq sahəsini də qanun üzrə birinci növbədə vərəsə kimi o və atası faktiki olaraq qəbul etmiş və atası ilə birlikdə qoruyub saxlamışlar.Atası ömrünün son bir neçə ilini yataq xəstəsi olmuş, daim ona o qulluq etmiş və qayğısını çəkmişdir. Cavabdeh olan bacısı Cavabdeh2 Bakı şəhərində yaşamaqla dəfələrlə atası ona zəng vuraraq bircə dəfə də olsa gəlməsini istəmiş, onu görməsini arzulamışdır. Lakin Cavabdeh2 yolun uzaqlığını,ona pis təsir etdiyini, yollarda başının gicəlləndiyini bəhanə edərək gəlməmişdir. Yalnız atasının vəfatından təqribən bir ay əvvəl bir gün gələrək atasına baş çəkib qayıtmışdır. Atası vəfat etmiş və atasının dəfnində də bir gün qonaq kimi iştirak etmiş,lakin dəfn xərclərində və təşkilində heç bir köməyi olmamışdır. Cavabdeh2 miras əmlakla istər anasının və istərsə də atasının vəfatından sonra 05 may 2023-cü ilədək maraqlanmamışdır.Valideynlərindən qalan mirası istər rəsmi və istərsə də faktiki qəbul etməyən Cavabdeh2 2023-cü ildə İsmayıllı notariat ofisinə müraciət edərək qeyri-qanuni yolla,düzgün olmayaraq hər iki valideynlərindən qalan mirasın əksər hissəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Həmin şəhadətnamə əsasında da miras əmlakı dövlət qeydiyyatına aldıraraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etmişdir.Qeyd edilən çıxarışda Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ əsasında çatan həyətyanı torpaq sahəsi 0.04 hektar təşkil etmişdir ki, bu da tamamilə əsassızdır. İsmayıllı notariat ofisi qanunvericiliyin tələblərinə və işin faktiki hallarına düzgün qiymət verməmiş və Cavabdeh2 mirası istər rəsmi və istərsə də faktiki qəbul etmədiyi halda onu vərəsə kimi tanıyaraq hətta bölgünü də düzgün olmayaraq onun xeyrinə aparmışdır. Göründüyü kimi anasından qalan mirasın qanun üzrə birinci növbədə vərəsə kimi vaxtı ilə faktiki olaraq X15 qəbul etmiş, atasının vəfatından sonra isə anasından qalan mirasla birlikdə atasından qalan mirası o qəbul etmişdir. Mirasın yalnız onun tərəfindən faktiki olaraq qəbul edilməsi təkzib olunmaz sübutlarla öz təsdiqini tapmışdır. Odur ki, bacısı Cavabdeh2 adına İsmayıllı rayon İvanovka kəndində yerləşən 0.14 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət miras əmlaka dair İsmayıllı rayon notariat ofisi tərəfindən verilmiş "Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə etibarsız hesab edilməli qanun üzrə birinci növbədə vərəsə kimi valideynlərindən qalan mirasın onun tərəfindən faktiki qəbul edilməsi müəyyən olunmalıdır. Ona görə də Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Ərazi İdarəsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu ildə verilmiş **********17-10301 reyestr nömrəli və ********** qeydiyyat nömrəli çıxarış üzrə İsmayıllı rayon İvanovka kəndində Sentralnaya küçəsi 39 ünvanda yerləşən, onun və mərhum valideynlərinin birgə mülkiyyətlərində olan 0,14 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 61 kv.metr sahəsi olan fərdi yaşayış evinə dair İsmayıllı rayon notariat ofisi tərəfindən Cavabdeh2 və onun adına verilmiş "Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələrin etibarsız hesab edilməsi, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Ərazi İdarəsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu ildə verilmiş **********17-10301 reyestr nömrəli və ********** qeydiyyat nömrəli çıxarış üzrə İsmayıllı rayon İvanovka kəndində Sentralnaya küçəsi 39 ünvanda yerləşən, onun və mərhum valideynlərinin birgə mülkiyyətlərində olan 0,14 hektar həyətyanı torpaq sahəsinin 27 fevral 2008-ci ildə vəfat etmiş anası X2 miras qalmış hissəsinin onun və atası X10 tərəfindən faktiki qəbul edilməsinin və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Ərazi İdarəsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu ildə verilmiş **********17-10301 reyestr nömrəli və ********** qeydiyyat nömrəli çıxarış üzrə İsmayıllı rayon İvanovka kəndində Sentralnaya küçəsi 39 ünvanda yerləşən, onun və mərhum valideynlərinin birgə mülkiyyətlərində olan 0,14 hektar həyətyanı torpaq sahəsinin 27 avqust 2018-ci ildə vəfat etmiş atası X5 miras qalan hissəsinin və həmin həyətyanı torpaq sahəsində yerləşən 61 kv.metr sahəsi olan fərdi yaşayış evindən ibarət miras əmlakın vəsiyyət və qanun üzrə vərəsə kimi onun tərəfindən qəbul olunmasının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh2 Vası̇ lyevna və Mı̇ nnı̇ kova Nadejda Vası̇ lyevnaya məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilmiş, lakin cavabdehlər Cavabdeh2 Vası̇ lyevna və Mı̇ nnı̇ kova Nadejda Vası̇ lyevna məhkəmə iclaslarına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh2 Vası̇ lyevnanın və Mı̇ nnı̇ kova Nadejda Vası̇ lyevnanın iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilmiş, lakin cavabdeh İsmayıllı rayon Notariat Ofisi səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdeh İsmayıllı rayon Notariat Ofisinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib,iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işdə olan 15 sentyabr 1975-ci il tarixli İİİ ЖГ №250265 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci ildə İsmayıllı rayonu,İvanovka kəndində doğulmuşdur. Atası X10 və anası X3. İşdə olan İsmayıllı RPŞ tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, AZE №0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1975-ci ildə İsmayıllı rayonu,İvanovka kəndində doğulmuş İddiaçı İsmayıllı rayonu, İvanovka kəndində qeydiyyatdadır. İşdə olan İsmayıllı RİHB-nın İvanovka İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 26 fevral 2019-cu il tarixli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X6 xx.xx.2008-ci il tarixdə İsmayıllı rayonu,İvanovka kəndində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2008-ci ilin 02 ayının 27 günündə 10 nömrə ilə qeyd edilmişdir. İşdə olan İsmayıllı RİHB-nın İvanovka İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 30 avqust 2018-ci il tarixli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X10 xx.xx.2018-ci il tarixdə İsmayıllı rayonu, İvanovka kəndində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2018-ci ilin 08 ayının 30 günündə 28 nömrə ilə qeyd edilmişdir. İşdə olan İsmayıllı rayonu, İvanovka kənd İƏB üzrə Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş 22 yanvar 2009-cu il tarixli reyestrdə 1 nömrə ilə qeydə alınmış vəsiyyətnamənin təsdiq olunmuş surətindən görünür ki, X10 İsmayıllı rayonu,İvanovka kəndi Sentralnaya küçəsi 39 ünvanında yerləşən ümumi sahəsi 0.14 hektar olan torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 61 kv.metr olan fərdi yaşayış evinə dair qızı İddiaçı adına İvanovka kənd İƏB üzrə Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş 22 yanvar 2009-cu il tarixli reyestrdə 1 nömrə ilə qeydə alınmış vəsiyyətnamə vermişdir. İşdə olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmalkın dövlət reyestrindən” verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli,**********17- 10301 reyestr nömrəli Çıxarışın təsdiq olunmuş surətindən görünür ki,İsmayıllı rayonu,İvanovka kəndi Sentralnaya küçəsi ev 39 ünvanında yerləşən 0.14 hektar həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Daşınmaz əmlakın dövlət reyestrində 42 nömrəli reyestr kitabının 59 nömrəli vərəqində İddiaçı adına dövlət qeydiyyatına alınaraq, birgə mülkiyyətçilər İddiaçı torpaq ümumi birgə, X10 fərdi ev tam və torpaq ümumi birgə və X6 torpaq ümumi birgə olmaqla hər birinin payı bölünərək müəyyən edilmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 04 iyun 2019-cu il tarixli, reyestr nömrəsi **********17-10301 olan fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, İsmayıllı rayonu,İvanovka kəndi Sentralnaya küçəsi ev 39 ünvanında 0.14 hektar həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 61 kv.metr olan fərdi yaşayış evi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tam mülkiyyət hüququ üzrə X8 adına dövlət qeydiyyatına alınmışdır. İşdə olan İsmayıllı rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli reyestrdə 2V-169 nömrə ilə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İsmayıllı rayonu,İvanovka kəndi Sentralnaya küçəsi 39 ünvanında yerləşən ümumi sahəsi 0.14 hektar olan həyətyanı təyinatlı torpaq sahəsinin mərhum X4 çatan 3/18 hissəsindən xx.xx.2008-ci il tarixdə ölmüş mərhum Tatyana Minnikovanın vərəsəsi qızı İddiaçı miras qalan əmlakdan tam hissədə pay almasına dair İsmayıllı rayon notariat ofisi tərəfindən İddiaçı adına 05 may 2023-cü il tarixli reyestrdə 2V-169 nömrə ilə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilmişdir. İşdə olan İsmayıllı rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli reyestrdə 2V-170 nömrə ilə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İsmayıllı rayonu,İvanovka kəndi Sentralnaya küçəsi 39 ünvanında yerləşən ümumi sahəsi 61 kv.metr olan fərdi yaşayış evinin mərhum X9 çatan 5/6 hissəsindən və İsmayıllı rayonu,İvanovka kəndi Sentralnaya küçəsi 39 ünvanında yerləşən ümumi sahəsi 0.14 hektar olan həyətyanı təyinatlı torpaq sahəsinin mərhum X9 çatan 5/18 hissəsindən xx.xx.2018-ci il tarixdə ölmüş mərhum X8 vərəsəsi qızı İddiaçı miras qalan əmlaklardan tam hissədə pay almasına dair İsmayıllı rayon notariat ofisi tərəfindən İddiaçı adına 05 may 2023-cü il tarixli reyestrdə 2V-170 nömrə ilə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilmişdir. İşdə olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmalkın dövlət reyestrindən” verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli,**********17- 10301 reyestr nömrəli Çıxarışın təsdiq olunmuş surətindən görünür ki,İsmayıllı rayonu,İvanovka kəndi Sentralnaya küçəsi ev 39 ünvanında yerləşən 0.14 hektar həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Daşınmaz əmlakın dövlət reyestrində 42 nömrəli reyestr kitabının 59 nömrəli vərəqində Cavabdeh2 adına dövlət qeydiyyatına alınaraq, birgə mülkiyyətçilər İddiaçı torpaq 6/18, Cavabdeh2 fərdi ev 1/6 və torpaq 4/18, X6 torpaq 3/18, X10 fərdi ev 5/6 və torpaq 5/18 olmaqla hər birinin payları bölünərək müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırılmış sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, mərhum X6 xx.xx.2008-ci ildə, X10 isə xx.xx.2018-ci ildə vəfat etmişlər. Mərhum X2 İsmayıllı rayonu,İvanovka kəndi Sentralnaya küçəsi 39 ünvanında yerləşən ümumi sahəsi 0.14 hektar olan torpaq sahəsinin mərhuma çatan 3/18 hissəsindən ibarət torpaq sahəsi miras qalmışdır. Mərhum X5 İsmayıllı rayonu,İvanovka kəndi Sentralnaya küçəsi 39 ünvanında yerləşən ümumi sahəsi 0.14 hektar olan torpaq sahəsinin mərhuma çatan 5/18 hissəsi və həmin ünvanda yerləşən ümumi sahəsi 61 kv.metr olan fərdi yaşayış evinin mərhuma çatan 5/6 hissəsi miras qalmışdır. Mərhum X6 və X10 vəfat etdikdən sonra onlardan miras qalan əmlaklara dair qızları Cavabdeh2 və Mı̇ nnı̇ kova Polı̇ na Vası̇ lyevna “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə almaq üçün İsmayıllı rayon Notariat Ofisinə müraciət etmişlər, İsmayıllı rayon Notariat Ofisi tərəfindən xx.xx.2023-cü il tarixdə Cavabdeh2 və Mı̇ nnı̇ kova Polı̇ na Vası̇ lyevnaya ayrı-ayrılıqda “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsində nəzərdə tutulmuşdur ki,məhkəmə sübutlara obyektiv,qərəzsiz,hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır. Mərhum X10 xx.xx.2018-ci il tarixdə vəfat ediyindən ondan qalan mirasla bağlı vərəsələr arasındakı mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Məhkəmə, iddianın düzgün həll edilməsi üçün ilk növbədə miras toplusuna daxil olan əmlakların dairəsinin müəyyən edilməsini zəruri hesab edir. Məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki‚ miras toplusuna İsmayıllı rayonu,İvanovka kəndi Sentralnaya küçəsi 39 ünvanında yerləşən ümumi sahəsi 0.14 hektar olan torpaq sahəsinin mərhum X4 çatan 3/18 hissəsi və İsmayıllı rayonu,İvanovka kəndi Sentralnaya küçəsi 39 ünvanında yerləşən ümumi sahəsi 0.14 hektar olan torpaq sahəsinin mərhum X9 çatan 5/18 hissəsi və həmin ünvanda yerləşən ümumi sahəsi 61 kv.metr olan fərdi yaşayış evinin mərhuma çatan 5/6 hissəsi daxildir. Məhkəmə ilk növbədə mübahisənin qanuni həll edilməsi üçün işin müəyyən edilmiş hallarının mülki qanunvericiliyin vərəsəlik hüququna dair bölməsində mirasın qəbul edilməsinə dair müəyyən edilmiş xüsusi qaydalara və şərtlərə uyğun olaraq araşdırılmasını zəruri hesab edir. Həmin qaydalara əsasən, şəxs öldükdən sonra vərəsənin müəyyən aktı həyata keçirməsi tələb olunur. Buna mirasın qəbul edilməsi deyilir. Mirasın qəbul edilməsi dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Mülki Məcəllənin 1243.1-ci maddəsində mirasın qəbul edilməsinin həm faktiki, həm də hüquqi üsullarını müəyyən etmişdir. Qanunun göstərilən tələblərinə görə miras əmlakın vərəsənin mülkiyyətinə keçməsi üçün vərəsə mirası faktiki, yəni sahiblik və idarə etmək üsulu ilə qəbul etməli,yaxud da notariat kontoruna ərizə verməsi yolu ilə rəsmi qaydada qəbul etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı,yəni bir tərəfdən vəsiyyət edə bilməyi,digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair 22 aprel 2014cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə,iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin.Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla,hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir.Vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi hallarda isə miras qoyanın qohumluq münasibətlərinin dərəcəsi, vərəsələrin dairəsi və onların növbəliliyi müəyyən edilərək qərar qəbul edilməsi tələb edilir.Vərəsəliyin bu növündə vərəsələr arasında növbəlilik prinsipi gözlənilir, bərabər pay hüquqlu vərəsələrin konkret dairəsi göstərilir və əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.Vərəsəlik institutu fərdilik və ailə-təminat prinsipləri üzərində qurulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 19-cu maddəsinin tələblərinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. 152.1-ci mаddəsinə əsаsən, mülkiyyət hüququ subyektin оnа mənsub əmlаkа (əşyаyа) öz istədiyi kimi sаhib оlmаq, оndаn istifаdə etmək və оnа dаir sərəncаm vermək üzrə dövlət tərəfindən tаnınаn və qоrunаn hüququdur. 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. 157.4-cü mаddəsinə əsаsən,əgər mülkiyyətə qəsd və yа bаşqа mаneələr əşyаnı götürmədən və yа оndаn məhrum etmədən törədilirsə,mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə sоn qоymаğı tələb edə bilər.Bu cür hərəkətlər dаvаm etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə sоn qоyulmаsını məhkəmə vаsitəsilə tələb edə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1272-ci maddəsinə əsasən mirasın qəbulu və ya ondan imtina barəsində mübahisə açılması müddəti mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 18 iyun 2014–cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyində müəyyən etmişdir ki,mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir:mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi;mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə,gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi).Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər.Əgərvərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir.Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır,vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir. “Notariat haqqında” Azərbaycan Respublikası qanununun 59-cu maddəsinə və “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 92-99 və 102-ci maddələrinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtını şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağrılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağrılmaq üçün əsasların olmasını təsdiq edən sənədlərin təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Eyni zamanda qanunla müəyyənləşdirilmiş müddətdə mirası qəbul etməyən vərəsələr mirası qəbul etmiş vərəsələrin hamısının razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə yazıla bilərlər. Razılıq vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək yazılı sürətdə ifadə edilməlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 10-cu bəndinə əsasən məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər.Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu bəndinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Qanun normalarının məzmunundan göründüyü kimi mülki qanunvericilikdə mirasın qəbul edilməsinin iki üsulu müəyyənləşdirilir: formal üsul və qeyri-formal üsul. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsidir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Vərəsə ərizəni yazılı formada verməlidir. Mirası qəbul etmək barədə ərizə nümayəndə vasitəsilə də verilə bilər. Bu halda nümayəndənin vərəsəlik işinin aparılması barədə notariat qaydada təsdiqlənmiş etibarnamə olmalıdır. Mirasın qəbul edilməsinin qeyri-formal üsuluna əsasən,vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir.Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki,vərəsə mirası qəbul etmək məqsədi güdür.Faktiki sahiblik etmə üsuluna əsasən,vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, üzərində fiziki ağalıq edir.Bu hərəkətlərlə vərəsənin mirası qəbul etmək niyyəti açıq aşkar görünür və bəlli olur.Bu üsula həmçinin, başqa mənzildə yaşayan vərəsənin miras əmlak barədə qayğı göstərməsi,əmlakın verilməsi və ya qorunması barədə xahişlə müraciət olunması kimi hərəkətlər də daxildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1157-ci maddəsinə əsasən əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları,miras qoyanın ölümündən sonra doğulmuş uşaq,arvad (ər),valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsələr hesab edilirlər. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki,mərhum X6 xx.xx.2008-ci ildə,X10 isə xx.xx.2018-ci ildə vəfat etmişlər. Mərhum X2 İsmayıllı rayonu,İvanovka kəndi Sentralnaya küçəsi 39 ünvanında yerləşən ümumi sahəsi 0.14 hektar olan torpaq sahəsinin mərhuma çatan 3/18 hissəsindən ibarət torpaq sahəsi və mərhum X5 İsmayıllı rayonu, İvanovka kəndi Sentralnaya küçəsi 39 ünvanında yerləşən ümumi sahəsi 0.14 hektar olan torpaq sahəsinin mərhuma çatan 5/18 hissəsi və həmin ünvanda yerləşən ümumi sahəsi 61 kv.metr olan fərdi yaşayış evinin mərhuma çatan 5/6 hissəsi miras qalmışdır. Mərhum X6 və X10 vəfat etdikdən sonra onlardan miras qalan əmlaklara dair qızı Cavabdeh2 “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə almaq üçün İsmayıllı rayon Notariat Ofisinə müraciət etmiş, İsmayıllı rayon Notariat Ofisi tərəfindən Cavabdeh2 2023-cü il tarixli reyestrdə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilmişdir. Qeyd edilən şəhadətnamə əsasında Cavabdeh2 öz adına “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmalkın dövlət reyestrindən” verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********17-10301 reyestr nömrəli Çıxarış almışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1272-ci maddəsinin tələblərini nəzərə alaraq aşağıdakıları qeyd edir. Qeyd olunan maddəyə görə mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə haqqında iddia maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Belə ki, iddiaçının mübahisələndirdiyi “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin Cavabdeh2 verilməsindən məlumatlı olmuşdur, o, əqdin etibarsız olması ilə bağlı tələblərini qanunla müəyyən edilmiş müddətdə məhkəmədə mübahisələndirməmişdir. Belə ki, iddiaçı məhkəmə baxışı zamanı da hazırkı tələblə qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etməməsinin səbəbini qanunu bilməməsindən irəli gəldiyini qeyd etmişdir. Göründüyü kimi iddiaçı Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən məlumatlı olmuşdur. Belə olan halda, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qüvvədə olan mülki qanunvericiliyə görə, müddətin keçməsinə görə müqavilənin ləğv edilməsi üzrə tələblərə iddia müddəti tətbiq oluna bilər, müqavilənin etibarsızlığına dair tələblərə isə bundan fərqli olaraq qanunda nəzərdə tutulan “kəsici müddətlər” tətbiq edilməlidir. A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 16 mart 2022-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyində müəyyən etmişdir ki, Mülki Məcəlləsinin 1272-ci maddəsində qeyd olunan iki aylıq müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Qanunvericliyə edilmiş dəyişikliklərdən müəyyən edilir ki, həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 16 mart 2022–ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyində müəyyən etmişdir ki, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir.Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. İddia müddətləri və kəsici müddətlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır (B.Mürsəlovun şikayəti üzrə 2020ci il 12 mart tarixli Qərar). Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir.Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını,bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir.Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir.Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir.Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. İddia müddətləri və kəsici müddətlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, kəsici müddət-şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi).Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır (B.Mürsəlovun şikayəti üzrə 2020ci il 12 mart tarixli Qərar). Məhkəmə qeyd edir ki, mübahisələndirilən, İsmayıllı rayonu,İvanovka kəndi Sentralnaya küçəsi ev 39 ünvanında yerləşən ümumi sahəsi 0.14 hektar olan həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 61 kv.metr olan fərdi yaşayış evinin mərhum X4 və X9 çatan hissələrinə dair İsmayıllı rayon Notariat Ofisi tərəfindən Cavabdeh2 xx.xx.2023-cü il tarixdə reyestrdə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilməsindən iddiaçının və mərhum X6 və X8 digər vərəsələrinin məlumatları olmuşdur. Belə ki, sözügedən “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə İsmayıllı rayon Notariat Ofisi tərəfindən Cavabdeh2 adına verilmiş və reyestrdə qeydə alınmışdır. Qeyd edilən şəhadətnamə əsasında Cavabdeh2 öz adına “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli, **********17-10301 reyestr nömrəli Çıxarış verilmişdir. Eyni zamanda iddiaçı bacısı Cavabdeh2 adına İsmayıllı rayon Notariat Ofisi tərəfindən verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin verilməsindən məlumatının olmadığını bildirsə də, həmin faktları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, eyni zamanda onun adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin məzmunundan xx.xx.2023-cü il tarixdə məlumatlı olmuşdur. Məhkəmə hesab edir ki,sözügedən “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələrin etibarsızlığını irəli sürməyi qanunvericilik müəyyən müddətlə məhdudlaşdırmışdır. Həmin müddət “kəsici müddət” olmaqla iki ay müəyyən edilmişdir. Yəni tərəf etibarsızlığa əsas olan səbəbi bildiyi və ya bilməli olduğu vaxtdan iki ay ərzində irəli sürməzsə o, həmin hüququnu itirir. İş materiallarından və tərəf ifadələrindən də göründüyü kimi, sözügedən “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə İsmayıllı rayon Notariat Ofisi tərəfindən Cavabdeh2 adına xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır. Belə ki, iddiaçı hə\min tarixdə vərəsəlik şəhadətnaməsinin məzmunundan məlumatı olmuşdur. Göründüyü kimi, iddiaçı xx.xx.2023-cü il tarixdə(3 ay sonra),iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilməsini mübahisələndirmişdir. Miras əmlaka dair “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin xx.xx.2023-cü ildə qeydə alındığını nəzərə aldıqda görünür ki, əqdlərin etibarsızlığının mübahisələndirilməsi üçün iki aylıq kəsici müddət ötürülmüşdür. Bu səbəbdən də məhkəmə qeyd edir ki, iddiaçı miras əmlaka dair “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsızlığını mübahisələndirmək hüququnu itirdiyindən, iddia tələbinin ““Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin” etibarsız hesab edilməsi və miras əmlakın vəsiyyət və qanun üzrə vərəsə kimi onun tərəfindən qəbul edilməsinin müəyyən olunmasına” tələbinə münasibətdə əlavə araşdırmaya lüzum görməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Mı̇ nnı̇ kova Polı̇ na Vası̇ lyevnanın cavabdehlər Cavabdeh2 Vası̇ lyevna, Mı̇ nnı̇ kov Nadejda Vası̇ lyevna və İsmayıllı rayon Notariat Ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və miras əmlakın vəsiyyət və qanun üzrə vərəsə kimi onun tərəfindən qəbul edilməsinin müəyyən olunmasına dair iddia tələbi təmin edilməməlidir. Bundan başqa məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçı Mı̇ nnı̇ kova Polı̇ na Vası̇ lyevnanın özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Mı̇ nnı̇ kova Polı̇ na Vası̇ lyevnanın cavabdehlər Cavabdeh2 Vası̇ lyevna, Mı̇ nnı̇ kov Nadejda Vası̇ lyevna və İsmayıllı rayon Notariat Ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və miras əmlakın vəsiyyət və qanun üzrə vərəsə kimi onun tərəfindən qəbul edilməsinin müəyyən olunmasına dair iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar