Məhkəmə qərarları › İş №2(037)-365/2023

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-365/2023

14.02.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-365/2023 14.02.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu, İddiaçı cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 qarşı qanun üzrə vərəsəlik əsasında miras əmlakın bölünməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2014-cü il tarixdə vəfat etmiş arvadı X1 DTXK tərəfindən 2002-ci ilin noyabr ayında verilmiş JN-062F Kod 40725028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə üzrə 0.14 hektar həyətyanı torpaq sahəsinin miras qalan 0.0350 hektar hissəsinin miras qoyanın qanun üzrə vərəsələri-əri İddiaçı,oğlanları Cavabdeh1 və X2 və qızı Cavabdeh3 arasında bölünməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, iddia ərizəsi qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödənilməsini əks etdirən sənəd əlavə olunmadan verilmişdir. Bu da məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçı iddia ərizəsinin forma və məzmununa dair zəruri tələbləri nəzərdə tutan Azərbaycan Respublikası MPM-in 149.1-ci maddəsinin tələblərinə əməl etməmişdir. Belə ki, iddia ərizəsi verilərkən İddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödənilməmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsində yol verilmiş həmin nöqsan Azərbaycan Respublikası MPM-nin 108.1.1-ci maddəsinin tələblərinin pozulması ilə nəticələnmişdir. Azərbaycan Respublikası MPM-in 108.1.1-ci maddəsinə əsasən məhkəməyə iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 152.1.5-ci maddəsində göstərilmişdir ki, iddiaçı tərəfindən müəyyən olunmuş məbləğdə və qaydada dövlət rüsumu ödənilmədikdə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılır. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsi və əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı və ona hazırkı qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 149-152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 qarşı qanun üzrə vərəsəlik əsasında miras əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi və əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar